Kompleks üsul. Distansion zondlamanın müxtəlif materiallarını müxtəlif
fəsillərdə alınmış və müxtəlif spektral diapazonlarda çəkilmiş şəkillərin geo-
lojigeofiziki materiallarla kompleksləşdirilməsi yeni geoloji informasiyanın
alınmasına imkan yaradır.
Məsələn, Cənub-Şərqi Fransanın bir rayonunun struktur təhlili “Lend-
sat”-dan alınmış şəkillərin və ədədi formada yazılmış istilik şəkillərinin topo-
qrafik və qravimetrik xəritələrlə kompleksləşdirilməsi yolu ilə yerinə yetiril-
mişdir. Əldə olunan kosmik şəkillərdən əvvəl lineamentlər, sonradan isə
filtrasiya yolu ilə, istiqamətlərinə görə əsas strukutur elementlər ayrılmışdır.
Analoji əməliyyat, istilik şəkillərinə görə ayrılmış lineamentlərlə də aparıl-
135
mışdır. Ayrılmış lineamentlərin sahəvi müqayisəsi, səth pozulmalarını dərinlik
pozulmalarından ayırımağa imkan vermişdir. Lineamentlərin qravitasiya ano-
maliyaları (və yaxud pillələrlə) ilə sahəvi korrelyasiyası bünövrə pozulmalarını
ayırmağa imkan yaratmışdır. Alınmış nəticələr regionun geodinamik təkamül
modelinin tərtibi üçün istifadə edilmişdir.
Bu üsulların bir-birini tamamlaması indiki dövrdə interaktiv üsulun ya-
ranmasına, yəni kosmik şəkillərin aydınlığının artması və ya digər yollarla
çevrilməsi, lineamentlərin və onların sistemlərinin həqiqi və dəqiq vizual de-
şifrələnməsinə gətirib çıxardı. Həmçinin bu məqsədlər üçün müxtəlif cihazlar
vasitəsilə alınmış şəkillərdən sintezləşmiş və kombinə olunmuş təsvirlərin
tərtibi üsulundan da istifadə edilir. Dialoq rejimində şəkillərin avtomatlaş-
dırılmış işlənilməsi lineamentlərin ayrılmasının dəqiqliyini xeyli artırmışdır.
Son illər, yuxarıda göstərilən üsullardan əlavə, sistemli yanaşma müvəf-
fəqiyyətlə inkişaf edir və trend təhlildə istifadə edilir.
9.3. Lineament təsnifatlarının morfologiyası,
quruluşu və elementlərinin təsnifatı
Lineamentlərin və onların sistemlərinin morfologiyası, quruluşu, təsnifat-
ları bir-biri ilə sıx qarşılıqlı əlaqədar olub, praktiki olaraq, bir-birindən ayrıl-
mazdır.
O.M.Borisov və A.K.Qlux göstərmişlər ki, lineamentlər çox müxtəlif
morfologiyaya malikdir: xətti, qövsvari, poliqonal (ziqzaq-şəkilli). Bu tədqi-
qatçılar lineamentlərin daxili quruluşunda aşağıdakı elementləri ayırırlar:
kontur-landşaft və relyef tipinin nisbətən kəskin dəyişməsi və struktur-
geoloji elementlərlə özünü büruzə verən xarici sərhəddir;
mərkəzi zona (endostruktur) - iki kontur arasında yerləşən və relyefin
mənfi və ya müsbət elementi kimi özünü büruzə verən zolaqdır;
struktur xətt - yer səthində mərkəzi zonanın ortası boyunca şərti çəkilmiş
xətdir;
səth - struktur xətt boyu mərkəzi zonanın yatımı istiqamətində çəkilmiş
müstəvidir.
Bu və ya digər lineamentlərin əhatə sahəsini ayırmaq çox əhəmiyyətlidir
ki, bu da lineamentin, onu əhatə edən strukturlarla münasibətinin öyrənilməsini,
təsvirini və təhlilini kifayət qədər asanlaşdırır.
Göstərilən elementlərə, lineamentlərin uzanması boyu özünəməxsus də-
yişmələri haqqında müşahidələr (struktur qanadların dəyişkən işarəli şarnir
hərəkətləri; lineamentə bitişik geoloji formasiyaların tərkibində, qalınlığında və
yaşındakı müxtəliflik; lineamentin və ya onun zonasında daxili qırılmaların və
qırışıqlıq strukturların uzanmasının üstün istiqamətləri; ayrılmış lineamentin (və
yaxud zonanın) və onun qanadlarında lineamentlərin (və yaxud qırılmaların) bu
və ya digər kinematik tiplərinin üstünlük təşkil etməsi; əhatə strukturlarında və
136
ayrılmış lineamentlərin (və ya lineament zonalarının) daxilində zəlzələlərin
episentrlərinin, maqmatik kütlələrin və qırılma pozulmalarının xüsusi sıxlığının
təyini) əlavə edilə bilər.
Şəkil 58. KŞ-n deşifrələmə məlumatlarına görə Transqafqaz lineamentinin
quruluşu (Şat xətləri). V.A.Buşa görə.
1 – KŞ-də transkontinental lineamentlərdən ibarət xətti strukturlar; 2 – deşifrələmə məlumatlarına
görə digər xətti strukturlar; 3 – 5 – geoloji və deşifrələmə məlumatlarına görə qırılma pozulmalarının
morfoloji xüsusiyyətləri: 3 – faylar, 4 – üstəgəlmələr, şarjlar, 5 – horizontal yerdəyişmələr.
Bunlara misal olaraq, Avrasiyanın transkontinental quruluş sxemini
Transqafqaz, Turan-Himalay lineamentlərini və V.A.Buşun işlərində nəşr
olunmuş Karpinski xəttini göstərmək olar.
Lineamentlərin təsnifatı və sistemləşdirilməsi məsələsində fikir eyniliyi
yoxdur. Ədəbiyyatda təklif olunmuş tipləşdirmə sxemləri adətən onların bəzi
xüsusiyyətlərinə aiddir. O.M.Borisov və A.K.Qlux onları nomenklaturuna,
uzunluğuna, eninə, təşkil olunma dərəcəsinə, sahəvi istiqamətlənmə xüsusiyyət-
lərinə və digər əlamətlərinə görə, məsələn, yatım dərinliyinə görə: qabıq
(ekzogen) və mantiya (endogen); lineamentlərin kosmik şəkillərdə təsvirinin
dəqiqlik dərəcəsinə görə: dəqiq və fərz edilən; izlənmə dərəcəsinə görə:fasiləli
və fasiləsiz kimi növlərə ayırırlar.
137
Uzunluğuna görə lineamentlər və onların sistemləri: lokal, regional,
transregional və qlobal növlərə bölünür.
Göstərilən sistemləşdirməni ideal hesab etmək olmaz, çünki bu sistemləş-
dirmənin əsasını genetik prinsip deyil, toplama prinsipi təşkil edir.
Lineamentlərin müxtəlif parametrləri haqqında faktiki materialların
sürətlə artması lineamentlərin mövcud sistemləşdirilməsi cəhdlərinin inkişaf
etdiriləcəyinə inam yaradır ki, bu da onların genetik təsnifatı üçün zəmin ola
bilər.
9.4. Lineamentlər qrupu: zonalar,
sistemlər, sahələr, şəkillər
Lineamentlərin geoloji məkanda paylanmasının əsas xüsusiyyətlərindən
biri də onların vahid deyil, qanunauyğun qruplar şəklində rast gəlməsidir.
Eynidərəcəli lineamentlər arasında müəyyən ritmin və ya «addımın»olması və
bu «addımın»variyasiyasının mümkünlüyü yer qabığının tərkibi və qalınlığı,
lineamentlərin müxtəlif istiqamətləri, onların müxtəlif tektonik mərhələlərə və
geoloji zonalara aid olması ilə təyin edilir.
Artıq XIX əsrdə A.Dobre geoloji strukturun elementlərinin eyni məsa-
fəliliyi prinsipindən istifadə etmişdi. V.Xobbs bu hadisəni tədqiq edərək
göstərmişdi ki, Şimali Amerikanın şərq rayonlarında şimal-şərq, şimal-qərb və
meridional istiqamətli qırılmalar arasındakı səciyyəvi məsafə, uyğun olaraq,
125; 75; 40 mil təşkil edir.
Sonradan toplanan empirik məlumatlar, tədqiqatçıları yer qabığının xətti
pozulmaları (qırılmalar, çatlar və lineamentlər) arasındakı məsafələrin daimiliyi
(ekvidistantlığı) müşahidə edilmiş qanunauyğunluğunu təkrarən təsdiq etməyə
sövq etdi. Çexoslovakiya geoloqu V.Nemets geoloji strukturların diskretliyi
düsturunu təklif etmişdir: V
x
=2
-x
D, burada: V- lineamentlər (çatlar və qırıl-
malar) arasındakı məsafə, x-strukturun dərəcəsi, D- yer kürəsinin diametridir.
Bununla belə, eynidərəcəli lineamentlərin sıxlaşması faktı dəfələrlə qeydə
alınmışdır. Bunlar, lineamentlərin uzanması boyu aralarındakı məsafənin kəskin
azalması ilə bərabər, bütöv və ya qırıq zonalar kimi özünü büruzə verir.
Y.Q.Kats və A.V.Qevelev özlərinin son tədqiqatlarında göstərmişlər ki,
kosmik şəkillərdə ayrılmış lineamentlər müxtəlif dərəcəli strukturlar hesab
olunur, lakin bütövlükdə onlar fasiləsiz sıralar əmələ gətirir ki,bu sıralarda da
obyektlərin ölçüsünə, landşaftda ifadəsinə və kosmik şəkillərdəki aşkaredilmə
üsuluna görə dörd sinifə ayrılır:
1.Landşaftın kiçik xətti elementləri – bu təbii törəmələr ortamiqyaslı kos-
mik şəkillərdə, nazik, adətən paralel cizgilər kimi özünü büruzə çevirir
(şək.59a).
2.Landşaftın iri xətti elementləri- relyefin və geoloji strukturların uzanan
(ilk kilometrlərdən ilk 10 kilometrlərə qədər) xətti elementləridir. Bunlar
138
kosmik şəkillərdə düz və yaxud düzə yaxın,bütöv, eynicinsli zolaqvari və ya
sərhəd xarakterli xəttlər kimi deşifrə olunur (şəkil 59b).
3.Lokal xətti zonalar - bir neçə tektonik strukturları kəsən və kənar
strukturların geoloji quruluşuna kifayət qədər təsir göstərən, daha kiçik xətti
elementlərdən təşkil olunmuş uzununa (onlarla - ilkin yüz kilometrlərlə)
strukturlardır (şəkil 59c).
Şəkil 59. KŞ –də ayrılan lineament sinifləri:
a - relyefin kiçik xətti elementləri (Surxandərə çökəkliyinin şimal-qərb hissəsi): 1 – 3 –
eroziya şəbəkəsi (1 – qurumuş çay yataqları, 2 – vadinin dik yamacları, 3 – vadinin işlən-
miş dibi); 4 – KŞ-də nazik paralel zolaqlar şəklində generalizasiya olunan nizamlanmış
erozion enişlər;
b – Boyanqorya antiklinalı rayonunun (Qərbi Tyan-Şan) landşaftının iri xətti elementləri: 1
– erozion enişlər, 2 – 4 – orta dördüncü dövr çöküntü örtüyü ilə təsadüfi (qeyri-tipik) hamar
suayırıcılar (2 – prolüvial-allüvial, 3 – prolüvial, 4 - löss); 5 – syayırıcı səthin qalıqları; 6 –
9 – denudasion səthin üstünlüyü ilə maili səthlər; 10 – 11 – erozion relyefin üstünlük təşkil
etdiyi sahələr; 12 – relyefin selektib-denudasion formaları; 13 – erozion parçalanmanın
müxtəlif şəkilləri olan sahələrin sərhədləri; 14 – relyefin və geoloji strukturun iri xətti
elementləri;
c – Obiqarm antiklinoriumunun lokal və regional xətti zonaları: 1 – 4 – molassaqədərki
çöküntülər (1 – epsen, 2 – paleosen, 3 – üst təbaşir, 4 – alt təbaşir), 5 – 6 – qırılmalar (5 –
geoloji, 6 – geofiziki məlumatlara görə), 7 – 8 – xətti zonalar (7 – lokal, 8 - regional), 9 –
paleosenin səthinin izogipsləri.
4.Regional xətti zonalar – deşifrələnmənin daha çox uzanan (yüz və ilkin
min kilometrlərlə) obyektləridir.
Lineamentlər qrupu özü də 3 zonaya ayrılır: a)regional dərəcəli zonalar;
b) transregional dərəcəli meqazonalar; v) qlobal lineament qurşaqları.
139
Lineamentlərin sahəvi uyğunluq fərqi sahəvi qrup əmələ gətirir: 1)
zonalar - yəni lineamentlərin ensiz uzununa konsentrasiyaları; 2) sistemlər -
subparalel lineament zonalarının birliyi; 3) sahələr - regionun müxtəlif
istiqamətli lineamentlər sisteminin qanunauyğun yerləşməsi nəticəsində əmələ
gələn və buna görə də çarpaz struktur planla səciyyələnən obyektlərdir.
Lineament sahələri - lineamentlərin sıxlıq dərəcəsi fərqilə, lineament
zonalarının morfologiyası və anomal uzanmanın olması, lineamentlərin öz
aralarındakı sahəvi əlaqələri və həmçinin onların, regionun qırılma və qırışıqlıq
strukturlarının əsas uzanma istiqamətləri ilə qarşılıqlı əlaqələri ilə seçilir.
Ayrı-ayrı lineamentlər və onların sistemlərinin müxtəlif qarşılıqlı əlaqə-
ləri müəyyən qrafik (həndəsi) obraz yaradır ki, bunları da yer qabığının struktur
140
şəkillərinin (rəsmlərinin) analogiyasına görə lineament şəkilləri (rəsmləri)
adlandırmaq olar. Bu lineament şəkilləri (rəsmləri) T-Y-X- şəkilli, rombaoxşar
və digər formalarda olur.
Lineamentlər və onların qrupu yer qabığının diskretliyini kifayət dərəcədə
obyektiv səciyyələndirə bilər. Daha çox informativ parametrlər lineament
rəsmləri və lineament səhələridir. Bunlardan birincilər diskretliyin əsas
istiqaməti və «addımı»haqqında təsəvvür yaradır, ikincilər isə diskretliyin
dərəcəsini və yer qabığının dərinlik səviyyəsinin bölünmə (parçalanma)
formasını səciyyələndirir. Lineamentlərin dolayı kinematik səciyyəsinə görə,
yer qabığının dərinlik hissələrinin geodinamik modelini qurmaq olar (şəkil 60).
Şəkil 60. Şərqi Avropa platformasının və Aralıq dənizi dağ-qırışıqlıq qurşağının
Karpat, Krım və Qafqaz fraqmentlərinin birləşmə zonasının əsas lineamentləri
(a) və geodinamik modeli (b):
1 – lineamentlər və onların nömrələri, 2 – qədim platformalar, 3 – Ukrayna kristallik
qalxanı, 4 – Skif plitəsi, 5 – dərinsulu dəniz çökəklikləri, 6 – lineament zonaları (a – eninə,
b - uzununa); 7 – özülün çıxıntısı: Vislen (1), Dunay (2), Rion (3); 8 – sıxılma istiqamətləri
(a – ümumi, b - lokal); 9 – qırılmalar və onlar üzrə qarışma istiqamətləri;10 – lineamentlərin
uzanma istiqaməti (a – şimal, b – submeridional, v – şimal-şərq, q - suben), 11– sərhədlər (a –
qədim platformaların, b – Skif plitəsinin, v – özülün çıxıntılarının).
141
9.5. Lineamentlərin və lineament
sistemlərinin interpretasiya üsulu
Kosmik şəkillərdə aşkar edilmiş lineamentlərin və lineament sistemlərinin
interpetasiya prosesi obyektlərin aşkarı və öyrənilməsi, tədqiqat rayonunun
öyrənilmə dərəcəsi, operatorun peşə hazırlığı və axtarış prosesi ilə sıx
əlaqədardır.
Lineamentlərin və lineament sistemlərinin interpretasiya prosesinə bir
neçə yanaşma nəzərdə tutulur :
müqayisəetmə - ayrı-ayrı lineamentlərin, onların sistemlərinin və ya
sahələrinin (xəritələrinin) məlum geoloji, geofiziki, seysmik və s. materiallarla
birbaşa sahəvi müqayisəsi;
statistik - ayrı-ayrı lineamentlərin hər hansı parametrinə görə sistemləş-
dirilməsi, sonra isə lineament sistemlərinin deyil, lineament şəbəkələri para-
metrlərinin geoloji interpretasiyası;
xüsusi geoloji - fotometrik deyil, təbii obyektlər kimi baxılan landşaftın
iri xətti sistem elementlərinin inkişafı və əmələ gəlməsini yaradan səbəblərin
aydınlaşdırılması.
İlk iki yanaşma müasir lineamentologiyada geniş inkişaf tapmışdır. Daha
sadə və asan olan birinci yanaşma bütün lineamentoloqlar tərəfindən istifadə
edilir, ikinci isə geoloji tədqiqatların kompüterləşdirilməsi ilə əlaqədar geniş
inkişaf tapmışdır. Üçüncü yanaşma hələ də geniş inkişaf tapmadığına görə, onu
dəqiq araşdıraq.
Y.Q.Kats və A.V.Tevelev tərəfindən aparılan tədqiqatlar göstərmişdir ki,
lineamentlərin dərəcə tabeliyi onların geoloji interpretasiya xüsusiyyətlərini
müəyyən edir.
Beləliklə, landşaftın, kosmik şəkillərdə nazik paralel cizgilər kimi
görünən xırda xətti elementləri (şəkil 59a) gərginlik sahələri strukturlarının
özünəməxsus lineament şəkilləri kimi interpretasiya olunur. Bu da onların
gələcəkdə öyrənilmə perspektivliyini artırır.
Landşaftın iri xətti elementlərinə (şəkil 59b) yer qabığının səthə yaxın
horizontlarının lokal qeyri-bircinsliyinin əksi kimi baxılır.
Landşaftın lokal xətti elementləri (şəkil 59c) yer qabığının səthəyaxın
horizontlarının parçalanmış və zəifləmiş zonalarına uyğun gəlir. Bu zonalar,
çox zaman dəqiq dinamik xüsusiləşməyə malik, nisbətən eynicinsli defor-
masiyaya məruz qalmış blokları ayırır.
Regional xətti zonalara dərinlik zonalarında gərginliyin kon-
sentrasiyasının əsası kimi baxılır. Burada müxtəlif müasir dərinlik hərəkətləri
baş verir.
Qeyd etmək lazımdır ki, nəinki ayrılıqda götürülmüş hər bir yanaşma,
hətta bu yanaşmaların kompleks tətbiqi də interpretasiyanın dəqiq nəticələrinin
alınmasına təminat vermir.
142
İnterpretasiya prosesinin dəqiqliyi yeni qeydə alınmış lineamentlər rayo-
nunun fiziki xassələri, müasir strukturu və geoloji inkişafı haqqında olan mə-
lumatların kompleks müqayisəsi ilə təyin edilir. Buradan, toplanmış kompleks
(bank) faktiki materialların daima təzələnməsi zərurəti meydana çıxır.
9.6. Qırışıqlıq qurşaqların lineament tektonikası
Ural qırışıqlıq qurşağı. Rus və Qərbi-Sibir plitələrinin sərhədlərində
yerləşən bu qurşaq maqnit və qravitasiya sahələrində özünü dəqiq büruzə verən
uzununa, davammiyyətli dərinlik qırılmaları ilə sərhədlənən əsas struktur
zonaların aydın görünən xətti ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki,
yer səthində müşahidə edilən geoloji strukturlardakı submeridional xətti zo-
nallıqlar Ural qurşağını şimal-qərb, şimal-şərq və suben istiqamətlərində kəsən
eninə istiqamətli zonalarla mürəkkəbləşmişdir. Eninə antiural strukturlar qı-
rılma pozulmaları ilə, qalxma və çökmələrlə, antiklinallarla uzununa qırışıqlığın
şarnirinin qalxma və enmə zonaları ilə təmsil olunur, bu sahələrə çöküntülərin
qalınlıq və fasiyalarının dəyişməsi, çökmə vulkanik çöküntülərin və intruziv
formasiyanın inkişafı və həmçinin müxtəlif filiz kütlələri aiddir (şəkil 61).
Kosmik şəkillərin deşifrələnməsi Ural qırışıqlıq qurşağında lineamentlə-
rin paylanmasının xüsusi qanunauyğunluqlarının aşkar edilməsinə imkan yarat-
mışdır. Bunlardan aşağıdakılar əsasdır: 1) şimal-qərb və submeridional istiqa-
mətli iri lineamentlər daha yaxşı və dəqiq deşifrə olunur; 2) şimal-qərb istiqa-
mətli iri lineamentlər daha dəqiq təkrarlanmaya malik-dir; 3) suben istiqamətli
lineamentlər əksər hallarda zəif nəzərə çarpmasına baxmayaraq, çox uzaq
məsafələrdə (fraqmentlərlə, xüsusilə Orta- və Cənu-bi Uralda) izlənliir.
Kosmik şəkillərin deşifrələnmə məlumatlarına görə, Üral qırışıqlıq qurşa-
ğında dörd zona (şimaldan cənuba doğru) ayrılır: şimal (64
0
şimal en dairəsinə
qədər) – burada çoxlu miqdarda irili-xırdalı halqavarı strukturlar inkişaf tap-
mışdır; Şimali Ural - aydın hiss edilən meridional, şimal-qərb və suben dairəsi
səmtli lineament trassları ilə səciyyələnir; Orta Ural-zəif izlənən meridional
lineamentlərlə və geniş inkişaf tarmış suben lineamentlər, qövsvari və dairəvi
elementlərlə səciyyələnir; Cənubi Uralın şimal hissəsi antiklinal strukturun əsas
uzanma istiqamətini aydın göstərən zolaqvari formada əks olunur.
Ural qurşağının dörd hissəyə (seqmentə) bölünməsi, bütövlükdə bu
regionun yer qabığının blokvari quruluşa malik olduğunu bir daha təsdiq edir.
Regionun blokvari quruluşu geofiziki materiallara əsasən təyin edilmiş və
müasir tektonik hərəkətlərin intensivliyi ilə təsdiq olunmuşdur.
Lineamentlərin rəsmlərində Ural qurşağının relyef elementlərinin də yaxşı
görünməsini xüsusi qeyd etmək lazımdır. Bütün dərəcələrdən olan çay dərələri
– (Uralın dağlıq hissələrində və onlarla yanaşı olan Rus və Qərbi Sibir plitəsinin
düzənlik hissələrində) lineament trasslarına son dərəcə uyğun gəlir.
143
Şəkil 61. Şərqi Avropa platformasının lineament zonaları
(KŞ-n deşifrələnməsinin və kiçikmiqyaslı topoqrafik əsasların analizlərinin nəticələrinə görə
tərtib edilmişdir):1-Suben, 2 – şimal-şərq, 3 – submeridional, 4 – şimal-qərb.
Aralıq dənizi qırışıqlıq qurşağı. Bu qurşağın lineament tektonikası
sxeminin tərtibində B.Biju-Dyuval, V.A.Buş, L.M.Rassvetayev, V.Z.Saxatov,
S.Şanov və s. tədqiqatçılar tərəfindən kosmik şəkillərin deşifrələnmə nəticələri
nəzərə alınmışdır. Müxtəlif miqyaslı kosmik şəkillərin deşifrələnməsi zamanı
qurşağın ərazisində lineamentin inkişaf etdiyi üç: qurşağın uzununa- eninə- və
dioqanal istiqamətdə sistem aşkar edilmişdir.
Uzununa lineament sistemləri qırışıqlıq qurşağın regional strukturlarının
istiqamətinə uyğun uzanır və qurşağa qonşu platformaların sərhəddində daha
yaxşı izlənilir (məsələn, Kopetdağətəyi lineament), lakin uzununa pozulma
prosesini əks etdirərək, dağ qırışıqlıq qurşağın daxilində də (məsələn, qurşağın
Qafqaz hissəsinin daxilində Pont-Elbrus lineament zonası) inkişaf edə bilər.
Eninə lineament sistemləri qurşağın regional strukturlarının uzanma
istiqamətində 90
0
–yə yaxın
bucaq altında inkişaf edir. Adətən bu sistemin
lineamentləri qonşu platformaların daxilində də (məsələn, Mərkəzi-Krım və ya
Mərkəzi-Qafqaz lineament zonaları) izlənilir.
Diaqonal lineament sistemləri qurşağın regional strukturlarını kəsir və
qonşu platformaların daxilində çox uzaqlara gedərək, transregional lineamentlər
kimi özünü büruzə verir. Məsələn, Mərkəzi-Qafqaz lineament zonası qonşu
Şərqi-Avropa platformasını kəsib keçir.
144
Aralıq dənizi qurşağının Balkan fraqmentinin lineament tektonikası sxemi
göstərir ki, bu regionda yer qabığı relyefin, geoloji strukturların, seysmik və
digər geofiziki sahələrin uzununa elementləri ilə yaxşı əks olunan və parktiki
olaraq, geoloji planalma ilə xəritələnən qırılmalar şəklində qeydə alınmayan
həddindən artıq gizli pozulmalarla destruktivləşmişdir (doğranmışdır) (şəkil
62).
Şəkil 62.
Karpat-Balxan regionunun lineament tektonikası:
1 – müasir relyefin çökəkliyi, 2 – 4 – Moxoroviçiç səthinin yatım dərinliyi: 2 – 15-45 km, 3 – 25-45
km, 4 – 25-65 km; 5 – 8 – lineamentlər: 5 – məlumatlar kompleksi üzrə ayrılmış, 6 – relyefin qradi-
yentləri ilə ifadə olunan; 7 – seysmiklikdə əks olunan, 8 – Moxoroviçiç səthinin müxtəlif dərinlikləri
ilə ayrılan bloklar: I – Pannonsk –Sudet, II – Karpat-Podolsk, III – Miziysk-Rodopi, IV – Adriatik; 9 –
Tiran-Minsk lineament zonası. Lineamentlər: 1 – Vena-Varşava, 2 – Vraslav-Qalausk, 3 – Lefkas-
Xalkidiki-Tunca, 4 – Tiran-Lvov, 5 – İstriya-Evbey, 6 – Sava-Rodopi, 7 – Skutari-Peç-Vranqa.
Rayonun lineament sahəsinin gövdəsi: ortoqonal, diaqonal və aralıq isti-
qamətli lineamentlərdən əmələ gəlir.
Bütövlükdə lineament gövdələri, ilkin yer qabığının çatlaması ilə əlaqədar
olaraq qədim mənşəlidir, lakin sonradan permanent cavanlaşmasına məruz
qalmışdır. Müasir dövrdə daha çox fəallaşmaya diaqonal sistemin (daha çox
şimal-şərq istiqamətli) lineamentləri məruz qalmışdır ki, onlar da müasir rel-
yefdə özünü intensiv büruzə verir.
Aralıq dənizi qurşağının Krım hissəsinin kosmik şəkillərinin deşifrəsi
nəticəsində çoxlu miqdarda müxtəlif istiqamətli lineamentlər, əsasən aşağıdakı
əlamətlərinə: düzlənmiş sahil xətlərinə (məsələn, Karkinit-Sivaş, Lukulla-
145
Kamensk və s.); dərə şəbəkəsinin (Yevpatoriya – Krivoyroq və s.) və düzlənmiş
çay dərələrinin (Sudak) anomal istiqamətlənməsinə; relyefin silsilələrarası
enməsinə (Baxçasaray - Nijneqorsk) və ya bu əlamətlərin kompleksinə (Mər-
kəzi Krım lineamenti) görə aşkar edilmişdir.
Krım dağ qırışıqlıq quruluşu iki iri lineamentlə şimaldan Lukulla-
Kamensk və şimal-şərqdən Baxçasaray-Nijneqorsk lineamentləri ilə əhatələnir.
Qurşağın Krım hissəsini kəsən bəzi lineamentlər submeridional
istiqamətli lineamentlər zonası yaradır: Qərbi, Mərkəzi və Şərqi Krım zonaları.
Bu zonaların uzunluğu 150 km, eni isə 25 km-ə qədərdir.Onlar kosmik
şəkillərdə Moxoroviçiç səthinin relyefində (şəkil 63)
kəskin düşmədə (Qərbi
Krım zonası- 50 km-ə qədər, Şərqi-Krım zonası- 60 km-ə qədər) və horst
formalı qalxmanın (Mərkəzi Krım zonası- 40 km-ə qədər) relyefində özünü
büruzə verir və müxtəlif geofiziki materiallarla təsdiq olunur.
Şəkil 63. Yer qabığının dərin strukturunda Şərqi-Avropa platformasının və
Aralıq dənizi qırışıqlıq qurşağının birləşməsinin lineament zonalarının əks
olunması:
A – Pannon çökəkliyi, B – Karpatlar, C – Karpatönü əyilməsi, D - Şərqi-Avropa platfornasının
cənub-qərb yamacı, E – Qərbi Krım, F – Mərkəzi Krım, G – Şərqi Krım, H– Böyük Qafqazın
şimal-qərbi, İ – Mərkəzi Qafqaz, J - Böyük Qafqazın cənub-şərqi.
Submeridional istiqamətli Mərkəzi Krım lineament zonası (şəkil 60)
dağlıq Krımı və Skif plitəsinin düzənlik hissəsini qərbdə nisbətən qalxmış və
şərqdə nisbətən düşmüş hissəyə bölərək, Aluşta-Simferepol meridianı üzrə,
daha sonra isə şimala doğru uzanır. Simferepol rayonunda yerləşən dağlar
Krımın regional qırılması, Simferepol qalxanı, ilkin təbaşir yaşlı Salqir qrabeni,
orta yura yaşlı maqmatik süxurların çıxışları, Cənubi Demerci dağının qərb
yamacındakı uçqunların və çatların intensiv inkişafı Mərkəzi-Krım
lineamentinə meyl edir. Krım kontinental yamacında zəlzələ episentrlərinin
maksimum sıxlığı bu iri lineament zonası boyu yerləşmişdir. Bu da zonanın
geodinamik fəallığını (zaman və məkan üzrə) bir daha təsdiq edir.
146
Bütövlükdə, Dağlıq Krım və Skif plitəsinin ortoqonal və diaqonal li-
neamentləri müxtəlif yaşlı strukturların istiqamətini əks etdirir. Meridional
lineament zonaları isə, bəlkə də oroqen mərhələdə cavanlaşmanın ilkin
proterozoy strukutur planının relikti kimi özünü büruzə verir.
Yer qabığının Krım fraqmentinin lineament şəklinin mövcud tektonik
xəritə və sxemlərin struktur şəklindən prinsipial fərqlənməsi onu göstərir ki,
rayon intensiv doğranmış və ayrı-ayrı bloklara bölünmüşdür ki, bu da, şübhəsiz
ki, bütövlükdə Dağlıq Krımın və Krım fraqmentinin müasir geodinamikasına
təsir göstərir. Regionun mozaik şəkli və təmas əlaqələri bunu bir daha sübut
edir.
Alp Aralıq dənizi qurşağının Qafqaz fraqmentinin müasir strukturu araş-
dırılan Karpat və Krım fraqmentləri kimi, Şərqi Avropa və Afrika plat-
formalarının qarşı-qarşıya fəal hərəkəti nəticəsində Avrasiya alpik qurşağının
müasir inkişafı mərhələsində əmələ gəlmişdir.
Qafqazın geoloji quruluşunda və inkişafında uzununa və eninə qırılmalar,
əvvələr olduğu kimi, indi də böyük əhəmiyyətə malikdir. Qafqazın kosmik
şəkillərinin yüksək keyfiyyətə malik olması səbəbindən, praktiki olaraq, bütün
əsas regional struktur elementlər dəqiq deşifrələnir, aşkar edilir və sərhəd-
ləndirilir. Bunlardan əlavə, kosmik şəkillərin deşifrələnməsi zamanı, burada
kompleks birbaşa və dolayı əlamətlərə görə bir çox xətti törəmələr aşkar
edilmişdir ki, bunlar da öz növbəsində ortoqonal və diaqonal istiqamətli line-
ament zonaları yaradır
(şəkil 64).
Dostları ilə paylaş: |