79
Burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə qoyulub
kənarları birləşdirilərək düzbucaq formasına salınır. Sonra projki bir-birindən 3-4
sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülüb üstünə lyezon
sürtülür. Kökə qalxdıqdan sonra 250-280dərəcə temperaturda bişirilir.
Kə
smikli vatruş
ka.
Burada hazır xəmir girdə bulka şəklinə salınır və bir-birindən 3-4sm aralı
olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülür. Həmin bulkaların
mərkəzində ağac dəstəklə oyuq açılır və bura kəsmik qoyulur. Hazır vatruşka
qalxsın deyə.25 dəqiqə isti yerə qoyulur və bundan sonra üstünə lyezon sürtülüb
250-280 dərəcə temperaturda bişirilir.
Vatruşka habelə povidla yaxud riçal ilədə hazırlana bilər.
Ponçik.
Burada yağlı xəmir girdə kökələr şəklində kündələnir, ortasına mürəbbə
yaxud povidla qoyulur, kənarları birləşdirilib yapışdırılır və məmulat kürəcik
formasına salınır.
Sonra ponçik, içinə un səpilmiş taxta tabağa düzülüb, qalxsın deyə 25-30
dəqiqə isti yerdə saxlanır və bol yağ içində qovrulur.
Hazır ponçik üzərinə şəkər yaxud şəkər pudrası səpilir.
Dostları ilə paylaş: