Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə63/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   59   60   61   62   63   64   65   66   ...   75
informatika cavab01az

 

43. İnternetin quruluşu. 

İ

nternet müxtəlif lokal və qlobal şəbəkələr birləşməsindən yaranmış Ümumdünya kompüter 



şə

bəkəsidir. Orada informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur 

və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə 

poçtu və faylları göndərmək, verilənlər bazasında informsiya axtarışını aparmaq və 

s. həyata keçirmək mümkündür. 

Internet  serverlərinə  müraciət  edə  bilmək  üçün  istifadəçinin  kompüteri  bu  qlobal 

şə

bəkəyə qoşulmalıdır. Ayrı-ayrı istifadəçilərin internetin informasiya resurslarına 



saxil  olması  adətən  telefon  şəbəkəsi  ilə  provayderlər  və  ya  korporativ  şəbəkələr 

vasitəsilə həyata keçirilir. 

İ

nternetin  xarakterik  xüsusiyyəti  odur  ki,  şəbəkələrarası  informasiya  mübadiləsi  TCP/IP 



protokolları üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı yüksək olmayan xətlərdə də 

etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet vasitəsilə lokal şəbəkələrdəki 

hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir. 

Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə tərzi, dili və əxlaqı ilə seçilən informasiya 

mədəniyyəti törədən informasiya fəzasıdır.  



İ

nternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik rabitə 

xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı sürətli, az 

güclü  xətlər  birləşdirilir.  Bunlara  isə  nisbətən  daha  zəif  ötürmə  qabiliyyəti  olan  lokal 

şə

bəkələr qoşulur.  



İ

nternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz yoxdur. İnternet texnologiyanın köməyi 

ilə fəaliyyət göstərir və idarə edilir. 

İ

nternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradılmışdı. 



Sonra  bir-neçə  universitet  arasında  şəbəkə  yaradıldı.  Bu  şəbəkələrin  əsasında  İnternet 

quruldu.  

Internetin sadələşdirilmiş sxemini aşağıdakı kimi göstərmək olar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin