b)Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.
Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə
zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti
haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf
göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli
qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin
riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir
və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına
çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar
daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan
verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin,
onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.
Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan
bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə
etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni
intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın
yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.
Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar
ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-
dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-
müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.
Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli,
formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter
modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi,
məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter
vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.
Dostları ilə paylaş: |