Relyasiya modelinin və ümumiyyətlə relyasiya modelli VBIS-in
yaranması IBM firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Relyasiya
modelinin əsasını "nisbət" (ingiliscə "relation") riyazi anlayışı təşkil edir və bu tip
modelin adı həmin terminlə bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan
üçün adi olan ikiölçülü cədvəl kimi təsvir etmək olar. Fərdi kompüterlər üçün
mövcud olan VBIS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Dostları ilə paylaş: |