Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   54   55   56   57   58   59   60   61   62
lala qidano

t qiyməsi. 
Ə
t qiyməsi çiy yaxud bişmiş ətdən hazırlanır. 
Çiy ət qiyməsi hazırlamaq üçün çiy ət (mal əti, qoyun əti) 40-45q çəkidə 
tikələrə doğranıb tavada qovrulur və qaba qoyulub üstünə azacıq su yaxud bulyon 
ə
lavə edilərək hazır olunca bişirilir. Bu qayda hazır olmuş ət yağda qızardılır baş 
soğanla birlikdə ətçəkən maşından keçirilir, içinə duz, döyülmüş istiot və qırmızı 
sous əlavə edilərək hamısı birlikdə ciddi qarışdırılır. Buna suda bişirilmiş düyü və 
bərk bişirilib narın doğranmış yumurta da qatıla bilər. 
Bişmiş ət qiyməsi hazırlamaq üçün bişmiş ət xırda tikələrə doğranıb yağda 
qovrulmuş baş soğanla birlikdə ətçəkən maşından keçirilir və çiy ətdən 
hazırlandığı kimi qiymə salınır. 
Mayalı xəmirdən hazırlanan məmulatların tərtibə salınması və bişirilməsi 
projki. 


79 
Burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə qoyulub 
kənarları birləşdirilərək düzbucaq formasına salınır. Sonra projki bir-birindən 3-4 
sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülüb üstünə lyezon 
sürtülür. Kökə qalxdıqdan sonra 250-280dərəcə temperaturda bişirilir. 
Kəsmikli vatruşka. 
Burada hazır xəmir girdə bulka şəklinə salınır və bir-birindən 3-4sm aralı 
olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülür. Həmin bulkaların 
mərkəzində ağac dəstəklə oyuq açılır və bura kəsmik qoyulur. Hazır vatruşka 
qalxsın deyə.25 dəqiqə isti yerə qoyulur və bundan sonra üstünə lyezon sürtülüb 
250-280 dərəcə temperaturda bişirilir. 
Vatruşka habelə povidla yaxud riçal ilədə hazırlana bilər. 
Ponçik. 
Burada yağlı xəmir girdə kökələr şəklində kündələnir, ortasına mürəbbə 
yaxud povidla qoyulur, kənarları birləşdirilib yapışdırılır və məmulat kürəcik 
formasına salınır. 
Sonra ponçik, içinə un səpilmiş taxta tabağa düzülüb, qalxsın deyə 25-30 
dəqiqə isti yerdə saxlanır və bol yağ içində qovrulur. 
Hazır ponçik üzərinə şəkər yaxud şəkər pudrası səpilir. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin