Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc


Xamadan hazırlanan souslar, xamalı souslar



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə42/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   38   39   40   41   42   43   44   45   ...   62
lala qidano

Xamadan hazırlanan souslar, xamalı souslar. 
Ə
tlə hazırlanmış ağ sousa xama, duz və döyülmüş istiot qatılıb 2-3 dəqiqə 
bişirildikdən sonra süzülür.


56 
Bu sous digər xamalı sousların hazırlanması üçün tətbiq edilir və habelə 
müxtəlif tərəvəz, balıq və ət xörəklərin yanında süfrəyə verilir. 
Hər 1kq sous üçün burada 500q ağ bulyon (ət bulyonu), 50q buğda unu, 50q 
kərə yağı və 500q xama götürülür. 
Bitki yagından hazırlanmış souslar-mayonezlər. 
Mayonez sousunda bitki yagı sadə gözlə görunməyən çox xırda kürəciklər 
şə
klində olaraq asili halda yayılır. Mayonez 3% -li sirkə məhlulunun içində yağ 
emulsiyası təşkil edir. Saxlanan zaman mayonezin davamı əsas etibarılə yağ 
gürəciklərinin iriliyindən – xırdalığından asılıdır; yağ kürəcikləri nə qədər xırda 
olarsa, emulsiya bir o qədər davamlı olar. 
Bitki yağının təmi hiss edilməsin deyə, mayonez sousu təmizlənmiş yağlardan 
hazirlanır. 
Sənayedə hazırlanan mayonez daha davamlı olur. 
Mayonez sousu saxlananda aşagıdakı şərtlərə riayət olunmalıdır. 
a)
sous örtülü qabda saxlanmalıdır; qabın qapağı açıq olanda su buxarlanır və 
bunun nəticəsində yağ kürəcikləri bir-birinə yapışıb yağ pərdəsi əmələ gəlir 
ki, bu da sousu tamamilə piyləşdirə bilər; 
b)
 sous 40-50 dərəcə temperaturdan yuaxrı qızdırılmamalıdır; 
c)
sous dondurulmalıdır, çünki donu açılanda sous piyləşir; 
d)
 sous təmiz qaşıqla götürülməlidir; qaşıq yağlı olanda sous piyləşə bilər; 
e)
sous silkələnməməlidir; çünki belə olduqda sousun emulasiyası pozulur. 
Sirkəli mayonez sousu. 
Burada çiy yumurta sarısı ağından tamamilə ayrılıb hazır xardala, şəkərə və 
duza qatılıb qarışdırılır və həmin kütlə nazik şırımla vaxtaşırı 15 dərəcə 
temperaturu olan bitki yağı tökülür. Yağa qarışanda bu kütlə arasıkəsilmədən 
çalınmalıdır ki, yağ tamamilə emulsiya vəziyyətinə gətirilsin. Bundan sonra 
kütləyə aromatlaşdırılmış sirkə vurulub qarışdırılır. 
Mayonez sousu ət, balıq və soyuq tərəvəz xörəklərinin yanında süfrəyə verilir 
və bundan habelə digər souslar hazırlanır. 


57 
Piylənmiş mayonez sousun bərpa edilməsi üçün xardalda və duzda əzilmiş 
yumurta sarısına arasıkəsilmədən çalınmaq tədricən xırda dozalara həmin 
piylənmiş sous tökülür.
Hər 1 kq sous üçün burada 750 q bitki yağı, 6 ədəd yumurta (sarısı), 25 q 
xardal, 20 q şəkər, 150 q 3%-li sirkə və 15 q duz götürülür. 


58 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin