Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc


Xammalların hamısı respdə göstərilən miqdarda ölçülüb götürülməli. əlin  altında təmiz qablarda saxlanılmalıdır



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
lala qidano

2.
Xammalların hamısı respdə göstərilən miqdarda ölçülüb götürülməli. əlin 
altında təmiz qablarda saxlanılmalıdır. 
3.
Tort üçün nəzərdə tutulan və hazır olunması isti emal tələb edən y/f 
ə
vvəcədən bişirilməli və soyudulmalıdır. Ətirvericilər və yeyinti boyaları y/f 
soyuduqdan sonra əlavə edilməlidir. 
4.
Tortun xəmirdən hazırlanan əsas y/f bişirilb, tərkibindən, qabığından və 
xəmirin növündən asılı olaraq 2-8 saat saxlanılıb soyudulmalı və sonra 
bəzədilməlidir. 
Bakı tortu. 
Xəmir üçün əla sort un-2st., toz-şəkər-2st., yumurta-4 ədəd, kərə yağı-200q, 
xırdalanmışqoz və ya badam ləpəsi-1st., soda- 1 ç/q. 
Krem üçün: kərə yağı-200q, qatılaşdırılmış süd-8 x/q, vanilin, konyak-1 x/q. 
Yumurtanı şəkərlə ağarıncaya qədər çalın. Sonra yumşaldılmış yağ, badam və 
ya qoz ləpəsi və soda qatıb xeyli qarışdırın. Un əlavə edib xəmir yoğurun. Alınmış 
xəmiri 3 bərabər hissəyə ayırın. Isladılmış tavanı yağlayıb həmin xəmirləri ayrı-
ayrılıqda çox da isti olmayan duxovkada 20-25 dəqiqə bişirin. Tavanın içinə 
perqament kağızı (kalka) salmaq olar. 
Bişmiş qoğalları soyuduqdan sonra krem çəkib üst-üstə yığın, səthinə də krem 
çəkib badam və ya qoz ovuntusu səpin. 
Quş südü tortu. 
Xəmir üçün: un-1 st., toz-şəkər-1 st., yumurta-4 ədəd, yağ-130q, kakao tozu-
3ç/q, soda-0,5 ç/q. 
Yağlı krem üçün: kərə yağı-200q, qatılaşdırılmış-süd-400q. 
Bişmiş krem üçün: toz-şəkər-1st., süd-2st., manna yarması-3 x/q, yağ-300q, 
limon-1ədəd. 


67 
Ş
okalad şirəsi üçün: toz-şəkər-0,5st., süd-3 x/q, kakao tozu-5 x/q, yağ-50q. 
Yağı isidib üzərinə toz-şəkər tökün və arası kəsilmədən çalıb bir-bir yumurta 
ə
lavə edin. Üzərinə söndürülmüş soda və un əlavə edib xəmir yoğurun, xəmri iki 
yerə bölün. Bir hissəsinə kakao tozu qatın. Ayrı-ayrılıqda iki kökə bişirin, 
soyuduqdan sonra ortadan üfüqi istiqamətdə iki yerə kəsin. Aralarına yağlı krem 
sürtüb ayrı-ayrılıqda yapışdırın. 
Südlə manna sıyığı bişirin soyudun, üzərinə sürtgəcdən keçirilmiş qabıqlı 
limon, şəkər və axırda yağ əlavə edib köpük əmələ gələnə qədər çalın. Açıq rəngli 
kökənin üstünə 1,5-2sm qalınlığında krem çəkib tünd rəngli kökəni üstünə qoyun, 
tortun üzərinə və qırağını şokalad şirəsi ilə şirələyin. Şokalad şirəsini hazırlamaq 
üçün kiçik qazanda və ya emallı çuxurda bütün xammalları qarışdırın və qatılaşana 
kimi bişirin. 
İ
deal tortu. 
Xəmir üçün: un-2st., toz-şəkər-1st., marqarın 50q, bal-1 x/q, soda-0,5 ç/q, 
yumurta-6 ədəd. 
Yağlı krem üçün: kərə yağı-300q, qatılaşdırılmış süd-1banka, konyak-1 x/q. 
Xəmiri su hamamında hazırlamaq lazımdır. Kiçik qazançaya yağ, şəkər, bal, 
ayrıca çalınmış yumurta, soda və bir çimdik duz töküb qarışdırmalı, 10 dəqiqə su 
hamamında qızdırılmalı. Bunun üçün çalıntı olan qazanı içərisində qaynar su olan 
iri qazanın içərisinə qoymaq lazımdır. Sonra un əlavə edib xəmiri qarışdıraq 5 
dəqiqə isitməli. Xəmiri isti-isti kündələyib 6 ədəd kökə bişirin. Soyuduqdan sonra 
aralarına krem sürtüb üst-üstə qoyun, səthinə kökələrin qıraqlarından çıxmış 
ovuntu və şəkər kirşanı səpin. Soyuq yerdə bir müddət saxlayıb süfrəyə verin. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin