Şəkil 48. KŞ-də deltalar və gətirmə konusları:
a – Ural çayı, b – Sırdərya çayı, v - Balx çayı (Əfqanıstan respublikası),
q – Pyanc çayı, d – Tece çayı, e – Tarim çayı.
Dağətəyi regionlarda bu, tektonik pillənin eninə olan dərələrdən gətirmə
konusunun geniş inkişafına görə aşkar olunur. Fəal qırılıb-qalxma zamanı vahid
tektonik pillənin formalaşması baş vermiş (qalxmış qanadın kənarında sürüşmə
qırılmalarının baş verməsinə baxmayaraq) qalxma fəal qanadın eroziyası he-
sabına kompensə olunur. Bu hadisəni çox vaxt lokal səviyyəli kosmik şəkillərdə
aşkar etmək mümkün olur. Burada qırılıb-qalxmanın düşmüş qanadının arxa
hissəsində qravitasion əmələgəlməsi olan qalın şleyflər görünür.
Struktur geomorfoloji zonallığı eninə və diaqonal səmtdə keçən qırılıb-
düşmələr və qırılıb-qalxmalar, adətən relyef formalarında yaxşı əks olunur və
kosmik təsvirlərdə aydın görünür. Lokal eninə çökmələrlə təmasda olduğu
zaman, bu tip qırılmalar relyefdə özünü ,demək olar ki, uzununa qırılmalar kimi
aparır. Lakin bəzən onlar özlərini yalnız relyefin pilləliyində göstərir ki, bu da
denudasion relyeflə qarışıq düşə bilir. Pilləliyin tektonik təbiəti çıxıntıların
düzxətli olması ilə aşkar edilir. Onlar müxtəlif dərəcəli parçalanmaya malik
olan blokları ayırır və bəzən də çıxıntının hər iki tərəfi və onun yaxınlığındakı
122
cavan kollüvial çöküntülərin geniş inkişaf sahəsi üzrə blokların relyef tipini
dəyişir. Çox vaxt eninə qırılmalarboyu çökmə zonalar (neotektonik qrabenlər)
nisbətən açıq foto rəngçalarları ilə seçilir. Bu da qraben dibinin az parça-
lanmasından (əgər o, hətta cavan akkumulyativ örtükdən məhrum olunsa da)
asılıdır.
Şəkil 49. KŞ-də düzxətli qırılmaların geomorfoloji ifadəsi.
Şaquli düşən qırılma parçalanmalarından fərqli olaraq, xüsusən azmeylli
üstəgəlmələr adətən eroziyaya məruz qalmır və kosmik təsvirlərdə zəif aşkar
edilir. Lakin üstəgəlmənin təkcə səthi deyil, bütün üstəgəlməyanı struktur
formalar və onlarla bağlı relyef elementləri kompleks şəkildə təhlil edilirsə,
onda yeni üstəgəlmə zonalarının geomorfoloji ifadəsi tam olur (şəkil 50).
Adətən üstə gələn blokun ön hissəsi asimmetrik antiklinal qırışıqlığa çevrilir ki,
onun da tağ hissəsi birinci növbədə dağılır, nəticədə üstəgəlmənin önündə
paralel pillələr əmələ gəlir. Pillənin alt hissəsində, ondan bir qədər aralı, adətən
relyefdə kuest formalı təpəciklər əmələ gətirən üstəgəlməyanı antiklinalın
çevrilmiş qanadının fraqmenti saxlanılır.
Çox vaxt pillə ilə kuestarası erozion şəbəkənin şəkli üstəgəlmə zonasın-
dan kənardakı erozion şəbəkənin şəklindən fərqlənir. Nəticədə kosmik şəkil-
lərdə zolaqlı təsvirə malik səciyyəvi relyef əmələ gəlir. Regional səviyyəli
kosmik şəkillərdə planda daha çox yarımmaili üstəgəlməyanı pillə (xüsusən,
123
əgər o, kölgə ilə əhatələnmişdirsə) görünür. Lokal və dəqiq səviyyəli şəkillərdə
isə üstəgəlməyanı relyefin bütün elementlərini aşkar etmək mümkündür.
Şəkil 50. KŞ-də üstəgəlmələrin struktur-geomorfoloji ifadəsi.
Passiv üstəgəlmə strukturları, üstəgəlmə paketləri və örtükləri də relyefdə
zolaqlı şəkil əmələ gətirir, lakin onların struktur interpretasiyası (distansion
zondlama məlumatlarına görə) çətin olur, çünki belə relyefi başqa passiv
strukturlar da verə bilər.
Relyef tipləri arasında yerdəyişmə deformasiyası zonalarının relyefi daha
yaxşı “tanınma” ilə fərqlənir. Bu da onunla əlaqədardır ki, yer dəyişməyanı
relyefin elementləri çox vaxt regional geomorfoloji zonallığın eninə və ya
diaqonal istiqamətlənmiş səciyyəvi kompleks formalar əmələ gətirir. Bundan
əlavə, relyef elementlərinin planlı yerdəyişməsi, həmin amplitudun şaquli
yerdəyişməsinə nisbətən asan aşkar olunur (şəkil 51).
Geomorfoloji quruluşlu yerdəyişmə zonalarının üç əsas növü müşahidə
olunur: erozion dərə sistemi boyunca relyefin litomorf elementlərinin planlı
124
yerdəyişməsi; ana süxurların litologiyası ilə əlaqədar olmayan relyef element-
lərinin analoji yerdəyişməsi və nəhayət relyefin müsbət formalarının səciyyəvi
xətti əyilmələri. Birinci - eninə yerdəyişmə ilə pozulmuş, passiv preparasiya
olunmuş qırışıqlıq strukturların relyefi üçün ən tipik haldır. Keyfiyyətli or-
tamiqyaslı kosmik şəkillərdə bir neçə fəal yerdəyişmələr çox aydın aşkar edilir.
Şəkil 51. KŞ-də horizontal yerdəyişmə strukturlarının
struktur-geomorfoloji ifadəsi.
Relyefin cavan formalarının planlı yerdəyişməsi fəal yerdəyişmə zona-
larında müşahidə olunur (Orta Asiya Talasso-Fərqanə, Darvaz-Qara-Gül və s.).
Burada relyefin xətti çökmələri boyu, eninə səmtli cavan dərələr və onları
suayırıcılarına bölən, bəzən isə terras gətirmə konusları və s. vasitəsilə yaranmış
qanunauyğun sistematik yerdəyişmələr aşkar olunur.
Kosmik təsvirlərdə aşkar edilmiş relyefin cavan elementlərini, planlı
yerdəyişmələrdən istifadə edərək, P.Molner, P.Topolye, V.Q.Trifon və s. təd-
qiqatçılar təyin etmişlər. Aralıq dənizi qurşağının şərq hissəsinin və Mərkəzi
Asiya dağlarının (Çəmən, Attıdağ, Çunqur, Anatolu və s.) bir çox iri qırılmaları
yeni və müasir mərhələdəki yerdəyişmə kimi inkişaf etmişdir. Belə halda, əgər
125
yerdəyişmə deformasiyaları ensiz qırılma struktur zonalarında lokallaşmamış-
dırsa və nisbətən geniş zonalarda paylanmışdırsa, onda bu zonaları kəsən rel-
yefin xətti elementləri səciyyəvi S və Z-yə bənzər planlı formalar şəklini alır.
Kosmik şəkillərdə təsvirin uyğun «şevron»rəsmi, yerdəyişmə zonasında rel-
yefin çoxlu miqdarda paralel xətti elementi əks olunduğu halda daha aydın
görünür.
8.5. Regional və qlobal struktur-geomorfoloji tədqiqatlarda kosmik
təsvirlərin təhlili
Regional struktur geomorfoloji təhlilin əsas məqsədi iri regionların ən
yeni struktur planının aşkar edilməsi, tektonik və neotektonik vahidlərdən təşkil
olunmuş ümumiləşdirilmiş relyef xüsusiyyətlərinin və relyef əmələgəlmə
proseslərinin öyrənilməsidir. Distansion zondlama materiallarının məlumatları
əsasında yeni struktur planları öyrənərkən, əsas diqqəti iri strukturların sər-
hədlərinin dəqiqləşdirilməsinə və onların sahəvi yerləşməsində dərinlik nəza-
rətinin təyininə vermək lazımdır (şəkil 52, 53). Bəzi tədqiqatçıların fikrincə,
əsas neotektonik elementlərin sərhədləri (platforma düzənlikləri və dağ qırı-
şıqlıq əyalətləri) daxilində müxtəlif ən yeni stukturlar olan, özünəməxsus
struktur karkas əmələ gətirən nizamlanmış xətti deformasiya sistemləri ilə
nəzarət edilir. Tyan-Şan və onun əhatə etdiyi regionun timsalında V.İ. Makarov
və L.İ.Solovyova göstərmişlər ki, xətti regional zonaların neotektonik əhə-
miyyəti, onlarla iri qırılma pozulmalarının daxil olub-olmamasından və həm-
çinin onların qədim tektonik zonalara uyğun gəlib-gəlməməsindən asılı de-
yildir. Müxtəlif istiqamətli regional xətti zonaların eynihüquqlu olmasının
etirafı bu müəllifləri «Kəsişən struktur plan» (ən yeni strukturların) konsep-
siyasına gətirib çıxardı ki, sonradan da o, digər regionlara tətbiq edildi. Struktur
geomfoloji tədqiqatların bu aspekti lineamentlərin öyrənilməsinə həsr edilmiş
9-cu fəsildə daha dəqiq araşdırılacaqdır.
Regional səviyyəli kosmik şəkillərdə yaxşı görünən, hətta kiçik relyef
formaları müxtəlif praktiki məsələlərin həll edilməsinə imkan yaradır. Məsələn,
İssık-Kul rayonunun erozion şəbəkəsini öyrənən S.A.Sladkopevtsev belə bir
nəticəyə gəlmişdir ki, bu sahənin parçalanması relyefin yüksəkliyindən və
tipindən asılıdır. Parçalanmanın daha böyük dərinliyi maksimal qalxımlarda
alp relyefli dağ silsilələrində müşahidə olunur. Burada iri novlar uzunməsafəli
və kəskin yamaclıdır lakin parçalanmaların bölgüsü böyük deyildirş Onların
yamacları çox vaxt hamarlanmışdır. Ehtimal ki, parçalanmanın sıxlığı yamac
proseslərinin fəallığı ilə, relyefin uzun müddət buz altında konservasiyası, kiçik
relyef formalarını kəsən ekzarasiya ilə məhdudlaşır. Bundan əlavə, yüksək
dağlıq hissə kəsimlərinin seyrəkləşməsini buradakı selektiv denudasion səth-
lərin inkişafı və hamarlanmanın qədim yüksək qalxmış səthlərinin mənimsənil-
məsi ilə izah etmək olar.
126
Şəkil 52. KŞ-də yüksək dağlıq (intensiv parçalanmış) ərazilərin gölləri:
a - İssık-Kul (Mərkəzi Tyan-Şan); b – Kara-Kul (Pamir).
Orta dağlıq yüksəkliklərdə və qalxmış dağətəyi şleyflərdə parçalanmanın
sıxlığı nisbətən kiçik kəsimlərdə maksimal olur ki, bu da eroziyanın fəallığının
nisbətən zəif olmasına baxmayaraq, eroziyaya uğramış süxurların yumşaq və ya
doğranmış olması ilə izah olunur. Nəhayət, azmeylli dağətəyi düzənliklərdə
parçalanmanın dərinliyi minimuma enir və eyni zamanda müvəqqəti su axımı
şəbəkəsinin sıxlığı azalır.
Kosmik şəkillərin köməyi ilə Yerin və digər yer qrupu planetlərinin
müxtəlif rayonlarının regional geomorfoloji və struktur geomorfoloji xəritələri
tərtib edilmişdir. Hətta yaxşı öyrənilmiş rayonlarda kosmik təsvirlər həm
müxtəlif yaşlı geomorfoloji səthlər və kəsimlərin paylanması, həm də relyefdə
yeni və ən müasir neotektonik süxurların yayılma formaları haqqında yeni mə-
lumat almağa imkan verir. Əsas etibarilə, kosmik şəkillərin tətbiqi ilə mümkün
127
olan mühüm kəşflərdən biri, relyefin regional dairəvi və ya konsentrik struk-
turlarıdır ki, bu da 10-cu fəsildə daha dəqiq araşdırılacaqdır.
Şəkil 53. KŞ-də alçaq dağlıq (zəif parçalanmış) ərazilərin gölləri:
a – Ölü dəniz (İsrail), b – Qara boğaz göl (Türkmənistan), v – Deşt və Neyriz (Zaqros),
q – qurumuş duzlu göllər (Şimali İran).
Regional geomorfoloji tədqiqatlar üçün dağlıq əyalətlərin perspektiv
şəkilləri daha böyük maraq kəsb edir (şəkil 54). Plan şəkilləri üzərində aparılan
müşahidələr zamanı, burada relyefin gözəçarpan parçalanması maskalanır (üstü
örtülür və yaxud hiss olunmur). Lakin, hamarlanmanın ilkin zirvə səthləri və
onların qonşu ərazilərin analoji səthləri ilə əlaqəsi daha əyani görünür. Belə
şəkillərin təhlili, Himalay kimi regionlarda dağəməgəlməni, bu zonaların mux-
tar qalxımı ilə deyil, onların altına xarici çökmələrin «dartılıb çəkilməsi» və
128
ikili sial qabığının üzə çıxması ilə əlaqələndirən geoloqların nöqteyi-nəzərini
daha yaxşı başa düşməyə imkan verir.
Şəkil 54. Dağlıq vilayətlərin perspektiv (“a”, Himalay) və plan
(“b”, Hindiquş) KŞ-nin müqayisəsi.
Qlobal struktur-geomorfoloji tədqiqatlarda distansion zondlama material-
larının əsas tətbiq sahələri aşağıdakılardır: planetar dərəcəli geomorfoloji ob-
yektlərin sahəvi paylanmasının öyrənilməsi; bu obyektlərin genetik əlaqələrinin
müəyyən edilməsi məqsədi ilə onların qarşılıqlı əlaqələrinin təhlili; yer qabı-
ğının və strukturların planetar bölünməsinə nəzarət edən bölgünün aşkar
edilməsi; çoxkilometrli qalınlığa malik su qatı ilə örtülmüş okean dibinin
geomorfoloji quruluşunun öyrənilməsi.
Bu məsələlər hazırda lineament təhlilinin köməyi ilə həll edilir. Müvafiq
məlumatlar 9-cu fəsildə veriləcəkdir.
129
İndi də 1978-ci ildə fəzaya buraxılmış «Sisat»peykindən, okean dibi rel-
yefinin, su səthinin radiolakasiya ölçü məlumatlarının köməyi ilə öyrənil-
məsinin nəticələrini araşdıraq. 55-ci şəkildə Yer kürəsinin şərq yarımkürəsinin
okean dibi xəritəsinin bir hissəsi göstərilmişdir.
Şəkil 55. Su səthinin radiolokasiya (RL) ölçü məlumatlarına görə Atlantik və
Hind okeanlarının dibinin relyefinin xəritəsi. B.Xaksba görə.
Bu xəritənin tərtibi üçün, Dünya okeanının səthini örtmüş (5 milyon
nöqtəyə yaxın) su səthinin ölçü məlumatlarını eyni dayaq nöqtələrinin şə-
bəkəsinə düzmüşlər. Rəngli qrafikqurmanın mürəkkəb kompüter proqramından
istifadə edərək, B.Xaksbi təsvirin hər bir elementi üçün 15 rəng və onların 256
çalarını seçmişdir. Xəritədə aşkar edilmiş bir çox hissələr, ya həmin vaxta qədər
məlum deyildi, ya da axıra qədər təsdiq edilməmişdi. Məsələn, Afrikadan
cənuba döğru Hind okeanınında yeni sualtı dağlar və qırılma zonaları aşkar
edilmişdir. Xəritədə, İslandiyadan cənub-qərbə doğru uzanan Reykyanesaralıq
okaen silsiləsi görünür. Əvvəllər bu silsilənin V-yə bənzər formalı olması haqda
şübhələr var idi. Lakin xəritə bunun həqiqət olduğunu təsdiq edir.
130
IX. KOSMİK ZONDLAMA MATERİALLARININ
KÖMƏYİLƏ XƏTTİ STRUKTURLARIN
(LİNEAMENTLƏRİN) ÖYRƏNİLMƏ XÜSUSİYYƏTLƏRİ
Xətti strukturlar və yaxud lineamentlər (“ lineamentum”-latın sözü olub,
xətt deməkdir) çox geniş yayılmış geoloji obyektlərdir. Onlar müxtəlif miqyaslı
kosmik şəkillərdə deşifrə olunur və topoqrafik, batimetrik, geofiziki və s. xəritə
və sxemlərin təhlili zamanı aşkar edillir.
9.1. Lineamentlər haqqinda təsəvvürlərin
yaranması və təkamülü
Strukturlar, onlara planetar çatlar kimi baxan Eli de Bomon, V.Qopkins
və s. geoloqların adı ilə bağlıdır. Sonralar L.Bux, A.Dobre və digər alimlər
ortoqonal sistemli qırılmaların planetin hidroqrafik mənzərəsinə nüfuz etməsinə
diqqət yetirmişlər. Onlar, bu sistemlərin həmçinin xətti uzanan qırışıqlıq
deformasiyalarına da təsiri haqqında fikir söyləmişlər. Belə ki, Pont-Kaspi
əyalətinin uzaq məsafəli düz xətli struktur elementləri, qövsi strukturları və
eninə (submeridional) elementləri, N.İ.Andrusova görə, indiki dövrdə aşkar
edilmiş Transqafqaz və Ural-Oman lineamentləri istiqamətində yerləşmişdir.
A.P.Karpinskinin yer qabığının qırılma tektonikasına aid əsərlərində Rusiyanın
avropa hissəsində şimal-qərb və şimal-şərq istiqamətli çatların olduğu gös-
tərilmişdir. XlX əsrin axırlarında M.Bertran bütün qitələri kəsən, kənarlarında
qırışıqlıq və ya qırılma dislokasiyaları və iri paleocoğrafi və ya müasir relyef
formaları (dağ silsilələri, çay dərələri, dəniz sahilləri və s.) qruplaşan xətti
strukturlar haqqında təsəvvürü inkişaf etdirmişdir.
XlX əsrin axırlarında görkəmli Avstriya geoloqu Eduard Zyussun Aşağı
Avstriya və Cənubi İtaliya zəlzələlərinin episentrinin (mərkəzinin) fəzavi
yerləşmə qanunauyğunluqları üzərində apardığı tədqiqatlar lineament haqqında
anlayışın formalaşmasına təkan verdi.
Alim, kifayət məsafələrdə düz xətt üzrə uzanan «zəlzələ zərbəsinin adi
xətləri»adlandırdığı hadisəni kəşf etdi.
Amerika geoloqu V. Xobbs 1904-1911-ci illərdə öz işlərində “Linea-
ment” anlayışını formalaşdırdı və onu elmigeoloji ədəbiyyata termin kimi daxil
etdi. V. Xobbs lineamenti heterogen əmələ gəlmə geoloji kütlələrin sərhədləri
və dənizin sahil xəttinin düzxətli sahələri, dağ massivlərinin əhatəsi və land-
şaftın digər düzxətli elementləri (məsələn, çay dərələri) (şəkil 56), həmçinin E.
Zyuss tərəfindən ayrılmış “seysmotektonik xəttlər” kimi təsəvvür edirdi.
Müasir dövrdə geologiyadakı bu “terminoloji kəşf”in əhəmiyyətini kifa-
yət dərəcədə qiymətləndirmək çətindir, Çünki bu kəşf planetin dərinlik quru-
luşunun xarici (yerüstü) əlamətlərə görə öyrənilməsinin son dərəcə sadə, müm-
kün və effektiv ekspresüsulunu təklif edirdi.
131
F.İ.Muşketov isə lineament anlayışını seysmotektonik dislokasiya - 1911-
ci ildə Kebin zəlzələsi nəticəsində Zail Alatausunun yamaclarında yaranmış
düzxətli uzununa yarğanlara aid etmişdi. Q. Ştille Avropa lineamentlərinin
xüsusi təsvirini vermiş və “Avropanın əsas lineamentləri”nin sxemini təklif
etmişdir (şəkil 57). Onun fikrincə, yer qabığını və həmçinin əvvəlki Meqa-
qeyanı lineamentlərdə intensiv şırımlanmış hesab etmək lazımdır ki, onların da
bir hissəsi yerin inkişaf dövründə fəallaşaraq, xüsusi məna kəsb etmişdi.
Keçən əsrin 30-cu illərinin sonunda R.A.Zonder Avropa lineamentlərinin
6 əsas istiqamətini aşkar etmiş, lineament tektonikası anlayışını formalaşdırmış
və geologiyanın bu sahəsində həll edilən bəzi problemləri qeyd etmişdir.
Lineamentlərin öyrənilməsi və lineament tektonikası anlayışının inkişa-
fında yeni keyfiyyətdə sıçrayış Yerin və yer qrupu planetlərinin tədqiqatında
distansion zondlama üsullarından istifadənin başlanılması ilə əlaqədardır.
Şəkil 56. Çat zonalarına (lineamentlərə) aid olan hidroqrafik şəbəkə.
V.Xobbsə görə.
132
Şəkil 57. Avropanın kardinal lineamentləri. Q.Ştilleyə görə.
Yerin, kosmik cihazlar vasitəsilə alınmış ilk foto və teleşəkilləri ix-
tisasçılara xətti, qövsvari və dairəvi obyektlər haqqında çoxlu yeni məlumatlar
almağa imkan vermişdir. Lakin indiyə qədər, lineament termini müxtəlif
mənşəli coğrafi mühüt, geolojistruktur və geofiziki sahələr, xətti əmələgəlmələr
kimi başa düşülməkdə davam edir. Y.Q.Katsın və A.Tevelyevin apardığı təhlil
göstərmişdir ki, «Lineament»termininin bir neçə mənası meydana gəlmişdir.
Bunlardan birincisi E.Zyussun, A. P. Karpinskinin, Q. Ştillenin, R.
Zonderin ilkin işlərinə aiddir və müasir mərhələdə V. E. Xain, V. A. Buşun və
s. işlərində inkişaf etdirilmişdir. Onlar, lineamenti - qırışıqlığın istiqamətini
təyin edən, uzunmüddətli inkişafda olan qırılmalar, yerüstü qırılmalar, rifto-
genez, vulkanlar, zəlzələ mərkəzlərinin və s. zəncirvarı düzülüşü kimi qəbul
edirlər.
İkincisi V. Q. Trifonov, S. S. Şultsun hesab etdiyi kimi, lineamentlər
dərinlik, lakin cavan (üst pleystosen-holosen) strukturlarda özünü qırılma kimi
və yaxud V. İ. Makarov və L.İ. Solovyovaya görə, qırılma fleksura zonaları
kimi aparır. Qeyd edilənlərə əlavə olaraq, İ. K. Volçanskaya, İ. N.Tomson, M.
A. Favorskaya və digər metallogeniya ilə məşğul olan alimlər hesab edirlər ki,
bu lineamentlər adətən metallogenik zonaları müşayiət edir.
Üçüncü lineament anlayışına L. M. Rastsvetayev, P.V. Florenski, V. S.
Mileyev, Y.V. Yunakovskaya və digər geoloqların işlərində rast gəlinir. Onlar
lineamentlərə yer səthində müxtəlif tip pozulmalar və geolojigeomorfoloji ob-
yektlərin forma və istiqamətləri, o cümlədən geofiziki sahələrin quruluş xüsu-
siyyətləri ilə özlərini büruzə verən müstəqil dərinlik strukturu dərəcəsi verirlər.
133
Dördüncü lineament anlayışını-Y. Q. Kats, V. İ. Makarov, A. İ.
Poletayev, E. F. Rumyanseva, A. V. Tevelyev və b. litosferin dərinlik qeyri-
bircinsliliyini əks etdirən geoloji strukturun, coğrafi mühitin və geofiziki
sahələrin parametrlərinin kəskin dəyişməsinin düzxətli və azmeylli əyilmiş,
nisbətən ensiz, yüksək qradiyentli zonalarına aid edirlər.
“Lineament”anlayışının izahında yekdilliyin müşahidə olunmaması
müasir geologiyada qanunauyğun və obyektiv hadisədir. Buna səbəb
lineamentlərin təbiətinin ilkin təyinində vəhdətin olmamasıdır. Lineamentlər –
yer qabığının unikal obyektləri olub, yer qabığının və litosferin müxtəlif
miqyas, dərinlik və yaşlı qeyri-bircinsliyi haqqında obyektiv və kifayət qədər
dürüst informasiyanı Yer səthinə ötürür və həm geoloji nəzəriyyədə, həm də
təcrübədə geniş istifadə olunur.
Geoloji nəzəriyyədə lineamentlər, yer qabığının dərinlik bölünməsinin
özünəməxsus təbii indikatoru kimi, müasir geodinamikanın qavranılmasında
etibarlı alət rolunu oynaya bilər.
Geoloji təcrübədə isə lineamentlərə, müxtəlif flyuid və məhlulları nəql
etdirən kanal kimi baxmaq olar və onlar müxtəlif faydalı qazıntıların axtarışı və
proqnozlaşdırılmasında birbaşa indikator rolunu oynaya bilər.
9.2. Lineamentlərin axtarışı, aşkarı
və öyrənilməsi üsulları
Hazırda geologiyada lineamentlərin axtarışı, aşkar edilməsi və öyrə-
nilməsi, onların sistemləşdirilməsində üç qrup : evristik, alət (cihazların köməyi
ilə) və kompleks üsullar tətbiq edilir. Evristik üsul keyfiyyət, alət üsulu kəmiy-
yət, kompleks üsul isə həm keyfiyyət, həm də kəmiyyət xarakteri daşıyır.
Evristik üsul - kosmik şəkillər və ya geolojigeofiziki materialların əsasın-
da lineamentlərin birbaşa (vizual) və ya dolayı yolla ayrılmasından ibarətdir.
Lineamentlərin birbaşa ayrılması kosmik şəkillərin vizual deşif-
rələnməsinə əsaslanaraq, iki səbəblə şərtlənir.
Əvvala, eksperimental yolla müəyyən edilmişdir ki, müxtəlif operatorlarla
vizual deşifrələnmiş lineamentlərin təkrarlanmasının bəzən çox kiçik, 30%-dən
artıq olmamasına baxmayaraq, hətta belə hallarda da, müxtəlif deşifrələyicilər
tərəfindən tərtib edilmiş xəritələrdə lineamentlərin sıxlıg maksimumlarının uyğun
gəlməsi 70%-ə çatır. Buradan belə nəticəyə gəlmək olar ki, ayrı-ayrı lineamentlərin
çəkilməsində fərqlərin olmasına baxmayaraq, lineament sahələrinin ümumi
mənzərəsi vizual geoloji deşifrələnmənin subyektivliyindən cüzi asılıdır.
İkincisi, N.V.Antoşenko – Olenov və V.Y.Qoldun məlumatlarına görə,
müasir texniki və riyazi təchizatlı alət üsullarının texnologiyası təcrübəli
deşifrəçilərin işlərinə nisbətən hələlik böyük əmək və vəsait sərfi tələb edir və
xüsusilə, əsas əkin sahələri yerləşən rayonlarda lineamentlərin və digər geoloji
obyektlərin etibarlı aşkarını təmin etmir.
134
Lineamentlərin və lineament sistemlərinin dolayı yola ayrılması, onların
müxtəlif parametrlərlə səciyyələnən, Yer kütlələrinin sahəvi yerləşməsi haqqın-
da olan məlumatlara görə izlənilməsi və axtarışı ilə əlaqədardır; litoloji (süxur-
ların tərkibi və sıxlığı); tektonik (yer qabığı strukturlarının doğranma dərəcəsi,
qırılma pozulmalarının sıxlığı, bölünmələrin formaları, üstünlük təşkil edən
kinematika və pozulmaların istiqaməti); geofiziki, seysmoloji, geokimyəvi (uy-
ğun geokimyəvi sahələrin səmti və intensivliyi); hidrogeoloji (subasma dərəcə-
si, yeraltı suların tərkibi və yatım dərinliyi); landşaft (çay şəbəkəsinin rəsmi)
(şəkil 59) ,bitki örtüyünün paylanma xüsusiyyətləri və s.).
Alət üsulu. Lineamentlərin öyrənilməsində maşın (avtomatlaşdırılmış)
təhlili üsulu geniş inkişaf tapmışdır. Lineamentlərin kosmik şəkillərdə avto-
matik ayrılmasının əsasını ziddiyyətli analogiya yanaşması təşkil edir ki,bu da
parlaqlığın və aydınlığın mütləq qiymətindən asılı olmayaraq, obyektin rəng-
çalar müxtəlifliyinə görə lineament şəbəkəsi, müxtəlif dərəcəli generelizasiya
almaq məqsədilə, operatorun istəyindən asılı olaraq, dəyişilə bilər.
Ziddiyyətli analogiya yanaşması üçüncü ilə ayrılmış iki qonşu pik sellərin
parlaqlığının müqayisəsi ilə həyata keçirilir. Bu halda fərqin ölçülmüş qiyməti
orta pikselin üzərinə yazılır. Belə təhlil bütün istiqamətlər üzrə aparılır, hər
piksel üçün bu halda bir neçə qiymət alındığından, maksimal qiymət əsas götü-
rülür. Maksimal variasiya xətlərini göstərən ədədi nəticələr lineament sxemləri
kimi qrafik olaraq göstərilir. Lakin bu zaman süni surətdə yaranmış lineament-
ləri (texnogen və ya antropogen mənşəli) kənarlaşdırmaq üçün alınmış nəticə-
ləri korrektə etmək lazımdır.
Subyektiv amili maksimum kənarlaşdırmaq məqsədilə, məlumatlar gül-
diaqramı və ya lineamentlərin uzanmasının histoqramı, lineamentlərin gül-
diaqramı xəritəsi və ya lineamentlərin xüsusi uzunluq xəritəsi, o cümlədən
qrafik şəklində göstərilir.
Alınmış kəmiyyət xüsusiyyətlərinin obyektiv müqayisəsi və korrel-yasi-
yası üçün, həcmi parametrlərin tətbiqi məsləhət görülmüşdür (məsələn, yer qa-
bığının müxtəlif bloklarının lineamentləşmə dərəcəsini səciyyələndirən qlobal
çatlılıq əmsalı). Hazırda kosmik şəkillərdə lineamentlərin avtomatik ayrılması
üçün proqram və alqoritmlər işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: |