37. Şəbəkələrin təsnifatı.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur.
Lokal hesablayıcı şəbəkələr (LAN - Local Area NetWork) məhdud məkanda (1 km-lik
radiusda) yerləşən bir müəssisəyə aid kompüterləri birləşdirir.
Regional hesablayıcı şəbəkələr (WAN – Wide Area NetWork) ərazi və ya tabeçilik əlaməti
üzrə birləşdirilmiş bir neçə lokal şəbəkədən yaranır.
Qlobal hesablayıcı şəbəkələr (GAN – Global Area NetWork) müxtəlif ölkələrdə və müxtəlif
kontinentlərdə yerləşən təşkilatların, firmaların, elmi idarələrin və ya şəxslərin kompüterlərini
birləşdirir.
Şə
bəkə proqram təminatının təşkilinə 2 yanaşma mövcuddur: mərkəzləşdirilmiş idarəetmə
ilə təşkil edilən şəbəkələr və birsəviyyəli şəbəkələr.
Mərkəzləşdirilmiş
idarəetmə ilə təşkil edilən şəbəkələrdə informasiya mübadiləsini
idarə etmək üçün ayrıca bir və ya bir neçə kompüter olur. Buna mərkəzi server deyilir.
Serverdə şəbəkə dispetçeri vardır ki, bu da şəbəkənin etibarlı və təhlükəsiz işləməsini təmin
edir. Qalan kompüterlər işçi stansiyalardır.
Global, regional və lokal şəbəkələrin geniş yayılması, xüsusilə İNTERNET-in
meydana çıxması bir sıra yeni xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan da ən
populyarı elektron poçtdur. Bununla yanaşı, verilənlərin şəbəkə vasirəsilə ötürülməsi,
uzaqdakı verilənlər bazasına və proqramlara müraciət, telekonfransların keçirilməsi, İnternet
vasitəsilə telefon zənglərinin icrası mümkün olmuşdur. İnternet artıq bir sosial hadisə olaraq
müasir cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər güclü təsir göstərməkdədir.
Dostları ilə paylaş: |