Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 21,74 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix26.01.2020
ölçüsü21,74 Mb.
#30305
1   ...   9   10   11   12   13   14   15   16   17
Azf-287674


 
Şəkil  64. Dünya  qitələrinin  lineament  sahələri (KŞ-n deşifrələnməsinin  və  
kiçikmiqyaslı  topoqrafik əsasların analizlərinin nəticələrinə  görə    tərtib  
edilmişdir).Ortoqonal  sistemin  lineamentləri qalın, diaqonal - nazik  xətlərlə  
göstərilmişdir. 

147 
 
Regionun müasir strukturunda, submeridional istiqamətli lineament zo-
naları arasında üç məşhur:  Şərqi-Qara dəniz (və yaxud Soçi-Taqanroq), Mər-
kəzi-Qafqaz (və ya Trans Qafqaz) və Qərbi-Xəzər strukturları ayrılır. 
 
Bu zonalar uzanmış (uyğun olaraq, 250; 1500 və 600 km) və enlidir 
(uyğun olaraq, 75-100;  200 və 100 km),kosmik şəkillərdə dəqiq deşifrə olunur, 
landşaftın elemetlərinin düzxətli və uzanmış olması səbəbindən aydın görünür 
və müxtəlif geoloji və geofiziki məlumatlarla təsdiq olunur. Qafqaz fraq-
mentinin submeridional lineament zonaları ortoqonal sistemə aid edilir, lakin 
Böyük Qafqazın strukturlarının  əsas uzanma istiqamətinə nisbətən onlar 
diaqonal hesab olunur. 
Suben istiqamətli lineament zonaları arasında Taman-Abşeron və Pontik-
Elbrus zonaları daha əhəmiyyətlidir. 
Diaqonal lineament zonaları arasında Qafqaz fraqmenti strukturlarının 
əsas istiqamətlərinə nisbətən eninə olan şimal-şərq istiqamətləri daha dəqiq 
inkişaf etmişdir, yəni praktiki olaraq, ortoqonaldır. 
Erkən fraqmentar (natamam) qeyd edilmiş Soçi-Stavropol, Pontik-Kizlər, 
Van-Aqraxan və (Araz)  Urmiya-Abşeron lineament zonaları (bax şəkil 60) 
kompleks distansion və geolojigeofiziki məlumatlara görə seçilir. Bunlar enli 
qırılma sistemləri olub, yerin dərinlik quruluşunda və yerüstü geoloji 
strukturların yaranmasında, bütövlükdə, regionun geoloji  inkişafında böyük rol 
oynayır və həmçinin ərazidə bəzi faydalı qazıntıların paylanmasına və seysmik 
xüsusiyyətlərinə nəzarət edir. 
Aralıq dənizi qırışıqlıq qurşağının Kopetdağ fraqmenti lineamentləri 
(şəkil 65) paleozoy qırılmaları  və müasir strukturların  əsas elementləri kimi 
şimal-qərb, submeridional, şimal-şərq və suben istiqamətlidir. 
Rayonun daha yaxşı izlənilən strukturu şimal-şərq istiqamətli Balxanarası 
-Uzboy lineament zonasıdır. Bu  zona cənub-qərb istiqamətində Qırmızı dəniz 
rift depressiyasının  şimal-şərq qapanmasına qədər,  şimal-şərqdə isə Sultan-
Uizdağ paleozoy əsasının çıxışlarına qədər izlənilir və davamı  cənub-şərqdə 
Aral dənizi çökəkliyini ayıran  Şərqi-Aral qırılma sisteminə uyğun gəlir. Bu 
zonanın uzanması praktiki olaraq, şimal-şərqə doğru 300 km izlənilən, məşhur 
Palmiro-Abşeron lineamentinə paraleldir. Belə  nəticəyə  gəlmək olar ki, bu 
lineamentlər şimal-şərq istiqamətli, özünəməxsus lineament cütü əmələ gətirir. 
Aralıq dənizi qırışıqlıq qurşağının Tavr-Qafqaz və Türkmən-İran seqmentlərini 
ayıran bu lineament zonasının struktur rolunu dolayı  təsdiq etmək olar (şəkil 
65). 
Balxanlararası-Uizboy lineament zonası kiçikmiqyaslı kosmik şəkillərdə 
fotoahənglərin kəskin dəyişməsilə deşifrələnir və adətən bu zonanın üzərində 
dəqiq xətti uzanan buludların olması ilə seçilir. Bu da keçən  əsrin 30-cu 
illərində Fransa alimi K.Şlyumberjenin qeyd etdiyi kimi, yer qabığının tektonik 
pozulmaları vasitəsilə  dərinliklərdən istilik qalxması  səbəbindən, atmosferdə 
buludların paylanması ilə əlaqədardır. 

148 
 
Bütövlükdə, ayrılmış  bu lineamenti Qırmızı dəniz Aral xətti və ya həmin 
pozulmanın prinsipial mümkünlüyünü hələ 1890-cu ildə qeyd etmiş 
İ.V.Muşketovun şərəfinə, Muşketov xətti adlandırmağı təklif etmişlər. 
 
 
 
Şəkil 65. Aralıq dənizi qırışıqlıq qurşağının Kopetdağ hissəsinin  deşifrələmə  
sxemləri: 
a – lineament sahəsi: 1 – lineamentlər, 2 – halqavarı strukturlar;  b -  geodinamik  model. Lineamentlər:  
BKD – Baş  Kopetdağ,  DKD – Daxili  Kopetdağ,  BA-U – Balxanlararası-Uzboy,  ÖKD – Kopetdağönü;  
halqavarı strukturlar:  I – Kizıl-Arvat-Vaxarden,  II – Bekmamed,  III – Qeyrcan;  1 – 2  -  trapesiya  
formalı  bloklar:  1 – Turan,  2 – Kopetdağ;  3 – 6  - lineamentlər  və  onların  zonaları:  3 – Turan 
plitəsinin  daxili  (T – Tuarkır,  R - Repet) ,  (BA – Balxanlararası,  BK – Balxan-Kopetdağ,  XA – 
Xibeabad-Arabkala), 5 – Kopetdağ orogeninin daxili (Q – Qyaurlinck,  AM – Aşqabad-Məşəd), 6 – 
Elburs-Vaxardensk ox xətti, 7 – Kizıl-Arvat-Vaxardensk  halqavarı strukturu, 8 – horizontal  
yerdəyişmələr,  9 -  üstəgəlmə  və  əks  faylar. 
 
Kopetdağ regionu lineamentləri ilə özül səthinin dərinlik yatımı sxeminin 
müqayisəsi onların ciddi oxşarlığını göstərir. 
9000 km-dən artıq məsafədə uzanan (Berinq körfəzindən Karib dənizinə 
qədər) və eni 800 km-dən 1600 km-ə (Denver en dairəsinə) qədər olan şimal-
qərb (320-330
0
) istiqamətli  Şimali Amerika Kordilyeri dağ  qırışıqlıq qurşağı 
bütövlükdə üst mezozoyda əmələ  gəlmişdir, müasir görünüşünü isə neogen-
antropogen tektonik hərəkətlər və bu hərəkətləri müşayiət edən vulkanizmin 
nəticəsində almışdır. Dərinlik qırılmaları  Şimali-Amerika Kordilyerinin uzu-
nuna zonalarını  və eninə seqmentlərini ayırır (məsələn, Kanada, Amerika, 

149 
 
Meksika və  Mərkəzi Amerika). Həmçinin dərinlik tektonik tikişləri zəncirvarı 
cavan vulkanlarla müşayət olunur. 
Şimali-Amerika Kordilyeri qurşağının əsas strukturunu Kordil yerin özü 
kimi şimal-qərb istiqamətli və təxminən 1500 km uzanan San-Andreas dərinlik 
qırılmasını hesab etmək olar. Bu struktura yerdəyişmə kimi baxır və onu 
təxminən üst yura yaşlı qeyd edirlər. Suben istiqamətli qırılma zonaları çox 
zaman öz davamını Sakit okeanın eninə  qırılma zonalarında tapır. Məsələn, 
Merrey, Payonir, Mendosino və s. zonalarda qurşağın lineament şəkli həm 
qurşaqda, həm də qonşu Şimali Amerika platformasında intensiv inkişaf etmiş 
submeridional və  şimal-şərq istiqamətli dərinlik qırılmaları haqqında  əlavə 
məlumat verir. 
Ümumiyyətlə (uzununa -  şimali-qərb, eninə  şimali-şərq və diaqonal – 
suben və submeridional istiqamətli lineamentlər qarşılıqlı  kəsişərək, müxtəlif 
formalı (üçbucaq, düzbucaqlı, romboidal və s.) gərgin lineament sahələri əmələ 
gətirir (şəkil 64). 
Appalaç və Sakit okean qurşaqlarının dağ  qırışıqlıq qurumları müasir 
strukturun miqyaslarının və geoloji inkişaf tarixinin fərqinə baxmayaraq, 
lineament sahəsinin qanunauyğunluqlarının daimiliyinə əyani misaldır. Belə ki, 
hər iki qurşağın strukturlarında  əsas rolu, bəlkə  də, regionlarda müasir 
qalxmaları  məhdudlaşdıran qurşaqların uzununa  şimal-şərq (50
0
) istiqamətli 
lineamentlər oynayır. Bu qırışıqlıq qurşaqların müasir görünüşünün forma-
laşmasında eninə  şimal-qərb (320-330
0
) istiqamətli lineamentlərin də  əhəmiy-
yəti az olmamışdır. 
Appalaç və Sakit okean qurşaqlarının geoloji və geomorfoloji zo-
nallığında və  həmçinin onların qonşu qədim platformalarla Şimali-Amerika, 
Şərqi-Sibir və cavan okeanlarla birbaşa struktur əlaqələrində bu istiqamətli 
lineamentlərin az əhəmiyyəti olmamışdır. Onlar kontinental dağ  qırışıqlıq 
qurumlarından keçərək, yuxarıda göstərilən qonşu strukturların daxilində  də 
izlənirlər. 
Ümumiyyətlə, müxtəlif miqyaslı kosmik şəkillərdə deşifrələnmiş linea-
ment rəsmləri  əsasən ortoqonal və diaqonal istiqamətli lineamentlərdən təşkil 
olunmuşdur ki, onlar da arasındakı  məsafə 200-300 km-dən çox olmayan, 
yuxarıda göstərilən şəbəkə formalı gərgin lineament sahələri əmələ gətirir (bax 
şəkil 64). 
 Müxtəlif istiqamətli lineamentlərin yaş  əlaqələri böyük intervallarda 
dəyişir, lakin bütövlükdə, submeridional strukturlar digərlərindən daha qədim-
dir ki, bunu da onların şimal-şərq istiqamətli, hersen mərhələli Cənubi Appalaç 
strukturları vasitəsi ilə kəsilməsilə (hətta yerdəyişməsilə) təsdiq etmək olar. 
 
 
 
 

150 
 
9.7. Yerin lineament tektonikasının  
xüsusiyyətləri 
 
Platformaların və qırışıqlıq qurşaqların lineament tektonikasının nəzərdən 
keçirilməsindən sonra, bir sıra nəticələrin əldə edilməsi mümkündür. 
Birincisi, aydın olur ki, lineamentlər kifayət qədər  muxtardır  (müstəqil-
dir) və heç də  həmişə  və  hər yerdə geoloji və geofiziki məlumatlar  əsasında 
aşkar edilmiş strukturlara uyğun gəlmir. Bu onu sübut edir ki, səth 
geologiyasının struktur planları ilə yer qabığının müxtəlif dərinlik səthləri 
uzlaşmır. Bütövlükdə, lineamentlərin geoloji strukturlarla qeyri-uyğunluğu, 
geoloji strukturların elementləri ilə çox çüzi uyğunluğu, relyefin və landşaft ele-
mentlərinin praktiki olaraq, 100% nəzarət olunması yerin lineament karkasının 
(gövdəsinin) qədimliyi fikrinə  gətirib çüxarır. Lineamentlərin bəzi hissələri 
seçmə cavanlaşmaya və  fəallığa məruz qalır ki, bu da dəqiq istiqamətlənmiş 
struktur xətlərin keçmiş geoloji dövrdə yaranma tarixini və inkişafını  şərt-
ləndirir. Müasir geomorfoloji şəkildə isə müsbət və  mənfi elementlərin isti-
qamətlənməsini müəyyən  edir. 
İkinci – lineamentlər və lineament sistemlərinin planetar və ya tranzitliyi  
ilə  əlaqədardır. Ayrı-ayrı lineamentlər (və onların sistemləri) təəccüb doğuran 
daimiliklə, qədim platformaların və cavan qırışıqlıq qurşaqların, müasir də-
nizlərin və okeanların altından kifayət qədər uzun məsafələrdə izlənir (şəkil 67).  
 
 
Şəkil 67. Qara dəniz çökəkliyinin xətti strukturları. B.V.Seninə görə: 
1 – xarici şelfin qaşı - həqiqi, 2 – anomal dik yamaclı şelf, 3-4 - pillələrin qaşı: 3– regional, 4– lokal (a – 
həqiqi, b– fərz edilən); 5– pillələrin arxa tikişləri; 6– axımın son qapalı hövzələri: a – dərinsulu yataqda, 
b–şelfdə; 7– relyef əmələgətirən lineamentlər (geomorfoloji səthlərin kifayət qədər böyük  deformsiyaları). 

151 
 
Belə transplanet tranzitliyinə misal, Baltik qalxanından qədim Rus 
plitəsini, Ural qırışıqlıq qurşağını, cavan Qərbi-Sibir plitəsini, qədim Şərqi-Sibir 
platformasını, heterogen Sakit okean qırışlıq qurşağını, Sakit okean akva-
toriyasını,  Şimali-Amerika Kordilyeri qırışıqlıq qurşağını, qədim  Şimali-
Amerika platformasını  və s. kəsən Lavraziya platformasının suben dairəsi 
istiqamətli lineamentləri ola bilər (şəkil 64). 
Belə daimiliklə, Baffinova Zemlya-Çili Andı, Skandinaviya yarımadası 
Cənubi-Afrika, Taymır yarımadası,Hindi-Çin yarımadası trassı boyu subme-
ridional lineament zonaları izlənilir. Uzunluğu 10 000 km və daha çox, qalınlığı 
əsasən 1000 km-dən artıq olan bu zonaların mövcudluğu dərinlik qeyri-
bircinsliyini təsdiq edir. Şimal-qərb, Baltik-İndoneziya, Alyaska-Braziliya və s.; 
şimal-şərq  Pireney-Yamal, Kalaxari-Kolıma və s. trassı boyu uzanan diaqonal 
lineament zonaları da analoji miqyasa malikdir. 
Yerin lineament tektonikasının  üçüncü xüsusiyyəti, müxtəlif miqyaslı 
kosmik  şəkillərin deşifrələnməsindən alınan lineament rəsminin ilkin əsasın 
ortoqonal və diaqonal istiqamətlərin saxlanmasına  əsaslanan  konservativ 
olmasıdır. Lakin bu, hər bir konkret regionda və hər bir konkret generalizasiya 
dərəcəsində müəyyən üstünlük təşkil edən lineament istiqamətlərinin müşahidə 
olunduğunu istisna etmir. Əks halda, ümumi lineament fonunda lineament 
konsentrasiyası zonalarını müşahidə edib, qeydə almaq mümkün olmazdı. 
Yerin lineament tektonikasının  dördüncü xüsusiyyətini, lineamentlərin və 
onların sistemlərinin yerin geoloji strukturlarının müxtəlif miqyaslı elementləri 
ilə  müqayisəsi  adlandırmaq olar: regional lineamentlərə geoloji strukturların 
qırılmaları (pozulmaları), transregionallara - yer qabığının dərinlik qırılmaları, 
qloballara (transplanetar)  planetar qırışıqlıq qurşaqları sistemi uyğun gəlir. Bu 
hal lineament tektonikası  və Yer quruluşu elementlərinin birbaşa korrel-
yasiyasını təsdiq edir və  bu isə, öz növbəsində, planetin tarixində tektogenez  
proseslərinin vahidliyini göstərir. 
Lineament tektonikasının  beşinci xüsusiyyəti - lineamentlərin və onların 
sistemlərinin geoloji quruluş elementlərinə nisbətən  üstünlüyüdür: geoloji 
strukturların müxtəlif dərəcəli elementləri həmişə onlarla eyni miqyaslı line-
ament rəsmlərinin ayrı-ayrı hissələri kimi özünü büruzə verir. Belə şərait, Yerin 
lineament karkasının (gövdəsinin) çox qədim yaşlı (arxeyin sonu proterozoyun 
əvvəli) olması haqqında nəticə çıxarmağa əsas verir.  
İndi də super lineamentlər və litosfer plitələrinin horizontal yerdəyiş-
məsinin uyğunlaşma təsəvvürü ilə  bağlı məsələlər üzərində dayanaq. 
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, planetar lineamentlərin mövcud-
luğu plitələr tektonikasına zidd olan əsas dəlildir. Digərləri, əksinə hesab edirlər 
ki, Yerin planetar lineamentləri və litosfer plitələrinin relyefi (tədrici üfqi 
hərəkəti) arasındakı ziddiyyət (təzad) həlledilməz deyildir. Bu barədə 
V.A.Buşun təsəvvürləri çox maraqlıdır. O, hesab edir ki, üfqi hərəkətlər  əv-

152 
 
vəlcədən müəyyən edilmişdir və  dərinlik planetar strukturlar sistemi ilə 
tənzimlənir. 
Lineament tektonikasının altıncı xüsusiyyəti - yerin lineament şəkillərinin 
ritmik və ya ekvidistansiyalı olmasıdır ki,bu da əvvəla, ehtimal ki, planetin sahə 
gərginliyinin xüsusiyyətləri ilə bağlıdır, ikinci isə yer qabığının bərabər 
məsafəli bölünməsi (parçalanması) ilə  təyin edilir. Sonuncu heç də bölünmə  
formasının daimiliyini ifadə etmir,onların müxtəlifliyi regionda üstünlük təşkil 
edən lineamentlərin konkret istiqamətindən asılıdır. 
Lineament tektonikasının  yeddinci xüsusiyyətini,şərti olaraq, kinematik 
adlandırmaq olar. Belə ki, Yerin şəkini yaradan line-amentlər oxşar istiqamətli 
qırılmalara analoji kinematikaya malikdir:məsələn,  şimal-qərb istiqamətli 
lineamentlər sağa-, şimal-şərq istiqamətlilər isə sola sürüşmə kinematikalıdır və 
s. Belə  vəziyyət, yer qabığının dərinlik geodinamik modelinin qurulması 
zamanı, lineament tektonikasının tədqiqat nəticələrini tətbiq etməyə imkan 
verir. 
Yerin lineament tektonikasının  səkkizinci xüsusiyyəti ondan ibarətdir ki, 
lineamentlər və onların sistemi, xüsusilə lineamentlərin və onların zonalarının 
kəsişməsi və ya şaxələnməsi hesabına yaranmış lineament düyünləri müxtəlif 
faydalı qazıntı yataqlarının yerləşməsinə nəzarət edir (bərk, maye və qazşəkilli) 
ki, bu da lineament tektonikasının həmin xüsusiyyətini “faydalı

adlandırmağa 
əsas verir. Yataqların yaşı çox geniş diapazonda  kembriyəqədərki dövrdən 
neogen dördüncü dövrə qədər dəyişdiyinə görə, fərz etmək olar ki, Yerin bütün 
geoloji inkişaf tarixi boyu, lineamentogenez və metallogenez prosesləri 
arasında daima əlaqənin olduğunu fərz etmək olar. 
Yerin lineament tektonikasının  doqquzuncu xüsusiyyətini,  şərti olaraq, 
“Proqnozlaşdırma”  adlandırmaq olar. Bu xüsusiyyət onunla bağlıdır ki, 
regionun lineament şəklinin köməyilə, yer qabığının dərinlik quruluşunun bəzi 
elementlərinin olmasını, geoloji strukturların, müasir geoloji proseslərin (qra-
vitasiya seysmik, vulkanik və b.) inkişafını  və istiqamətini,  nəhayət müxtəlif 
faydalı qazıntıların mümkün konsentrasiyalarının yerləşmə sahələrini proq-
nozlaşdırmaq mümkündür. 
Həhayət,  onuncu xüsusiyyət - lineament tektonikasının köməyi ilə, yer 
qabığının bölünmə (və ya doğranma) dərəcəsi və formasına  görə müstəqil 
(geologiyanın, geofizikanın və seysmologiyanın digər üsullarından asılı olma-
yaraq)  rayonlaşdırılması mümkündür. 
 
9.8.Azərbaycan ərazisinin lineament strukturları
 
 
Kosmik şəkillərin deşifrələnməsi məlumatlarına görə, Azərbaycan ərazi-
sində lineamentlər özülün yarılmasına uyğun gəlir və substratı  müxtəlif miq-
yaslı geobloklara ayırır, ərazidə bir sıra filiz təmərküzləşdirən əhəmiyyətə ma-

153 
 
lik, İ.N.Tomson və M.A.Favorskayanın adlandırdıqlarına görə, “birbaşa  linea-
mentlərə” uyğun gəlir. 
Respublika ərazisinin kosmik şəkilləri sıx lineament şəbəkəsini aşkar et-
mişdir. 
Qanunauyğun  istiqamətlənmiş  lineament  şəbəkəsi  və  onların  qırılma  
pozulmaları ilə eyniləşdirilməsi lineamentlərin  geoloji  təbiətini  aşkar  etməyə,  
landşaft  əlamətlərini  (anomal düzxətli çay dərələri,  çıxıntılar,  fotoşalarlı  ano-
maliyalar) müəyyən etməyə imkan vermişdir. Aşkar edilən bütün  lineamentlər  
Azərbaycanın ərazisində  və  onun  sərhədlərindən kənarda da  izlənilir.  “Gizli”  
lineamentlər  ayrı-ayrı  kəsimlərdə  aşkar  tektonik  pozulma,  xüsusilə  sərhəd  
tikiş  strukturları və  dərinlik  yarılmaları  rolunda  çıxış  edir. 
Kosmik  şəkillərin  deşifrələnməsi əsasında Azərbaycan ərazisində riftləri 
ayıran yarılma lineamentləri; özülü iri bloklara ayıran lineamentlər; uzunluğu  
10-100 km  olan  iri  regional  yarılmalar;  uzunluğu  10 km-ə    qədər  olan  
xirda  lokal  yarılmalar;  faylar  və  horizontal  yerdəyişmələr. 
Xətti və halqavarı strukturların  əlaqələndirilməsi maqmatizm areallarına  
və  onlarla  əlaqədar  olan  faydalı  qazıntı  yataqlarına  uyğun  gəlir. 
Ayrılmış ortoqonal birbaşa
 
dərinlik yarılmaları məşhu yataqların  vəziy-
yətini  təkcə  Azərbaycanın  ərazisində  deyil,  həm  də  qonşu  ölkələrin, Dağıs-
tan,  Ermənistan, Gürcüstan, İran,  Türkiyə ərazisində  də  müəyyən  edir və fi-
liztəmərküzləşdirən  hesab  oluna  bilər.  
Kosmik  şəkillərin deşifrələnməsi zamanı bir sıra “xüsusi” zonalar ayrıl-
mışdır ki, onlardan da birinci dərəcəli filiztəmərküzləşdirən struktur  Gədəbəy, 
Dəlidağ  daha  maraqlı  zona  hesab  olunur.
 
Gədəbəy, Dəlidağ lineamenti geotektonik inkişaf və metallogenik  xüsu-
siyyətləri  baxımından  daha  maraqlıdır.  Lineament şimala  doğru  şimal-qərb  
(submeridional) istiqamətdə 300 km-ə  qədər  uzanır, zonanın  eni  isə  15  km-ə 
yaxındır. Kosmik şəkillərdə lineament çatlılığın sıxlaşması və anomal  fotoçalar  
zonası  kimi  deşifrələnir.  Bu  zaman kifayət qədər maraqlı mənzərə  müşahidə  
olunur: qırışıqlığın  şimaı-qərb  istiqamətli oxu lineamentə çatan kimi sanki  
inikas
 
edir və  birdən  öz  istiqamətini  enə  doğru  dəyişir.
 
Gədəbəy, Dəlidağ lineamentinin quruluşunda müasir erozion kəsimdə 
ikinci  dərəcəli  lineament zonaları dəqiq ayrılır, lineamentin ayrı-ayrı  halqaları  
bir-birinin  ardınca  uzanır. Beləliklə,  birbaşa  lineament  zonası   şimal, şimal-
qərb (submeridional) uzunluqlu, xüsusilə filiz rayonlarına, sahələrinə, zo-
nalarına, yataqlarına cavab verən sahələrdə daha  sıx  olan  paralel  qırılmalar  
seriyası  şəklində  qabarıq  qeyd  olunur. 
Sonuncunun
 
əsası orta yurayaqədərki dövrdə qoyulmuşdur, onun 
 
uzunluğu  boyunca dokollizion plagioqranit (Atabəy, Slavyanka), qabbro-diorit, 
qranodiorit (Daşbulaq, Gədəbəy,  Şəmkirçay) və kollizion qranodiorit-sienit, 
diorit (Dəlidağ, ehtimal ki, Mehri-Ordubad) formasiyalarının intruziv əmələgəl-
mələrinin massivləri  və onlarla  əlaqədar  olan  endogen  filiz,  xüsusilə  

154 
 
kükürd-kolçedan, mis-kolçedan, mis-polimetal, mis-porfir, mis-molibden-por-
fir, qızıl-kolçedan, mis-qızıl filizi və  s. yataqları və təzahürləri cəmlənmişdir. 
Submeridional  uzunluqlu  lineament  zonalarının  ayrılması geoliji, geofi-
ziki və geomorfoloji məlumatlar, o cümlədən aerokosmik informasiyaların  
xüsusi  işlənilməsi üzrə olan  məlumatlarla  təsdiq  olunur. 
Gədəbəy-Dəlidağ lineament zonası uzun inkişaf dövrü ilə xarakterizə  
olunur  və  kifayət  dərəcədə  mezokaynozoy  maqmatizm  proseslərinə nəzarət  
edir, Gədəbəy filiz rayonundan və Dəlidağdan keçməklə Kiçik Qafqazın şimal-
şərq yamacından başlayaraq  şimal-qərb (submeridional) istiqamətində uzanır  
və sonra Ermənistan ərazisinə keçir. 
İkinci məşhur lineament zonası Kiçik  Qafqazın mis-molibden qurşağına  
cavab verən Pambak-Zəngəzur hesab olunur. Məhz həmin lineamentin hü-
dudlarında Ermənistanın iri yataqları (Qacaran, Aqarak, Dəstəkerd, Cindərə və  
s.) cəmlənmişdir. Lineament zonasının cənub-şərq hissəsi bu respublikanın  
ərazisinə  keçir. Daha  sonra lineament  İran Qaradağına (Süngün,  Sarı  çeşmə  
və s. yataqlar),  şimal-qərbə isə  Türkiyə ərazisinə uzanır. Lineamentin şimal-
şimal-qərb istiqamətli parçası Naxçıvan  ərazisində (Paraqaçay, Diaxçay, Mis-
dağ, Göyündür və s. yataqlar) müşahidə olunur və Misxan-Zəngəzur  zonasında  
kənar cənub-qərb vəziyyətini  alır.  Lineament  vahid  gec alp vulkan-plutonik 
qurşağını  və kembriyəqədərki kristallik süxurların çıxıntılarını, paleogen və 
təbaşir  terrigen-karbonat  çöküntülərini, yura və  təbaşir vulkanitlərini, pliosen 
dördüncü dövr vulkanizm məhsullarını formalaşdıran orogenəqədərki və  oro-
gen vulkan-plutonik assosiasiyalarını  yerləşdirir. 
Kosmik  şəkillərin deşifrələnməsi tektonik strukturların vəziyyətinin  
dəqiqləşdirilməsində  mühüm  əhəmiyyət  kəsb  edir. Buna misal olaraq,  Aralıq  
dənizi  qurşağında  Dağlıq Talışın vəziyyətinin dəqiqləşdirilməsi  üçün  kosmik  
şəkillərdən  istifadəni göstərmək  olar. 
Talış  qırışıqlıq zonasının  əsas xüsusiyyəti iri və  xırda qırışıqlıq  struk-
turlarının dayanıqlı xətti xarakteri,  onların  şimal-qərb  istiqamətində  290-320
0
 
uzanan və  ümumilikdə Talış, Peştəsər və Burovar dağ silsilələrinə uyğun gələn 
uzununa qırılmalarla  mürəkkəbləşməsi  hesab  olunur. 
Cənub-şərqi Azərbaycanın “Soyuz-9” kosmik peyki ilə alınmış kosmik  
şəkillərində dərin özüllü regional qırılmalara uyğun gələn Dağlıq Talışın  ətək-
ləri boyu, Araz çayı üzrə, Ləngəbiz dağları boyu məşhur uzununa lineamentlər-
lə yanaşı, həm də lineamentlərin Aşağı Kür çökəkliyinin cənub-qərb hissəsinin 
antropogen çöküntüləri altında izlənilən,  şimal-şərq qırılmaları kimi deşifrələ-
nən,  qırışıqlığa  köndələn  seriyası  ayrılır. 
Lakin  şimala doğru zəif qabarmış qövs əmələ  gətirən, Talışönü qırılma  
ilə şimal-şərqdən birbaşa kəsilmiş şimal-qərb uzunluqlu lineamentləri daha sıx  
sistem təşkil edir. 

155 
 
Bu lineamentlərin ilkin analizi göstərmişdir ki, onlardan yalnız bəziləri  
fasiləsiz xətlərlə uzanır. Əksəriyyəti sistemin  paralelliyini saxlamaqla,  uzunluq  
üzrə digərləri ilə kulisşəkilli (qol-şəkilli) qarışaraq, 20-25  km  uzunluğu  aşmır.  
İran orta massivinin şimal-qərb hissəsini (Qarasu çay hövzəsi) və Talış  
qırışıqlıq  zonasının  böyük  hissəsini  əhatə  edən  Dağlıq  Talış və ona qonşu 
olan İranın kosmik şəkillərinin analizi göstərmişdir  ki,  onlar lineamentlərin  və  
halqavarı  strukturların  mürəkkəb şəbəkəsi  ilə  kəsişirlər.  İri  halqavarı  stru-
turların  daxilində  kiçikölçülü  halqalar  qrupu  yerləşir. 
Zona daxilində (M.M.Vəliyev və b., 1984), mərkəzində Savalan stra-
tovulkanı yerləşən, diametri 200-250 km olan Savalan meqahalqavarı  strukturu  
ayrılır ki,  Talış  qırışıqlıq  sistemi  onun  xarici  şimal-şərq  hissəsinə  aiddir  və  
Palmir-Abşeron və Baqrovdağ kimi iki transform lineamentləri arasında  inkişaf  
etmişdir (M.İ.Rüstəmov  tərəfindən  aşkar  edilmişdir). 
Savalan  meqahalqavarı  strukturu  öz  növbəsində  şimal-qərb  və  şimal-
şərq submeridional lineamentləri  ilə  kəsilmiş  və  mikrohalqavarı  strukturlarla  
mürəkkəbləşmişdir.   
Talış yarımseqmentinin xarici qövsü üzrə termalmineral su mənbələri 
(Alaşa,  İstisu, Həftanı,  Ərkevan və s.) yerləşir ki, onlar da halqavarı struk-
turların  qövs  elementləri  ilə  xətti yarılmaların  kəsişmə  düyünlərinə  aiddir.  
Aerofotoşəkillərdə iri qonşu çay arteriyalarının qollarının vahid litoloji  
horizonta aid olmasını izləmək mümkündür  və  bu  halda  yan  dərələr 10  km-
lə uzanan vahid uzununa xətləri,  şırımları  əmələ  gətirir. Fotoşəkillərin, aero-
fotoşəkillərin,  geoloji  xəritələrin  və kosmik şəkillərin müqayisəsi  göstərir  ki,  
Dağlıq Talışın şimal-qərb lineamentləri  sisteminin böyük hissəsi  əsas  çayların  
yan qollarının generalizasiyası hesabına qeydə alınır. Eyni zamanda bəzi 
lineamentlər  antiklinal  qırışıqların  bənd  və  ya qanad  hissələrinə aid olan fay 
tipli qırılma strukturlarına uyğun gəlir. Faylar Astara antiklinoriumunun alt  
paleosen və orta eosen vulkanogen çökmə  əmələgəlmələrinin qatını mürək-
kəbləşdirən, Lənkərançay və Viləşçayın orta axarı hövzəsində lineamentlərə  
uyğun  gələn Lerik  əyilməsinin  üst  eosen  qatında  uzununa  yarılmalar  qrupu  
və  Burovar  qalxımının  miosen  laylarını  kəsən  qırılmalardır  (şəkil 66). 
Azərbaycan  ərazisində üçüncü dərəcəli birbaşa lineamentlərə yüksək  
qeyri-bircinslilik zonaları aid edilir ki, onlar da adətən səthdə regionun  tektonik  
quruluşunun  konkret  xətti  elementləri  ilə:  horst,  qraben,  dərinlik  qırılma-
ları ilə ifadə olunur və ya intruziya  zəncirləri,  dayka  qurşaqları,  çatlılıq  zona-
ları  və  s.  geoloji,  morfostruktur,  geofiziki  və  regionun  daxili  strukturunu  
mürəkkəbləşdirən  landşaft  anomaliyaları  ilə ifadə  olunur. Üçüncü  dərəcəli   
lineamentlər adətən iri blokların sərhədləri hesab olunur və ya aşağı dərəcələrin  
birbaşa kəsib keçən zonalarının quruluşunda iştirak edir. Onlar müxtəlif  uzun-
luğa  malikdir  və 5-20
0
 və 310-315
0
  uzunluqla  pespublikadan  kənara  çıxırlar. 
Şəkillərdə  onlar qara zəncirli anomal  fotoçalar  şəklində  qeydə  alınırlar.   
 

156 
 
 
 
Şəkil 66.
 
Mərkəzi və cənubi Talışda çay  şəbəkəsi  və  lineamentlərin  qarşılıqlı  
münasibətinin  sxemi. 
1 – geoloji-geofiziki məlumatlara görə tektonik pozulmalarla uyğun gələn lineamentlər;            
2 – litoloji  təmaslara uyğun gələn və  ehtimal  edilən  qırılmalar  üzrə  olan  lineamentlər. 
 
Beləliklə, Azərbaycanın alpaqadərki özülünün quruluşunda üstünlük təş-
kil edən üst struktur mərtəbənin quruluşunu şərtləndirən suben (ümumiqafqaz) 
və en (antiqafqaz) dərinlik yarılmalarının mövcudluğu qeyd olunur. Üst struktur  
mərtəbənin alt struktur mərtəbənin varisi olduğu  aydın  olur.  Böyük  və  Kiçik 
Qafqazın bütün geoloji  inkişaf tarixi boyu  böyük uzunluqlu və dərin özüllü  bu 
yarılmalar dəfələrlə cavanlaşmışdır və M.A.Favorskayaya və b. görə  onlara  
özülün qədim struktur planına cavab verən birbaşa dərinlik filiztəmərküzləş-
dirən strukturlar kimi baxmaq lazımdır. Bu fikri qravimaqnit  kəşfiyyatı    və  
aeroşəkillərin  deşifrələnməsi materialları  təsdiq  edir.    
 
 
 
 
 
 

157 
 
Yüklə 21,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin