Xəmirdən olan məmulatın isladılması üçün tətbiq edilmiş şərbət. Burada
qaynar suya salınıb əridilir, 3-5 dəqiqə qaynadılır və üzünün kəfi alınır. Sonra
həmin məhlul 40-50 dərəcə teperatura qədər soyudulub içinə esensiya, konyak,
rom yaxud açıq rəngli likör vurulur.
10 kq şərbət üçün burada 5325q şəkər tozu, 20q rom essesiyası, 500q konyak
yaxud şərab habelə müvafiq miqdar su götürülür.
Milli qənnadı məmulatların növləri, hazırlanması və tərtibi.
Azərbaycan qədimdən öz şirniyyatı ilə yaxın və orta şərqdə eləcədə
dövlətlərdə şöhrət qazanmışdır. Azərbaycan şirniyyatı istehsalında un, şəkər, yağ,
yumurta, süd məhsulları ilə yanaşı müxtəlif ədviyyələrdən, qərzəkli meyvələrin-
qoz, fındıq, badam, püstə ləpələrindən də istifadə edilir. Unlu şirniyyata bu
meyvələrin ləpəsi qatıldıqda onların bioloji dəyəri yüksəlir, dad və tam yaxşılaşır.
Azərbaycan şirniyyatının bir çox çeşidi düyü unu, kərə yağı, zəfəran, keşniş
toxumu, gülab və digər ətirvericilər əlavə edilməli və hazırlanmalıdır. Hələ
qədimdən azərbaycanlılar bayram ərəfəsində, şadyanalıqda və digər mərasimlərdə
yüksək qidalığı fərqlənən şəkərbura, paxlava, şəkər çörəyi, müxtəlif qoğal və
ruletlər, şirin çörəklər, çərəzlər, şəkər kütləsi ilə şirələnmiş fındıq, qoz, badam və s.
məmulatlar hazırlanmışlar. Xalqımız həmin şirniyyatları əziz günlərdə, həmişə
bişirir və öz qonaqpərvərliyini süfrəsinin zənginliyi ilə bir daha sübut edir.
Azərbaycan şirniyyatının müxtəlif çeşidi hazırda sənaye üsulu ilə qənnadı
fabiklərində hazırlanır. Azərbaycanın müxtəlif bölgələrində yerli əhali müxtəlif cür
ş
irniyyat hazırlayır. Şəkidə “Şəki paxlavası”, “qırbadam “, “tel”, “peşvəng”,
“ovma”, “külçə”, “fəsəli”, “bamiyə”, “keşniş noğulu”, “taxta şirni”, “düymə şirni”
və digər məmulatlar hazırlanır. Şəki şirniyyatlar hazırlanma üsullarına, dad və
tamına görə Azərbaycan şirniyyatı arasında xüsusi yer tutur. .əki şirniyyatı üçün
ümumi xammallarla yanaşı, düyü unundan, müxtəlif ədviyyələrdən, qoz və fındıq
ləpəsindən daha çox istifadə olunur ki, bu da qədimdən bu bölgədə düyü
becərilməsi, qərzəkli meyvələrin daha çox yetişməsi ilə əlaqədardır.
Bakıda daha çox unlu şirniyyat məmulatları, o cümlədən “şəkərbura”, “Bakı
paxlavası”, “Bakı mütəkkəsi”, “şorqoğal”, “süd çörəyi”, “bəyim çörəyi” və s.
72
bişirilir. Novruz bayramı ərəfəsində, yəni yazbaşı insan orqanizminə daha çox
qidalı yeməklər lazım olduğu vaxt şirniyyat məmulatı bişirilməsi uzun illərdir ki,
adət halını almışdır.
Gəncə bölgəsində “şirin nazik”, “Gəncə paxlavası”, “düyü halvası”, “piştə
paxlava”, “zəfəranlı nazik”, “şəkər çörəyi” və s. məmulatlar hazırlanır. Quba,
Naxçıvan, Zaqatala, Lənkəran, Şamaxı, Qarabağ və digər bölgələrin müxtəlif
çeşidli özünəməxsus şirniyyat məmulatı vardır.
Ümumiyyətlə, Şərq şirniyyatı qrupunda aparıcı rol oynayan Azərbaycan
ş
irniyyatının 100-ə qədər çeşidi var. Şərq şirniyyatı kimi, Azərbaycan şirniyyatı
ə
sas xammalına, istehsal xüsusiyyətlərinə və dad-tamına görə 3 yarımqrupa ayrılır:
Dostları ilə paylaş: |