44. İnternetdə Ünvanlar sistemi.
Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində, kompüterin şəbəkə
adapteri) eyni zamanda 3 ünvan alır: birincisi, adapterin zavod nömrəsidir, ikincisi, İP
ünvanın kodudur, üçüncüsü, domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün
nəzərdə tutulmuşdur.
İ
P
-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP –ünvanın ranqı, lokal
şə
bəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı bu tipdən
olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat
zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində
kompüterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı DNS (Domain Name System) iyerarxik quruluşludur. Yuxarı
səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə müəyyən ad verilir: mom, edu,
İnternet
Şlüz
LKŞ
LKŞ
LKŞ
magistrat
Şlüz
LKŞ
LKŞ
org, gov, ru, az
və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad əlavə
etməklə yaradılır. Məsələn, econ.msu.ru Moskva Dövlət Universiteti İqtisad fakültəsinin
şə
bəkədəki domen adıdır.
Domen adları sistemi İnternet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.
Dostları ilə paylaş: |