Kosmik şəkillərin dərk edilməsi - Dərketmə anlayışı altında alınmış in-
formasiyanın görmə obrazlarının formalaşması ilə sona çatan işlənilməsi pro-
sesi nəzərdə tutulur. Görmə dərketməsinin vacibliyini qiymətləndirməmək
47
mümkün deyildir. 14-cü şəkildə eyni bir kosmik şəklin dörd operatorla ayrılıq-
da landşaftın xətti elementlərinin deşifrələnməsinin nəticələri göstərilmişdir.
Onların qarşısında deşifrələnmənin məqsədinin dəqiq qoyulmasına baxmaya-
raq, alınmış nəticələr bir-birindən fərqlənir. Buna səbəb onların təhlil olunan
şəkilləri eyni dərəcədə dərk etməməsidir.
Hazırda fəal seyrlə dərketmənin çoxsəviyyəli modeli işlənib hazırlan-
mışdır. Birinci səviyyədə göz şəbəkəsinə düşən işıq toplusu, xətlər, ləkələr,
sərhədlər və onların yerləşməsi, istiqamətləndirilməsi və rəngləri şəklində kod-
lanmış şərhə çevrilir. Yer səthində onların həcmləri və nəhayət obyektlərin
müqayisəsi ilkin kodlaşmadan sonra baş verir.
İlkin sadə əlamətlər haqqında tamamlanmış informativ məlumat və onları
təşkil edən obyektlərin maddi müqayisəsi artıq diqqətin cəmləşməsini tələb edir
(baxmayaraq ki, bu hadisə qeyri-təxəyyüllüdür). Dərketmənin bu səviyyəsi
müşahidəçinin şəxsi xüsusiyyətləri ilə bağlıdır. Obrazın formalaşması həmişə
dərketmənin ilkin fərziyyəsinin güclü təsiri altında olur, yəni söhbət səhnədə
nəyi görə bildiyimiz fərziyyələr haqqında gedir. Onu da qeyd etmək lazımdır ki,
müxtəlif müşahidəçilərin ilkin fərziyyələri fərqli olur.
Yuxarıda göstərilən məlumatlar, eyni materialın müxtəlif tədqiqatçılar tə-
rəfindən deşifrələmə nəticələrinin fərqli olmasının səbəbini dərk etməyə imkan
yaradır (şəkil 14).
Görünür ki, I və III operatorların fikrincə, landşaftın xətti elementləri
kifayət qədər böyük ölçülü olmalıdır; I- operator onları nadir və yaxud təsadüfü
yayılmış, o qədər də zəruri olmayan strukturlar hesab edir; II- operator isə
əksinə, belə hesab edir ki, onlar sıx nizamlanmış şəbəkə əmələ gətirməlidir.
Şəkil 14. Dörd operatorla xəritələnmiş lineamentlərin müqayisəsi
(M.X. Podvısotskiyə və b. görə).
48
III və IV operatorlar xəttiliyi əsl mənasında başa düşdüyü üçün, yalnız
həqiqətən xətti olan elementləri ayırmağa meyl edəcəklər. Lakin II operator
belə hesab edir ki, bu cür elementlər qanuni deyil, istisnadır, IV operator isə
tamamilə əks fikirdədir. İlkin nəzəri təyinat dərketmənin başlanğıc fərziyyəsini
formalaşdırır və operatorlar şəkli fərz etdikləri kimi görürlər.
Qeyd etmək lazımdır ki, deşifrələnmənin bu sxemini reallıqdan uzaq kimi
hesab etmək olmaz. Dərketmənin alt səviyyəsi bütün operatorlara təxminən
eyni informasiyanı verir, lakin onun işlənməsi və obrazın tərtib edilməsi onların
şəxsi təcrübəsindən asılıdır.
15-ci şəkildə müşahidə məlumatının işlənmə sxemi verilmişdir (E.Treys-
manın işlərindən bəzi dəyişiklərlə istifadə edilmişdir).
Şəkil 15. Görmə informasiyasının emalının ümumi sxemi (E.Treysmana
görə, dəyişikliklərlə).
Müşahidə sistemi bəzi sadə və faydalı keyfiyyətləri kodlaşdırmadan baş-
layaraq, onları sanki kart dəstələri şəklində toplayır. Kartların «dəstədə»adətən
görünən aləmin sahəvi münasibətləri qaydasını saxlamasına baxmayaraq, bu və
ya digər əlamətlərin bəzi siqnalları onların harada yerləşməsi haqqında məlu-
matı daşıya bilər. Növbəti mərhələdə diqqət işə başlayır. Səhnənin bəzi sahə-
lərinə cəmlənmiş diqqət, həmin yerdə yerləşən əlamətlərin bəzi kartları arasın-
dakı əlaqə əsasında, bütün əlamətləri seçir. Sonra bütün bunlar obyektin və ya
faylın müvəqqəti təqdimatı halında toplanır. Nəhayət, bu modelə əsasən, key-
fiyyət və struktur münasibətlər haqqında cəmləşdirilmiş informasiya «tanıma
şəbəkəsi»rolunu oynayan bilik mənbəyinin yazıları ilə müqayisə edilir.
49
Kosmik təsvirlərin ali modelləri-Kosmik şəkilləri dərketmədən sonra
geoloji deşifrələmənin növbəti mərhələ tədqiqatın məqsədinə uyğun bu və ya
digər modellərin tərtibi üçün təsvirlərin tanınmasıdır.
Kosmik təsvirlərin bu cür öyrənilməsi, geofizikada əks məsələlərin həl-
linə oxşardır (yəni fiziki sahələrin məlumatlarına əsasən bu ölçüləri yaradan küt-
ləni dərk etmək tələb olunur). Öyrənilmə – Kosmik təsvirlərin ayrılmış xüsusiy-
yətlərinin məşhur geoloji obyektlərin obrazları və s. ilə müqayisəsi yolu ilə baş
verir. Bu müqayisə məntiqi və şüurlu, bəzən isə düşünülmədən də baş verir.
Təssəvvür edək ki, biz naməlum yerin perspektiv mənzərə fotoşəklinə
baxırıq. Birinci növbədə, orada tanış əşyalar (evlər, insanlar, avtomobillər,
ağaclar, çaylar və s.) görünür ki, onlar da dərk olunan tamlıq təşkil edir.
Yaxşı məlum olan rayonun keyfiyyətli kosmik şəkillərini öyrənən
təcrübəli geoloqinterpretator da analoji vəziyyətdə olur. O, aralıq mərhələləri
olmadan, ilk andan həmin yerin geoloji modelini görür və şəklə, landşafı
görmək üçün pəncərə kimi baxmağa meyl edir. Hər hansı bir səbəbdən aydın
geoloji təsvir almaq mümkün olmayanda, vəziyyət mürəkkəbləşir. Şəkillər key-
fiyyətsiz olduğu və təcrübəsi az olan geoloqinterpretatorın öyrənilən rayonun
geoloji quruluşunu zəif bildiyi halda, belə vəziyyət yaranır.
Bü zaman bir neçə variant yarana bilər. Birinci, geoloji məlumat olma-
dıqda, tədqiqatçı landşaftı dəqiq görmə qabiliyyətinə malik olduğundan, o dü-
şünmədən, xırda geomorfoloji elementləri, bitki örtüyünün paylanma xüsusiy-
yətlərini, su səthlərini və s. yaxşı ayırır. Səhnənin belə landşaft modeli inter-
pretator üçün dayaq nöqtəsi olur və landşaftın geoloji quruluşu haqqında öz
biliyindən istifadə edərək, müəyyən geoloji modeli yarada bilir. Yaradılmış
geoloji model dərketməni o qədər dəyişir ki, səhnənin bəzi sahələrində landşaft
mənzərəsi geoloji görüntüyə çevrilir.
İkincisi, tədqiqatçı yalnız landşaft xüsusiyyətlərini seçə bilir. Bu halda o,
iri landşaft elementlərinin səciyyəsi və yerüstü geoloji işlərin məlumatları
haqqında öz biliyindən istifadə edərək, dəqiq landşaft modelini qurmağa cəhd
edə bilər və bununla da geoloji modelə keçə bilər. Əgər tədqiqatçının səyi
uğursuzluqla nəticələnərsə, o landşaftı görmə səviyyəsinə cavab verən kobud
geoloji modelin qurulması ilə kifayətlənə bilər və onun əsasında qarşısına
qoyulmuş geoloji məsələnin həllinə yaxınlaşa bilər.
Nəhayət, interpretator nə geoloji mühiti, nə də landşaftı görə bilmədiyi
üçün kosmik şəkilləri bir-biri ilə əlaqəsi olmayan rənglər və ya rəng-çalarlarının
sərhədləri mozaikası kimi qəbul edir. Lakin belə mənzərədən də faydalı infor-
masiya almaq olar. Məsələnin həllərindən biri mozaikanın həndəsiləşdirilməsi
və onların üzərində «düzgün» foto rəngçalarlı və ya rəngli sərhədlərin və
hüdudların ayrılmasıdır (məsələn, düzxətli və ya dairəvi). Bunu belə qəbul
etmək lazımdır ki, ayrılmış elementlərə hər hansı bir real geoloji obyekt uyğun
gəlir. Dərketmə, obyekt görünməsi səviyyəsinə çatmadığı zaman, görmə
mexanizmi siqnal informasiyasını sahə həndəsi biliklərlə bərabərləşdirməyə
50
meyl edir (düz xətt, dairə və s.). Bir zamanlarlar marsean kanalları bu yolla
«açılmışdır». Mozaikanın həndəsiləşdirilməsi bizə dərketmə və öyrənilən sahə-
nin geoloji quruluşu ilə heç bir əlaqəsi olmayan obyektlər verə bildiyindən,
ondan çəkinmək lazımdır. Məsələnin digər həlli daha mürəkkəb, lakin məh-
suldardır; bu - geoloji, geomorfoloji və digər materialların cəlb edilməsindən,
onların kosmik təsvirlərlə müqayisəsindən və landşaft-geoloji modelin, cüzi də
olsa, qurulmasından ibarətdir. Kosmik təsvirlərin görünmə müxtəlifliyinin bü-
tün baxdığımız halları bir kosmik şəklin təhlili zamanı rast gələ bilər və belə-
liklə, şəklin müxtəlif hissələrinin deşifrələnməsi müstəqil məsələləri həll edə bi-
lər. Kosmik təsvirlərin təhlili, başlıca elementləri - Geoloji, geomorfoloji, land-
şaft və s. obyektlərin obrazları, o cümlədən onların zaman- məkan münasibət-
ləri, əlaqə səbəbləri haqqındakı məlumatlar olan bilik bazası əsasında aparılır.
Analizin nəticəsində təsvirin müxtəlif modelləri alınır (rəngçalar, həndəsi,
landşaft, geoloji və s.) (şəkil 16). Konkret şəraitdən asılı olaraq, bu modellərin
hər biri qeyri-şüurlu formalaşa bilər.
Məntiqi analiz rəngçalar, həndəsi modellərindən landşaft modelinə və
sonra isə geoloji modelə keçilməsi zərurətindən irəli gəlir. Modelin qurulması
təsviri korrektə edir (kosmik şəkildə görməni dəyişir). Modeli dərk edən zaman
alınmış yeni məlumatlar isə bilik mənbəyinə daxil olur.
Şəkil 16. Kosmik təsvirlərin modellərinin ardıcıllıqla formalaşma sxemi.
Kosmik təsvir modellərinin qeydiyyatı - Kosmik şəkillərin təhlilinin (müşa-
hidəsinin) məlumatları yalnız onların qeydiyyatından sonra informasiya halına
düşür. Qeydiyyatın əsas üsulları-Qrafik və yazılı təsvirdir. Qrafik üsullardan:
xəritə və sxemlərin tərtibini, maraqlı obyektlərin şəkillərinin (rəsmlərinin) çə-
kilməsini (o cümlədən həcmi) (şəkil 17), bilavasitə şəkil üzrə geoloji və geo-
morfoloji kəsilişlərin tərtibini və s. göstərmək olar. Qrafik qeydetmə üsulu hər
bir konkret hal üzrə təyin edilir. Sonra isə deşifrələmə qrafiki də digər geoloji
qrafik materiallarda olduğu kimi işlənilir.
51
Şəkil 17. Stereomodelin kosmik təsvirinin deşifrələmə məlumatlarına görə Orta
Asiyanın qırışıqlıq sistemlərindən birinin rəsmi.
QFZ - qırılma-fleksur zonaları.
Distansion geoloji zondlamanın əksər məsələlərinin çoxsəviyyəli olmasını
qeyd etmək vacibdir. Məsələn, neotektonik rayonlaşdırma üçün əvvəlcə geo-
morfoloji xəritə, metallogenik tədqiqatlar üçün isə maqmatik əmələgəlmələrin
xəritəsi və pozulma tektonikasının sxemi tərtib olunur. Bu hallarda həm ilkin,
həm keçid, həm də son modelləri qeydiyyatdan keçirmək lazımdır. Beləliklə,
vizual deşifrələmə bir sıra qrafik materialların yaranması ilə müşayiət olunur.
Deşifrələmə qrafikasına izahat əlavə olunur. Burada tədqiqatın məqsədi göstə-
rilir, işin metodikası əsaslandırılır, distansion zondlamanın istifadə edilən ilkin
materialları xarakterizə olunur, obyektlərin hansı əlamətlərə görə deşifrələnməsi
göstərilir və onların ayrılması qarşıya qoyulmuş məsələnin hansı yolla həll
edilməsini aydınlaşdırır.
6.4. Deşifrələmə əlamətlərinin sistemləri
6.4.1.KFŞ-n geoloji deşifrələnməsinin əsas məsələləri və üsulları
Hazırda KFŞ kosmosdan yerin quruluşu haqqında əsas və dəyərli məlu-
matlar verir ki, bu məlumatların da işlənilməsi geoloji deşifrələmə üsulları ilə
həyata keçirilir.
52
Nəzərə almaq lazımdır ki, müasir texniki vasitələr çox müxtəlif miqyaslı
(1:200 000. 000–dən 1:100 000-ə qədər və hətta daha dəqiq) FŞ-n alınmasına
imkan verir. Bu zaman generalizasiyanın hər bir səviyyəsi müəyyən geoloji
informasiya daşıyır və ona xas olan deşifrələmə əlamətləri ilə xarakterizə
olunur, məsələn, şəkillərin miqyasının kiçilməsi ilə süxurların maddi tərkibi
haqqında məlumatların sayı azalır və strukturtektonik amillərin rolu artır. Bu
halda dəqiq və bəzən lokal şəkillər üçün aerofotoşəkillərlə (AFŞ) işlərkən
istifadə olunan birbaşa və dolayı deşifrələmə əlamətləri tətbiq edilə bilər, bax-
mayaraq ki, daha yüksək səviyyəli generalizasiyalı təsvirlər başqa yanaşma
tələb edir.
Kosmoşəkillərin (KŞ) geoloji deşifrələmə metodikası fotoşəkillərin (FŞ)
geoloji deşifrələmə prinsipləri üzərində qurulur. Sonuncu geoloji quruluşun
landşaftın AFŞ-də əks olunan komponent və elementləri arasındakı qarşılıqlı
əlaqənin öyrənilməsinə əsaslanır. KFŞ-n deşifrələnməsi zamanı onların əsas
xüsusiyyətlərini: generalizasiyanın, həlletmə qabiliyyətinə uyğun olaraq, deşif-
rələmə elementlərinin seçiminə təsir göstərən yüksək səviyyəsini nəzərə almaq
lazımdır.
KFŞ-də geoloji obyektlərin deşifrələnməsi zamanı meydana çıxan əsas
məsələlər aşağıdakılardır:
1.Tektonikanın, struktur formaların morfologiyasının xarakterinin, onların
qarşılıqlı əlaqəsinin, genezisinin və nisbi yaşının öyrənilməsi;
2.Sahələrdə liotolojistratiqrafik komplekslərin aşkar edilməsi və izlənil-
məsi, onların fəza və zaman üzrə qarşılıqlı əlaqəsinin analizi;
3. Yer səthinin landşaft örtüyünün və onda geoloji obyektlərin əksolunma
dərəcəsinin öyrənilməsi;
4.Ərazinin geomorfoloji xüsusiyyətlərinin (relyefin formalarının genezisi
və onların yaşı) öyrənilməsi və analizi;
5.Müasir geoloji proseslərin öyrənilməsi;
6.Yeni xəritələrin dəqiqləşdirilməsi, təfsilatının göstərilməsi və ya yara-
dılması (geoloji, tektonik, geomorfoloji, seysmik rayonlaşdırma, mühəndis-
geoloji, proqnoz və s.).
Deşifrələmənin kəmiyyət və keyfiyyət üsullarını ayırırlar. Kəmiyyət de-
şifrələmə süxurların yatım elementlərini və qalınlığını, geoloji kütlələrin ölçü-
lərini, yarılma pozulmalarının amplitudunu təyin etməyə imkan verir. KFŞ-n
kiçik miqyası və nisbətən alçaq həlletmə qabiliyyəti ilə əlaqədar olaraq, hazırda
kəmiyyət üsullarının rolu məhduddur. Ölçü xüsusu fotoqrammetrik cihazların
köməyi ilə aparılır. Keyfiyyət deşifrələmə iki qrupa ayrılan deşifrələmə (indika-
sion) əlamətləri üzərində qurulur: 1) bilavasitə geoloji obyektləri əks etdirən
birbaşa əlamətlər; 2) geoloji obyektlərin landşaftın bütün tərkib hissələri və
deşifrələmənin landşaft üsullarına daxil olan dolayı əlamətlər. Örtülü
rayonlar
üçün bu üsul landşaftın geoloji quruluşla əlaqədar olan fotogenik komponent-
lərinin seçilməsini təmin edərək, aparıcı üsul hesab edilir.
53
Təbii generalizasiya nəticəsində açıq rayonların KFŞ-də landşaftın kom-
ponentlərinin geoloji nəzarəti daha dəqiq, dolayı əlamətlərin analizini tələb
etmədən təzahür edir. Onların KFŞ-də geoloji quruluşun (relyef istisna olmaqla)
indikatorları kimi rolu AFŞ-lə müqayisədə aşağı düşür.
6.4.2.Birbaşa deşifrələmə əlamətləri
Birbaşa deşifrələmə əlamətləri iki qrupa ayrılır: həndəsi və fotoqram-
metrik. Birinci qrupa forma, ölçü və geoloji kütlələrin qarşılıqlı yerləşməsi,
ikinci qrupa isə rəng və fotoçalar aiddir.
Həndəsi - əlamətlərin öyrənilməsi əsasında geoloji quruluşun landşaftın
daxili strukturunu əmələ gətirən elementlərinin bilavasitə qəbul edilməsi həyata
keçirilir. Özünün dəyanətliliyi ilə bu indikatorlar geoloji deşifrələmədə daha
etibarlı hesab edilir, lakin onların istifadəsi bitki və torpaq örtüyündən məhrum
olmuş açıq rayonlarda mümkündür.
Forma - daha dəqiq müəyyən olunan, dəyanətli və çox istifadə olunan
əlamət hesab edilir. Xarakter formasına görə vulkanik qurğular,
geoloji sərhəd-
lər, qırılma pozulmaları, intruziv kütlələr, tektonik cəhətdən müxtəlif regionlar
və s. yaxşı təyin olunur.
Geoloji kütlələrin ölçüləri şəkillər üzrə ya şəkillərin miqyasından asılı
olaraq, təxminən adi, sadə üsulların, ya da yüksək dəqiqlik tələb olunduğu
hallarda xüsusu stereofotoqrammetrik cihazların köməyi ilə təyin olunur. Bu
zaman nəzərə almaq lazımdır ki, olçü imkanları və dəqiqliyi şəkillərin həlletmə
qabiliyyəti ilə məhdudlaşır. Məsələn, lokal FŞ-də daha az əks olunan detallar
on metrləri aşmır. Geoloji kütlələrin ölçüləri bəzən onların mənşəyi və regionun
quruluşunun xüsusiyyətləri haqqında nəticə çıxarmağa imkan verir.
Geoloji obyektlərin qarşılıqlı yerləşməsi onların regionun quruluşunda
vəziyyətini (fəza və yaş), regionun geotektonik təbiətinin xüsusiyyətlərini, bəzi
hallarda isə süxurların tiplərini təyin etməyə imkan verir. Məsələn, təsvirin
zolaqlı şəkli laylı çökmə və ya metamorfik süxurların fərqləndirici əlaməti he-
sab olunur, bununla belə, zolaqlılığın xarakteri bəzən onların tərkibini təyin
etməyə əsas verir. Tektonik elementlərin qarşılıqlı münasibətinin xüsusiyyətləri
öyrənilən regionun tektonik tərzini müəyyən edir.
Yuxarıda göstərilən əlamətlər bütün eyni miqyaslı kosmik təsvirlərdə
dəyişməz hesab olunur, yalnız geoloji obyektlərin təsvirinin şəkli kimi,
generalizasiyanın müxtəlif səviyyələrində dəyişir. Sonuncu, relyefin xarakte-
rindən, onun parçalanma dərəcəsindən, çatlılığından, erozion şəbəkənin kəsil-
məsindən, torpaq və bitki örtüyünyn mövcudluğundan asılı olaraq formalaşır.
Bu əlamətləri “ mütləq” adlandırmaq qəbul edilmişdir. Belə ki, onlar planalma
zamanı geoloji obyektlərin dəyişməz xüsusiyyətləri ilə əmələ gəlir.
Fotoqrammetrik əlamətlər - (rəng və çalar) bir sıra səbəblərdən (müxtəlif
işıqlanma, atmosfer səpələnməsi, səthdə yatan süxurların tərkibinin dəyişməsi,
54
nəmlənməsi və s.) qeyri-dəyanətli hesab olunur ki, bu da onları nisbi kateqori-
yaya aid etməyə imkan verir.
Rəng- (daha dəqiq, obyektlər arasında rəng müxtəlifliyi) rəngli KŞ-də
əsas deşifrələmə əlamətlərindən biri hesab olunur, lakin güclü dəyişkənliyi
səbəbindən onun geoloji deşifrələmədə ehtiyatla istifadəsi tələb olunur.
Fotoçalar- ağ-qara şəkillərdə ağ çalardan qarayadək dəyişir. Süxurların
fotoçaları (rəngdə olduğu kimi) onların tərkibi və onları örtən dördüncü dövr
və ya müasir çöküntülərin nəmliyi ilə təyin olunur. Bu zaman nəzərə almaq
lazımdır ki, hazırda KŞ-də daha az əks olunan detalların ölçüləri 10-50 mini
aşmır. Bu, ayrı-ayrı lay və qatların, əsasən süxurların tərkibi ilə müəyyən
olunan, xüsusilə tonal differensasiyanı məhdudlaşdıran spektral parlaqlıq
əmsallarının güclü inteqrasiyasına gətirib çıxarır. Geoloji kütlələrin bununla
əlaqədar olan sahə üzrə kifayət qədər böyük çıxışları, tərkibinə görə eynicinsli,
relyefin orta və ya kiçik şaquli parçalanması zamanı süxurların eyni yatıma
malik olması hallarında tonal fərqliliyi açıq rayonlarda yaxşı izlənir.
Örtülü rayonlarda süxurların çalarına torpaq-bitki örtüyünün xarakteri
kifayət qədər təsir göstərir.
Fotoçalar fərqliliyinin analizində eyni rayonun müxtəlif şəkillərinin
müqayisəsi zamanı daha diqqətli olmaq lazımdır, belə ki, fotoçalar kifayət
qədər fərqlənə bilər. Fotoçaların intensivliyi M.N.Petruseviçə görə aşağıdakı
səbəblərdən asılı olaraq dəyişir:
1) şəkli çəkilən səthin rəngləri və ya daha dəqiq desək, onun spektral
əksolunma qabiliyyəti;
2) şəkli çəkilən səthin quruluşu və vəziyyəti;
3) səthin günəş şüaları ilə işıqlanma dərəcəsi (ilin və sutkanın ayrı-
ayrı vaxt kəsimləri ilə təyin olunur);
4) tətbiq olunan fotoaparat və fotomateriallar (plyonkalar, kağızlar və s.).
Fotoçalar, müxtəlifliyin optik və sıxlıq göstəricilərinə görə, mikrofotometrlə-
mənin köməyi ilə aparılır və açıq rayonların geoloji deşifrələnməsi zamanı,
örtülü
rayonlar üçün isə səth əmələgəlmələrinin geoloji struktur ilə təsdiq
olunmuş əlaqəsinin mövcud olduğu hallarda maraq kəsb edə bilər. Gözlə çətin
fərqlənən fotoçalar müxtəlifliyinin ayrılması məqsədilə, şəkillərin hissələrini
eyni tonallıqla fərqlənən müxtəlif rənglərlə boyamağa imkan verən xüsusi
aparatlardan istifadə olunur.
6.4.3.Dolayı deşifrələmə əlamətləri
Dolayı deşifrələmə əlamətlərinə relyef, hidroqrafik şəbəkə, torpaq, bitki,
insanın mühəndisi fəaliyyəti və təbii ərazi kompleksləri aiddir. Onlar geoloji
quruluşun elementlərinin birbaşa əks olunması imkanı istisna olunan örtülü
rayonlarda lokal və dəqiq şəkillərin geoloji deşifrələnməsi zamanı geniş istifadə
olunur.
55
Landşaft deşifrələmə üsulunun əsasını landşaftın komponentləri (geoloji
quruluş, relyef, bitki, torpaq və s.) və onun elementləri- Müxtəlif ranqlı ərazi
kompleksləri: fasiyalar, landşaft və landşaft növləri - arasındakı qarşılıqlı
münasibətin analizi təşkil edir. Bu zaman indikator olaraq, landşaftın kom-
ponentləri kimi, həm də KFŞ-də əks olunan təbii ərazi kompleksləri istifadə
edilir.
Relyef - Geoloji deşifrələmədə relyef bir sıra geoloji proses və ob-
yektlərin: yeni tektonik və müasir proseslərin, dizyunktiv pozulmaların,
plikativ strukturların və s. təzahürünün universal indikatoru hesab olunur.
KFŞ-də relyefin mikro və mezoformaları relyefin güclü parçalanması za-
manı və xüsusilə planalma anında günəşin aşağı (yer səthinə yaxın) vəziy-
yətində fotoçalara kifayət qədər təsir edərək, zəif və az-az yerlərdə təzahür
edir.
Kosmosdan alınan şəkillərdə relyefin mikro və meqaformaları daha dəqiq
görünür. KFŞ-də relyefin analizi müxtəlif geoloji və geomorfoloji infor-
masiyaları almağa imkan verir. Süxurların maddi tərkibinin ilkin təyinindən
tektonikanın xüsusiyyətlərinə qədər və relyefin formalarının öyrənilməsindən,
onların nisbi yaşından, inkişaf tarixindən mənşəyinə qədər.
Süxurların maddi tərkibinin tanınması şəkillərdə relyefin mikro və
makroformaları ilə yanaşı, xırda formalarını da görmək imkanlarına əsaslanır.
Relyef elementlərinin qarşılıqlı fəzavi yerləşməsinin nəzərə alınması
ilə, bu əlamətlər tektonik quruluşun deşifrələnməsində əsas hesab olunur.
Relyefin müxtəlif formalarının öyrənilməsi hidrogeoloji və mühəndisigeoloji
tədqiqatlarda, yeraltı suların axtarışında, hidrotexniki qurğuların layihələn-
dirilməsində və s. işlərdə istifadə olunur.
Hidroqrafik şəbəkə - Geoloji obyektlərin bu indikatoruna erozion
şəbəkəni, iri çaylardan başlamış göl və bataqlıqlara qədər aid edirlər. Geoloji
deşifrələmədə roluna görə hidroqrafik indikatorlar onların yüksək dəyanət-
liliyinə görə birinci qrupun əlamətlərinə yaxındır. Çay şəbəkəsi KFŞ-də çox
dəqiq oxunur (5-ci və ya 6-cə dərəcəyə qədər) (şəkillərin miqyasından asılı
olaraq)). Bu, çayda suyun duruluğu, çayın eninin artması ilə əlaqədardır ki,
bu da eni 2-3 m-ə qədər olan çayları fərqləndirməyə imkan verir.
KŞ-n T.Q.Svatkova tərəfindən aparılmış etalon deşifrələnməsi göstərir
ki, onlarda demək olar ki, bütün çay sistemi əks olunur. Hidroqrafik şəbəkənin
şəklinin dəqiqliyinə görə, lokal şəkillər irimiqyaslı xəritələrlə müqayisə edilə
bilər. KFŞ-də çay şəbəkəsinin özündən əlavə, çay dərələrinin nəinki tipini,
hətta formasını, sugötürücülərin və çay hövzələrinin sərhədlərini, çay yataq-
larının qarşısının kəsilməsinin izlənilməsini və meandrlaşmanı müəyyən etmək,
daha açıq çalarla xarakterizə olunan şəffaf sulu çayları suyu bulanıq və çirklən-
miş olan çaylardan fərqləndirmək imkanı vardır.
İlkin axın formaları - Düzən rayonlarda, dayaz və geniş dərələr topoq-
rafik səthin mailliyinə uyğun olaraq, geoloji quruluşun xarakterini, qırılma
56
və qırışıqlıq strukturları nəzərə çarpdıra, süxurların sukeçiricilik dərəcəsini
və bəzi müasir proseslərin təzahürünü təsdiq edə bilər. Erozion şəbəkə ilə
kəsilən çöküntülərin tərkibi haqqında məlumatları dərələrin eninə profillərinin
analizindən almaq olar. Dərələr, qobular, kiçik çay dərələri şəbəkəsinin, on-
ların quruluşunun, profillərin, planda yerləşmə xarakterinin analizi ana
süxurlarla nəzarətin təyini üzrə məlumatlar verə bilər. Çoxsaylı tədqiqatlar
nəticəsində müəyyən olunmuşdur ki, süxurların və tektonik formaların əsas
tipləri hidroşəbəkənin özünün səciyyəvi rəsmi ilə xarakterizə olunur.
Eroziya şəbəkəsinin xüsusiyyətlərinə və eninə profillərin əyilməsinə
görə süxurların tərkibi haqqında fikir söyləmək olar. Çoxlu sayda kiçik
göllərin və bataqlıqların olması sukeçirməyən süxurların mövcudluğunu təsdiq
edə bilər. Çay dərələri və yataqlarının erozion kəsilmə dərinliyinin dəyişməsi,
terrasların hündürlüyü və çay dərələrinin “quruluşu”
(düzlənmiş sahələr, yüksək
meandrlaşma, dərələrin ayrı-ayrı hissələrində “astana” və aşırımların ,çay
pillələrinin mövcudluğu) və erozion parçalanmanın sıxlığının lokal dəyişməsi,
çay qollarının şaxələnmə xarakteri və şəklin tipi, çay qollarının əsas yatağın
əksinə yerləşməsi tektonik quruluşa nəzarətin bu və ya digər tanınmış əlamətləri
süxurların yatımında pozulmanın olduğunu göstərir. Adətən böyük çaylar iri
qırılma və qırışıqlıq strukturlara cavab verir (onları təkrar edərək, izləyərək,
kəsərək və ya ətrafina dolanaraq). Məsələn, Niger çay dərəsi orta axarında
yeni hərəkətlər müşahidə olunan iri dərinlik yarılmasına uyğun gəlir (şəkil ;18
c). Yuxarıda qeyd olunanlar San-Andreas yarılması ilə nəzarət olunan
Kolorado çayına da aiddir (şəkil 18a). Göl və bataqlıq massivlərinin konturları
ayrı-ayrı iri qırılma pozulmalarına uyğun gələ bilər, məsələn, Faqyubin gölü
Niger çayının orta axarında (şəkil 18e). Qundam dağının yaxınlığında (Mali
respublikası), onların düzlənmiş sahələrinin yerləşməsindəki qanunauyğunluq
isə qırılma pozulmaları və qırışıqlıq sistemlərinə uyğun gəlir (şəkil 18b).
Bataqlıqlaşma proseslərinin lokal inkişafı və ya bataqlıqların tənəzzülü
həmin sahənin müasir düşmə və ya enmə tendensiyası haqqında xəbər verir.
İri göllərin, dəniz sahillərinin düzxətli sahələri, sahil çıxıntılarının və terras
səviyyəsinin hündürlüyünün yerli dəyişkənliyi tektonik səbəblərlə əsaslandırıla
bilər.
KFŞ hidroqrafik şəbəkənin hidrodinamikası və onunla bağlı hadisələr
(məsələn, qar və buz örtüyünün formalaşması) haqqında dəyərli informasiyalar
verə bilər. Qar və buz örtüyü landşaftın müxtəlif tiplərinin: yüksək dağlıq,
dağlıq və düzənlik ərazilərin kosmik fotoşəkillərində təsvirin albedonun ( albedo
- günəşdən gələn radiasiyanın səthdən əks olunan miqdarının (k/kal) onun
ümumi miqdarına olan nisbəti olub, %-lə ifadə
57
Şəkil 18. KŞ-də (“Cemini”) çay şəbəkəsinin təsvirlərində müxtəlif geoloji
amillərin (tektonik və litoloji) təsiri:
a – yarılmaya aid olan Kolorado çayı aşağı axarında; b – Cənub-qərbi Afrikada qırılmalarla və kembri
süxurlarının qırışıqları ilə nəzarət olunan qurumuş Svakop; c – dərinlik qırılması ilə nəzarət olunan
Niger çayı orta axarında; d – Ahaqqar massivinin dağlıq hissəsində (Mərkəzi Saxara) qırılmaların
müvəqqəti su cərəyanlarının pay-lanmasının xarakterinə təsiri; e – müəyyən çatlılıq sisteminə aid
olan Tibest vulkanik massivinin yamacında müvəqqəti su cərəyanları; f – Edvard platosunun (ABŞ)
gilli-karbonatlı süxurlarında zəif şaxələnmiş dendritşəkilli hidroqrafik şəbəkə; g - çay sisteminin Tuiqtinq
gölünə (Çin) tökülməsi zamanı meandrlaşma; h - müxtəlif litoloji komplekslərdə (Somali) hidroqrafik
şəbəkənin xüsusiyyətləri; i – kembriyəqədərki süxurların çıxışlarında (Ərəbistan) inkişaf edən hidroqrafik
şəbəkənin xarakteri; j–Xadramaut platosunun (Ərəbistan) karbonat süxurlarında dendritşəkilli hidro-
qrafik şəbəkə; k - Xadramaut platosunun (Ərəbistan) karbonatlı-gilli süxurlarında ağacşəkilli hidroqrafik
şəbəkə; l - Xadramaut platosunun (Ərəbistan) bərk karbonatlı süxurlarında nazik şaxələnmiş hidroqrafik
şəbəkə; m – Konqo çayının axarı, dərənin düzxətliliyi tektonik amillərlə əsaslandırılır.
58
olunur. Məsələn, yeni yağmış qarın albedosu 95%, suyun albedosu isə 15-18%
təşkil edir) yüksək qiyməti ilə şərtlənən parlaq açıq çalarına, həmçinin bir sıra
dolayı əlamətlərə, hər şeydən əvvəl, relyefdə paylanmasına görə yaxşı deşifrə-
lənir (şəkil 19).
Şəkil 19. KŞ-də dağlıq rayonlarda buzlaq və qar topalarının fototəsvirlərinin
xarakteri: a – Himalay (“Apollon”), b - Hindiquş (“Cemini”).
Lokal və dəqiq KŞ qarın ərimə dinamikasını, su hövzələrində buzun
açılması, buzlaqların hərəkəti, çayların və su hövzələrinin səviyyəsinin dinami-
kasını dəqiqliklə izləməyə imkan verir. Belə informasiya qarın əriməsindən
sonra gursululuğun proqnozu, çay və göllərin aşkarı və daha nadir hadisələrin –
yarğan əmələgəlmə, sürüşmənin təyini, çay və göllərə bəndlərin vurulması
üçün çox əlverişlidir.
Bəzi KFŞ-də şirin və duzlu gölləri fərqləndirmək imkanı vardır. Sonuncu-
ların indikatorları sahilin duzlu çöküntülərlə mürəkkəbləşən, bəzən bir sıra kon-
sentrik xətlər əmələ gətirən dayaz yerlərinin açıq rəngli təsvirləridir (şəkil 20).
|