imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Bu paketlərdən ən çox
yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Excel -
dir. Microsoft Excel cədvəl prosessorunun bir neçə versiyası mövcuddur. Sonuncu
- cədvəlin xanalarında müxtəlif funksiyalardan (riyazi, maliyyə, statistik,
mühəndis və s.) təşkil olunmuş mürəkkəb düsturlardan istifadə olunur. Cədvəlin
digər xanalarındakı qiymətlərdən asılı olaraq, düsturlarla nəticənin qiyməti
bir neçə cədvəlin əlaqəsini təşkil etmək. Bu zaman bir cədvəlin xanalarının qiyməti
verilənlərinin dəyişməsi əsas cədvəldəki son nəticənin avtomatik dəyişməsinə
- verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, çeşidləmə
ə
məliyyatını, aralıq nəticələrin hesablanmasını və filtrləməni cədvəllərə tətbiq
etmək;
- verilənlərin birləşməsini (konsalidasiyasını) həyata keçirmək, yəni bir neçə
cədvəlin verilənlərini bir cədvəldə birləşdirmək olar;
- verilənlərin eyni adlı massivlərindən – ssenaridən istifadə etməklə, eyni
cədvəldə son nəticənin qiymətini tərtib etmək. Verilənlərin bir neçə massivindən,
son nəticənin bir neçə variantını tez almaq mümkündür;
- düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını avtomatik yerinə
yetirmək. Istifadəçi səhvlər haqqındakı məlumatın kodlarının analizindan başqa,
xanalar arası asılılığı izləmək imkanına malikdir. "Зависимости" alətlər panelinin
köməyi ilə cədvəli ekrana çıxarmaq rejimini vermək olar. Bu zaman ilkin xanalarla
asılı xanalar müxtəlif rəngli xətlərlə birləşir;
- verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsini mühafizə etmək. Bir və
ya bir neçə xananı, cədvəlin özünü və ya işçi kitabı mühafizə etmək olar. Bu
zaman mümkün mühafizə dərəcələrinin kombinasiyasından istifadə etmək
mümkündür;
- cədvəlin təyin olunmuş hissəsini gizlətməyə və ya əks etdirməyə imkan
verən strukturlaşmış verilənlərdən istifadə etmək. Bu, informasiyanın seçilməsi
prosesini və işçi vərəqdəki verilənlərə nəzarəti olduqca təkmilləşdirir;
- əvvəldən hazırlanmış və yadda saxlanılmış sıra şəklindəki verilənlərin eyni
və ya müxtəlif qiymətlərini cədvəlin bir neçə xanalarına sürətli daxil etmək üçün
avtodoldurma mexanizmini tətbiq etmək. Sıranın hər bir həddi cədvəlin bir
xanasına daxil edilir. Verilənlərin xanalara daxil edilmə ardıcıllığını sıranın
istənilən həddindən başlayaraq düz və ya əks istiqamatdə həyata keçirmək olar;
- ixtiyari sayda qiyməti olan bir və ya iki dəyişəndən təşkil olunmuş əvəzetmə
cədvəlindən istifadə etmək. Dəyişənlərin bu qiymətlərindən eyni düsturun
nəticəsinin hesablanmasında istifadə olunur və nəticələrə verilənlər massivi
şə
klində əks etdirilir.
Excel cədvəl prosessoru bu deyilənlərdən başqa, həmçinin mətn proses-
sorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə,
diaqramların quraşdırılması, avtomatik əvəz etmə və orfoqrafiyanın yoxlanılması,
stil və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi
proqramlarla verilənlərin mübadiləsi və s. servis imkanlarından ibarətdir.
Excel cədvəl prosessorundan mürəkkəb hesabatlarda, çeşidləmə, filtrləmə
massivlərin statistik analizi və bunlar əsasında diaqramların quraşdırılmasında
istifadə etmək məqsədəuyğundur.
Excel-də aşağıdakı tip əməliyyatlar aparmaq olar:
Adi məlumat cədvəli tərtib etmək;
Hesabi cədvəllər hazırlamaq;
Axtarış aparmaq;
Təhlil məsələləri həll etmək və s.
1 və 2 bəndlərində göstərilmiş işləri yerinə yetirmək üçün yalnız Excel-in
ə
mrlərini bilmək və onlarla işləmə praktikasına malik olmaq kifayətdir. Yəni elə
kompüterin arxasında lazımi cədvəlləri hazırlamaq olar.
Digər bəndlərdəki işləri yerinə yetirmək üçün isə Excel-ə müraciət etməzdən
ə
vvəl məsələyə hazırlıq mərhələlərini yerinə yetirmək lazımdır (“Hesabi məsələnin
qoyuluşu” əlavəsinə baxın). Hazırlıq işləri görüldükdən sonra Excel-də cədvəllərin
quruluşu təyin edilir, verilənlər, düsturlar daxil edilir, düsturlar əsasında
hesablamalar yerinə yetirilir. Nəzərə alınmalıdır ki, Excel hər hansı bir məsələnin
həllində yalnız alətdir.
Elektron cədvəlin əsas anlayışları aşağıdakılardır:
Xana;
Sətir;
Sütun;
Cədvəl;
İş
çi vərəq;
Kitab;
Xananın ünvanı;
Verilənlər və onların tipləri;
Sabitlər və dəyişənlər;
Hesablama düsturları.
Excel-in əsas elementlərindən biri xanadır. Sətir, sütun, cədvəl – məhz xanalar
toplusundan ibarətdir. Xana aşağıdakı parametrlərə malikdir:
Ünvan;
Verilənin tipi;
Bu ünvanda saxlanılan verilənin tipinə uyğun qiyməti.
Dostları ilə paylaş: