40. Monokanal şə
bə
kə
topologiyası (İ
thernet topologiyası ).
Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi forması
nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin tapologiya mövcuddur.
Ş
in topologiyasında bütün işçi stensiyalar bir rabitə kanalına qoşulur. Bu halda kanaldan
istifadə üçün növbə yaradılır. Ünvan ötürülən paketdə göstərilir. Konflikti aradan qaldırmaq
üçün şin arbitrajı metodundan istifadə edilir. Adətən müxtəlif kompüterlər üçün kanal
müxtəlif tezliklə işləyir.
Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə kanalına
müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 1) Token
Ring
(marker dairəsi), 2) Arcnet, 3) Ethernet.
Bu Xerox firması tərəfindən təklif edilmiş və burada “ümumi şin”
topologiyasından istifadə edilmişdir. Ümumi şin ilə ötürülən məlumatların
sərlövhəsində ötürülən və qəbul edilən mənbələrin ünvanları göstərilir.
Bu üsul aparıcı tezliyi araşdırmaq və ziddiyyətləri yox etməklə, çoxşaxəli mübadilə
üsuludur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, işçi stansiyalar yalnız o vaxt
məlumatı ötürməyə başlayır ki, kanal boş olsun, əks təqdirdə məlumatın ötürülməsi
müəyyən zaman anı üçün gecikdirmiş olacaq. Eyni zamanda məlumatların
ötürülmə imkanı avtomatik olaraq aparat üsulu ilə həyata keçirilir.
80-100 işçi stansiyalar eyni vaxtda işlədikdə şəbəkənin işləmə sürəti azalır. Bu
kanalda əmələ gələn münaqişələrlə əlaqədardır.
Dostları ilə paylaş: