Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


PROQRAM TƏMİNATI TESTLƏRİN AVTOMATLAŞDIRILMASI



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə129/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   125   126   127   128   129   130   131   132   ...   144

PROQRAM TƏMİNATI TESTLƏRİN AVTOMATLAŞDIRILMASI

 

 



Günel SƏMƏDOVA 

Qafqaz Universiteti 



samadovagunel@gmail.com 

AZƏRBAYCAN 

 

Giriş.Sınaq sözü altında adətən proqram təminatının keyfiyyətini qiymətləndirilməsi və yaxşılaşdırılması üçün həyata 

keçirilən fəaliyyət başa düşülür. Ümumiyyətlə, sınaq proqram sistemində olan qüsurları  və problemləri aşkar etməkdə 

əsaslanır.  

Proqram təminatı  sınaqların avtomatlaşdırılması – başlatma, icra, təhlil və  nəticələrin çatdırılması kimi əsas 

funksiyaları həyata keçirən avtomatlaşdırılmış test üçün istehsal olunan alətləri istifadə edərək, proqram təminatının sınaq 

prosesidir. 

Avtomatlaşdırılmış test üçün alət – sınaq skriptlərin yaradılmasını, sazlamasını (debugging), icrasını  və  nəticələrin 

təhlilini həyata keçirən proqram təminatıdır. 



Sınaq skripti – proqram təminatının müəyyən parçasını avtomatik yoxlamaq üçün hazılanmış təlimat dəsti. 

Proqram təminatının test edilməsi testlərin məhdud dəstində proqram davranışının dinamik yoxlamasından ibarətdir. 

Testlər proqramın normal halda icra olunan fəaliyyətlərindən seçilir və sistemdən uyğun olan davranışı təmin edir. 

Avtomatlaşdırılmış  sınaqların tətbiqi.  Bu siyahıda ilk olaraq performans  sınağı gedir. Yük və stressə davamlıqın, 

sabitliyin sınağı. Avtomatlaşdırılma olmadan, onun həyata keçirilməsini təsəvvür etmək geyri mümkündür. Bu səbəblə, 

müxtəlif istehsalçılardan, narahat və  zəif funksionala malik olmağına baxmayaraq, yüksək qiymətlənən alətlərin geniş 

seçimi var. 



Reqressiya testi. Reqressiya testi proqram təminatının  əvvəlki versiyada buraxılmış  və test edilmiş funksionalının 

düzgün işlənməsinin yoxlaması deməkdir. Şəraitdən asılı olan müəyyən tezliklə həyata keçirilir: kimsə hər yeni inşa (build) 

ilə, kimsə müştəri üçün hazırlanmış hər yeni versiya ilə. 

Konfiqurasiya sınağı – eyni testlərin müxtəlif  şəraitdə  həyata keçirilməsi. Yəni, verilmiş ilkin tələb siyahısında olan 

qeydlərə əsasən sistemin bir və ya bir neçə hissəsini müxtəlif şəraitdə sınaqdan keçirilməsi tələb edilirsə. Məsələn, müxtəlif 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

591 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

istehsalçılar tərəfindən təqdim olunan verilənlər bazaların dəstəyi, müxtəlif brauzerlərdə iş, bir neçə əməliyyət sistemlərinin 

istifadəsi və s. 

Funksional sınaq – yeni funksionalın sınağı. Bəzən elə olur kı, avtomatlaşdırılma olmadan bu mümkün deyil. Hətta 

sınağın yalnız bir dəfə həyata keçirilməsi tələb olunsa. Adətən, bu testlər sonra reqressiya üçün istifadə olunur. 



Quraşdırılma sınağı  – müştəri tərəfindən qoyulmuş müəyyən tələbləri nəzərə alaraq quraşdırılma  şərtlərinin və 

ayarların sınaq edilməsidir. 



Avtomatlaşdırılmanın vacib olmağının səbəbi. Testləri həm əl ilə, həm avtomatlaşdırılma alətlərdən istifadə edərək 

həyata keçirmək mümkündür. Seçim etmək üçün bu yanaşmalarının müsbət və mənfi tərəflərini anlamaq lazımdır. 

Avtomatlaşdırılma testerə hansı üstünlükləri verir: 

 

“İnsan faktorunun” olmaması. Güclü üstünlükdür. Hamımız insanıq və heç kim səhvdən sığortalanmayıb.  İcra olunan 



sınaq skripti isə laqeyd olmağına görə testi heç vaxt buraxmaz və nəticələrdə səhv etməz. 

 

Sürətlə həyata keçirilməsi. Avtomatlaşdırılmış skript sənədlərlə və təlimatla yoxlamaq üçün vaxt itirmir. 



 

Dəstək üçün az vaxt. Əgər skript artıq yazılıbsa, onun dəstəyi və  təhlili üçün eyni həcmdə olan testlərin  əl ilə həyata 

keçirilməsindən daha az vaxt tələb olunur. 

 

Hesabatlar – avtomatik olaraq göndərilən və saxlanan nəticələr hesabatı. 



 

Müdaxilə olmadan icra – testlərin icra edilməsi zamanı mühəndis digər faydalı  işlə  məşqul ola bilər, və ya testlər iş 

saatlarından sonra həyata keçirilə bilər. 

 Lakin, 


avtomatlaşdırılmanın bir sıra çatışmazlıqları var: 

  Təkrarlanma – bütün yazılmış testlər eyni cür həyata keçirilir. Bu, həm üstünlükdür, həm də çatışmamazlıq, çünki tester 

testləri əl ilə həyata keçirərkən, bəzi detallara diqqət verə bilər və ortaya çıxan defekti tapa bilər. Əfsuslar olsun ki, test-

skript bunu edə bilməz. 

  Dəstək xərcləri – nə gədər ki çox proqram dəyişirsə, xərclər o gədər də yuxarıdır. 

  İnkişaf üçün yüksək xərclər – avtomatlaşdırılmış testlərin yaradılması mürəkkəb prosesdir, çünki əslində proqramı test 

edən başqa bir proqram təminatı yaradılır. 

  Avtomatlaşdırılma alətinin dəyəri – lisenziyalı proqram təminatının istifadə edilirsə, onun qiyməti olduqca yüksək ola 

bilər. Azad yayımlanan alətlər (freeware), adətən, daha sadə və daha az praktikliyi olan funksionala malikdirlər. 

 

Kiçik xətaların buraxılması – avtomatik skript kiçik xətaları buraxa bilər.



 

Testləri necə avtomatlaşdırmaq. Birincisi, avtomatlaşdırma aləti proqram təminatının nəzarət elementlərini nə 

dərəcədə tanımasına diqqət yetirmək lazımdır. Alət elementləri tanımadığı halda müvafiq plugin və ya modul axtarmağa 

dəyər. Əgər belə plugin mövcud deyilsə, alətdən imtina etməyə dəyər.  

İkincisi, seçilmiş alət vasitəsilə yazılan skriptlərin dəstəyinə nə gədər vaxt tələb olmasına diqqət vermək lazımdır. Əgər 

proqramda hansısa elementin dəyişilməsi skriptin tam yenidən yazılmasına gətirib çıxarırsa, deməli, bu alət optimal deyil.  

Və sonuncu, yeni skriptlərin yazılması zamanı alətin nə  gədər rahat olmağına diqqət yetirmək. Nə  gədər vaxt tələb 

olunur, kodu nə gədər strukturizə etmək mümkündür, kod nə gədər rahat oxunur və s. 

Nəticə. Avtomatlaşdırılmanın müvafiqliyinə yekun qərar vermək üçün, “Bizim halda mənfi cəhətlər üstün cəhətlərdən 

üstündürmü?” suala cavab vermək lazımdır. Çatışmazlıqlar xüsusi halda məqbul deyilsə, avtomatlaşdırılmadan çəkinməyə 

dəyər. Optimal halda həm tester, həm də avtomatlaşdırılma alətlərindən məqsədəuyğyn istifadə etməyə  dəyər. Məsələn, 

rutin, hər gün icra olunmalı testləri həyata keçirmək üçün avtomatlaşdırılmış alətlər tərəfindən tətbiq etməyə dəyər. Analitik 

yanaşmanı tələb edən və yaxud sonacan təhlil edilməmiş testləri isə tester tərəfindən həyata keçirilməsinə üstünlük vermək 

lazımdır.

 

 

 



ƏLİL UŞAQLAR ÜÇÜNELEKTRON TƏHSİL PORTALININ LAYİHƏLƏNDİRİLMƏSİ  

 

Ali ŞAHİNTAŞ, Lalə BAYRAMOVA  

Qafqaz Universiteti  



bayramova_91@hotmail.com 

AZƏRBAYCAN 

 

E-təhsil təhsil sistemində  ənənəvi öyrənmə üsullarına meydan oxuyan, elektron vasitə  və  ləvazimatlardan istifadə 



edərək bilik əldə edilməsinə imkan verən İnternet töhfəsidir.  

Hər birqurum, dövlət və s . e-təhsil üçün fərqli sistemlər istifadə etsələr də əsas etibarı ilə e-təhsil kompyuter, internet, 

telefon kimi müasir telekommunikasiya vasitələrindən istifadə edərək məlumatın çatdırılması  məqsədini daşıyır. Bu 

vasitələr sayəsində məlumatın daha geniş kütlələrə sürətli  bir şəkildə ötürülməsi mümkün olur.  



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

592 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

E-təhsil haqqında məlumatlar son 10-15 ildə daha geniş yayılmasına baxmayaraq, onun tarixi daha qədimdir.İlk  

kompyuterləşdirilmiş sistemlər ortaya çıxarıldıqdan bir müddət sonra bunun təhsildə istifadə oluna biləcəyi düşünülmüşdür. 

1960-cı illər kompyuterləşdirilmiş sistemlərdən  təhsil, biznes, təlim, ordu kimi bir çox sahələrdə istifadə olunmağa 

başlanğıc oldu.Bu zamanda İngiltərə bir sıra yeniliklərlə tanındı. Məsələn, 1963-cü ildə The British Computer Society 

kompyuter tədrisi üçün School’s Committee yaratdı. 1965-ci ildə ilk dəfə olaraq məktəblərdə kompyuter quraşdırıldı. 1967-

ci ildə The National Council for Education(NCET) yaradıldı. 

E-təhsilin ənənəvi tədris metodlarından fərqli aşkar bir çox faydaları vardır. Bunlardan ən başlıcası vaxt və qiymətlə 

əlaqəli üstünlükləri saymaq olar. Məs: hər hansı bir xarici ölkədə baş tutacaq təlimin e-təhsil vasitəsi ilə səyahət etmədən və 

bunun üçün xüsusi bir vaxt ayırmadan  əldə edilməsi mümkündür. Ümumi olaraq e-təhsilin faydalarını  aşağıdakı kimi 

sıralamaq mümkündür: 

  Öyrənmək üçün zaman və məkan məhdudiyyətinin olmaması   

  Fərdi bilik səviyyəsinə uyğun təlim materiallarını təmin edilə bilmə imkanı  

  Fərdi və ya qrup şəklində olan təlimlərdən eyni zamanda yararlanma imkanı 

  Zaman itkisinin qarşısının alınması 

  Vəsaitlərin fərdə uyğun təmin edilməsi sayəsində təlimlərin daha effektiv şəkildə qavranılması 

  Təlimlərlə bağlı yeniliklərin asan  şəkildə çatdırılma və əldə etmə imkanı  

  Böyük kütlələr  (məs: məktəb şagirdləri) üçün nəzərdə tutulan dərs və təlimlərin asan şəkildə idarə edilə bilməsi  

  Əldə edilən biliklərin paylaşılma və müzəkirə ediləbilmə imkanı  

Tədqiqat işimdə e-təhsilin bu faydalarından fərqli bir sahədə, əlillərə yardım məqsədilə yararlanmanın yolları və buna 

dair yerinə yetirilməsi planlanan işlərdən bəhs ediləcəkdir. E-təhsilin  əlillər üçün istifadə  məqsədi ilə planlanan bu 

çalışmanın mərkəzində  əlillərin təhsil materiallarını  əldə edə biləcəkləri, interaktiv çalışma  şəraitini təmin edəcək bir 

portalın hazırlanması vardır. Əlil uşaqlar üçün yaradılacaq bu tipli  bir  portalin faydaları da çox olacaqdır.  Əsas məqsəd bu 

cür uşaqların cəmiyyətdən təcrid olunmasının qarşısını almaqdır. 

 

Portalda dərslər mərkəzləşmiş bir sistemlə idarə olunacaqdır. Evində internet olan hər bir kəs dərslərə qoşula biləcək. 



Portalda müxtəlif fənlər üzrə hazır video  dərslər, pdf və ya video dərsliklər mövcud olacaqdır. Ayrıca şagirdlərin diqqətini 

cəlb edəcək və maraqlı faktların əks olunacağı “Bunları bilmək maraqlıdır” bölməsinin olmağı nəzərdə tutulur. Portaldan iki 

şəkildə faydalanmaq mümkündür : qeydiyyatsız və qeydiyyatlı. 

Qeydiyyatda olmayan şagirdlər portalda olan hazır pdf və ya video dərsliklərdən istifadə edə,“Bunları bilmək  

maraqlıdır “ bölməsini izləyə bilər.  Şagird bilik səviyyəsini müəyyən etmək üçün online imtahanda iştirak edə biləcək.  

Həmçinin sualları olan şagirdlər və ya valideynlər online chat və e-mail sistemindən istifadə edərək suallarını ünvanlaya 

bilərlər. 

Qeydiyyatda olan şagirdlər üçün aşağıdakı imkanlar olacaqdır: 

1.  Telekonfrans(müəllimlə video dərslərə qatıla biləcəklər.Əlilliyindən asılı olaraq fərqli  şəkildə tədris metodlarının 

tətbiqi nəzərdə tutulur. Məs: Lal uşaqlar üçün lal dilini bilən müəllim nəzərdə tutulub. Belə olan halda şagird işarələrlə 

video dərsdə müəllimə sual verdikdə müəllim onu başa düşəcək və cavablayacaq.)Müəllim və şagirdlər video chat vasitəsilə 

bir-birilərini görə biləcəklər. Dərsdə hansı  şagirdin iştirak edib etmədiyini müəyyən edən status göstərici sistem də 

olacaqdır. 

2.  Chat xidməti. Müəllim və  şagird günün müəyyən saatlarında müəllimlə chat ilə  əlaqə quraraq suallarını  və 

müraciətlərini bildirəcəklər. 

3.  Chat xidməti(Psixoloqla). Problemləri olan, cəmiyyətdən özünü uzaq hiss edən şagirdlər bu chat xidməti vasitəsilə 

psixoloqla əlaqə saxlayacaqlar, problemlərini bildirəcək, psixoloji yardım alacaqlar. 

4.  Forum. Qeydiyyatda olan və olmayan şagirdlər üçün nəzərdə tutulub. Qeydiyyatda olanlar sual və cavablarını, 

münasibətlərini bildirdikləri halda qeydiyyatda olmayan şagirdlər forumdan sadəcə izləyərək faydalana biləcəklər.  

5.  E-mail. Qeydiyyatda olan və olmayan şəxslər üçün nəzərdə tutulub.  

6.  Gələcəkdə online dərsliklərlə yanaşı, çap olunmuş  şəkildə kitablar da mümkün olacaqdır. Bunlar poçt vasitəsilə 

şagirdlərə çatdırılması planlaşdırılır. 

7.  Hər tədris proqramının sonu şagirdlər test edilərək qiymətləndiriləcək. İl sonu şagird online imtahana qoşulacaq və 

imtahanlardamüvəffəq olanşagirdlər növbəti tədris mərhələsinə buraxıla biləcəkdir.  

 

Proyektin həyata keçirilməsi ilə birlikdə əlillərin tədris sistemində qarşılaşdığı bir çox problemlərin həll edilə bilməsi  



mümkün olacaqdır. Ümumiyyətlə bu cür sosial proyektlərin cəmiyyətə faydaları danılmazdır.   

 

 



 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

593 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN KİTABXANALARINDA İNFORMASİYA                        

TEXNOLOGİYALARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ 

 

Sevda MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 



sevda_memmedli @mail.ru  

AZƏRBAYCAN 



 

Dövlətimizin hərtərəfli inkişafı respublikada bir çox sahələrdə olduğu kimi kitabxana işinin də getdikcə inkişaf 

etməsinə, kitabxana işində  dəyişikliklər aparılmasına  şərait yaratmışdır. Bu dəyişikliklər həm kitabxana işi təcrübəsində, 

həm də onun elmi nəzəri bazasını  təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü göstərir. Müstəqillik dövründə 

baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi ucun şərait 

yaratdı.Cəmiyyətdə informasiya proseslərinin avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya 

sistemləri yaradılmışdır və onları funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya idarəetmə, hesablama, 

məlumatın işlənməsi, kitabxana-informasiya sistemləri və s. adlandırılmışdır. 

Yeni informasiya texnologiyalarına keçid nəinki Azərbaycan kitabxanaları, həm də dünya kitabxanaları üçün xarakterik 

olan bir sıra mürəkkəb problemlərin həllini qarşıya qoyur. Kitabxana və informasiya mərkəzləri kommunikasiya və texniki 

vasitələrlə birlikdə ölkənin informasiya infrastrukturunu təşkil edir. Bu səbəbdən təsadüfi deyildir ki, kitabxana informasiya 

texnologiyaları kitabxana-informasiya işinə təsir göstərən əsas faktorlardan biridir, cəmiyyətin informasiyalaşması səviyyəsi 

bilavasitə bu texnologiyaların  inkişaf səviyyəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını 

tələb edir. Kitabxana proseslərinin avtomatlaşdırılması isə, öz növbəsində müasir kitabxana-informasiya texnologiyalarının 

tətbiqi ilə  sıx  əlaqədardır.  İnformasiya texnologiyaları – obyektin, prosesin və ya hadisənin (informasiya məhsulunun) 

vəziyyəti haqqında yeni informasiyaların alınması üçün məlumatın (ilkin informasiyanın) toplanması, emalı  və 

mübadiləsində istifadə olunan metod və vasitələrin məcmudur.  İnformasiya texnologiyalarının inkişafı  və onların insan 

fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi, müasir cəmiyyətin bütün quruluş elementlərini dəyişərək onu transformasiya edir. 

Xüsusilə kitabxana fəaliyyətinin bütün sahələrinə surətlə nüfuz etməkdə olan informasiya texnologiyaları  (şəbəkə 

texnologiyaları), hər bir istifadəçiyə informasiya proseslərində (informasiya hazırlanması  və yayılması, informasiya 

xidmətlərinin təqdim edilməsi və onların istifadə edilməsi) iştirak etmək imkanı yaradan şəbəkə infrastrukturunun 

interaktivliyi, o cümlədən, kommunikasiya  mühitinin özünü təşkil və özünü inkişafa uyğunlaşması ilə şərtlənir. 

İnformasiyalaşdırılmış cəmiyyətin mühüm təzahür forması olan kitabxana-informasiya texnologiyalarının bir çox tətbiq 

vasitələri və istiqamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır: 

- CD-ROM 

 

- Şəbəkə texnologiyaları 



- Elektron kataloq 

- Elektron kitabxana 

- Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s. 

Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar 

atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış  və ümumiyyətlə, bu istiqamət dövlət 

siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar informasiyalaşdırılmış  cəmiyyətin  əsas atributlarından biri, 

informasiya müəssisələrinin  ən mühüm vasitəsi olduğu kimi, müasir kitabxana da informasiya texnologiyası olmadan 

səmərəli fəaliyyət göstərə bilməz. Bu fəaliyyətin də  əsas elementləri kimi kitabxanaların texniki təchizatını,  İnternetə 

qoşulması  və veb saytının yaradılmasını göstərmək olar. Saytın  əsas resurslarına isə  məlumat bazaları, elektron kataloq

elektron kitabxana, kitabxananın fəaliyyətini əks etdirən məlumatlar, keciriləcək tədbirlər haqqında anonslar və s. daxildir. 

XX  əsrin sonlarında kitabxanaların həyatında  ən böyük dəyişikliklər elektron kataloq və elektron kitabxanaların 

yaranması oldu. Yeni kitabxana informasiya mühiti kompüter texnologiyalarının və telerabitə vasitələrinin geniş istifadəsi 

bazasında korporativ, milli və qlobal kitabxana-informasiya sistemləri şəbəkəsinin yaradılması ilə müəyyənləşir. Şəbəkənin 

əsas seqmentləri elektron kitabxana kataloqları, elektron informasiya resursları bazasında formalaşdırılan elektron 

kitabxanalar, online rejimində sənəd-informasiya mübadiləsi və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan intellektual 

elektron kitabxanalardır. 

Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək və mövcud problemləri aradan 

qaldırmaq məqsədilə respublika kitabxanalarında  informasiya texnologiyalarının tətbiqinin müasir vəziyyətinin daimi 

monitorinqinin aparılması məqsədəuyğundur. Belə monitorinqlər kitabxanada həyata keçirilən müxtəlif proseslərin işləmə 

mexanizminin yoxlanılması, tətbiq edilən elektron kitabxana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya 

tələbatının ödənilməsinin səviyyəsinin müəyyən edilməsi məqsədilə keçirilə bilər. 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

594 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN TƏHSİL SİSTEMİNDƏ ORTA MƏKTƏB MÜƏLLIMLƏRİNİN                           

İKT BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ METODLARI 

 

Əli HƏSƏNOV

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu  



alihasanov@gmail.com 

AZƏRBAYCAN 

 

Müasir dövrdə qloballaşan dünyamızda İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) çox böyük sürətlə inkişaf 



etməkdədir.İKT həyatın hər bir sahəsində öz yerini tutaraq genişləməkdədir.  Bu da öz növbəsində sənaye cəmiyyətindən 

informasiya cəmiyyətinə keçidi sürətləndirməktədir. İnformasiya cəmiyyətinin xüsusiyyəti ondan ibarətdir ki, əhali müasir 

İKT-dən istifadə edərək ehtiyac duyduğu məlumatları əldə edə bilir, saxlaya bilir, ötürülməsini təmin edə bilir. 

İKT-nin inkişafı  təhsil sahəsinin inkişafına da təsir göstərməkdədir. Bu baxımdan gələcəyimizi quracaq 

müəllimlərimizin hərtərəfli inkişafını təmin etmək üçün onların İKT bacarıqlarını inkişaf etdirmək günün əsas tələblərindən 

biridir. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və bunlardan faydalanaraq ölkəmizdə  tətbiq edilməsi 

imkanlarının araşdırılması qarşıya məqsəd kimi qoyula bilər. Qonşu Türkiyə Cümhuriyyətində müəllimlərin  İKT 

bacarıqlarının inkişafı proqramı Təhsil Nazirliyinə bağlı Hizmetiçi Eğitim Daire Başkanlığı (HEDB) tərəfindən aparılır [1]. 

HEDM hər il Təhsil nazirliyinə görüləcək işlərin planını hazırlayıb təqdim edir. Bu plana görə müəllimlərlə  əsasən 2 

istiqamətdə fəaliyyətlər aparırlar: 

  Əsas İKT bilikləri və bacarıqlarını aşılamaq 

  “Kompyuter innovativ müəllimlər”in köməyi ilə müəllimlərin təlim-tədris fəaliyyətlərində  İKT imkanlarından   

istifadə edə bilməsini təmin etmək 

HEDB-dən  əlavə  məktəb rəhbərlikləri universitetlərlə  əməkdaşlıq edərək bu növ fəaliyyətləri həyata keçirirlər. 

Universitetlərdən müvafiq ixtisaslar üzrə  təcrübəli müəllim heyəti tərəfindən orta məktəb müəllimlərinə kurslar təşkil 

edirlər.  



Azərbaycan Respublikasındakı mövcud vəziyyət 

Respublikamızda da məllimlərin  İKT bacarıqlarının inkişaf etdirilməsi məsələsi  ən aktual məsələlərdəndir. Müasir 

İKT-dən istifadə etməklə  təhsilin keyfiyyətini yüksəltmək, ölkədəki təhsil sisteminin dünya təhsil sisteminə  və  əhalinin 

informasiya cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 21 Avqust 2004-

cü ildə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı 

Proqramı (2005-2007-ci illər)” [2] və 10 iyun 2008-ci ildə  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil 

sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nı  təsdiq edib [3]. Bu proqramların  əsas vəzifələri arasında 

ümumtəhsil məktəblərinin müasir tipli kompyuter avadanlıqları ilə təchiz olunması, ümumtəhsil məktəblərində şəxsi heyətin 

İKT-dən öz fəaliyyət sahələrində istifadə etməsinin öyrədilməsi, Azərbaycan Respublikası  təhsil sisteminin informasiya 

infrastrukturunun yaradılması  və s. nəzərdə tutulmuşdur. Proqramlara əsasən təhsil sistemində çalışanların  İKT üzrə 

savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi Təhsil Nazirliyinin rəhbərliyi ilə müvafiq 

qurumlar tərəfindən həyata keçirilir.  

 2011-ci  ildə YUNESKO-nun təşəbbüsü, Təhsil və Rabitə  və  İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə 

“Biliklərə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər” mövzusunda konfrans 

keçirilmişdir. Bu konfrans çərçivəsində AMEA İnformasiya Texnologiyaları  İnstitunda  “Açıq təhsil resursları” 

mövzusunda seminar təşkil olunmuşdur [4]. 

"Mədəd" təşkilatı  tərəfindən 4 istiqamətdə  təlimlər aparılmışdır: "Müəllimlərin peşəkarlıq səviyyəsinin 

təkmilləşdirilməsi", "İntel - Gələcək üçün təhsil", "Elektron məktəb" və  "İnzibati-idarəetmə heyəti üçün İKT-nin təhsilə 

tətbiqi" təlimləri. Bu istiqamətdə Qafqaz universitetinin fəaliyyətini də göstərə bilərik [5]. Belə ki, Qafqaz Universitetinin 

təşkilatçılığı ilə 2005, 2009, 2010-cu illərdə 4 dəfə olmaqla təlim kursları keçirilmişdir. Bu kurslarda Abşeron, Sumqayıt, 

Xırdalan və  Xızı ümumtəhsil məktəblərindən 400-ə yaxın informatika və digər fənn müəllimləri iştirak edib. Kurslar 4 

modul üzərə aparılıb, bunlar aşağıdakılardır: 

  Kompyuterlərin əsasları və Kompyuter vasitəsiylə təlim məlumatları 

  Windows əməliyyat sistemi və Office proqramları 

  Kompyuter təlim proqramları və onların hazırlanma texnologiyaları 

  Təlim məqsədli veb saytlarının hazırlanması texnologiyaları 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin