Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin
diaqnostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur,
lazımsız və ziyanlı müxtəlif əməliyyatları həyata keçirir.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir
çox çətinliklər
yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ
gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan
effektiv istifadəyə imkan verir.
Proqramlaşdırma sistemləri. Proqramlaşdırma sistemləri proqramlaşdırma
dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə
proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı
proqramlar və s. daxildir.
Komputer dili bilavasitə kompüterin "başa düşdüyü" kodlarda ifadə olunmuş
ə
mrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət
olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları
(toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Hər bir
ə
mr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən
operandlar- (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin haraya
(hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir tip kompüter
üçün müxtəlif əmrlərin sayı 100-dan artıq olur.
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə,
istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb etdiyindən,
ə
lverişli deyillər. Ona görə də təbii dilə yaxın formallaşdırılmış dillərdən istifadə
olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Bəzən bu mənada "yüksək
səviyyəli proqramlaşdırma dilləri" ifadəsindən də istifadə olunur. Proqramlaşdırma
dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilinə
çevrilir, sazlanır və icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq
Dostları ilə paylaş: |