41. Halqavari şəbəkə topologiyası (Token Ring topologiyası) .
Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi forması
nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş yayılmışdır.
Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl qoşulur. Kompüter bir şəbəkə adapteri
ilə informasiyanı qəbul edir, digər adapterlə ötürür. Bu halda məlumat dairə üzrə hərəkət
edir. Ötürmə asanlaşır. Ötürmə müddəti dairədəki kompüterlərin sayından asılıdır. Dairəvi
qoşulmuş kompüterlərdən hər hansı biri imtina etdikdə şəbəkə imtina edir. Lakin bu
topologiyada şəbəkəyə istənilən sayda kompüter qoşmaq mümkündür. Çünki faktiki olaraq
şə
bəkə hər dəfə yalnız iki kompüter arasındakı məsafə ilə bağlı olur.
Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə kanalına
müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 1) Token
Ring
(marker dairəsi), 2) Arcnet, 3) Ethernet.
“Token Ring”
–halqavari topologiyaya malik olub İBM firması tərəfindən təşkil
edilmişdir. Bu firmadan başqa, bu cür şəbəkələrin avadanlıqlarını Proteon, 3 Com
və Undermanu-Bacc firmaları, şəbəkə proqram təminatını isə 3Com, Novell və
Undation firmaları istehsal edirlər. Bu üsul “Arcnet” üsuluna oxşayır. Əsas fərq
ondan ibarətdir ki, burada üstünlük mexanizmi vardır. Bunun sayəsində bəzi işçi
stansiyalar digərlərinə nəzərən daha tez markeri əldə edə bilərlər və onu bir qədər
özündə saxlamaq imkanına malik olurlar.
LKŞ-də tipik proqramlardan istifadə etmək məqsədilə şəbəkədə məlumatların
mübadiləsi üçün hansı protokoldan istifadə olunmasını bilmək lazımdır. Belə
protokollardan bir neçəsi mövcuddur. Ən geniş yayılmış protokollar bunlardır.
İ
PX, SPX və NETBİOS.
İ
PX protokolu OSİ modelinin nəqliyyat səviyyəsinin protokoludur. O, şəbəkənin
aşağı səviyyələri ilə interfeysə malikdir.
SPX –daha yüksək səviyyə olan seans səviyyəsinin protokoludur. O, İPX
NETBİOS protokolları əsasında yaradılmışdır. Bunun vasitəsilə OSİ modelinin
şə
bəkə, nəqliyyat və seans səviyyəsinin funksiyaları həyata keçirilir.
Dostları ilə paylaş: |