qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın
İ
nformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin
informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək
hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin
aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi,
bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.
Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal
informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının
(məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron
hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması,
müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və
təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi
hüquqlarının tam təmin edilməsi və s. aiddir.
Dostları ilə paylaş: