Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   ...   9   10   11   12   13   14   15   16   17
Azf-287674


 
Şəkil 82. Qızılbulaq mis,qızıl,kolçedan yatağının yerləşməsinin struktur 
mövqeyi (Məmmədov Z.İ., 2005). 
 
Drambon yarımhalqavarı strukturu eninə 2 km-ə yaxın diametrə malikdir. 
O, qırılma zonasının qövsvarı zonasında təzahür etmiş diorit, porfirit və kvars-
diorit intruziv kütlələrinin  ətrafında qövsvarı forma əmələ  gətirir. Sonuncu 
Qızılbulaq çökmə kalderasının  şimal-şimal-şərq qanadına uyğun gəlir. Halqa-
varı struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. Onun 
şimal-qərb qurtaracаğı  Тərtərçay vadisinin dördüncü dövr çöküntülərilə örtül-
müşdür.  
Məxsusi Qızılbulaq halqavarı strukturu iki konsentik yerləşmiş  halqadan  
ibarət olub, Drombon halqavarı strukturundan cənub-qərbdə qeyd olunur. Hal-
qanın xarici hissəsi ellipsoid formasına malik olub, 2,5 km-lik oxa malikdir. 
Burada deşifrə olunmuş konsentrik sərhədlərin interpretasiyası çətinlik törədir. 
Struktur orta və üst yuranın vulkanogen və vulkanegen-çökmə süxur kompleks-
lərinin inkişaf etdiyi sahəyə  uğunlaşmışdır. Qızılbulaq halqavarı strukturunun 
şimal-qərb qurtaracağı, həmçinin Tərtər çayının sağ yamacının dördüncü dövr 
çöküntüləri ilə örtülmüşdür. Strukturun quruluşu мüxtəlif maqmatik əmələgəl-

196 
 
mələrin dəyişilməsi ilə  şərtlənən dəqiq  əks olumuş konsentirik zonallığa 
malikdir. Süxurlar kənarlardan mərkəzə doğru, ardıcıl olaрaq bat və bayoş 
əmələgəlmələrilə əvəz olunur. Strukturun mərkəzində və cənub-şərq qurtaraca-
ğında bütün üst bayoz və bat süxur komplekslərini yаran, bаyos və bat yaşlı orta 
əsasi və turş tərkibli izometrik formalı subvulakanik kütlələrin yeddi kiçik çıxışı 
ayrılmışdır.               
Ayrılmış halqavarı sturuktur geofiziki sahədə lokal maqnit və  mənfi 
qrafitasiya anomаliyası ilə əks olunmuşdur. Maqnit sahəsində hər iki halqavarı 
strukturun vəziyyəti eynidir. Onların daxilində səthə uyğun gələn lоkаl müsbət 
anomaliya qeyd olunur. Qravitasiya sahəsində hər iki halqavarı struktur ağırlıq 
qüvvəsinin aşağı qiymətinə uyğun gəlir, eyni zamanda hər iki struktur lokal 
sahələrə uyğun gəlir. Qradient zonasında bu strukturların ağırlıq qüvvəsi, orta 
əsasi tərkibli açılmamış intruzivlərə uyğun gələn lokal  minimumlarla üst-üstə 
düşür.  
Qızılbulaq filiz rayonun halqavarı strukturları haqqında baxılan məlu-
matlar onların mənşəyi və yaşı haqqında bir sıra mülahizələr yürütməyə imkan 
verir. 
Drombon yarımhalqavarı stukturunun mənşəyi ilk növbədə yüksək  aеro-
foto və kosmik şəkillərdə aşkar olunmuş, dərinlik qövsvarı qırılmaların  fəallığı 
ilə şərtlənən, onun vulkan-plutonik gensizli olmasını təsdiq edən diorit-porfirit 
və kvarslı diorit-porfirit tərkibli hipabissal intruziv kütlələrin halqavarı kontu-
runa uyğunlaşması ilə  səciyyələnən maqmatizmlə  əlaqədar olması ilə izah 
olunur. Belə forma adətən vulkanizm və  mərkəzi tip plufonik  diaprizm ilə 
əlaqədar  olan vulkan-plufonik   mənşəli halqavarı strukturlar üçün  xarakterik-
dir. Qızılbulaq halqavarı strukturu vulkanik proseslər nəticəsində əmələ gəlmiş-
dir (şəkil 83).  
 
Şəkil 83. Qızılbulaq  yatağı  sahəsində xətti və halqavarı strukturların deşirə 
xüsusiyyətləri.  Halqavarı strukturlar: Qazanbulaq (I), Derombon  (II) İmarət-
Qərvənd  (III). 

197 
 
Filiz sahəsinin halqavarı strukturunun yaşı geniş  diapazonda dəyişir. 
Bunu onun orta yuradan neokoma qədər müxtəlif yaşlı maqmatik əmələgəl-
mələrlə uyğunlaşması təsdiq edir. Digər tərəfdən, müxtəlif yaşlı  maqmatitlərin 
bu və ya digər strukturda mövcudluğu ilkin yatmış halqavarı  qırılmaların dövrü 
fəallığını göstərir. 
 Mehmana filiz rayonunda  mərkəzi hissədə  konsentrik halqavarı struktur 
daxilində, polimetal, mis və kükürd, kolçedan filizləşməsini yerləşdirən və 
nəzаrət edən submeridional və  şimal-qərb istiqamətli filizli qırılmalrın  kəsiş-
məsi və ya  haçalanması  müşahidə olunur (şəkil 84).  
 
Şəkil 84.  Mehmana filiz rayonunda  xətti və halqavarı  
strukturların deşirə xüsusiyyətləri. 
 
Vulkanik strukturlar özünü uzun  müddət  inkişaf  edən  tektonik  vahidlər  
kimi büruzə verir. Bu strukturların yaranmasında böyük rol vulkanizm və  
tektogenezə  məxsusdur.  Vulkanik  halqavarı  strukturlar vulkanlar,  kalderalar,  
günbəzlər, qalxan vulkanları, stratovulkanlarla təqdim olunurlar. Onların dia-
metri adətən ilkin 100 km-i aşmır. Onlar müxtəlif yaşa və relyefdə müxtəlif  
saxlanma  dərəcəsinə  malikdir. Vulkanik  və  vulkan-tektonik  strukturlar Talış 
intraqövs riftində, Löh-Qarabağ ada qövsündə (Zəyəm-çay hövzəsi), Qoças və  
Ordubad əyilmələrində aşkar edilir. 
Kosmik  şəkillərin deşifrələnməsi prosesində Dağlıq Talışda mərkəzində  
Savalan stratovulkanı yerləşən Savalan mezohalqavarı strukturu ayrılır, ehtimal  
ki, Talış qırışıqlıq sistemi onun xarici şimal-şərq hissəsi hesab olunur. Savalan  
halqavarı strukturu hüdudlarında 10-dan artıq yüksək dərəcəli (səviyyəli) halqa  
ayrılır ki, onlar da öz morfologiyasına görə çökmə kalderasına (Quludaş, 
Kurokşu) və ya paleovulkanların mərkəzi ilə olan günbəzlərə  (Qoverin, Lerik  
və s.) uyğun gəlir. Ehtimal olunur ki, Savalan mezohalqavarı strukturu iki  
transform lineamenti Palmir-Abşeron və Baqrovdağ arasında inkişaf etmişdir. 
Savalan mezohalqavarı strukturu, öz növbəsində  şimal-qərb,  şimal-şərq,  
submeridional lineamentlərlə  kəsilmişdir və nisbətən xırda vulkan-tektonik  

198 
 
quruluşa uyğun gələn mikrohalqavarı strukturlarla mürəkkəbləşmişdir. Burada,  
paleogen dövründə Talış-Qaradağ subqələvi və qələvi vulkan-plutonik  assosia-
siyası geniş inkişaf tapdığı halda, neogen dördüncü dövrdə Savalan, Laçın  
lineamentinin  (kosmik  şəkillərin  deşifrələnməsi prosesində  aşkar  edilmişdir),  
o cümlədən digər suben, meridional qırılmaların fəallaşması sayəsində  əhəng-
daşı qələvi  və  subqələvi  seriyaları  yaranmışdır. 
Vulkanik və vulkan-tektonik  halqavarı  strukturların  inkişafına  misal  
Axıncaçay və  Zəyəmçay arası massiv ola bilər. Burada Löh-Qarabağ ada  
qövsünün digər sahələrində olduğu kimi, vulkanogen əmələgəlmələrin xarakter  
xüsusiyyətlərindən  biri vulkanik qurğuların qorunub saxlanılmış hissələrinin  
mövcudluğu hesab olunur ki, onların da arasında filizli vulkan-tektonik  halqa-
varı  strukturlar  böyük  əhəmiyyət  kəsb  edir. 
Kosmik  şəkillərdə bu vulkan tektonik əmələgəlmələr müxtəlif genezisli  
halqavarı, yarımhalqavarı strukturlar şəklində ayrılır. Adətən onlar şəkillərdə  
asan deşifrələnir, onlara tünd fotoçalar uyğun gəlir, bundan əlavə, onun  aşkar-
lanması üçün əlamət hidroşəbəkənin konturu hesab oluna bilər. Burada  halqa-
varı strukturlar çay və ya çay şəbəkəsinin əyrisinə (radial mərkəzəqaçan kontur-
la) uyğun gəlir. 
Daha böyük maraq doğuran Qəribli,  İsakənd, Abdal, Çanaqçı, Qızıldağ  
halqavarı strukturlarıdır. Bu halqavarı strukturlar müxtəlif genetik tiplərə aid  
edilir; onların arasında kaldera, ekstruziv, günbəz, vulkan-günbəz, untruziv- 
günbəz, tektonik-maqmatik və s. ayrılır.    
Kalderalar bilavasitə Zəyəmçay hövzəsində xəritələnir və Şamlıq, Qəribli  
kalderaları ilə  təmsil olunur. Bu strukturlar mis-porfir, mis-kolçedan və s.  
yataqların formalaşmasında indikator hesab olunur və daha mühüm filiznə-
zarətedici vulkan tektonik struktura aid edilir. Çanaqçı kalderası daha görkəmli  
hesab olunur, o, kosmik şəkillərdə daha aydın aşkarlanır və Çanaqçı çay hövzə-
sində Zəyəmçayın sağ sahilində yerləşir. Çanaqçı vulkan tektonik strukturu üzə  
çıxmış intruziyalar paleovulkanik qurğunun qorunub saxlanılmış reliktləri ilə  
çökmə kalderası kimi özünü büruzə verir (şəkil 85). 
Relyefdə kalderanın yuranın vulkanogen-çökmə süxurlarını kəsən hissəsi  
yaxşı deşifrə olunur. Kalderanın daxili hissəsi qarışıq tərkibli vulkanitlərlə   
andezit-dasit, dasit və riolit tərkibli iqrimbrit, riolitlərin lavabrekçiyaları  və  
onların  tufları  ilə  tamamlanmışdır  və  böyük  miqdarda  orta  və  turş  tərkibli  
subvulkanik kütlələrlə  yarılmışdır.  Çanaqçı  kalderasının  hüdudlarında  bayos  
vulkanogen əmələgəlmələri bazalt (alt bayos) və riolit (üst bayos) komplekslərə  
parçalanmışdır. 
Kalderanın şimal və cənub-şərq hissəsində mərkəz tipli alt bayos vulkanik  
aparatlarının reliktləri qorunub saxlanılmışdır. Kalderanın mərkəzində daxili  
hissəsi kvars dioritləri və plagio-qranitlərlə mürəkkəbləşmiş Çanaqçı intruziyası 
üzə çıxır. Qabbroidlər halqavarı kütlə şəklində kvars dioritlərini haşiyələyir. 

199 
 
 
 
Şəkil  85. Çanaqçı  kalderasının sxematik  geoloji  xəritəsi. 
1 – dördüncü  dövr  çöküntüləri;  2 -  üst  bayos  riolitləri  və  onların  tufları;  3 – alt  bayos  bazaltları,  
andezit-bazaltlar  və  onların  tufları;  4 -  üst  yura  subvulkanik  andezitləri  və  dasitləri;  5 - üst  bayos 
subvulkanik  riolitləri və  riodasitləri;  6 - əsas  və  turş  tərkibli  daykalar;  7 – qabbro,  qabbro-dioritlər;  
8 – kvars  dioritləri,  qranodioritlər;  9 – vulkanik  mərkəzlər;  10- yarılmalar;  11 – mis filiz  təzahürləri;  
12 – dəmir filiz  təzahürləri; 13 – mis-sürmə təzahürləri. 
 
Göründüyü kimi, Çanaqçı vulkan-plutonik strukturunun formalaşması alt 
bayosdan üst yuraya qədər uzun inkişaf yolu keçmişdir. Belə ki, alt bayosda  
Zəyəmçay boyu “uzunömürlü”  yarılma  baş vermişdir.  Üst  bayosda  tektonik 
fəallıq davam etmiş, turş vulkanizm püskürmüş  və çökmə kalderasının  əsası 
qoyulmuşdur. Üst yurada qabbro və kvars dioritlərinin intruziyaları  formalaş-
mışır. 
Əsrikçayın sağ sahilini əhatə edən Qoşa filiz sahəsində müxtəlif miqyaslı  
aerokosmik  şəkillərin (1:1000000, 1:500000, 1:200000 miqyaslı) deşifrələn-
məsi sayəsində bir sıra halqavarı və xətti strukturlar aşkarlanmışdır ki, onlardan 
bəziləri müxtəlif filiz yataq və təzahürlərinin yerləşməsində biavasitə  müsbət 
rol oynayırlar. 
Deşifrələnmənin nəticələrinə  və geoloji müşahidələrə görə Axıncı  və 
Zəyəm çayları hövzəsinin halqavarı  və  xətti strukturları ayrılmışdır. Burada 
Qoşa filiz sahəsinin struktur vəziyyətinin sxemi tərtib edilmiş  və bu struktur 
elementlərin dəqiq diferensiasiyası qeyd olunmuşdur (şəkil 86).  
Kosmik  şəkillərin müxtəlif mərhələlərlə deşifrələnməsi nəticəsində 
Axınca və  Zəyəm çayları hövzəsində bir sıra müxtəlif tərtibli halqavarı 
strukturlar ayrılmışdır. Bu strukturlar (Qoşa, Yeldağ,  Şamlıq,  İsakənd, Qəribli 
və  Qızılqaya)  mənşəyinə görə müxtəlif genetik tiplərə aid edilir (kaldera, 

200 
 
ekstruziv, günbəz, vulkan-günbəz, tektonik-maqmatik və s. tiplər). Ölçülərinə 
görə mini struktura aid edilən (10-15 km-ə qədər) və diametri bir neçə yüz m-ə 
çatan kiçik halqavarı  strukturlar ayrılır (şəkil 86). 
 
Şəkil 86.  Axınca və Zəyəm çayları hövzəsində halqavarı və xətti strukturların 
yerləşmə sxemi  (Mansurov M.İ., 2004): 
1- halqavarı strukturlar; 2-3- xətti strukturlar.  
 
Yuxarıda qeyd etdiyimiz halqavarı strukturlardan daha böyük maraq kəsb 
edən  Əsrik və Axınca çayları arasında yerləşmiş Qoşa halqavarı strukturudur. 
O, mənşəyinə görə vulkan-plutonik tipə, ölçüsünə görə isə mini struktura (10-
15 km-ə  qədər) aid edilir. Bu struktur relyefdə yaxşı  əks olunmuş konsentrik 
formada deşifrələnir. Onun daxili hissəsi bayosun vulkanogen və vulkanogen- 
çökmə süxurlarından təşkil tapmışdır. Sonuncu öz növbəsində kvars-diorit 
intruzivi və dasitriolit subvulkan kütlələrinin çıxışları ilə yarılmışdır.  
Deşifrələnmiş materialların və mövcud geoloji, geofiziki, geomorfoloji 
məlumatların müqayisəli təhlili göstərir ki, Qoşa filiz sahəsi müasir strukturda 
turş intruziv kütlələrlə, müxtəlif tərkibli daykalarla yarılmış  və  mənfi qravi-
tasiya sahəsinə malik çökmə kalderası ilə  əks olunmuş uzunmüddətli filiz-
maqmatik mərkəzini özündə birləşdirən eyni adlı halqavarı strukturun daxilində 
yerləşmişdir. 
Strukturun daxilində turş  və orta tərkibli intruzivlər və ekstruzivlər 
yerləşmişdir. Halqanın daxilində eyni zamanda bir neçə kiçik halqa və yarım-
halqa qeyd olunmuşdur. Bütün bunlar kosmik və yüksəklik aerofotoşəkillərdə, 
müxtəlif yaşlı və tərkibli vulkanogen, vulkanogen-çökmə süxurları əhatə edərək 
yaxşı  həkk olunurlar. Bu strukturun halqavarı xüsusiyyəti paleovulkan 
qurğularının subvulkan kütlələri ilə, metasomatitlərin filiz təzahürləri və blok 

201 
 
pozulmaları ilə əlaqəsində qeyd olunur. 
Filiz sahəsi hüdudunda strukturun oval forması alt və üst bayosun vulka-
nogen süxurlarının sərhədlərinə uyğun gəlir. Ən zəngin filizləşmə məntəqələri 
halqavarı strukturun mərkəzindəki vulkan qurğularına uyğunlaşmışdır. Bu 
qarşılıqlı münasibətdən belə  nəticəyə  gəlmək olar ki, halqavarı strukturun 
əmələgəlməsi bayos vulkanogen kompleksinin konsolidasiyası ilə eyni vaxtda 
baş vermişdir. 
Filizləşmə əksər hallarda vulkanogen süxurlarda və onları kəsən subvul-
kan kütlələrində  cəmləşmişdir. Filiz kütlələrinin yerləşməsi, həm halqavarı 
struktur, həm də nisbətən geniş intervalda dəyişən xətti tektonik qırılmalarla 
nəzarət olunur. 
Şamlıq halqavarı strukturu kaldera tiplidir və  şərqdə yaxşı saxlanılmış 
Haçaqaya, Maraldağ, qərbdə isə Kamandar vulkan qurğuları ilə hüdudlan-
mışdır. Halqavarı strukturun kənar hissələrində üst bayos yaşlı intruzivlər, 
daykalar, riolitlərin və riodasitlərin ştokları inkişaf etmişdir.  
Kalderanın geoloji quruluşunda alt bayos yaşlı aqlomerat lavaları, riolit 
və riodasitlərin tufları və tufbrekçiyaları iştirak edir. Struktur daxilində müxtəlif 
fiziki anomaliyalarla səciyyələnən törəmə kvarsitlər zolağı inkişaf etmişdir. 
Məsələn, Bala Şamlıq sahəsində 2,5x1,5 km ölçüdə sulfid minerallaşmalı YP 
(yaradılmış polyarlaşma) anomaliyası ayrılmışdır. Bu anomaliya daxilində 5%-
lik fonda 

= -15 % intensivlikli sərbəst YP anomaliyası ayrılmışdır. Qəribli 
sahəsindəki anomaliya Zəyəm çayı bayunca uzanmaya malikdir. 
Şamlıq halqavarı strukturu yan süxurların şistləşməsi və kvarslaşması ilə 
müşahidə olunan müxtəlif istiqamətli qırılma pozulmaları ilə kiçik bloklara 
bölünmüşdür. Bu qırılma pozulmaları kosmik şəkillərdə asanlıqla deşifrələnir.  
İsakənd halqavarı strukturu Zəyəm çayının sol sahilində yerləşmişdir və 
morfoloji cəhətcə uzunsov formaya malikdir. O, Əhmədabad Qoşa və Yeldağ 
qırılmalarının kəsişmə düyününə uyğunlaşan Yeldağ halqavarı strukturu ilə 
konsentrik olaraq qovuşur. Struktur vulkan günbəz tipə aid edilir. Filiz sahəsi 
daxilində ona Yeldağ vulkan qurğusu cəlb olunmuşdur. Bu qurğunun mərkəz 
hissəsində geniş zolaq şəklində konsentrik yerləşmiş daykalarla və kiçik qırılma 
pozulmaları ilə haşiyələnmiş düşmə kalderası yerləşmişdir. Bu strukturun 
formalaşması relyefdə müsbət formaya malik mərkəz tipli Yeldağ vulkanik 
fəaliyyəti ilə şərtlənmişdir. Həmin strukturda mərkəzdən kənarlara doğru riolit 
və riodasitlərin konsentrik daykaları, həmçinin vulkan mərkəzindən radial 
aralanan qırılma pozulmaları yerləşmişdir. 
Bu sahədə geofiziki tədqiqatlarla bir YP anomaliyası (3%-lik fonda inten-
sivlik 

=-10%) ayrılmışdır. Bu anomaliya törəmə kvarsitlərdə yerləşərək, 
möhtəvi
 
minerallaşmalı
 
qırılma
 
pozulmaları
 
ilə
 
nəzarət
 
olunan
 
üç
 
areolla
 
əhatə 
olunmuşdur. 
Qızılqaya halqavarı strukturu ekstruziv günbəz tipinə aid edilir. Bu struktur 
Əsrikçayın sol sahilində yerləşmişdir və  şimal-şərq və  şimal-qərb istiqamətli 

202 
 
qırılmaların kəsişmə düyünündə müşahidə olunur. Strukturun mərkəz hissəsində 
mərkəzə doğru sərt düşmə bucağı ilə səciyyələnən riolit tərkibli ekstruziv günbəz 
yerləşmişdir. Riolitlər Qızıldağ vulkanının boğazını doldurur, onun kənarları isə 
eruptiv brekçiyalardan təşkil olunmuşdur. Strukturun formalaşmasında daykaların 
rolu böyükdür. Onlar, şimal-qərb istiqamətdə uzanmaya malik olub, tərkibinin 
müxtəlifliyi ilə səciyyələnir (andezitlərdən dasitlərə, riolitlərə qədər). 
Abdal  halqavarı  strukturu  da  analoji  mənzərəyə  malikdir. Ekstruziv 
günbəz strukturuna Qızıldağ halqası misal göstərilə bilər. Gec yura yaşlı  struk-
tur Tovuzçayın sol sahilində kəndin yaxınlığında yerləşir.  Yanıqlı şimal-qərb 
və şimal-şərq uzunluqlu yarılmaların kəsişməsinə  aiddir. 
Strukturun  mərkəz  hissəsində  riolit  tərkibli  ekstruziv  günbəz  yerləşir. 
Strukturun formalaşmasında dayka əmələgəlmələri böyük əhəmiyyət kəsb edir. 
Sonuncular müxtəlif tərkibə (andezitlərdən dasit, riodasitlərə  qədər) malik  
olmaqla  şimal-qərb istiqamətində uzanır. Vulkanın daha turş süxurları pirit, 
xalkopirit, qalenit minerallaşmadan ibarət kvarsbarit damarcıqları ilə  ikinci  
dəfə  dəyişikliyə  məruz  qalmışdır. 
Göyçə-Həkərə  zonasında  (Ağyataq,  Şorbulaq,  Levçay  və  s.)  bir  sıra  
civə və civə sürmə yataqları halqavarı  strukturlarla nəzarətlənir. Bu strukturlar 
özünəməxsus endogen filiz konsentra-siyası qurşağını yaradaraq, şimal, şimal-
qərb  və  yaxın  en  istiqamətində  lineamentlərlə  mürəkkəbləşir. 
Günbəz halqavarı strukturlar paleogen  dövründə  Ordubad  əyilməsində  
inkişaf etmişdir. Bu strukturlar (Alagöz, Ləkəyataq) mərkəz tipli vulkan  
kalderasına uyğun gəlir və eninə sürüşmələr və aralanma horizontal  yerdəyiş-
mə  yarılmaları  ilə  mürəkkəbləşmişdir. 
Misxan-Zəngəzur strukt formasion zonanın kosmik şəkillərinin deşifrələn-
məsi burada iri vulkanik qurğulara,  şlak konuslarına uyğun gələn halqavarı  
strukturları ayırmağa imkan vermişdir. Bəzən hətta lava axınlarının  sərhədləri-
ni  izləmək,  həmçinin  kiçik  vulkanlar  zəncirini  müəyyən  etmək olur.  Buna  
misal  eyniadlı  yarılmaya  aid  olan  İşıqlı  konsentrik  halqavarı  strukturunu  
göstərmək  olar.  Halqavarı  strukturun  formalaşması  tərkibinə  görə  subqələvi  
traxibazalt, traxiandezit  seriyasına  uyğun  gələn  üst  pliosen dördüncü  dövr  
vulkanizminin  fəaliyyətinə  əsaslanır. 
Yuxarıda  qeyd  edilən  halqavarı  strukturlar   regional  tektonik  zonalar  
sistemlərinin kəsişməsində öz quruluş  və  vəziyyət  xüsusiyyətlərinə,  maqmatik  
komplekslər dəstinə  və onlarla əlaqədar olan endogen filizləşməyə görə  quru-
luşlarının araşdırılması faydalı qazıntıların proqnozunda böyük  əhəmiyyət  kəsb  
edən  yüksək endogen fəallıq qovşaqlarına  uyğun  gəlir  (V.M.Babazadə, 2007).    
Distansion  zondlama  materiallarının  analizi  neft-qaz  axtarışı  işlərinin  
nəzəri  tədqiqatlar  kompleksinin  ayrılmaz  hissəsidir.  Bu  məqsədlə  Cəlilabad  
neftli-qazlı  rayonunun  və  Kiçik  Qafqazın  ona  qonşu  vilayətlərinin  kosmik  
şəkillərindən  istifadə  edilmişdir  (şəkil 87). 

203 
 
 
Şəkil 87. Cəlilabad perspektiv  neft-qaz  zonasında  halqavarı  və  xətti  
strukturların  yerləşmə  sxemi. 
1 – lokal antiklinal strukturlar: 1–Qərbi-Kürd; 2–Kürd; 3–Xəlfəli; 4–Orta Muğan; 5–Şorsulu; 6– Qırmızıkənd;  
7 – Puşkin;  8 - Novoqodovsk; 9 – Prişib;  10 – Masallı;  11 – Tumarxanlı;  12 – Görməli; 13 – Bəyxan2 -  
oliqosen-miosen  çöküntülərinə  görə  təyin  edilmiş  lokal  antiklinal  strukturlar;  3 – yaşına  görə  müxtəlif  
çöküntülər  üzrə;  4 -  Kürboyu  neft-qazlı  zonasını Cəlilabad perspektiv  neft-qaz  zonasından  ayıran  xətt 
(geofiziki  üsullarla  təyin  edilmişdir);  5 – kosmik  şəkillərdə  deşifrələnmiş  lineament  (Xıllı-Qazıməmməd);  6 
– mürəkkəb  seysmik  material  zonası;  7 – halqavarı  strukturlar. 
 
Kosmik şəkillərin deşifrələnməsi nəticəsində şimal və  mərkəz  hissələrdə  
qruplaşmış 20 - yə  qədər iri  və  xırda  halqavarı  strukturlar ayrılır. Bu struk-
turlardan bəziləri Kürd, Xəlfəli,  Şorsulu, Tumarxanlı, Görməli, Bəyxan kimi  
basdırılmş  strukturların  üzərinə  yığılır. 
Bundan əlavə, Cəlilabad neftli-qazlı zonasında Kürboyu neft-qazlı zonanı 
Cəlilabad perspektiv neft-qaz zonasından ayıran, submeridional uzanmaya  
malik  iri  lineament  (Xıllı-Qazıməmməd) qeyd  olunur. 
Vulkan-tektonik depressiyalara misal olaraq, Kəlbəcər muldasını  göstər-
mək olar ki, o da lava və müxtəlif tərkibli tuf örtüklərinin laylanması ilə  dol-
muş  qövsvarı  və  halqavarı yarılmalarla  mürəkkəbləşmişdir. 
 
10.4.Tektonogen halqavarı  strukturlar və diapirlər 
 
Tektonogen halqavarı strukturlar meqastrukturlardan başqa, bütün struk-
tur siniflərlə  təmsil olunur. Onlar əsasən  şaquli tektonik hərəkətlərin təsiri 
altında formalaşır; halqavarı strukturların horizontal tektonik hərəkətlərlə 
əlaqəsi hələ kifayət dərəcədə öyrənilməmişdir, lakin ehtimal ki, dairəvi struk-
turlar qitələrdə mövcuddur və onların tam dəqiqliklə ayrılması hələlik mümkün 
deyildir. 

204 
 
Morfoloji olaraq, bu strukturlar arasında müsbət, mənfi və mürəkkəb 
quruluşlu tiplər ayrılır. Belə strukturların ölçüləri ilk on km-dən yüz km-ə qədər 
və  hətta min km-ə  qədərdir. Strukturların yaşı müxtəlifdir. Onlardan bir çoxu 
paleozoy, mezozoy və kaynazoy müddətində uzunmüddətli konsedimentasiyon 
inkişaf etmiş  və  qırışıqlıq özülün və örtüyn deformasiyasında təzahür etmiş, 
həmçinin maqnit və qravitasiya sahələrinin anomaliyalarında əks olunmuşdur. 
Müsbət strukturlar anteklizlərə, tağlara və bünövrənin çıxışlarına uyğun 
gəlir. Bir sıra hallarda kristallik bünövrənin poliqonal bloku platforma örtüyün-
dən səthə doğru transformasiya edərək kosmik şəkillərdə izometrik əmələgəl-
mələr kimi əks olunurlar. Platforma örtüklərində müsbət strukturların formalaş-
ması qranit massivlərinin özünü büruzə verməsi və çökmə komplekslərin 
deformasiyası ilə əlaqədardır. 
İri müsbət strukturlara Xəzəryanı çökəklikdə Astarxan və Uil tağları, 
Qərbi Sibir platformasında Xantı-Mansiy tağları və s. aiddir. İri tağ strukturları 
adətən radial konsentrik quruluşa malikdir. Eyni zamanda çay dərələrinin 
uyğunlaşdığı qövsvarı  və radial qrabenlər  əhəmiyyətli rol oynayır. Qövsvarı 
qrabenlər bütövlükdə düşən və qalxan blokları şərtləndirərək vallarla növbələ-
şirlər. Kosmik şəkillərdə deşifrə olunan həm halqavarı strukturlar, həm də 
onların ayrı-ayrı qövsləri, radial və sahəvi elemenləri bünövrənin relyefində, 
çökmə örtüyün quruluşunda və maqnit sahəsində  əks olunmuşdur.  Az iri 
müsbət strukturlara iri çökəkliklərdə (Xəzəryanı, Meksikayanı  və s.) inkişaf 
tapmış diapir duz günbəzləri  aid edilir. 
Mənfi strukturlar platformalarda sineklizlərə, çökəkliklərə və muldalara 
uyğun gəlir. Daha iri izometrik sineklizlərə platformalarda (Afrikada Konqo və 
Tauden, Qazaxstanda Balxaşyanı sineklizləri və s.) rast gəlinir. Belə sinekliz-
lərin diametri yüz  km-lə ölcülür. Bünövrənin qabığında onlardan bir çoxu 3-4 
km qalınlığında çöküntülərlə təmsil olunmuş çökəkliklərə uyğun gəlir. Bir sıra 
sineklizlər vallarla əhatə olunmuşdur və onların üzərində çökmə örtüyün qalın-
lığı azalır. Bunların formalaşması rifey və ilkin paleozoydan neogen dördüncü 
dövrə qədər davam etmişdir. Bu genetik sinfə həmçinin diapir halqavarı struk-
turlar da aid edilir. Tektonik halqavarı strukturlar platforma tektonogenez pro-
seslərinin məhsulu hesab olunur.  
Tektonik halqavarı strukturlara əksər duz  günbəzləri hövzələrində rast 
gələn diapir halqavarı strukturları da aid etmək olar. Daha iri diapir halqavarı 
strukturlara duzaltı yatağın geniş qalxımlarına və duz massivlərinə, kiçikləri isə 
(monostrukturlar) ayrı-ayrı, əksərən, kəsilmiş duz günbəzlərinə uyğun gəlir. Gil 
diapirləri və iri palçıq vulkanları da həmçinin halqavarı strukturlarla müşaiyət 
olunur.   
Tektonogen halqavarı strukturları üst mantiyanın mantiya diapirilə əlaqə-
ləndirmək olar. Onlar sedimentsiferdə böyük qalınlıqlı çökmə süxur kompleks-
lərilə iri oval və ya dairəvi çökəkliklərə (eninə bir neçə yüz km) uyğun gəlir. 

205 
 
Platforma örtüklərində halqavarı formalı tektonik qalxmalar konsolidasiyaya 
uğramış bünövrənin uyğun qalxması ilə əlaqədardır. 
Tektonik halqavarı strukturların quruluşunda həm plikativ (qırışıqlıq), 
həm də dizyunktiv (qırılma) dislokasiyalar aparıcı rol oynaya bilər. Bütövlükdə 
isə, dizyunktiv tektonik halqavarı strukturlar („rinq bloklar“), görünür nisbətən 
aztabeli mövqedədir. Belə strukturlara nadir hallarda rast gəlinir. 
Tektonik halqavarı strukturların çox hissəsi platforma tektogenez proses-
lərilə  əlaqədardır və bütün qitələrdəki qədim və cavan platforma sallarının 
mənfi və müsbət halqavarı strukturlarının əsas hissəsini təşkil edir (şəkil 88).
 
 
Tektonik halqavarı strukturların ikinci böyük qrupunu yeni neogen dör-
düncü dövr orogenik tektogenezlə  əlaqədar strukturlar təşkil edir. Onlar həm 
orogenik çökəkliklərdə, həm də orogenik qalxımlarda yerləşir. Çökəkliklərdə 
bu strukturların həm müsbət, həm də  mənfi formaları müəyyən edilmişdir. 
Qalxımlarda isə hələlik yalnız müsbət qeydə alınmışdır. Onlar yüksəklik ampli-
tudlu və ölçülü neotektonik qalxımların və ya qırışıqlıq sistem periklinal çökək-
liklərinin sərhədlərinə uyğun gəlir. Məsələn, Apalaç sisteminin cənub qurtara-
cağında makrostrukturların içərisində mənfi halqavarı strukturlar üstünlük təşkil 
edir. Hər iki morfoloji formaların içərisində mezostrukturlar bərabər miqdarda 
paylanmışdır. Monostrukturlarda müsbət strukturlar üstünlük təşkil edir. Belə 
bölgülərin (yayılmaların) səbəbi hələlik məlum deyildir.   
 
 
Şəkil 88. Afrikanın cavan çökəkliklərinin əmələ gəlməsi ilə əlaqədar   
olan tektonogen halqavarı strukturları. 
 

206 
 
Daha iri mürəkkəb quruluşlu tektonik çökəkliklər Tauden və Konqo 
çökəklikləri hesab olunur. Bunlaın diametrləri müvafiq olaraq, 1000 və 800 km 
təşkil edir. Hər iki çökəkliyin inkişafı rifeydə başlamış və bütün fanerozoy boyu 
davam etmişdir. Tauden və Konqo halqavarı çökəklikləri az miqdarda dəniz, 
çox miqdarda isə kontinental mənşəli çökmə formasiyalarla dolmuşdur. Onlar-
da terrigen, əhəmiyyətli miqdarda isə qırmızı rəng formasiyası üstünlük təşkil 
edir. Bəzən çökəkliyin mərkəzi hissəsində dəniz karbonat formasiyası üstünlük 
təşkil edir. Uzunmüddətli irsi çökmə nəticəsində bütün fanerozoy ərzində çök-
mə formasiyanın submarin qalınlığı 1-3 km-ə çatmışdır. 
Tauden çökəkliyində mezozoya qədərki çökmə formasiyalar müəyyən 
dərəcədə dolerit və diabazların subvulkanik kütlələrilə yayılmışdır.  
Saxara plitəsinin şərq hissəsində geniş, uzunmüdətli inkişafa malik halqa-
varı çökəkliklər yerləşmişdir: Əlcəzair-Liviya, Kufra və Murzuk. Bu halqavarı 
çökəkliklər paleozoy və mezozoyun qalın çöküntülərilə tamamlanmışdır. Hal-
qavarı çökəkliklərin bünövrəsi hamar deyildir və əyilmiş sahələrdə çökmə sü-
xurların qalınlığı 7 km təşkil edir (Əlcəzair-Liviya). 
Murzuk halqavarı çökəkliyi 350 km diametrə malikdir. Bu strukturda 
kəsilişin əsasında çəhrayımtıl qumdaşı formasiyası inkişaf tapmışdır. Yuxarıda 
qeyri-uyğun yatıma malik 350-1000 m qalınlığında Xasayna formasiyasının 
(kembri yaşlı) qumdaşları  və  dəmirli kvarsitlər, onların üzərində isə ordovik 
yaşlı gillər, alevrolitlər və qumdaşları yatır (25-200 m qalınlığında). Murzuk 
halqavarı çökəkliyinin səciyyəvi kəsilişi bütün fanerozoy müddəti ərzində onun 
fəal tektonik inkişafa malik olduğunu göstərir  (şəkil 89). 
Planda halqavarı formada olan Əlcəzair-Liviya çökəkliyi Liviya ərazisi-
nin qərb hissəsini  əhatə edir və eninə istiqamətdə 500 km, meridional istiqa-
mətdə isə 300 km məsafədə izlənilir.  Əlcəzair-Liviya çökəkliyində mezozoy, 
kaynazoy struktur mərtəbəsi demək olar ki, paleozoy struktur mərtəbəsinin tağ 
hissəsini kəsərək yatır. 
Beləliklə, 100-1000 km diametrində tektonogen halqavarı strukturlar, iri 

Yüklə 21,74 Mb.


Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin