3.2. Kosmik fotoplanalma
Yer səthinin 150-200 km-dən böyük yüksəklikdən fotoəksinin alınması-
kosmik planalma adlanır.
Kosmik fotoplanalma - İKG,UOS və YSP-dən əl kameraları, şəkilçəkən
avtomat və yarımavtomatlarla yerinə yetirilir.
26
1961-ci ilin avqust ayından İKG-dən yer səthinin şəklini çəkməyə başla-
mışlar. Bu zaman təyyarəçi kosmonavt Q.S.Titov ilk dəfə kosmik fəzadan
planetimizin səthinin fotoşəklini çəkmişdir.
Kosmik şəkillərin əsas fərqləndirici cəhəti bir fotoşəkillə səthin böyük bir
hissəsini əhatəetməsi qabiliyyətinin olmasıdır. İstifadə edilən fotolentlərdən və
şəkilçəkən cihazlardan asılı olaraq, elektromaqnit spektrinin bütün diapazon-
larında, onun müxtəlif zonalarında və hətta infraqırmızıya (İQ) yaxın diapa-
zonda da şəkil çəkmək mümkündür. Şəkillərin miqyası iki əsas parametrdən-
şəkilçəkmənin yüksəkliyi və obyektivin fokus məsafəsindən asılıdır.
Kosmik fotoaparatlar optik oxun meylliyindən asılı olaraq, yer səthinin
planını və perspektiv şəkillərini almağa imkan yaradır.
Hazırda kosmik şəkilləri 60% və daha böyük örtmə ilə almağa imkan
verən, yüksək həlletməyə malik fotoaparatlardan istifadə edilir.
Fotoplanalmanın spektral diapazonu infraqırmızıya yaxın zonanın
görünən hissəsini (0,86 mkm-ə qədər) əhatə edir.
İKG-dən yer səthinin şəklini çəkmək üçün KATE-140, MKF-6, FMS və
s. markalı şəkilçəkən sistemlərdən istifadə edilir. Bunlardan keçmiş SSRİ və
Almaniya mütəxəssisləri tərəfindən “İnterkosmos” proqramına əsasən hazırlan-
mış MKF-6M markalı çoxzonallı kosmik fotokamera gövdədən, obyektivləri
olan 6 kasetdən, elektron blokdan və idarəetmə sistemindən ibarətdir. Bu
sistemin parametrləri aşağıdakılardır:
Kanalların sayı……………………………… ……………………………..............6
Şəkilçəkmənin yüksəkliyi…………………………………………....…200-400 km
Cəftə………………………………………............... fırlanan disklərlə mərkəzi tipli
Örtmə qabiliyyəti …………………………………………………………20 – 80 %
Lentin eni ………………………………………………………....…70 mm-ə qədər
«Pinatar»obyektivi ……………………………………………………....... 4/125
MKF-6M fotokamerası altı spektral kanala malikdir ki, bunlar da aşağı-
dakı spektr zonalarında işləyir: 0,45 – 0,50; 0,52 – 0,56; 0,58 – 0,62; 0,64-0,68;
0,70-0,74; 0,78- 0,86.
Alınan təsvirin ölçüləri 55x81mm-dir. Bu şəkillər yüksək həlletmə imkan-
larına malikdir və onlar bir neçə dəfə böyüdüldükdə belə, informativliyini
itirmir. Şəklin kənarında sensitometrik paz, şəklin çəkilmə vaxtını göstərən saat,
lentin aydınlıqsaxlama kodu və kadrın nömrəsi yerləşir. 265 km yüksəklikdən
çəkilmiş şəkillərin miqyası təxminən 1: 2 000 000–ə yaxın-dır. 1-4-cü
kanalların zonal şəkillərini 60 dəfə böyütmək olar. Belə böyüdülmüş halda
onlar geoloji deşifrələmə məqsədləri üçün öz informativliyini itirmir. 5-6 -cı
kanallarla alınmış şəkillər isə yalnız 10 dəfə böyüdülə bilər.
Qeyd etmək lazımdır ki, indiki fotoqrafik planalma kosmik fəzadan
alınmış planalmanın ən məlumatlı növüdür. Təcrübə göstərir ki, insan gözünün
27
fiziologiyasına uyğun gələn, yəni bütün sahəni eyni zamanda görməyə imkan
verən şəkillərin optimal ölçüləri 18 x 18 sm-dir.
Əlverişli istifadə üçün biri-birini örtmə qabiliyyətinə malik ayrı-ayrı
kosmik şəkillərdən: fotosxemlər (fotomozaika) və ya istinad nöqtələrinin 0,1
mm və daha çox dəqiqliklə topoqrafik bağlanması olan fotoxəritələr qurulur.
Fotosxemləri qurmaq üçün yalnız planlı kosmik şəkillərdən istifadə edilir.
Müxtəlif miqyaslı perspektiv kosmik şəkilləri planlı şəkillərə çevirmək üçün,
«trasformasiya» adlanan xüsüsi proses tətbiq olunur. Kosmik şəkillərin trans-
formasiya edilməsi kosmosxemlərin və kosmofotoxəritələrin tərtibində müvəf-
fəqiyyətlə istifadə edilir ki, onlar da adətən koordinatın coğrafi şəbəkəsinə çox
asan bağlanır. Kosmik şəkillərin transformasiyası və kosmofotoşəkillərin hazır-
lanması geodezistlər tərəfindən xüsusi cihazlarla – transformatorlarla həyata
keçirilir.
3.3. Televiziya kosmik planalması
Televiziya kosmik planalması fotoqrafik planalmadan özünün az həlletmə
qabiliyyətli təsvirlər verməsi ilə fərqlənir (şəkil 2). Onlar meteoroloji xidmət-
lərdə çox geniş istifadə edilməklə yanaşı, geoloji işlərdə də öz tətbiqini tapır.
Televiziya kosmik planalmasında şəkil «vidiokon» qəbuledici qurğuya
proyeksiyalanır ki, onun da köməyi ilə fototeleqraf rejimdə elektromaqnit
siqnalları radiokanallarla Yerin qəbuledici stansiyalarına verilir və ya maqnit
lentinə yazılır.
Yerdəki qəbuledici stansiyalara daxil olan telesiqnallar gücləndirilir və
teleekrandan xüsusi qurğu vasitəsilə çəkilən görünən televiziya təsvirlərinə
çevrilir. Təbii ki, teleşəkillərin belə çoxpilləli və mürəkkəb ötürülməsi onların
informativliyinin itməsinə gətirib çıxarır. Bu itkini özünəməxsus tərzdə kom-
pensə etmək məqsədilə, YSP sırasında çoxzonalı rəngli şəkillər almaq üçün
xüsusi işıq süzgəclərinin köməyi ilə müxtəlif rejimlərdə işləyən bir neçə tele-
kameralar quraşdırılır.
Telekameranın əsas hissəsi - vidikon-ötürücü borudur. Televiziya plan-
alması zamanı borunun işləmə dövrü on saniyələrlə ölçülməklə, aşağıdakı
əməliyyatları yerinə yetirir: ekspozisiya, elektron təsvirin hesablanması, növbəti
ekspozisiyaya hazırlıq. Kadrlı televiziya təsvirləri yüksək geometrik dəqiqliyi
və bir-birini xeyli örtmək hesabına stereoskopik cütlərin alınması imkanlarına
görə fərqlənir.
28
Şəkil 2. Kosmik - foto (a) və televiziya (b) şəkilləri (Cənub-qərbi İranda
Zaqros dağlarının).
Bir çox YSP, o cümlədən “Meteor” (keçmiş SSRİ) və “Nimbus” (ABŞ)
televiziya sistemləri ilə təmin edilmişdir. Bu növ YSP-dən alınmış materiallar
geoloji tədqiqatlarda geniş istifadə edilir və onların müqayisəli xarakteristikası
aşağıdakı kimidir.
YSP “Meteor” “Nimbus”
Uçuşun yüksəkliyi, km ………….……………. 620-890 1070-1180
Əhatə etdiyi zolaq, km …….……………..….. 100-1400 2700-3800
Kadrların ölçüləri, sm…..………………………... 11x11 25,4 x 25,4
Yerdəki həlletmə imkanları, km ….………...…. 1,25-1,70 3,2 – 3,3
Spektrin zonası, mkm…………………….…….. 0,4 – 0,7 0,4 – 0,7
Kosmik televiziya planalmasının üstünlüyü böyük tezliyə və operativliyə,
çatışmayan cəhətləri isə - onların natamam keyfiyyətli və zəif (fotoşəkillərlə
müqayisədə bir neçə dəfə az) həlletmə imkanlarına malik olmasıdır.
29
3.4. Fototeleviziya planalması
Əvvələr hər iki növ planalmanın üstünlüklərini birləşdirməklə televiziya
və fotoqrafiya üsulu birlikdə aparılırdı. Bu prosesin mahiyyəti, obyektin şəkli-
nin çəkilməsi, təsvirin YSP-də avtomatik işlənməsi və hazır şəkillərin televiziya
vasitəsilə yerə ötürülməsindən ibarətdir. Bu planalmada fotoqrafiya sistemi
şəkillərin keyfiyyətini və həlletmə imkanlarını artırır, lakin televiziya şəkilləri
uzaq məsafədən yerə verilərkən, atmosfer maneələri hesabına öz keyfiyyətini
itirir. Bü üsuldan hazırda istifadə edilmir.
3.5. Skaner kosmik planalması
Hazırda kosmik planalmanın bu növü üçün YSP-də müxtəlif məqsədlərlə
qurulmuş çoxspektrli optik-mexaniki skaner sistemlərindən geniş istifadə edilir.
Skanerlərin köməyi ilə ardıcıl alınmış elementlərdə təsvirlər formalaşır. «Ska-
nerləmə - ərazini hər bir element dəqiqliyi ilə daşıyıcı raketin hərəkətinə
köndələn istiqamətdə izləyən və şüa axınını obyektivə və daha sonra işıq
siqnallarını elektrik selinə çevirən nöqtəvi göstəriciyə göndərən skanerləyici
elementlərin (yellənən və ya fırlanan güzgü) köməyi ilə təsvirlərin alınması de-
məkdir. Bu elektrik siqnalları əlaqə kanalları vasitəsilə qəbuledici stansiyalara
verilir (şəkil 3). Ayrı-ayrı elementlərdən-piksellərdən ibarət skaner zolaqların-
dan təşkil olunmuş sahənin şəkli fasiləsiz olaraq, ya maqnit lentinə, ya da
fotolentə həkk olunur. Skaner şəkillərini spektrin bütün diapazonlarında almaq
mümkündür, lakin spektrin görünən və infraqırmızı diapazonlarında alınmış şə-
killər daha effektli hesab olunur.
Şəkil 3. Skaner qurğusunun prinsipial sxemi.
“Meteor” seriyalı YSP-dən verilən skaner planalmasının materiallarından
geologiyada istifadə edilir. Bu peyklərdə müxtəlif konstruksiyalı skaner qurğu-
30
ları qurulmuşdur: kiçik həlletmə imkanlarına malik olan MSU-M, orta imkanlı
MSU-S, konusvari açılan MSU-SK, elektron açılan MSU-E (cədvəl 3).
Cədvəl 3
Skaner qurğularının texniki parametrləri
Parametrlər MSU-M
MSU-S
MSU-SK
MSU-E
Görünüş zolağı,km
Skanerləmə bucağı,dərəcə
Sətrin fəal hissəsində elementlərin sayı
Spektral kanalların sayı
Yerlərdə sətrlər üzrə həlletmə, km
Kütlə, kq
1930
106
1880
4
1
4,5
1380
90
5700
2
0,24
5,5
600
66,5
3614
4
0,175
47
28
2,5
1000
3
0,028
17
Skanerlərin əsas xüsusiyyəti skanerləmə bucağı və çəkilən zolağın eni və
həlletmə qabiliyyətinin ölçüsünü şərtləndəirən ani görmə bucağıdır. Bu bucaq-
ların qiymətindən asılı olaraq, skanerlər dəqiq və icmal (ümumi) görünüşlü
olur. Dəqiq skanerlərin skanerləmə bucağı
5
0
-ə qədər azaldılır, icmal görü-
nüşlü skanerlərdə isə
50
0
- ə qədər artırılır. Buna görə də şəkillərin həlletmə
qabiliyyəti çəkilən zolağın eni ilə tərs mütənasibdir.
5 il ərzində (1976-1980) “Meteor/Priroda”YSP-də qoyulmuş ska-ner
sisteminin istismarı zamanı keçmiş SSRİ-nin ərazisi 400 dəfədən çox çəkilmiş-
dir. 1989-cu il 18 iyunda orbitə çıxarılmış çoxspektrli «Fraqment» skanerləmə
sistemi quraşdırılmışdır. Skaner sisteminin parametrləri aşağıdakılardır:
Görünüş zolağının eni, km……………………………………….........................85
Şəkilçəkmənin tempi, km
2
/san………………………………….........................590
Tam informativlik, bit/san….……………………………………………....5,6 - 10
6
Kanalların sayı …….……………………….……….…………………………. ..85
Obyektivin açılma sahəsi, sm
2
……..……….…..……………………………….358
Kütləsi, kq………………………………………………………………….........280
Yeni nəslə aid olan, 7 diapazonda işləyən “Lendsat – 4 və 5” seriyalı
YSP-də quraşdırılmış “tematik kartoqraf” adlanan skaner tövsiyə olundu. Onun
həlletmə imkanı spektrin görünən diapazonunda 30m, infraqırmızı diapazo-
nunda isə 120 m-dir. Bu skaner böyük informasiya axını verir, lakin onların
işlənilməsi böyük zaman tələb etdiyi üçün şəkillərin verilmə sürəti azalır. Hər
iki kanaldan alınmış şəkillərdəki piksellərin sayı 36 mln.-dan artıqdır. Skaner
qurğusu nəinki Yerin şəklinin alınmasında, hətta radiasiyanın (radiometr skaner
qurğusu ilə) və şüalanmanın intensivliyinin ölçülməsində də (spektrometr
skaner qurğusu) istifadə edilə bilər.
Keyfiyyətinə görə skaner şəkilləri fotoəkslərdən geri qalır. Lakin skaner
şəkillərinin alınmasının sadəliyi, siqnalların müxtəlif YSP-dən Yerə tez bir
zamanda və avtomatik verilməsinə, şəkillərin rəqəmlə göstərilmə imkanlarına,
31
kompyüter proqramlarında korrektənin və işlənilmənin rahatlığına görə bu növ
şəkillər kosmik geologiyada aparıjı yerlərdən birini tutur. Transformasiya olunmuş
skaner şəkilləri kosmik şəkillər kimi sxemlərin tərtibində istifadə edilə bilər.
3.6. Qoloqrafik kosmik planalma
Bu növ planalma kosmik tədqiqatların çox nadir növüdür. O, Sankt-
Peterburuqun bir qrup alimləri: V.V.Şarkov, Z.O. Quryeva və E.N.Kildyuşevski
tərəfindən şelf zonalarının kosmik fəzadan öyrənilməsi üçün təklif edilmişdir.
Obyektin, işıq dalğalarının qeydiyyatı yolu ilə alınmış həcmi təsvirinə
qoloqramma-interferensiya təsviri deyilir. Üsul planalma obyektindən səpələ-
nən, əks olunan dalğaların qeydə alınmasına əsaslanır. Fotolövhədə qoloqrafik
həcmi təsvir formalaşır və sonradan fotoəks yolu ilə plan və ya perspektiv
şəkillərə çevrilir. Yer səthinin YSP-dən öyrənilməsi üçün qoloqrafik planalma
digər üsullarla birlikdə həyata keçirilərsə, bu, müəyyən dərəcədə deşifrələmənin
dəqiqliyini artırmağa imkan verər.
3.7. Radiolokasiya (radar) planalması
Radiolokasiya planalması (RL) distansion tədqiqatların əsas üsullarından
biridir və əsasən planet səthinin müxtəlif təbii amillərlə əlaqədar (bulud,duman
və s.) birbaşa müşahidəsinin çətinləşdiyi zaman istifadə edilir. Bu planalma
günün qaranlıq hissəsində da aparıla bilər. RL planalmada adətən təyyarə və ya
YSP-də qurulmuş radiolokatorlardan istifadə edilir.
RL planalması elektromaqnit spektrinin radiodiapazonunda aparılır.
Planalmanın mahiyyəti öyrənilən obyektdən normal üzrə əks olunan və
daşıyıcının kənarında qurulmuş qəbuledicidə qeyd olunan radiosiqnalların
göndərilməsindən ibarətdir.
Bu siqnalların qəbulediciyə qayıtma vaxtı obyektə qədər olan məsafədən
asılıdır. Radiolokatorun bu zondlayan impulsların obyektə qədər və geriyə
qayıtma vaxtını qeyd edən iş prinsipindən RL-şəkillərin alınması üçün istifadə
edilir. Burada şəkillər sətir boyu gəzən işıq ləkəsi vasitəsilə formalaşır. Obyekt
nə qədər uzaq olarsa, əks olunan siqnalın xüsusi kinokamera ilə birləşdirilmiş
elektron – şüa borusunda qeydə alınmasına sərf edilən vaxt bir o qədər çox
olacaqdır.
Keçmiş SSRİ-də “Toros” təyyarə radiolokasiya stansiyası çox ge-niş
istifadə edilirdi. Onun köməyi ilə bir gün ərzində 1: 90 000 və 1:180 000
miqyaslı iki yan icmal zolaqları almaq mümkün olmuşdur.
Təyyarədəki “Toros” stansiyası ilə arktik dənizlərdə buz örtüyünün
öyrənilməsi və geoloji tədqiqatlar üçün istifadə edilir. RL-planalma distansion
zonlamada ən operativ və məhsuldar üsuldur. Onun həlletmə imkanları 10 min-
32
dən 200 minə qədərdir. Adətən təyyarədə iki: sağ və sol lakator qurulur.
Təyyarənin altında yerləşən sahə radiosiqnalların təsir sahəsinə düşmür və
“ölü” zona əmələ gətirir ki, onun da ölçüsü uçuşun yüksəkliyindən və lokasiya-
nın bucağından asılıdır. RL şəkillərini deşifrə edərkən, radar şəkillərinin fo-
totonunu, ahəngini və teksturunu nəzərə almaq lazımdır. Rəngçalarları qaradan
ağımtıla qədər dəyişə bilər. Təcrübə göstərir ki, RL şəkillərilə işləyərkən, qara
rəngçaları hamar səthi əks etdirir ki, bu da göndərilən radiosiqnalların tam əks
olunması ilə əlaqədardır. Adətən iri çaylar qara rəngdə görünür. RL şəkillərdə
tekstur formalar relyefin girintili – çıxıntılı olmasından asılı olaraq, nazik
şəbəkə, zolaqvarı, massiv ola bilər. Məsələn, RL şəkillərində zolaqlı tekstur -
metomarfik və çökmə süxur laylarının növbələşməsindən təşkil tapmış dağlıq
sahələr, massiv tekstur isə intruziv əmələgəlmələrin yayıldığı sahələr üçün
səciyyəvidir. RL şəkillərində hidroşəbəkə daha yaxşı əks olunur və fotoşəkillərə
nisbətən bu əkslərdə daha yaxşı deşifrə olunur. Sıx bitki örtüyü olan rayonlarda
RL şəkillərinin yüksək həlletmə qabiliyyəti onlardan yerin bir çox ərazilərində,
o cümlədən Sibirin tayqa rayonlarında, Amazon çayı dərəsində və s. sahələrdə
istifadə etməyə imkanlar açır (şəkil 4).
Şəkil 4. Aerofoto - (a) və radiolokasiya - (b) planalması təsvirlərinin
müqayisəli informativliyi (Oreqon ştatının Sivayd rayonu).
Okean proseslərinin dinamikasının öyrənilməsi üçün nəzərdə tutulmuş
“Sisat” radiolokatoru 1970-ci ildə amerkan peykində quraşdırılmış, sonralar
yeni, daha mükəmməl radar “Şatl 4” kosmik gəmisinin uçuşu zamanı təcrübə-
dən keçirilmişdir. Bu radarla alınmış informasiya ağ-qara və sintez edilmiş
fototeletəsvir formasında olur və ya maqnit lentinə yazılır. Bu şəkillərin
həlletmə imkanları 40 mindir. İnformasiya rəqəmli və analoq işlənilməsi
formasında “Lendsat” sisteminin skaner şəkillərində olduğu kimi verilir. Bu
deşifrələmədə yüksək nəticələr almağa xeyli kömək edir. Çox zaman RL
şəkilləri, geoloji baxımdan, “Lendsat”dan alınmış şəkillərə nisbətən daha
məlumatlı olur. Bu iki növün kompleks deşifrələnməsinin materiallarından
daha yaxşı nəticələr almaq mümkündür. RL şəkilləri yerin çətin və yaxud
33
əlçatmaz sahələrinin (səhralar və yüksək dairələrində olan sahələr) öyrənilmə-
sində müvəfəqiyyətlə istifadə edilir.
Məsələn,keçmiş Sovet geoloqları tərəfindən, planetin qütb zonalarının
(Arktika və Antarktika) YSP-dən alınmış RL şəkilləri təhlil edilmiş və yaxşı
nəticələr əldə olunmuşdur.
RL planalması qalın bulud qatı ilə örtülmüş Venera planetinin
öyrənilməsində də müvəffəqiyyətlə istifadə edilmişdir (şəkil5).
Şəkil 5. Veneranın səthinin radiolokasiya şəkli. Xətti qırışıq deformasiyaları
görünür.
Şübhəsiz ki, RL cihazlarının təkmilləşməsi gələcəkdə Yerin distansion
tədqiqində, xüsusilə onun geoloji quruluşunun öyrənilməsində radiolokasiyanın
rolunu artıracaqdır.
3.8. İnfraqirmizi planalma (İQ)
İQ və ya istilik planalması yer obyektlərinin şüalanması əsasında istilik
anomaliyalarının ayrılması ilə həyata keçirilir. İstilik anomaliyaları günəş
şüalanması və ya endogen mənşəli istilikdən əmələ gəlir. Bu planalma
geologiyada geniş tətbiq edilir.
Yer səthinin temperatur qeyri-bircinsliliyi onun müxtəlif yerlərinin eyni
dərəcədə isinməməsindən irəli gəlir.
Yerin təbii ehtiyatlarının öyrənilməsi zamanı V.B. Şili və başqaları
tərəfindən istilik aeroplanalma üsulu işlənib hazırlanmışdır. Elektromaqnit
rəqsləri spektrinin infraqırmızı diapazonu şərti olaraq, üç hissəyə ayrılır: yaxın
(0,74 – 1, 35 mkm), orta (1,35 – 3,50 mkm) və uzun (3,50 – 1000 mkm). Günəş
(xarici) və endogen (daxili) istilik geoloji obyektləri, süxurların litoloji
tərkibindən, istilik əlamətindən, nəmliyindən, albedo və digər səbəblərdən asılı
olaraq, müxtəlif dərəcədə qızdırır. İQ şüalanma atmosferdən keçərkən, seçimlə
udulur. Ona görə də istilik planalmasını yalnız “Şəffaflıq dəliyi” adlanan,
infraqırmızı şüaları buraxan zonalarda aparmaq olar. Eksperimental olaraq,
34
dörd əsas şəffaflıq dəliyi ayrılmışdır ( mkm): 0,74 – 2,40 ; 3,40 – 4,20 ; 8,0 –
13,0; 30 – 80,0). Bəzi tədqiqatçılar daha çox sayda şəffaflıq dəliyi ayırırlar.
Birinci dəlikdə (0,84 mkm-ə qədər) əks olunmuş günəş şüalanmasından istifadə
edilir. Burada xüsusi fotolent tətbiq etmək və qırmızı süzgəclə işləmək lazımdır.
Bu diapazonda aparılan planalma infraqırmızı fotoplanalma adlanır. Digər
şəffaflıq dəliklərində ölçü cihazları-televizorlar istilik anomaliyalarını qeyd
edərək, görünməyən infraqırmızı şüanı elektron şüa borularının köməyi ilə
görünən şüalara çevirir. İnfraqırmızı şəkillərdə açıq rəngçalarları alçaq
temperaturlu sahələri, tünd çalarlar isə nisbətən yuksək temperaturlu sahələri
əks etdirir (şəkil 6). İnfraqırmızı planalmanı gecə saatlarında da aparmaq
mümkündür. YSP-dən alınmış İQ şəkillərdə sahil xətti, hidroqrafik şəbəkə,
buzlaq şəraiti, su mühitinin müxtəlif sahələri, vulkan fəaliyyəti və s. dəqiq
izlənilir.
.
Şəkil 6. Xəzər dənizi rayonunun infraqırmızı (İQ) təsviri (“Meteor”):
a – gündüz təsviri, b - gecə təsviri.
İQ şəkillər yerin istilik xəritələrinin tərtibatında istifadə edilir. İQ planal-
ması vasitəsi ilə alınmış xətti zolaqlı istilik anomaliyaları qırılma zolaqları, sa-
həvi və konsentrik istilik anomaliyaları isə tektonik və ya oroqrafik strukturlar
kimi interpretasiya olunur. Məsələn, Orta Asiyanın kaynozoy yaşlı çöküntü-
lərindən ibarət törəmə çökəlikləri, infraqırmızı şəkillərdə yüksək intensivliyə
malik anomaliya kimi deşifrə olunur. Fəal vulkanik fəaliyyətli regionlardan
alınmış məlumatlar xüsusilə qiymətlidir. Hazırda şelf dibinin tədqiqatlarında İQ
şəkillərin istifadəsi geniş yayılmışdır. Bu usulla su səthinin anomal temperatur-
lar fərqinə görə, dəniz və okean dibinin relyef quruluşu haqqında məlumat
35
alınmışdır ki,bu da aşağıdakı prinsip əsasında həyata keçirilmişdir. Su səthinin
eyni də şüalanması zamanı qızmaya sərf olunan enerji dayaz hissələrdə az,
dərin qatlarda isə daha çox sərf olunduğundan, dərin hissələr üzərində su
səthinin temperaturu dayaz hissələrə nisbətən az olur. Bu prinsip İQ şəkillərdə
müsbət və mənfi relyef formalarını, sualtı dərələri, silsilələri və s. ayırmağa
imkan yaradır.
Hazırda İQ planalmadan, xüsusilə yeraltı suların axtarışında, mühəndisi
geologiyada geniş istifadə olunur.
3.9. Spektrometrik planalma (SM)
SM planalma süxurların əksetdirmə qabiliyyətini ölçmək məqsədilə
aparılır. Belə ki, süxurların spektral parlaqlıq qiymətini bilməklə, geoloji
deşifrələmənin diapazonunu genişləndirmək mümkündür. Süxurlar müxtəlif
əksetdirmə qabiliyyətinə malik olduğundan, spektral parlaqlıq əmsalının
qiymətlərinə görə fərqlənirlər.
SM planalma üç növə ayrılır: 1)atmosferin təsirini istisna edən və univer-
sal hesab olunan – mikrodalğalı (0,3 sm- 1,0 m); 2)öyrənilən obyektlərin enerji
parlaqlığına görə temperaturlar fərqini müəyyən edən infraqırmızı və ya istilik
(0,30 – 1000 mkm); 3)əks olunan radiasiya şüalanmasının spektral paylanma-
sını qeyd edən, şüalanmanın görünən və yaxın (0,30 – 1,40 mkm) İQ spektrinin
spektrometriyası.
Geoloji obyektlər spektral xüsusiyyətlərindən asılı olaraq, müxtəlif
ziddiyyətlilik dərəcəsi ilə kosmik şəkillərdə əks olunur. Süxurların spektral
xassələrinə görə məlumat bankının tərtibi olduqca çətindir. Bu məqsədlə,
müxtəlif məsafələrdə, ilin müxtəlif fəsillərində və fərqli açılış dərəcəsinə malik
sahələrdə süxurların spektrometrik ölçüsünü aparmaq lazımdır. Hazırda
spektrin ensiz zonalarından alınmış çox zonallı şəkillərdən istifadə etməklə,
sərhəd ziddiyyətini artırmaq mümkündür.
3.10. Maqnit planalması (MP)
Kosmik maqnit planalması 1985-ci ildən aparılır. Kompyüter proqramla-
rında işləmək üçün maqnit məlumatları avtomatik surətdə yerə verilir. Bu
işləmənin nəticələri dövri- aləm profilləri və yaxud yerin maqnit sahəsinin
xəritəsidir. YSP-nin qeyd etdiyi maqnit anomaliyalarının mənbəyi böyük
dərinliklərdə, bəlkə də nüvə ilə mantiyanın sərhədində yerləşir.
PAS-da qurulmuş maqnitometrlər günəş sistemi planetlərinin maqnit
sahəsini öyrənməyə imkan yaradır.
Kosmosdan alınmış maqnitometrik planalmanın nəticələri planetlərin
geologiyasının tədqiqatında böyük maraq kəsb edir.
|