45. Domen adlar sistemi. TCP / İP protokollar ailəsi.
TCP
/IP protokolları müxtəlif səviyyəli kommunikasiya protokollarının tam ailəsini əhatə
edir. Buraya aşağıdakılar aiddir:
•
IP
(Internet Protocol) – şəbəkələrarası protokol;
•
TCP (Transmission Control Protocol)
- baza nəqliyyat protokolu;
•
UDP (User Datagram Protocol)
- TCP protokolundan fərqlənən ikinci nəqliyyat
protokolu;
•
ARP (Address Resolution Protocol)
- İP və Ethernet ünvanlarının uyğunluğunu
müəyyən etmək üçün istifadə edilir;
•
SLİP (Serial Line İnternet Protocol)
- telefon xətti ilə verilən ötürülməsinin kanal
protokolu;
•
PPP (Point to Point Protocol)
- “məntəqədən məntəqəyə” məlumat mübadiləsinin
kanal protokolu;
•
FTP (File Transfer Protocol) –
fayl mübadiləsinin tətbiqi protokolu;
•
telnet –
virtual terminalın emulyasiyasının tətbiqi protokolu;
•
DNS (Domain Name System)-
domen adları sistemi;
•
RİP (Routing İnformation Protocol)-
marşrutlaşdırma protokolu;
•
NFS (Network File System)-
paylanmış fayl sistemi və şəbəkə çap sistemi;
•
SNMP (Simple Network Management Protocol)-
şəbəkəni idarə edən sadə protokol.
Kanal səviyyəsinə SLİP və PPP protokolları, Şəbəkə (şəbəkələrarası) səviyyəsinə İP və ARP
protokolları, nəqliyyat səviyyəsinə TCP və UDP protokolları aiddir.
Dostları ilə paylaş: |