Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və bir-biri ilə
informasiya mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur. Şəbəkədə birləşdirilmiş
kompüterlər müxtəlif coğrafi nöqtələrdə yerləşə bilər. Kompüter şəbəkəsi ilə çoxmaşınlı
kompleksi eyniləşdirmək olmaz. Çünki çoxmaşınlı kompleksə daxil olan hər bir maşın vahid
hesablama prosesində ayrıca bir iş görür. İstənilən kompüter miniatür çoxmaşınlı
kompleksdir. Çünki kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər daxildir ki,
bunların da hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır. Çoxmaşınlı
kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır. Çünki onun tərkibində xarıcı
qurğuların idarə edilməsi kimi köməkçi funksiyalar icra edən köməkçi kompüterlər vardır.
Çoxmaşınlı kompleksdən fərqli olaraq şəbəkədə birləşdirilmiş maşınların icra etdikləri
funksiyalar əvvəlcədən məlum deyil, şəbəkənin quruluşu dəyişə biləndir və müxtəlif
proseslərdə kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir. Şəbəkənin işi yalnız
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o cümlədən,
iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin idarə edilməsi
səviyyəsinin yüksəldilməsi, informasiya xidmətinin yeni növlərinin meydana çıxması ilə
bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə malikdir:
•
iş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid qayda və vahid
vasitələrlə həyata keçirilir;
•
şə
bəkədən istifadə edilməsi zamanı müəssisənin bütün verilənləri bir (bəzən bir neçə)
kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə bütün iş yerlərindən müraciət etmək
imkanı verir;
•
disk yaddaşına qənaət edilir;
•
sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər üçün də
ə
lçatan olur;
•
çoxistifadəçili rejim təmin edilir;
•
periferiya qurğularından (printerdən və maqnit diskindən) şərikli istifadə edilir.
•
Sadalanan bu funksiyalar proqramların paylanması, verilənlərin paylanması və
kompüter resurslarının paylanması adlanır. Şəbəkədə, həmçinin prosessor resursları da
paylana bilir. Yəni, zəif kompüter güclü kompüterin resurslarından istifadə edə bilir.
Dostları ilə paylaş: