61
gəlincə qatışdırılır və qaynar vəziyyətə gətirilir. Qovrulmuş tərəvəzə
(yerkökü,cəfəri, kərəviz,baş soğan) tomat-püre qatılıb qovrulması davam edilir,
sonra bunlar hamısı un vurulmuş bulyona (sous) tökülüb 1- ½ saat bişirilir.ğ
Bulyona burada cəfəri göyərtisi, kərəviz və şüyüd də qatıla bilər. Bişən zaman
bunun üzünün kəfi və yağı alınır. Bişib qurtarmasına 10-15 dəqiqə qalmış sousa
istiot dənləri, dəfnə yarpağı, duz və habelə sarımsaq vurulur.
Hazır sous əgər bilavasitə xörəklə
birlikdə süfrəyə veriləsidirsə, ələkdən
keşirilib içinə şəkər qatılır və 2-3 dəqiqə bişirdikdən
sonra marqarin yaxud kərə
yağı vurulur. Sous şəkər yanığı ilə də boyadıla bilər.
Qırmızı sous müxtəlif xörəklər üçün, o cümlədən suda bişirilmiş dil, vetçina,
böyrək, sosiska, sardelka,
qovrulmuş döymə kotlet, zraza, buğda bişirilmiş və
qiymələnmiş ət, qulyaş, raqu, azu, tərəvəzdən hazırlanmış raqu və s. üçün və yaxud
da digər ət xörəklərinin hazırlanması üçün tətbiq edilir.
Hər 1kq sous üçün burada 750q
ət sümüyü, 25q yağ, 50q buğda unu, 150 q
tomat-püre, 100q yerkökü, 36q baş soğan, 20q cəfəri (kökü), 20q şəkər, 50q süfrə
marqarini və habelə sarımsaq və ədviyyat götürülür.
Dostları ilə paylaş: