49. Verilənlər bazası. Verilənlər bazasının təsnifatı. Verilənlər bazasının
elementləri.Verilənlər modelinin növləri.
Verilənlər bazası (VB) bir-birilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və
vasitələrlə təsvir olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən
müxtəlif məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Verilənlər adətən
fayllarda (cədvəllərdə) saxlanır. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri
aşağıdakılardır [4]:
1. Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması. Eyni verilənlər
bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanılmaqla, digər
fayllardan çıxarılır və fayllar arasında əlaqə yaratmaqla onlara müraciət təmin
olunur.
2.Verilənlərin mərkəzləşdirilmiş idarə olunması. Faylların fərdi emalından
fərqli olaraq, mərkəzləşdirilmiş idarəolunma verilənlərin bazaya daxil edilməsi,
dəyişdirilməsi, silinməsi və axtarışı əməliyyatlarının VB daxilində eyni üsul və
vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur.
3.
Verilənlərin müstəqilliyi.
Verilənlərin tətbiqi proqramlardan və əksinə, tətbiqi proqramların verilənlərdən asılı
olmaması çox vacib məsələdir. VB-də bu məsələ verilənlərin çox səviyyəli müstəqil
təsviri və bu təsvirlərin yaradılma mexanizmlərinin müstəqilliyi ilə əldə edilir.
Nəticədə, verilənlərin məntiqi və fiziki səviyyələrdə dəyişdirilməsinin tətbiqi
proqramlara təsiri aradan qaldırılır.
4.
Verilənlərin tamlığının təmin edilməsi.
Təkrarlanmaların aradan qaldırılması eyni verilənlərin müxtəlif fayllarda yol
verilən uyğunsuzluqlarını aradan qaldırmağa imkan verir. Lakin bəzi hallarda
təkrarlanmaları tam aradan qaldırmaq mümkün olmur. Bu halda eyni verilənlərin
müxtəlif fayllardakı qiymətləri arasında uyğunluğun təmini üçün VB-da lazımi
vasitələr nəzərdə tutulur.
5.
Verilənlərin təhlükəsizliyinin təmin edilməsi.
Verilənlərin təhlükəsizliyi dedikdə, bir tərəfdən onların təhriflərdən və
zədələnmələrdən qorunması, digər tərəfdən, səlahiyyətsiz müraciətlərdən mühafizə
edilməsi nəzərdə tutulur. Bunun üçün VB-da lazımi metodlar və vasitələr nəzərə
almır.
6. Verilənlərdən
müxtəlif
məqsədlərlə
istifadə
olunması.
Mərkəzləşdirilmiş idarə olunma verilənlərin müxtəlif istifadəçilər tərəfindən
müxtəlif məqsədlər üçün istifadə olunmasına zəmin yaradır.
7.
Optimallaşdırma və standartlaşdırma imkanları.
Müasir proqramlaşdırma texnologiyaları yaddaş sərfinin və informasiya axtarış
vaxtının minimallaşdırılmasını təmin edən strukturların və metodların seçilməsinə
və tətbiqinə imkan yaradır.
Verilənlərin və sorğuların təsviri üçün standart üsullardan və dillərdən istifadə
olunduğundan, IS-in istismarı və digər sistemlərlə verilənlər mübadiləsi sadələşir,
verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır.
1.
Xərclərin minimallaşdırılması.
Sübut edilmişdir ki, VB konsepsiyası ilə qurulan IS faylların fərdi emalı ilə qurulan
sistemlərdən təxminən 1,5 dəfə ucuz başa gəlir.
Verilənlərin struktur modelləşdirilməsində aşağıdakı tip modellərdən istifadə
olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü.
Dostları ilə paylaş: |