Adi xəmir: burada əzilmiş kərə yağı, qənd və duz ciddi qarışdırılır və ələnmiş
buğda unu ilə birləşdirilib içinə soda bikarbonat yaxud ammonium bikarbonat
vurularaq xəmir yoğrulur. Həmin xəmir 5-6mm qalınlıqda lay şəklində yayılır,
təyinatından asılı olmaqla, bundan bıçaq vasıtısilə zolaqlar kəsilir yaxud o, fiqurlu
tikələr şəklinə salınır.
Adi xəmirdən pirojki, tort və peçenye hazırlanır. Bu məmulat növləri 240-260
dərəcə temperaturda bişirilir.
81
1kq adi xəmirdən bişirilən kökələr üçün burada təxminən 600q buğda unu,
300q şəkər, 1-ci sortdan aşağı olmamaqla 100q kərə yağı, 180q xama, 55q yumurta
və 20q soda bikarbonat götürülür.
Biskivit xəmirin hazırlanması və tərtibi.
Biskvit xəmiri iki üsulda, yəni soyuq və isti üsulda hazırlanır.
Soyuq üsulda biskvit xəmiri hazlrlananda yumurtanın sarısı ağından ayrılıb
şə
kərlə birlikdə əzilir və içinə buğda unu vurulub xəmir yoğrulur, sonra
ehmalcasına bunun içinə köpükvari vəziyyətə çatınca çalınmış yumurta ağı qatılır.
Isti üsulda biskvit xəmiri hazırlananda yumurta şəkərə qatılıb arasıkəsilmədən
çalınması şərtilə 45-50 dərəcə temperatura qədər qızdırılır və sonra qızdırılması
dayandırılaraq həcmi 2 ½ -3 dəfə artınca yenə çalınır. Bundan sonra buğda unu
qatılıb xəmir yoğrulur.
Soyuq və isti üsulda hazırlanmış biskvit xəmiri içinə ağ kağız sərilmiş (yarıya
qədər) dərin tavalara qoyulub 200-220 dərəcə temperaturda bişirilir.
Hər 1kq bişmiş biskvit xəmiri üçün burada təxminən 350q şəkər, 650q
yumurta (xalis çəkidə) və 355q əla yaxud 1-ci sort buğda unu götürülür.
Hazırlanması: yumurta dərin qazana vəya mikser qabına tökülüb üstünə
şə
kər tozu əlavə edilib, qazanı su hamamına yerləşdirib,çalmaqla kütləni 40-30
dərəcə temperatura qədər qızdırıb qazanı su hamamından götürüb, soyuyana qədər
çalmanı davam etdirmək lazımdır. Bu müddət ərzində kütlə öz həcmini 4-5 dəfə
artırır. Sonra kütləyə ələnmiş unla birlikdə nişasta tökülür və eyni cinsli kütlə
alınana qədər qarışdırılır. Alınmış xəmiri içərisinə perqament kağızı sərilmiş
kənarları yağlanmış formaya tökülür. Xəmir formanın 2/3 hissəsini tutmalıdır.
Biskviti hazırlayanda diqqətli olmaq lazımdır. Yumurta çalınmazdan əvvəl
qızdırıcı şkaf işə salınır. Unla nişasta qarışdırılıb, ələnir, formaya perqoment kağızı
sərilir, kənarı yağlanır və xəmir hazır olan kimi formaya tökülüb dərhal bişirilməyə
qoyulur, əks halda xəmir çöküb çekisi azalır.
Qozlu biskvit.
Xammaların miqdarı əsas bisksvitdə olduğu kimidir. Əlavə olaraq 3 x/q
üyüdülmmüş qoz ləpəsi götürülür.
82
Çalınmış biskvit kütləsinə üyüdülmüş qoz ləpəsi əlavə edilir, un töküb, dərhal
qarışdırır və əsas biskvitdə olduğu kimi formaya töküb bişirirlər.
Dostları ilə paylaş: |