proqram deyilir. Ilkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan
xüsusi proqramlardan istifadə olunur.
Istifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə
uyğun olaraq proqramlaşdırma sistemlərini aşağıdakı siniflərə bölmək olar:
- maşınyönlü sistemlər;
- proseduryönlü sistemlər
- problemyönlü sistemlər;
- köməkçi sistemlər.
29. Tətbiqi proqram paketləri.
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə
yaradılır. Tətbiqi proqram təminatı, sistem PT-nin, xüsusən ƏS-nin idarəsi altında
işləyir. Tətbiqi PT-nin təsnifat sxemi şəkil 1.-də verilmişdir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın
emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə
yetirilməsini bilməkdən azad edir. Hal-hazırda, öz funksional imkanlarına və
reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks
proqramdır.
Aşağıdakı bir-birindən fərqli TPP-lər var:
- ümumi təyinatlı (universal);
- üsulyönlü;
- problemyönlü;
- qlobal kompüter şəbəkələri üçün;
- hesablama prosesinin təşkili üçün.
Dostları ilə paylaş: |