Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   54   55   56   57   58   59   60   61   62
lala qidano

Mayalı xəmir üçün qiymənin hazırlanması kələm qiyməsi. 
Bu qiymə təzə yaxud şorabaya qoyulmuş kələmdən hazırlanır. 
Təzə kələmdən qiymə hazırlananda kələm doğranıb 3-5 dəqiqəliyə qaynar 
suya salınır və ələkdən keçirilib sıxılır. Sonra kələm qaba qoyulub üstünə bulyon, 
süd yaxud su (kələmin çəkisinə nisbətən 10-15%), yağ və duz əlavə edilərək qabın 
qapağı örtülür və kələm qiyməsi bişirilib hazır vəziyyətə gətirilir. 
Kələm qiyməsi başqa üsulda da hazırlana bilər. Burada narın doğranmış 
kələm pörtlədilmədən 3 santimetrə qədər qalınlıqda olmaqla, tavanın içinə qoyulur, 
üstünə yağ tökülür, duz səpilir və pernodik qaydada qarışdırmaqla, ən çox 180 
dərəcəyə qədər olan temperaturda qızdırıcı şkafda bişirilib hazır vəziyyətə gətirilir. 


78 
Ş
orbaya qoyulmuş kələmdən qiymə hazırlananda, kələm sixilir və çox 
turşdursa, soyuq suda yuyulub təkrar sıxılır, sonra isə təzə kələm kimi (birinci 
üsulda) bişirilir. 
Hazır olduqda kələmin içinə bişmiş yumurta doğranıb qatılır, habelə yağda 
qovrulmuş soğan vurulub hamısı birlikdə ciddi qarışdırılır. 
Düyü qiyməsi. 
Burada qaynar duzlu suya seçilib yuyulmuş düyü tökülür və zəif qaynatmaqla 
bişirilib hazır vəziyyətə gətirilir, sonra həmin düyü ələkdən süzülür və üstünə 
qaynar su tökülür. 
Hazır olmuş düyünün içinə bərk bişirilərək xırda doğranmış yumurta, yağ və 
duz əlavə edilib hamısı birlikdə ciddi qarışdırılır. 
Balıq qiyməsi. 
Burada balıq filesi (suf, durna balığı, treska) dəridən və sümükdən azad edilib 
dibinə yağ sürtülmüş yastı qazana yaxud dərin tavaya qoyulur və üstünə azacıq su 
yaxud bulyon tökülərək qapağı örtülüb hazır olunca bişirilir. Hazır olduqdan sonra 
balıq doğranır və içinə baş soğan, döyülmüş istiot və balıq bulyonunda hazırlanmış 
ağ sous əlavə edilərək hamısı birlikdə ciddi qarışdırılır. 
Ə

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin