43. İnternetin quruluşu.
İ
nternet müxtəlif lokal və qlobal şəbəkələr birləşməsindən yaranmış Ümumdünya kompüter
şə
bəkəsidir. Orada informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur
və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə
poçtu və faylları göndərmək, verilənlər bazasında informsiya axtarışını aparmaq və
s. həyata keçirmək mümkündür.
Internet serverlərinə müraciət edə bilmək üçün istifadəçinin kompüteri bu qlobal
şə
bəkəyə qoşulmalıdır. Ayrı-ayrı istifadəçilərin internetin informasiya resurslarına
saxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korporativ şəbəkələr
vasitəsilə həyata keçirilir.
İ
nternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya mübadiləsi TCP/IP
protokolları üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı yüksək olmayan xətlərdə də
etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet vasitəsilə lokal şəbəkələrdəki
hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir.
Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə tərzi, dili və əxlaqı ilə seçilən informasiya
mədəniyyəti törədən informasiya fəzasıdır.
İ
nternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik rabitə
xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı sürətli, az
güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan lokal
şə
bəkələr qoşulur.
İ
nternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz yoxdur. İnternet texnologiyanın köməyi
ilə fəaliyyət göstərir və idarə edilir.
İ
nternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradılmışdı.
Sonra bir-neçə universitet arasında şəbəkə yaradıldı. Bu şəbəkələrin əsasında İnternet
quruldu.
Internetin sadələşdirilmiş sxemini aşağıdakı kimi göstərmək olar.
Dostları ilə paylaş: |