Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə62/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   58   59   60   61   62   63   64   65   ...   75
informatika cavab01az

  

42. Ulduzvari  şəbəkə topologiyası (Arcnet topologiyası ). 

Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi forması 

nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş yayılmışdır.  

Ulduzşəkilli  topologiyada  düyünlərdən  biri  mərkəz  olur.  Mərkəzi  kompüter  bütün  işçi 

stansiyalarla birbaşa əlaqələndirilir. Bu topologiyada konflikt yaranmır, lakin kabel sərfi artır. 

Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlılığı mərkəzi kompüterin etibarlılığı qədərdir. 

İ

cazəsiz müdaxilədən qorunmaq asandır.  



Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə kanalına 

müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 1) Token 



Ring

 (marker dairəsi), 2) Arcnet, 3) Ethernet

Arcnet  (Attached  Resource  Computer  Network)  texnologiyası  1977-ci  ildə  Datapoints 

korporasiyası  tərəfindən  işlənib  hazırlanmış  sadə,  ucuz,  etibarlı  və  çevik  lokal  şəbəkə 

arxitekturasıdır.  Bu  texnologiyada  kompüterlərdən  biri  xüsusi  marker  yaradır  və  ardıcıl 

olaraq bir kompüterdən digərinə ötürür. Əgər hər hansı stansiya məlumat ötürmək istəyirsə, 

həmin markeri gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan informasiyasını qoşub 

markerlə birlikdə ötürür. Arcnet texnologiyası istənilən topologiyada istifadə edilə bilir. 

“Arcnet”  şəbəkəsinin  avadanlıqları  “Ethernet”  və  “Token  Ring”  şəbəkələrinə 

nəzərən  daha  ucuz  olurlar,  lakin  həmin  avadanlıqların  etibarlılı  və  məhsuldarlığı 

nisbətən aşağıdır.  


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin