6.4.5.Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmə
KŞ-n köməyi ilə alınan bütün geoloji informasiyaların 50%-dən çoxu
tektonikanın payına düşür.
Yerin kosmosdan alınan müxtəlif səviyyəyə məxsus generalizasiyalı
fotoşəkilləri müxtəlif kateqoriyalı tektonik strukturların bütöv bir sırasını təyin
etməyə imkan verir: struktur tektonik vilayətlər və zonalar, qalxanlar və plitələr,
antiklinorium və sinkli noriumlar, sinekliz və anteklizlər, qalxım və enişlər, o
cümlədən daha xırda strukturlar. KŞ-də qırışıqlıq strukturlar və qırılma pozul-
maları, yarılmalar, sürüşmələr, horizontal yerdəyişmələr, üstəgəlmələr, örtüklər
və s. çox gözəl görünür, bu zaman şəkillər bu pozulmaların morfoloji və gene-
tik xarakteristikası üçün informasiyanı daşıyır.
Tektonikanın öyrənilməsi məqsədilə deşifrələmədə əsas məsələ süxurların
ardıcıl düzülüşünün və yatım şəraitinin müəyyən edilməsi, qırışıqlıq və pozul-
ma strukturlarının öyrənilməsi, onların inkişaf tarixinin aydınlaşdırılmasıdır.
Tektonik deşifrələmənin daha yaxşı nəticələri aşağıdakı şəraitlərdə alına
bilər: 1) strukturların və onların quruluşunda iştirak edən layların izlənilməsi
zamanı interpolyasiya zərurətinin minimuma endirilməsinə imkan verən yaxşı
səthə (üzə) çıxma; 2) süxurların maddi tərkibinin müxtəlifliyi və onların relyef-
də yaxşı təzahürü, fotoqeydedici layların mövcudluğu və stratiqrafik kəsilişin
məlumatı; 3) struktur tektonik relyefin formalaşdığı şəraitdə zəif parçalanma.
Tektonik deşifrələmə süxurların yatım elementlərinin təyini ilə başlayır.
Bunun üçün zəruri olan kəmiyyət üsulları yamacın istiqaməti və layın çıxış
forması arasındakı münasibətin analizinə əsaslanır.
Kəsilişi müxtəlif süxurların növbələşməsindən ibarət olan dağlıq rayonlar
üçün yatım elementlərinin təyini məsələsi lay fiqurlarının müşahidə imkanla-
76
rının olduğu hallarda sadələşir: bərk layların çıxışı ilə əmələ gələn üçbucaq,
dairəvi və ya trapesiya şəkilli formaların sahələrinin. Lay fiqurlarının formaları
düşmə bucağının qiymətindən asılıdır ki, bu da süxurların yatım elementlərinin
təxmini təyininə imkan verir. Daha bərk (möhkəm) siniflərin çıxışları dairəvi
və ya şaquli yatımda düzxətli lay baryerləri formasına malik olur ki, onlar da
laylanma üzrə lay yarımellipslərinə, trapesiyalarına və ya üçbucaqlarına keçir.
Lay çatları və üçbucaqları nə qədər uzun olarsa, düşmə bucağı bir o qədər kiçik
olur. Monoklinal yatım sahələrində eninə kəsimdə asimmetrik dərələrlə bölünən
paralel kuest və cərgələr inkişaf edir. Parçalanmış relyefə malik rayonlarda
layların horizontal və ya az maili yatımı bərk süxurlardan təşkil tapmış hori-
zontal lay qalıqları ilə müəyyən edilir.
Çöküntülərin litoloji tərkibinin eynicinsliliyi və ya parçalanmasının kifa-
yət qədər olmaması səbəbindən lay fiqurlarının ifadə olunmadığı sahələrdə
layların stratiqrafik ardıcıllığını və süxurların yatım istiqamətini bəzən onların
qonşu sahələrdə izlənilməsinə görə təyin etmək olar. Xüsusilə təcrid olunmuş
çıxışlar üçün mürəkkəb dislokasiya olunmuş qatlarda normal, maili və çevrilmiş
yatımın fərqləndirilməsi problemi kifayət qədər çətinlik yaradır.
KŞ-n vizual deşifrələnməsi və stereocihazların köməyi ilə kəmiyyətcə
ölçmə göstərir ki, yatım elementlərinin nisbətən dəqiq təyini 1:2000000 miq-
yaslı generalizasiyanın regional səviyyəli şəkillərində mümkündür. Birinci üsu-
lun köməyi ilə süxurların yatım bucaqlarını iti (50-80
0
), orta (20-40
0
) və az
maili bölgülərlə ayırmaq imkanları vardır. Stereocihazlar (stereomikrometr və
stereosimpleks) ölçülərin dəqiqliyini ±5
0
–yə qədər artırmağa imkan verir.
Zəif açılmış rayonlarda strukturların izlənilməsi məqsədilə süxurların
yatım ardıcıllığının təyini onların maddi tərkibinin öyrənilməsi, sahə üzrə iz-
lənilməsi və sərhədlərinin aydınlaşdırılmasına əsaslanır. Bu, xüsusilə mürəkkəb
geoloji quruluşlu geosinklinal vilayətlərdə vacibdir. Müxtəlif süxurların və lito-
lojıstrariqrafik komplekslərin təmaslarının xarakterinin öyrənilməsi imkanları
miqyası 1:5 000 000 olan KFŞ-dən başlayaraq aparılır, daha dəqiq şəkillərdə
yatımın bucaq uyğunsusluğu və transqressiv xarakteri inamla təyin edilir.
1:25 000 000 miqyaslı regional KFŞ-n öyrənilməsi zamanı qlobal şəkil-
lərlə müqayisədə informativlikdə kəskin sıçrayış qeydə alınır ki, bu da aşkarla-
nan tektonik elementlərin diapazonunun kifayət qədər genişlənməsi və onların
daha yüksək həlletmə qabiliyyəti ilə şərtlənən ümumi miqdarında özünü büruzə
verir. Dərinlik yarılmalarının müxtəlif, o cümlədən çökmə örtüyün altında uza-
nan tiplərinin, üstəgəlmələrin, sürüşmələrin, horizontal yerdəyişmələrin, halqa-
varı qırılmaların iri antiklinal və sinklinal qırışıqların aşkarlanması mümkündür.
Dəqiqliyi ilə fərqlənən daha irimiqyaslı KŞ-də yeni tektonik obyektlərin sayının
az artımı qeyd olunur, lakin onların sayı kəskin artır. Məsələn, kifayət qədər
makroçatlılıq diaqnostlaşdırılır.
Tektonikanın və xüsusilə neotektonikanın öyrəniıməsində geo-morfoloji
deşifrələmə kifayət rol oynayır ki, bu da bir tərəfdən müxtəlif qırılma pozul-
77
maları, qırışıqlıq strukturları, digər tərəfdən relyef, hidroqrafiya və regionun
erozion parçalanmasının ümumi xarakterləri arasındakı qarşılıqlı əlaqəni aşkar
etməyə imkan verir.
Hazırda istifadə olunan KŞ-n əksəriyyəti generalizasiyanın regional sə-
viyyəsinə uyğun gəldiyi üçün, onların köməyi ilə regional geotektonikanın aşa-
ğıdakı əsas problemlərini həll etmək mümkündür:
1.Struktur kompleks və mərtəbələrin ayrılması.
2.Qırılma pozulmalarının öyrənilməsi.
3.Qırışıqlıq formaların öyrənilməsi.
4.Regionun və ya iri strukturların inkişaf xarakterinin təyini (ayrı-ayrı
hallarda inkişafın neotektonik mərhələsi mümkündür).
5.Dərinlik quruluşunun təyini.
KŞ-ə görə struktur kompleks və mərtəbələrin ayrılması daha inamla plat-
formaların çökmə örtüyü və qırışıqlıq vilayətlər üçün aparılır. Qırışıq və me-
tamorfik örtük parçalanmaya hər yerdə məruz qalmır. KŞ-də struktur kompleks
və mərtəbələrin tanınması onların müxtəlif dislokasiya dərəcələrinə əsaslanır ki,
bu da şəkillərdə müxtəlif konturlarla əhatə olunmuş süxurların yatımının uy-
ğunsusluğunu və transqressivliyini əks etdirən müxtəlif parçalanmış relyef tip-
ləri şəklində ifadə olunur. Mikrorelyefin forması və süxurların və ya forma-
siyaların müəyyən yığımı nisbətən möhkəm fotoçalar, mezo və makrorelyef isə
təsvirin xarakter şəklini verə bilər. Bundan əlavə, hər kompleksə və ya mərtə-
bəyə xarakter tektonik üslub aid ola bilər ki, bu da qırışıq formaların və ya sü-
xurların yatım şəraitinin və qırılma pozulmalarının qanunauyğun paylanması və
səmtləşməsində özünü büruzə verir. Bu kimi əsas xarakter əlamətlər platforma
vilayətlərin struktur bölgülərini, hətta qlobal şəkillərdə, geosinklinal vilayətlərin
struktur bölgülərini isə regional şəkillərdə ayırmağa imkan verir (şəkil 31).
Qırılma pozulmalarının öyrənilməsi KŞ-dən alınan geoloji informasiyala-
rın bütün növləri arasında üstünlük təşkil edir. Qırılma pozulmalarının əsas əla-
mətləri süxurların və ya relyef formalarının görünən “qarışmasının” mövcudlu-
ğu və şəkillərdə təsvirin müxtəlif şəkli və ya fotoçaları ilə ifadə olunan müxtəlif
cinsli geoloji əmələgəlmələrin sərhədində toxunma hesab olunur. Planda düz-
xətli formaya malik olan qırılmalar daha yaxşı görünür (şəkil 32). Qırılma və
çatların əksəriyyəti relyefdə kəskin çıxıntı və şırım şəklində ifadə olunur, tez-
tez hidroqrafik şəbəkənin səmtinə uyğun gəlir və ona çoxlu bitki və bol sululuq
aid olur. KFŞ-n yaxşı icmallılığı hesabına geoloji quruluşa görə müxtəlif olan
rayonların hüdudlarında iri qırılma və ya yarılmaları böyük məsafələrdə izlə-
mək mümkün olur.
KFŞ-lər qırılma pozulmalarını kinematik tipə, açıq rayonlarda isə bəzən
onların yaşı və özülün qoyulma dərinliyinə görə təyin etməyə imkan verir.
Dizyunktiv pozulmaların geolojikinematik tipinin təyini üçün kəsilişin stratiq-
rafik ardıcıllığını bilmək vacibdir. Qırılmaların xarakterinin təyinində kifayət
qədər məlumatı onların planda formalarının analizi verir. Horizontal yerdəyiş-
78
mələr çox zaman düzxətli və ya zəif əyilmiş olur ki, bu da horizontal yerdə-
yişmə zamanı onların hamarlanması, o cümlədən, həmin yerdəyişmələrin kəs-
kin mailliyi ilə izah olunur. Parçalanmış relyef şəraitində maili üstəgəlmələr və
qırılıb-düşmələr əyilmiş xətt formasında əks oluna bilər. Bu qırılmaların səthi
bəzən relyefdə lay fiqurları əmələ gətirir. Belə ki, üstəgəlmələr və horizontal
yerdəyişmələr boyu qarışma yerdəyişmələrin enməsi və ya qalxımı üzrə baş
verir, onların əksəriyyəti eninə kəsimdə hamarlanmış, planda isə əksinə qeyri-
bərabər ziqzaq-şəkilli formaya malik olur.
Şəkil 31. Şimali Afrika ərazisində “Zond-5” planetlərarası avtomatik
stansiya ilə alınmış KFŞ-n tektonik deşifrələnmə sxemi:
1 – kebriyəqədərki massivlər; 2 - Anti – Atlas və Uqart hersinki qırışıqlıq qurğuları; 3 – platforma
örtüyünün alt struktur mərtəbəsi; 4 - platforma örtüyünün orta və üst struktur mərtəbələri; 5 – Atlas
qurşağının alp qırışıqlıq qurğusu; 6 – platforma örtüyünün qalxımı (Şimali Əlcəzair anteklizi); 7 –
vulkanik massivlər; 8 – qırılma pozulmaları; 9 – platforma strukturlarının konturları; özülün inkişaf
edən qalxımında almışdır; 10 – Mərkəzi Saxara sistemi qalxımının kembriyəqədərki massivləri: A –
Regibat, B – Axaqqar, C – Tibest, D – Nuba. Dairələrin içərisindəki rəqəmlərlə Şimali Saxara
düşmə zonasının platforma örtüyünün strukturları göstərilmişdir: 1 – Tinduf sineklizi, 2 – Reqqan, 3
– Qərbi-, Mərkəzi- və Şimali Əlcəzair sineklizləri, 4 – Murzuk. 5 - Kufra, 6 – Aşağı Nil, 7 – Sirt
çökəkliyi; Cənubi-Saxara düşmə zonasının strukturları: 8 – Taudeni sineklizi, 9 – Mali-Nigeriya, 10
– Çad, 11 – Orta Nil.
79
Şəkil 32. KŞ-də (“Cemini”) qırılma pozulmalarının fototəsvirinin xarakteri:
a – alp qurğusunun mezozoy qırışıqlıq kompleksində (Mərkəzi İran); b – qırışıq metamorfik kembriyə-
qədərki süxurlarda (Cənub-qərbi Afrika); c – Axaqqar massivinin (Mərkəzi Saxara) qırışıq metamorfik
kembriyəqədərki süxurlarda.
Qırılmalar üzrə yerdəyişmənin istiqaməti ilə onun rayonun ümumi struk-
turundakı vəziyyəti arasında sıx əlaqə olduğu üçün, qırılmaların müxtəlif tiplə-
rinin təyinində onların bir-biri ilə və qırışıqlarla fəzavi münasibətinin analizi
böyük rol oynaya bilər. Beləliklə, üstəgəlmələr adətən qırışıq strukturlara mü-
nasibətdə uzununa, qırılıb-düşmələr, eninə, horizontal yerdəyişmələr, diaqonal
vəziyyət tutur. Qırılmalarla həmçinin morfologiyanın bəzi xüsusiyyətləri və
qırışıqların fəzavi yerləşməsi də qarşılıqlı əlaqədə olur. Məsələn, mürəkkəb
izoklinal qırışıqlıq - üstəgəlmələlə, braxioforma qırılıb-düşmələrlərlə əlaqələn-
dirilir. Horizontal yerdəyişmələrin qanadlarında qırışıqlar tez-tez sanki “cərgəyə
düzülmüş” vəziyyətə malik olur.
Qırılmaların xüsusi halqavarı tipinin ayrılması kosmik planalma ilə əlaqə-
dar geniş inkişaf almışdır. Əksər hallarda bu intruziv kütlələr və ya vulkan-
plutonik komplekslər çökmə örtüklə örtülmüş və yeni hərəkətlərlə yenilənmiş
olur. Bu, onların komosdan alınan FŞ-də qapalı oval yarılmalar şəklində ifadə
olunmasına gətirib çıxarır.
80
Açıq rayonların KŞ-də geosinklinal vilayətlərdə qırışıq formalar yaxşı
müşahidə olunur, qırışıqların vergentlik
istiqamətini, planda tektonik zonaların
səmtini, strukturların fəzavi yerləşmə xarakterini və s. öyrənməyə imkan verir
(şəkil 33).
81
Şəkil 33. KŞ-də (“Cemini”) geosinklinal və platforma vilayətlərinin qırışıq
strukturlarının fototəsvirinin xarakteri:
a – Mərkəzi İran alp quşağının mezozoy çökentülərində qırışıqlıq formaları ; b – Şimali Saxaranın (Mur-
zuk sineklizi) platforma örtüyünün iri sinklinal strukturu; c – Cəub-Qərbi Çinin paleozoy çöküntülərində
xətti qırışıqlıq formaları; d – Saxara Atlasının (Əlcəzair) mezozoy çöküntülərində xətti və braxiforma
qırışıqları; e – Anti-Atlas (Marokko) hersinki qurğusunun izoklinal qırışıqlığı; f – Dağıstanın (Şimalş
Qafqaz (“Soyuz-12”)) əhəngdaşlarında qırışıqlıq formaları; g – Zaqrosun xarici zonasında (Cənub-qərbi
İran) braxiformalar, xətti qırışıqlar və duz gümbəzləri; h – Mərkəzi İranda qırışıq metamorfik mezozoy
kompleksi; i - Zaqrosun xarici zonasında (Cənub-qərbi İran) xətti qırışıqlar; j – Taudeni sineklizi. Cənubi
Saxara platforma örtüyündə dairəvi strukturlar; k - Anti-Atlas (Marokko) hersinki qırışıqlıq qurğusunun
cənnub-qərbi periklinal qurtaracağı; l, m - xətti və sandıqvarı qırışıqlar (Əfqanıstan); n - Tacik dağarası
çökəkliyində (“Soyuz-9”) qırışıqlıq strukturların xarakteri; o – Saqros rayonunda xətti qırışıqlar (aşağı-
da), yuxarıda yarıq örtükləri görünür; p - Saqros rayonunda xətti qırışıqlar (yuxarıda), aşağıda Mesopo-
tam kənar əyilməsində basdırılmış qırışıqlar (“Soyuz-9”).
Qırışıq strukturların ayrılması və öyrənilməsi məsələsi kifayət dərəcədə
kəsilişin stratiqrafik ardıcıllığı haqqında bilgilərdən və yatım elementlərinin
düzgün təyinindən asılıdır.
Antiklinal qırışıqların qanadlarında lay üçbucaqlarının zirvəsi oxa doğru
istiqamətlənmişdir (yelpikşəkilli və arxaya qatlanmış antiklinallar istisna ol-
maqla). Pereklinal sonluqlarda laylar birləşir və relyefdə ifadə olunan bənd
əmələ gətirir. Əks mənzərəyə sinklinal strukturlar malik olur. Düz relyefə ma-
lik rayonlarda antiklinal qırışıqlara təpəliklər və dağlar uyğun gəlir. Belə təpə-
liklərin yamacları tez-tez layların düşməsi istiqamətində radial ayrılan eninə
dərələrlə kəsilir. Batmış qanadların sahələri adətən erozion şəbəkənin konsen-
trik şəkli ilə xarakterizə olunur. Qırışıq strukturların nüvəsi xırda qırılma və çat-
ların sıxlaşması hesabına təsvir olunur. Bəzən onlar hansısa xüsusi əlamətlərlə:
sulu çöküntülərin çıxışı zamanı bitki örtüyünün yüksək sıxlığı, karst və s. ilə
nəzərə çarpır.
82
Qırışıqların morfologiyasının öyrənilməsində onların periklinal sonluqla-
rının formasına diqqət yetirmək lazımdır ki, bu da eninə kəsimin xarakteri (qu-
tuşəkilli, daraqşəkilli və s.) haqqında təsəvvür yaradır, qırışıqların asimmetriya
dərəcəsi planda onların eninin dəyişməsini bildirən müxtəlif dikliyə görə təyin
edilir (şəkil 33).
Bu və ya digər rayonun, yaxud hər hansı bir iri strukturun inkişaf xarak-
terinin təyini yaxşı açılmış şəraitdə mümkündür ki, bu da KFŞ-dən strukturların
forması, müxtəlif yaşlı litolojistratiqrafik komplekslərdə onların formasonfasial
tərkibi və təxmini qalınlığının qeydə alınması ilə təzahürü haqqında informa-
siyaların alınmasına kömək edir. Bütün bu göstəricilər inkişafın müəyyən mər-
hələliliyini xarakterizə edir. KFŞ-lər yeni mərhələnin öyrənilməsində xüsusilə
informativdir.
KŞ-n köməyi ilə dərinlik quruluşunun öyrənilməsi imkanlarının təyini
başlanğıc mərhələdir. Hazırkı zamanda belə bir q-nunauyğunluq müəyyən edil-
mişdir ki, generalizasiyanın səviyyəsinin artması ilə şəkillərdə yer qabığının
daha dərin horizontları görünür. Kosmosdan alınan təsvirlərdə iri strukturlar
onların dərinliyinin təyini məqsədilə geofiziki üsulların köməyi ilə analiz edilir.
Belə ki, Qafqaz və Tyan-Şan əraziləri üçün neotektonik strukturların: dağarası
və kənar əyilmələrin, qalxım sistemləri və onları əhatə edən, yer qabığının da-
banının deformasiyası ilə, səthin strukturunda əks olunan, qranit və bazalt lay-
larını ayıran qırılmaların müqayisəyə gəlməsi sübut edilmişdir.
6.4.6. Faydalı qazıntıların axtarışının proqnozu
məqsədilə deşifrələmə
Faydalı qazıntıların proqnozu üçün KFŞ-n deşifrələnməsi faydalı qazıntı
yataqlarının əmələgəlmə qanunauyğunlyqlarının aşkar edilməsi məqsədilə me-
tallogenik analizə əsaslanır. KFŞ-lər bu qanunauyğunluqları iki planda: regional
və lokal öyrənməyə imkan verir. Regional metallogenik tədqiqatların əsas mə-
sələsi geniş ərazilərin ümumi metallogenik xüsusiyyətlərinin təyini, onların
me-tallogenik rayonlaşdırılması, əyalət və iri zonaların perspektivliyinin tə-
yinindən ibarətdir. Lokal metallogenik tədqiqatların məqsədi isə filiz əmələ-
gəlməyə təsir edən səbəblərin müəyyən olunması, yataqların lokallaşmasının
təyini və onların ilkin kəmiyyət qiymətləndirilməsidir.
Bu məsələlərin həlli üçün bir sıra amillər qeydə alınır ki, onlardan da
KFŞ-n istifadəsinin köməyi ilə aşağıdakıları aydınlaşdırmaq olar:
1) struktur-tektonik amil və ya filiz nəzarətedici strukturların (tektonik
elementlərin və qırılma pozulmalarının) öyrənilməsi;
2) maqmatik amil;
3) litolojistratiqrafik amil.
Sonuncu iki amil filiz əmələgəlmənin müəyyən litolojistratiqrafik şəraiti,
o cümlədən süxurların maqmatik kompleksləri ilə əlaqədar ola bilən filiz yer-
83
ləşdirən süxurların öyrənilməsində nəzərdən keçirilir. Lakin hazırda süxurların
heç də bütün tipləri KŞ-də aşkar edilmir. Ona görə də əsas rol filiz nəzarətedici
strukturlara, filizli intruziyaya və təmasboyu zonalara məxsusdur.
Struktur-tektonik amil. Metallogenik tədqiqatlarda strukturtektonik deşif-
rələmə tektonik rayonlaşdırmadan irəli gələn strukrtumetallogenik rayonlaşdır-
manı yeni əsasda aparmağa imkan verir. Hazırda KFŞ-n köməyi ilə aşağıdakı
məsələlərin həlli mümkündür:
1) mövcud strukturmetallogenik rayonlaşdırmanın kosmosdan alınan yeni
məlumatlar əsasında təftişi;
2) dərinlik qırılmaları ilə əlaqədar olan məşhur metallogenik zonaların iz-
lənilməsi və bu zonaların davamı, daxili strukturların kəsişmə düyünləri və s.
haqqında əlavə informasiyaların alınması;
3) müasir struktur planın təşəkkülünün əvvəlində gələn tektonik hərəkət-
lərin dinamikasının öyrənilməsi və strukturmetallogenik zonaların paleorekon-
struksiyası.
Məsələn, hazırda Alp qurşağında dərinlik qırılmaları və civə minerallaş-
ması arasındakı birbaşa genetik əlaqənin olduğu müəyyənləşmişdir.
Maqmatik amil. İri regionların və əyalətlərin metallogeniyası, əsas etiba-
rilə, onların tektonikmaqmatik fəaliyyəti ilə təyin olunduğu üçün bu məsə-
lənin KFŞ-n köməyi ilə həlli filizləşmənin intruziv kütlələrin forması, ölçüsü
və quruluşundan müəyyən dərəcədə asılılığına əsaslanır.
Bu məsələlərin həlli maqmatik əmələgəlmələr zamanı struktur əlaqələri-
nin qurulması ilə xəritələnməsi və regionunn ümumi strukturunda vəziyyəti,
intruziv kütlələrin aşkarlanmamış eroziyalarının aşkarı və maqmatik əmələgəl-
mələrlə filizləşmə arasındakı fəzaca qarşılıqlı əlaqənin təyini böyük əhəmiyyət
kəsb edir.
Litoloji-stratiqarafik amil. Məlumdur ki, bəzi genetik tiplər müəyyən
litolojistratiqrafik komplekslərlə sıx əlaqədardır. Məsələn, yaşma-diabaz forma-
siyaları ilə mis-kolçedan yataqları əlaqələndirilir. Kembriyəqədərki kvarsitlər
tez-tez dəmir filizi, əhəngdaşı və intruziyalar skarn yataqları ilə əlaqəli olur. Bu
geoloji əmələgəlmələr kifayət qədər dəqiq təzahür edir ki, bu da digər amillərin
optimal mövcudluğu halında faydalı qazıntıların bu və ya digər növlərinin
axtarışının proqnozlaşdırılması üçün təcrübi olaraq istifadə edilə bilər.
6.4.7. Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə
Geomorfologiyanın öyrənilməsi məqsədilə deşifrələmə KŞ-də yaxşı tanı-
nan relyef formalarının öyrənilməsinə əsaslanır.
Geomorfoloji tədqiqatların əsas məsələləri aşağıdakılar hesab olunur:
1.Relyefin xarici xüsusiyyətlərinin (ərazidə vəziyyəti, səmti, ölçüləri və
s.) öyrənilməsi.
2.Relyefin ayrı-ayrı forma və tiplərinin mənşəyinin öyrənilməsi.
84
3. Relyefin ayrı-ayrı forma və tiplərinin inkişaf xarakterinin öyrənilməsi.
4.Geoloji relyef əmələgətirən amillərin relyefin forma və tiplərinə təsiri-
nin öyrənilməsi.
5.Relyefin ayrı-ayrı elementar forma və həmçinin tiplərinin iqlim zonal-
lığı ilə əlaqədar regional və qlobal miqyaslarda coğrafi yayılmasının öyrənil-
məsi.
Bu məsələlərin böyük hissəsi bu üsulun şəkillərin müəyyən miqyası və
həlletmə qabiliyyəti ilə əlaqədar olan imkanları hüdudunda KŞ-dən istifadə ilə
həll edilə bilər. Beləliklə, mikrorelyefin formaları yalnız dəqiq təsvirlərdə təyin
edilə bilər. Eyni bir regionu əhatə edən, lakin müxtəlif şəraitlərdə və müxtəlif
yüksəkliklərdən, müxtəlif işıqlanma ilə müxtəlif aparatların tətbiqi ilə çəkilmiş
FŞ-n deşifrələnməsi yaxşı nəticə verir. Geomorfoloji obyektlərin mühüm deşif-
rələmə əlamətlərinə, birinci növbədə, onların ölçüləri, ərazidə digər obyektlərə
nəzərən vəziyyəti, forması (xüsusi və enən kölgələrlə görünən), rəngi və təs-
virin çaları aid edilir. Bu göstəricilər relyefin tiplərinin birbaşa və ya dolayı
olaraq genezisini, inkişaf tarixini və müəyyən təbii zonaya aid olduğunu gös-
tərən indikatorları hesab olunur.
KŞ-də aşağıdakı relyef formalarını ayırmaq imkanları vardır: flüvial,
sahilboyu-dəniz və sahilboyugöl, sualtı, karstsuffoziya, buzlaq, eol, qravitasion
və s.
Relyefin flyüvial formaları. Çay dərələri KŞ-də özünəməxsus nazik
“sap” və ya daha enli “lent” şəklinə malik olur. Arid zonalarda çay dərələri
onları əhatə edən səhraya nisbətən daha tünd çalarla ifadə olunur. Bu, yüksək
nəmlik və sıx bitki örtüyü ilə əlaqədardır.
Terraslar fototəsvirin çalarının sıxlığına görə çay yatağı ilə köklü sahil
arasında aralıq mövqe tutur. Terrasın çıxıntıları “kələ-kötür” qırıq xətlər şək-
lində deşifrələnir. Humid vilayətlərdə çay yataqları bitkilərlə örtülmüş ətraf
mühitlə müqayisədə daha açıq çalarla təsvir olunur.
Deltalar özünəməxsus üçbucaq, qanadlı konfiqurasiya və çay yataqlarının
dolaşıq izlərinin olması ilə dəqiq oxunur. Arid iqlimdə deltalar həmişə ətraf
mühitdən tünd olur və KŞ-də yaxşı deşifrələnir (Nil, Amudərya və s. deltaları
kimi).
Müvəqqəti axınlar adətən daha tünd fonda açıq nazik xətlərlə ifadə
olunur. V – şəkilli dərə formasının xarakter olduğu əhəngdaşları, mergellər və
qumdaşlarında müvəqqəti axınlar kölgələnmiş yamacın tünd xətti konturuna
görə deşifrələnir. Prolüvial gətirmə konusları və müvəqqəti axınların quru
deltaları fototəsvirlərdə xarakter yelpikşəkilli rəsmə malik olur, dağətəyi
düzənliklərin gilli takırları monoton açıq-boz rənglə xarakterizə olunur.
Relyefin sahilboyu-dəniz və sahilboyu-göl formaları. Qumlu çöküntülər-
dən təşkil tapmış sahilboyudəniz düzənlikləri FŞ-də açıq-boz çalarlı zolaqlarla
təsvir olunur. İri sahil təpələri (valları) sahilə paralel olan xətti uzanmış şəkildə
deşifrələnir. Çay kəsimi boyu yerləşən ensiz açıq rəngli zolaqlar qumlu çimərlik
85
və dar meşə zolağı kimi ifadə olunur. Abrazion çıxıntılar bütöv və ya qırıq,
horizontallara uyğun xətlərlə tanınır.
Sualtı relyef. Sualtı qumlu təpələr və dayaz yerlər daha açıq çalarla təsvir
olunur. Sualtı dərələr və kanyonlar (sıldırımlı dərin dar dərə) çöküntü axınları
şəklində iri çayların davamında izlənilir ki, onlar da FŞ-də daha açıq çalarla
zolaqlarla təsvir olunur (Kolorado çayı misalında yaxşı görünür). Mərcan ada-
ları və onları əhatə edən dayaz yerlər FŞ-də dəqiqliklə görünür.
Karst-suffozion relyef. 3-4 km-dən böyük ölçülü karstsuffozio relyef for-
maları oval xırda tünd-boz ləkələrlə ifadə olunur. Belə formalara açıq karst
əmələgəlmələri (uçurum qıfları, sahələr) aiddir ki, onlar da əsasən lokal və
dəqiq şəkillərdə fərqləndirilə bilər.
Relyefin buzlaq formaları. Yüksək dağlıq rayonların KŞ-nin deşifrələn-
mə dərəcəsi doğranma və parçalanma dərinliyinə görə çox da yüksək deyildir.
Troq (buzlağın fəaliyyəti nəticəsində əmələ gələn təknəyəoxşar dərə) dərələri
paralel tərəfli düzlənmiş sərhədlərə görə tanınır, morenlərin xırda təpəlik şəkli
xarakterdir, bəzən çaqıl moren dərələri görünür.
Relyefin eol formaları. Qumlar ağ-qara şəkillərdə açıq-boz, rəngli şəkil-
lərdə isə sarımtıl çalarla təsvir olunur. Rəngə mineraloji tərkib böyük təsir
göstərir. Kvarslı və gipsləşmiş qumlar çox açıq, hətta ağa yaxın çalarla seçilir.
Sıra üzrə olan qumlar yaxşı deşifrələnir. Təpəli, dəlikli, təpəli-barxan (səhra-
larda küləyin fəaliyyəti ilə əlaqədar qumlardan əmələ gələn təpə) qumlar daha
zəif tanınır.
Relyefin qravitasion formaları. Uçqun tökmə yamaclar tünd-boz çalarlı
normal yamacların fonunda boz, açıq boz çalarlı uzanmış oval ləkələr şəklində
deşifrələnir. Yaxşı keyfiyyətli və kifayət qədər həlledici qabiliyyəti olan şəkil-
lərdə sıldırım yamacın sürüşmə kütləsinin qeyri-düzgün təpəlik rəsmi ilə ahən-
ginə görə sürüşmənin iri kütlələrini ayırmaq olar.
Dostları ilə paylaş: |