48. Ümumdünya hörümçək toru (www) İnteraktiv öyrənmə.
Ümumdünya hörümçək toru (World Wide Web – WWW) İnternetin ən populyar xidmətidir.
Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti formada deyil,
bir-biri ilə iqtibaslar şəklində bağlı olan mətnlər çoxluğu kimi təşkil edilməsinə hipermətn
deyilir. Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir. İqtibas edilən mətn
başqa kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər. Hipermətn ideyası əsasında
mulyimediya texnologiyasına əsaslanan hipermediya yaradılmışdır. Hipermətn sənədi
HTML
(Hyper Text Markup Language) dilində tərtib edilir. HTML formatını ötürmək üçün
HTTP
(Hyper Text Transfer Protocol) protokolundan istifadə edilir. WWW sənədindəki
iqtibaslar elə təşkil edilmişdir ki, hər bir informasiya resursu İnternetdə birmənalı
ünvanlaşdırılır. İnternetdə informasiya resursuna iqtibaslar UTL-ünvanlar (Uniform
Resource Locator
) adlanır.
WWW
xidmətinin köməyi ilə istifadəçi öz informasiya fəzasını vahid bütöv kimi qəbul edir.
İ
qtibaslar WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk edilir.
Telnet
xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.
Proxy
-server (əlaqələndirici server) tez-tez müraciət edilən informasiyanın üzünü özündə
saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.
Dostları ilə paylaş: |