Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə55/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   51   52   53   54   55   56   57   58   ...   75
informatika cavab01az

Paste (Вставить

Müvəqqəti saxlama yaddaşındakı verilənlərin sənədə əlavə edilməsi. Bu halda 

verilənlər kursorun yerləşdiyi yerdən daxil edilir. 



 

35. Elektron cədvəlin təyinatı və əsas anlayışları. 

Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına 

imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Bu paketlərdən ən çox 

yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Excel - 

dir. Microsoft Excel cədvəl prosessorunun bir neçə versiyası mövcuddur. Sonuncu 

Microsoft Excel 2007-dir. 

Excel, cədvəllərlə işləyən zaman istifadəçiyə aşağıdakı imkanları verir: 

-  cədvəlin  xanalarında  müxtəlif  funksiyalardan  (riyazi,  maliyyə,  statistik, 

mühəndis  və  s.)  təşkil  olunmuş  mürəkkəb  düsturlardan  istifadə  olunur.  Cədvəlin 

digər  xanalarındakı  qiymətlərdən  asılı  olaraq,  düsturlarla  nəticənin  qiyməti 

hesablanır; 

bir neçə cədvəlin əlaqəsini təşkil etmək. Bu zaman bir cədvəlin xanalarının qiyməti 

digər cədvəlin verilənləri əsasında təşkil olunur. Bu halda ilkin cədvəlin   

verilənlərinin   dəyişməsi   əsas  cədvəldəki   son   nəticənin avtomatik dəyişməsinə 

təsir edir; 

-  verilənlərdən təşkil olunmuş böyük massivlərin analizini asanlaşdırmaq üçün 

interaktiv olaraq cədvəlləri yaratmaq; 

-  verilənlərin  siyahılar  şəklində  (verilənlər  bazası)  tərtibatını,  çeşidləmə 




ə

məliyyatını,  aralıq  nəticələrin  hesablanmasını  və  filtrləməni  cədvəllərə  tətbiq 

etmək; 

-  verilənlərin birləşməsini (konsalidasiyasını) həyata keçirmək, yəni bir neçə 

cədvəlin verilənlərini bir cədvəldə birləşdirmək olar; 

-  verilənlərin  eyni  adlı  massivlərindən  –  ssenaridən  istifadə  etməklə,  eyni 

cədvəldə son nəticənin qiymətini tərtib etmək. Verilənlərin bir neçə massivindən, 

son nəticənin bir neçə variantını tez almaq mümkündür; 

-  düsturlar  üzrə  hesablamalardakı  səhvlərin  axtarışını  avtomatik  yerinə 

yetirmək.  Istifadəçi  səhvlər  haqqındakı  məlumatın  kodlarının  analizindan  başqa, 

xanalar arası asılılığı izləmək imkanına malikdir. "Зависимости" alətlər panelinin 

köməyi ilə cədvəli ekrana çıxarmaq rejimini vermək olar. Bu zaman ilkin xanalarla 

asılı xanalar müxtəlif rəngli xətlərlə birləşir; 

-  verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsini mühafizə etmək. Bir və 

ya  bir  neçə  xananı,  cədvəlin  özünü  və  ya  işçi  kitabı  mühafizə  etmək  olar.  Bu 

zaman  mümkün  mühafizə  dərəcələrinin  kombinasiyasından  istifadə  etmək 

mümkündür; 

-  cədvəlin  təyin  olunmuş  hissəsini  gizlətməyə  və  ya  əks  etdirməyə  imkan 

verən  strukturlaşmış  verilənlərdən  istifadə  etmək.  Bu,  informasiyanın  seçilməsi 

prosesini və işçi vərəqdəki verilənlərə nəzarəti olduqca təkmilləşdirir; 

-  əvvəldən hazırlanmış və yadda saxlanılmış sıra şəklindəki verilənlərin eyni 

və ya  müxtəlif qiymətlərini cədvəlin bir neçə xanalarına sürətli daxil etmək üçün 

avtodoldurma  mexanizmini  tətbiq  etmək.  Sıranın  hər  bir  həddi  cədvəlin  bir 

xanasına  daxil  edilir.  Verilənlərin  xanalara  daxil  edilmə  ardıcıllığını  sıranın 

istənilən həddindən başlayaraq düz və ya əks istiqamatdə həyata keçirmək olar; 

-  ixtiyari sayda qiyməti olan bir və ya iki dəyişəndən təşkil olunmuş əvəzetmə 

cədvəlindən  istifadə  etmək.  Dəyişənlərin  bu  qiymətlərindən  eyni  düsturun 

nəticəsinin  hesablanmasında  istifadə  olunur  və  nəticələrə  verilənlər  massivi 

şə

klində əks etdirilir. 



Excel cədvəl prosessoru bu deyilənlərdən başqa, həmçinin mətn proses-

sorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə, 

diaqramların quraşdırılması, avtomatik əvəz etmə və orfoqrafiyanın yoxlanılması, 

stil və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi 

proqramlarla verilənlərin mübadiləsi və s. servis imkanlarından ibarətdir. 

Excel cədvəl prosessorundan mürəkkəb hesabatlarda, çeşidləmə, filtrləmə 

massivlərin statistik analizi və bunlar əsasında diaqramların quraşdırılmasında 

istifadə etmək məqsədəuyğundur. 



Excel-də aşağıdakı tip əməliyyatlar aparmaq olar: 

 



Adi məlumat cədvəli tərtib etmək; 


Hesabi cədvəllər hazırlamaq; 

Axtarış aparmaq; 



Təhlil məsələləri həll etmək və s. 

      1 və 2 bəndlərində göstərilmiş işləri yerinə yetirmək üçün yalnız Excel-in 

ə

mrlərini bilmək və onlarla işləmə praktikasına malik olmaq kifayətdir. Yəni elə 



kompüterin arxasında lazımi cədvəlləri hazırlamaq olar.  

      Digər bəndlərdəki işləri yerinə yetirmək üçün isə Excel-ə müraciət etməzdən 

ə

vvəl məsələyə hazırlıq mərhələlərini yerinə yetirmək lazımdır (“Hesabi məsələnin 



qoyuluşu” əlavəsinə baxın). Hazırlıq işləri görüldükdən sonra Excel-də cədvəllərin 

quruluşu təyin edilir, verilənlər, düsturlar daxil edilir, düsturlar əsasında 

hesablamalar yerinə yetirilir. Nəzərə alınmalıdır ki, Excel hər hansı bir məsələnin 

həllində yalnız alətdir. 

Elektron cədvəlin əsas anlayışları aşağıdakılardır: 

Xana; 



Sətir; 


Sütun; 


Cədvəl; 


İş

çi vərəq; 



Kitab; 


Xananın ünvanı; 

Verilənlər və onların tipləri; 



Sabitlər və dəyişənlər; 

Hesablama düsturları. 



      Excel-in əsas elementlərindən biri xanadır. Sətir, sütun, cədvəl – məhz xanalar 

toplusundan ibarətdir. Xana aşağıdakı parametrlərə malikdir: 

Ünvan; 


Verilənin tipi; 

Bu ünvanda saxlanılan verilənin tipinə uyğun qiyməti. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin