Şu pirojnası.
Xəmirin resepti və hazırlanma qaydası əsas xəmirdə olduğu kimidir.
Bişmiş krem üçün: süd-1st., toz-şəkər-4 x/q, nişasta-1 ç/q, yumurta-3 ədəd,
şə
kərli vanilin bir çimdik.
Üzərinə səpmək üçün şəkər kirşanı-1 x/q.
Hazırlanmış xəmir dairəvi formada yağlanmış qənnadı təbəqələrində bişirilir.
Bişmiş pirojnaların bir qırağında iti bıçaqla kəsib həmin yerdən içərisinə
bişmiş krem doldurulur. Pirojnanın üzərinə şəkər kirşanı səpilir.
Bişmiş krem hazırlanır, soyudulur, vanilin vurulub qablaşdırılır, qənnadı
kisəsinə doldurulub pirojnaların içinə sıxılır.
Merenqi pirojnası.
69
Yumrta ağı-4 ədəd,toz-şəkər-1st., şəkərli vanilin-bir çimdik.
Yağlı krem üçün: kərə yağı-150q, qatılaşdırılmış süd-6 x/q.
Yumurta ağı 10-12 dəqiqə səylə çalınır, ağarıb həcmi 4-5 dəfə artdıqdan sonra
vanilin şəkəri və toz-şəkər əlavə edilir, bir qədər çalınır. Zülallı kütlə qənnadı
kisəsinə və yaxud perqament kağızından düzəldilmiş kisəyə tökülüb toyuq irilikdə
dairəvi və ya oval formada, içinə yağlı kağız sərilmiş qənnadı təbəqəsinə çökdülür.
Pirojnalar 110-120 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Bişmiş pirojnalar
kremlə cüt-cüt biri digərinə yapışdırılır.
Merenqi pirijnasının xəmirinə qovrulub xırdalanmış yarım stəkan qoz və ya 1
x/q kakao tozu əlavə etmək olar. Bişirməzdən əvvəl pirojnanın üzərinə şəkər
kirşanı səpdikdə onun səthi partlayır.
Badamlı piroq.
Ə
la sort un-1st., toz-şəkər-3 x/q, badam-0,5st., yumurta ağı-8 ədəd, şəkərli
vanilin-bir çimdik.
Badam ətçəkən maşından və ya sürtgəcli maşından keçirilir. Yumurta ağı
soyudulur, köpük əmələ gələnə kimi çalınır, şəkərin yarısı əlavə edilib, yenidən
çalınır. Qalan xammallar (un, badam, şəkər, vanilin) əlavə edilib xəmir yoğrulur.
Forma yağlanır, un və ya badam ovuntusu səpilir və xəmir eyni bərabərlikdə
yayılır. 160-180 dərəcə temperaturda 30-40 dəqiqə bişirilir.
Vanilli piroq.
Ə
la sort un-2st., toz-şəkər-1,5st., kərə yağı-300q, nişasta-2 x/q, yumurta-10
ə
dəd, şəkərli vanilin-1 ç/q.
Yumurtanın ağını sarısından ayırın. Yağı xama konsistensiyasına qədər isidib,
üzərinə nişasta və vanilin töküb taxta qarışıqla qarışdırın, sonra az-az yumurta
sarısı əlavə edib kütləni çalın. Başqa qabda soyudulmuş yumurta ağını 10-12
dəqiqə çalıb üzərinə toz-şəkər əlavə edin. Şəkər əridikdən sonra iki çalıntını bir-
birinə qatıb un əlavə edərək xəmir yoğurun. Xəmiri qarışdırmaq olmaz, əks halda
rezınləşir. Hazır xəmir, içinə yağ sürtülmüş qənnadı formasına tökülür, səthi
hazırlanır, 180-200 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Soyuduqdan sonra
şə
kər kirşanı səpilir.
|