Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
lala qidano

tin qurudulması. Ət yuyulduqdan sonra qurudulmalıdır ki, doğrananda və 
parçalananda əldən sürüşməsin. Bundan başqa quru ətin parçalananması asn və 
tez başa gətirilir. Qurutmaq üçün ət vannanın üstündə yerləşdirilən şəbəkənin 
üzərinə yığılır. Mexanikləşdirilmiş müəssisələrdə ət xüsusi binalarda 
qarmaqlardan asılaraq hava cərayanı vasitəsilə qurudulur.
Ətin təmizlənməsi və növlərə ayrılması ət cəmdəklərinin parçalanması 
və sümüklərin çıxarılması. 
Cəmdəyin kulinar bölgüsü ticarət bölgüsündən fərqlənir. 
Kulinar bölgüsündə ət tikələri sümüklər ayrılır. Burada yumşaq ət təmizlənib 
sonrakı kulinar emalından asılı olaraq sortlaşdırılır.


18 
Qaramal cəmdəyin parçalanması və sümüklərinin çıxarılması.
Cəmdəyin ön və dal hissələrə bölünməsi. Burada cəmdək masanın üstünə 
qoyub ön və dal hissələrə ayrılır. Bunun üçün cəmdəyin hər iki tərəfindən 
yumşaq əti 13-cü (son) qabırğanın qarşısından onurğa sümüyünəcən kəsilir və 
onurğa özü isə 13-cü və 14-cü bağımdan yarılır. Belə parçalananda bütün 
qabırğalar ön tərəfdə qalır və cəmdəyin ən qiymətli hissəsi sayılan can əti (daxili 
bel əzələsi) zədələnmir. 
Onurğası boyunca kəsilmiş yarımcəmdək daxil olanda qabaqca içəri tərəfdən 
can əti (daxili əzələ) ayrılır, sonra isə yarımcəmdək 13-cü və 14-cü onurğa 
buğumlarının arasında dörd hissəyə bölünür. 
Həmin yarımcəmdək sonra yuxarıda izah olunduğu qaydada parçalanır və 
sümükləri çıxarılır. 
Kulinari bölgüsündə mal cəmdəyi ad etibarilə 13 hissəyə, miqdar etibarilə 
isə 29 hissəyə ayrılır: burad boyun, iki kürək, iki döş, iki bel əti, iki miyantənk, 
iki qasıq, iki can əti, dörd qabırğa hissəsi, dörd maça və dal ayaqlarından 8 hissə 
yumşaq ət tikələri əldə edilir. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin