19
Kürəyi yumşaq ətininin iki hissəyə,yəni çiyin və çiyinarxası hissələrə bölünə
bilməsi nəzərə alınaraq mal cəmdəyi 31 hissədən ibarət ola bilər.
Dana və qoyun cəmdəkləri kulinar bölgüsündən ad etibarilə 5 hissəyə, miqdar
etibarilə isə 11 hissəyə ayrılır: bu hissələr
iki ədəd bel hissəsindən,
iki ədəd döş
hissəsindən, dörd ədəd dal ayaq yumşaq ətindən, iki ədəd ön ayaq yumşaq ətindən
və bir ədəd boyun hissəsindən ibarətdir.
Ə
tin təmizlənməsi kobud vətərlərdən pərdələrin və nahamar nazik kənarların
kəsilməsindən ibarətdir. Əti elə təmizləmək lazımdır ki,
təmizlənmiş hissələrdən
porsluq tikələr doğrana bilsin.
Yumşaq ət təmizləndikdən sonra gələcək kulinar
istifadəsi isə tərkibindəki
birləşdirici toxumaların kəmiyyət və keyfiyyətilə əlaqədardır.
Mal əti dörd növə bölünür. 3-cü cədvəldə cəmdəyin ayrı-ayrı
hissələrinin
növlərə bölünməsi, bunların kulinar istifadəsi və hər növə aid təmizlənmiş yumşaq
ə
tin orta köklükdə mal cəmdəyinin brutto çəkisinə olan faiz nisbəti göstərilir.
Beləliklə cəmdəkdən orta hesabla 26% tullantı və 74% yumşaq ət çıxır ki,
bunun da 41%-i 3-cü növdən və qırıntıdan və 33%-i isə əla, 1-ci və 2-ci növdən
ibarət olur. Qoyun əti və dana əti aşağıdakı üç növə bölünür:
Dostları ilə paylaş: