Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   54   55   56   57   58   59   60   61   62
lala qidano

Adi xəmir: burada əzilmiş kərə yağı, qənd və duz ciddi qarışdırılır və ələnmiş 
buğda unu ilə birləşdirilib içinə soda bikarbonat yaxud ammonium bikarbonat 
vurularaq xəmir yoğrulur. Həmin xəmir 5-6mm qalınlıqda lay şəklində yayılır, 
təyinatından asılı olmaqla, bundan bıçaq vasıtısilə zolaqlar kəsilir yaxud o, fiqurlu 
tikələr şəklinə salınır. 
Adi xəmirdən pirojki, tort və peçenye hazırlanır. Bu məmulat növləri 240-260 
dərəcə temperaturda bişirilir. 


81 
1kq adi xəmirdən bişirilən kökələr üçün burada təxminən 600q buğda unu
300q şəkər, 1-ci sortdan aşağı olmamaqla 100q kərə yağı, 180q xama, 55q yumurta 
və 20q soda bikarbonat götürülür. 
Biskivit xəmirin hazırlanması və tərtibi. 
Biskvit xəmiri iki üsulda, yəni soyuq və isti üsulda hazırlanır. 
Soyuq üsulda biskvit xəmiri hazlrlananda yumurtanın sarısı ağından ayrılıb 
şə
kərlə birlikdə əzilir və içinə buğda unu vurulub xəmir yoğrulur, sonra 
ehmalcasına bunun içinə köpükvari vəziyyətə çatınca çalınmış yumurta ağı qatılır. 
Isti üsulda biskvit xəmiri hazırlananda yumurta şəkərə qatılıb arasıkəsilmədən 
çalınması şərtilə 45-50 dərəcə temperatura qədər qızdırılır və sonra qızdırılması 
dayandırılaraq həcmi 2 ½ -3 dəfə artınca yenə çalınır. Bundan sonra buğda unu 
qatılıb xəmir yoğrulur. 
Soyuq və isti üsulda hazırlanmış biskvit xəmiri içinə ağ kağız sərilmiş (yarıya 
qədər) dərin tavalara qoyulub 200-220 dərəcə temperaturda bişirilir. 
Hər 1kq bişmiş biskvit xəmiri üçün burada təxminən 350q şəkər, 650q 
yumurta (xalis çəkidə) və 355q əla yaxud 1-ci sort buğda unu götürülür. 
Hazırlanması: yumurta dərin qazana vəya mikser qabına tökülüb üstünə 
şə
kər tozu əlavə edilib, qazanı su hamamına yerləşdirib,çalmaqla kütləni 40-30 
dərəcə temperatura qədər qızdırıb qazanı su hamamından götürüb, soyuyana qədər 
çalmanı davam etdirmək lazımdır. Bu müddət ərzində kütlə öz həcmini 4-5 dəfə 
artırır. Sonra kütləyə ələnmiş unla birlikdə nişasta tökülür və eyni cinsli kütlə 
alınana qədər qarışdırılır. Alınmış xəmiri içərisinə perqament kağızı sərilmiş 
kənarları yağlanmış formaya tökülür. Xəmir formanın 2/3 hissəsini tutmalıdır. 
Biskviti hazırlayanda diqqətli olmaq lazımdır. Yumurta çalınmazdan əvvəl 
qızdırıcı şkaf işə salınır. Unla nişasta qarışdırılıb, ələnir, formaya perqoment kağızı 
sərilir, kənarı yağlanır və xəmir hazır olan kimi formaya tökülüb dərhal bişirilməyə 
qoyulur, əks halda xəmir çöküb çekisi azalır. 
Qozlu biskvit. 
Xammaların miqdarı əsas bisksvitdə olduğu kimidir. Əlavə olaraq 3 x/q 
üyüdülmmüş qoz ləpəsi götürülür. 


82 
Çalınmış biskvit kütləsinə üyüdülmüş qoz ləpəsi əlavə edilir, un töküb, dərhal 
qarışdırır və əsas biskvitdə olduğu kimi formaya töküb bişirirlər. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin