68
alınana qədər qarı.dırmaq lazımdır. Yumurta çox iridirsə 5 ədəd, çox xırdadırsa 7
ə
dəd götürmək lazımdır. Hazır xəmir yumşaq, özlü konsistensiyaya malik olur.
Xəmir ucunda konusvari dəmir olan (diametri 10-15mm) qənnadı kisəsinə və
yaxud perqament kağızından üçkünc torbaya töküb müxtəlif formalarda qənnadı
təbəqələrinə çökdürürlər. Qənnadı təbəqələrini yaxşı yağlamaq lazımdır.
Dəmlənmiş xəmirdən hazırlanan məmulatı 180-200 dərəcədə 30-40
dəqiqə
bişirirlər. Bişmiş məmulatın içərisindəki boşluğa yağlı və ya zülallı krem, povidlo,
mürəbbə vəya digər içliklər qoyulur.
Ekler pirojnası.
Xəmirin resepti və hazırlanma qaydası əsas xəmirdə olduğu kimidir.
Yağlı krem üçün: kərə yağı- 100q, qatılaşdırılmış süd-6 x.q. vanilin.
Üstünə sürtməyə pomadka üçün: toz-şəkər-8 x.q., su 6-x.q, kakao tozu-2ç.q.
Hazırlanmış xəmiri kiçikçubuq formasında qənnadı
təbəqələrinə çökdürüb
bişirirlər. Bişmiş pirojnalar soyuduqdan sonra bir qırağından bıçaqla kəsilib, həmin
yerdən pirojnanın içinə krem doldurulur. Kremi qənnadı
şirəsinə və yaxud
perqament kağızından hazırlanmış
üçkünc torbaya töküb, oradan sıxmaqla
pirojnanın içinə doldurmaq olar.
Pirojnaların üstünə şokaladlı pomadka çəkilir.
Krem və pomadkanın hazırlanması y/fabrikatlar bölməsində verilmişdir.
Dostları ilə paylaş: