Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə54/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   50   51   52   53   54   55   56   57   ...   62
lala qidano

1.
 
Karameləoxşar Azərbaycan şirniyyatı. 
2.
 
Konfetəoxşar Azərbaycan şirniyyatı. 
3.
 
Unlu Azərbaycan şirniyyatı. 
Qeyd etmək lazımdır ki, unlu Azərbaycan şirniyyatının çeşidi daha çoxdur. 
Bu məmulatların xəmiri acıxamra (opara) üsulu və birbaşa maya ilə, yağlı-
yumurtadan çalıntı üsulu, mayalı və mayasız qat-qat xəmir üsulu və digər üsullarla 
yoğrulur. 
Üç 
yarımqrupa 
ayırdığımız 
Azərbaycan 
ş
irniyyatının 
hazırlanma 
texnalogiyası məmulatların adlarına əsasən əlifba sırası ilə verilir. 
Karamelə oxşar “Azərbaycan” şirniyyatı. 
Bir qrup şirniyyat məmulatı hazırlanarkən toz-şəkər su ilə qarışdırılıb 
qaynadılır, kəfi alındıqdan sonra ona limon turşusu və ya patka əlavə edilib 
karamel nümunəsinə qədər, başqa sözlə, tərkibində 1,5-3% su qalana qədər 
bişirilir. Bişirilmiş karamel kütləsinə ətirvericilər əlavə edilib işlənir, bir çox 
hallarda həmin kütləyə qoz, fındıq, badam, küncüt və s. bu kimi yağlı bitkilərin 
ləpəsidə əlavə edilir. 
Konfetə oxşar “Azərbaycan” şirniyyatı, badam noğulu. 
Badam ləpəsi qabıqdan təmizlənir, 5-6 dəqiqə 140 dərəcə temperaturda 
qurudulur, nəticədə badam ağarır. Sonra badam ləpəsi yarı bölünür və bölünməmiş 


73 
hər yarısı da yenidən 3 hissəyə ayrılır. Bundan sonra badam şəkər şərbəti ilə 
işlənir. 
Toz-şəkərin yarısı götürülüb üzərinə su tökülür, 13-15 dəqiqə 105-110 dərəcə 
temperatura qədər qaynadılır. Qaynadılma qalın sap və ya çox yumşaq kürəcik 
nümunəsinə qədər, başqa sözlə tərkibində 12-13% su qalana qədər davam etdirili. 
Ş
irəyə sirkə cövhəri vurulur ki, xarlanmasın. 
Badam qırıntıları tiyana və ya iri tavaya tökülür, üzərinə bir qədər əvvəlcədən 
yağsız qovrulmuş un səpilir, az-az isti şirə tökülür və aramsız qarışdırılır. Bu 
zaman noğul hazırlanan tiyan bir qədər qızdırılır. Tökülmüş şirə badamın səthinə 
yapışdıqdan sonra təkrar un səpilir və şərbətin yerdə qalan hissəsi tökülüb 
yuvarlandırılır. 
Şə
rbətin birinci payı qurtardıqdan sonra noğul bir müddət qurudulur və 
şə
rbətin ikinci payı hazırlanır, lakin bunun tərkibindəki su 10%-ə çatdırılır. 
Qurudulmuş noğullar tiyana tökülür, üstünə bir qədər un səpilir və şirə 
tökülüb 15-20 dəqiqə ərzində şirədə yuvarlandırılması davam etdirilir. Eyni 
zamanda tiyan qızdırılır. Məmulat yuvarlandıqca ona az-az şirə əlavə edilir, onun 
həcmi artır, quruyub ağarır. Yuvarlandırma əməliyyatı 75-90 dəqiqə davam 
etdirilir. Badam noğulunun səthi kimi kələ-kötür olmaqla 1 kq-da 450-500 ədəd 
olur. 
Hər pors üçün burada 3,5 stəkan toz-şəkər, 1,3 stəkan badam ləpəsi, 1 xörək 
qaşığı və 1 çay qaşığı əla növ un, 3q (yarım çay qaşığı) sirkə cövhəri götürülür.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin