Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə58/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   54   55   56   57   58   59   60   61   ...   75
informatika cavab01az

 

 


38. Sistem proqram təminatı ,,Müştəri – server” texnologiyası. 

İ

cra  etdiyi  funksiyadan  asılı  olaraq,  server  müxtəlif  cür  adlandırılıa  bilir.  Məsələn, 



telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə yaradır. Buna 

görə  də  bu  server  xəbərlərin  marşrutlaşdırılmasını  və  gəlib-gedən  informasiyanın 

buferləşdirilməsini  təmin  etməlidir.  Hesablayıcı  server  işçi  stansiyaların  gücü  çatmayan 

hesablamaları aparmaq üçündür. Disk serveri geniş xarıcı yaddaş resurslarına malik olmaqla, 

işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur. Verilənlər bazası serveri üçün 

isə  bir  neçə  kompüter  ayırmaq  mümkündür.  Lakin  bütün  bu  kompüterlərə  funksional 

aspektdə vahid kompüter kimi baxılacaqdır.  

Şə

bəkə həm də müxtəlif proqram və altproqramların qarşılıqlı fəaliyyətini təmin etdiyindən, 



həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni elə etmək 

lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.  

“Müştəri  –  server”  texnologiyasında  funksiyalar  və  informasiya  xidməti  müştəri 

(informasiya istifadəçisi) ilə server (informasiya sahibi) arasında elə paylanır ki, şəbəkə üzrə 

informasiya  ötürülüşü minimum  olsun. Bu texnologiyada  müştəri serverə sorğu göndərir. 

Sorğuda  tələb  olunan  informasiyanın  xarakteri  və  həcmi,  həmçinin  verilənlərin  təşkili 

forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında axtarır, 

tapır və tələb olunan formada dəyişdirir, alınmış nəticə müştəriyə ötürülür. Bu texnologiyada 

interfeys proqramları müştəri kompütürdə, sorğunu işləyən sistem proqramları isə serverdə 

işləyir. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin