Müxtəlif yarımfabrikatların hazırlanması. Krem və şərbətlər, yağli krem. Burada məhsulçalan maşının kasasına qatı xamavarı vəziyyətə gətirilincə
ə
ridilmiş kərə yağı tökülüb 5-7 dəqiqə ərzində aramla çalınır və bunun içinə
tədricən ələnmiş şəkər pudrası yaxud şəkər şərbəti və habelə vanil poroşoku və
şə
rab qatılır.
Sonra bunun içinə tənzifdən süzülmüş qatılaşdırılmış süd vurulur və hamısı
birlikdə 7-10 dəqiqə təkrar çalınır.
Ş
okalad-qaymaq kremi çalınıb qurtaranda içinə ələnmiş kakao-poroşok əlavə
edilir.
Krem biskvit, qatlama, pesoklu və bişmiş xəmirli pirojnaların və tortların,
habelə müxtəlif bulkaların içinə və bəzəyinə sərf edilir.
10 kq krem üçün burada 2825q şəkər pudrası, 1-ci sortdan aşağı olmamaq
şə
rtilə 5300q kərə yağı, 2120q qatılaşdırılmış süd, 53q vanil pudrası və 20q konyak
yaxud şərab götürülür.
Qozlu krem. Kərə yağı və qaymaqlı marqarin-100q, qovrulmuş və xırdalanmış qoz ləpəsi-
2x/q, kakao tozu-2ç/q, şəkər kirşanı- ¾ st., vanil-0,5 ç/q.
Bu kremi qoz əvəzinə fındıq, badam, yerfındığı ilə də hazırlamaq olar.
Yağı qatı xama kontisentiyasına qədər çalıb üzərinə qovrulub narın gözlüklü
süzgəcdən keçirilmiş qoz ləpəsi, şəkər kirşanı, vanilin əlavə edib eyni cinsli kütlə
alınanadək qarışdırmalıdır.
Meyvə və giləmeyvə püresi ilə yağlı krem. Kərə yağı-100q, meyvə və giləmeyvə püresi (çiy mürəbbə)-4x/q.
Ev şəraitində qara qarağat, çiyələk, moruq, çay tikanı, albalı, zoğal, feyxoa və
digər meyvə və giləmeyvələrdən püre (çiy mürəbbə hazırlanır) hazırlanır. Həmin
püreləri xırda gözlükləri olan ələkdən və ya 1 qat tənzifdən keçirib eynicinsli kütlə
(püre) əldə etmək mümkündür. Həmin püredən qatılaşdırılmış südü əvəz etməklə
yağlı krem əldə etmək olar. Bu zaman hazır kremi əlavə olaraq ətirləndirmək
lazımdır. Kremin hazırlanması qatılaşdırılmış südlə yağlı kremdə olduğu kimidir.