77
Ilk maya o zaman hazır sayılır ki, həcmi, təxminən 3 dəfə artmış olsun və
sonra yavaş-yavaş yatmağa başlasın.
İ
lk mayalı xə
mirin hazırlanması. Burada hazır ilk mayanın içinə norma üzrə
suyun yerdə qalan hissəsi və onun
içində əridilmiş duz vurulur; su ilk maya ilə
birləşincə qarışdırılır, sonra isə norma üzrə unun yerdə
qalan hissəsi əlavə edilib
xəmir yoğrulur.
Bu qayda yoğrulmuş xəmir 1-2 saat isti (28-30 dərəcə) yerə qoyulub qıcqırılır
və qıcqırma prosesində xəmir 1-2 dəfə övkələnir. Xəmir qabın divarlarından
qopmağa və yatmağa başladıqda hazır sayılır.
Hazır xəmir masanın üstünə qoyulub kündələnir.
İ
lk mayasız xə
mir.
Burada preslənmiş maya 25-35 dərəcə temperaturda suda əzilir,
sonra içinə
duz və un əlavə edilərək xəmir yoğrulur. Ilk mayasız xəmir üçün ilk mayasız
xəmirdəkindən ½ artıq maya götürülür və daha bərk maya yoğrulur. Yoğrulmuş
xəmir 3-4 saat isti (30-35 dərəcə) isti yerə qoyulub qıcqırdılır. Qıcqırma prosesində
xəmir iki dəfə övkələnir. Ilk mayasız xəmirin mayasını artırmaqla, qıcqırmasını
sürətləndirib 2 saata çatdırmaq olar.
Mayalı xəmirdən pirojki, ponçik və sair məmulat hazırlanır.
1kq yağlı ilk mayalı yaxud ilk mayasız xəmir üçün 650q un, 34q yağ, 42q
şə
kər, 1 ədəd yumurta, 7q duz, 20q maya və 270q su götürülür.
Dostları ilə paylaş: