II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
577
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Faylda yol seqmentlərinin(ROAD_SEGMENT : RS ) məlumatları ardıcıl olaraq saxlanılır.
RS1 RS2 RS3 RS4 RS5 --- --- --- RSn_1 RSn
Hər bir yol seqmenti (RS) özündə atributlar saxlayır.
Seqmentinin identifikatorunu (rs_id)
Seqmentin başlanğıc təpəsinin identifikatoru (src_id)
Seqmentin son təpəsinin identifikatoru (dst_id)
Seqmentin uzunluğu (geo_length)
Seqmentin istiqamət göstəricisi(one_way)
Seqmentdə olan təpələrin sayı (count_vertex)
Seqmentdə olan təpələrin koordinantları (x,y)
s_id rc_id st_id geo_length one_way count_vertex
coords
x y
...
x y
int int nt
int
char
Int
double double ... double double
AZƏRBAYCAN BANKLARINDA ORACLE İSTİFADƏÇİ TƏHLÜKƏSİZLİYİNİN
MÜASSİR VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ
Gültəkin HƏSƏNOVA
Qafqaz Universiteti
gultekin398@mail.ru
AZƏRBAYCAN
Oracle verilənlər bazası böyük həcmdə məlumatın çox istifadəçili mühitdə toplanmasını və bazaya etibarlı bir şəkildə
girişi təmin edir. Bu səbəbdən Azərbaycanda bank sektorunun çox hissəsində Oracle verilənlər bazası ilə işləməyə üstünlük
verilir. Bank daxildən və xaricdən səlahiyyətsiz istifadəçilərin – hackerlərin, bədniyyətli şəxslərin bazaya girişinin qarşısını
almalıdır. Xaricdən Oracle VB-nın istifadəçitəhlükəsizliyini təmin etmək üçün firеwall-lardan istifadə edilir və firewall-lar
vasitəsilə xarici qüvvələrin bankın məxfi məlumatlarını ələ keçirilməsinin qarşısı alınır.
Araşdırılan banklara nəzər yetirdikdə, görürük ki, əksəriyyət bankda Oracle VB-nın istifadəçi təhlükəsizliyinin
xaricdən müdafiəsinə daha çox diqqət yetirilir, daxildən müdafiə üçün isə zəif və standart üsullardan istifadə edilir və bugün
bankda çalışan bədniyyətli bir işçinin edə biləcəkləri düşünülmür.
Banklarda daxili səviyyədə istifadəçi təhlükəsizliyini təmin etmək üçün şifrəli qorunmadan və istifadəçi profile-ından
istifadə olunur.
VB təhlükəsizlik sistemləri müdafiəsi üçün istifadə edilən şifrələrin tez sınan olduğunu nəzərə alaraq Oracle VB-sı
Şifrənin İdarə edilməsi siyasətindən istifadə edir. VB adminstratorları və təhlükəsizlik işçiləri VB -nin istifadəçi
səviyyəsində təhlükəsizliyini təmin etmək üçün istifadəçinin şifrələrini istifadəçi profile ilə nəzarət altında saxlayırlar.
VB-nın resurslardan istifadənin limitini təyin edən parametrlər toplusu profile adlanır.Profile CREATE PROFILE əmri
ilə yaradılır. Yaradılmış profile istifadəçiyə CREATE USER, yaxud ALTER USER əmri ilə verilir. Əgər limit parametrləri
təyin olunubsa, istifadəçi limiti keçməməlidir.
Əgər istifadəçi limiti keçərsə, onda istifadəçinin hesabı bloka düşür və hesabın blokdan
PASSWORD_LOCK_TIME
parametrində göstərilən vaxtdan tez çıxarılmasını adminstrator
ALTER USER USERNAME ACCOUNT UNLOCK
əmri ilə yerinə yetirir.
PROFILE-ın parametrlərinin bəziləri aşağıda qeyd etdiyimiz kimidir:
FAILED_LOGIN_ATTEMPTS-Oracle istifadəçisinin hesabının bloklanmasına səbəb olan uğursuz giriş cəhdinin
maksimum sayını göstərir.
PASSWORD_LIFE_TIME- Bir şifrənin davamlılıq müddətini, yəni bir şifrənin maksimum istifadə ediləcəyi müddəti
göstərir.
PASSWORD_GRACE_TIME- bu parametri ilə göstərilən müddət başa çatdıqdan sonra istifadəçiyə şifrəni dəyişmək
üçün verilən əlavə gün sayını göstərir.
PASSWORD_LOCK_TIME- Uğursuz cəhddən sonra hesabın neçə müddət blokda qalacağını göstərir. Default olaraq
UNLIMITED olaraq təyin olunur.
PASSWORD_REUSE_MAX - Bir şifrənin yenidən istifadə edilməsi üçün lazım olan minimum fərqli parol sayını
göstərir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
578
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
PASSWORD_REUSE_TIME - Bir şifrənin təkrar istifadə edilməsi üçün keçməsi lazım olan minimum müddəti
göstərir.
"Bank Avrasiya" bankının Oracle VB-sinin Progress profile-ındə bu parametrlərin qiyməti aşağıdakı kimidir:
FAILED_LOGIN_ATTEMPTS 7
cəhd
PASSWORD_LIFE_TIME
45 gün
PASSWORD_GRACE_TIME Unlimited
PASSWORD_LOCK_TIME
0.0006 gün
PASSWORD_REUSE_MAX 10
PASSWORD_REUSE_TIME
Unlimited
Bu üsullardan da göründüyü kimi bankda məlumatlar VB adminstratorlarından və ya administrator səlahiyyətli
şəxslərdən, təhlükəsizlik işçilərindən müdafiə olunmur.
Azərbaycan banklarında əsas problemlərdən biri məlumat bazasının yüksək səlahiyyətli şəxslərə açıq olması və
məhdudiyyət inqoyulmamasıdır. Dünyanın bir sıra böyük şirkətlərində, banklarında işçinin qurumun məxfi məlumatlarını
əldə etməsi nəticəsində çalışdığı müəssisəyə maddi və mənəvi zərər dəymişdir. Belə bir hadisə Şotlandiya dövlət bankında
olmuşdur. Burada VBA vəzifəsində çalışan işçi müştərilərin email ünvanlarını reklam agentliyinə satmışdır.
Bu gün bir çox banklarımızda bu kimi oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün təhlükəsizlik sistemi
mövcud deyil.
Banklarda VBA vəzifəsində işləyən işçiyə etibar edilərək bazada saxlanılan məxfi məlumatların onlar tərəfindən
görünməsinə icazə verilir. Bəzən, VBA öz səlahiyyətlərindən sui-istifadə edə bilər. Bunun qarışısını almaq üçün Oracle
verilənlər bazası öz VBA-sını izləyən və ona nəzarət edən, lazım gəldikdə VBA-nın səlahiyyətlərini azalda bilən tək
verilənlər bazasıdır. Bu prosedur Oracle database vault üsulu vasitəsilə yerinə yetirilir. Oracle database vault bir istifadəçi
təhlükəsizliyi üsuludur.
Verilənlər bazasına giriş səlahiyyəti olan istifadəçilərin məxfi məlumatları əldə etməsini nəzarət altında saxlayır. Başqa
sözlə, Verilənlər bazasında saxlanılan məxfi məlumatlara kimin, nə vaxt, haradan və necə çata biləcəyinə dair siyasətləri
inkişaf etdirən bir təhlükəsizlik üsuludur.
Oracle database vault-un komponentləri- realms, command rules, factors, rule sets, secure application rules- məxfi
məlumatları vaxta, İP adresə, kimlik yoxlama üsullarına görə icazəsiz girişdən təhlükəsiz şəkildə müdafiə edir və vəzifələrin
ayrılmasını tələb edir.
Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanda Oracle database vault istifadəçi təhlükəsizliyi üsulundan
yalnız iki bankda-Kapital bank və Yapı Kredi Bankda istifadə olunur.Kapital bankda bu üsul artıq çoxdan tətbiq edilir.Yapı
Kredi Bankda isə bu üsul test rejimindədir və Tətbiqi səviyyədə testlər aparılır. Digər banklarda isə bu üsul hələlik tətbiq
olunmur.
Tətbiq olunmamasının əsas səbəbi kimi Oracle database vault-dan istifadənin çox işçi tələb etməsi və maddi xərclərin
artıq olması göstərilə bilər.
Hal-hazırda əksər banklarda Oracle-ın bütün istiqamətləri üzrə təhlükəsizlik işlərinə ən çoxu üç nəfər nəzarət edir.
Kiçik banklarda isə təhlükəsizlik diqqətdən kənar vəziyyətdədir.
KİTABXANA İŞİNİN İNNOVATİV İNKİŞAFINDA İKT-nin ROLU
Nərminə ABDULLAYEVA
AMEA Mərkəzi Elmi Kitabxana
abdullaevanarmina@gmail.com
AZƏRBAYCAN
Elmin müxtəlif sahələrinin informasiyalaşdırilması, kompüter, telekommunikasiya texnologiyalarının və müasir
informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və
istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin
inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısını isə yalnız ən yeni İKT-dan istifadə etməklə, kitab-informasiya
fondlarını elektronlaşdırmaqla almaq olar. Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdırılması, elektron nəşrlər, bir çox
elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər,
distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Hazırkı dövrdə bir sıra akademik elmi tədqiqat institutlarının
kitabxanaları, muzey və arxivlərində kompüterləşdirilmə işləri səylə davam etdirilir və demək olar ki, elmin inkişaf mərkəzi
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
579
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olan AMEA sisteminin bütün institut və təşkilatları İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də
həyata keçirməlidir:
Kitabxana-informasiya resuslarının tam elektronlaşdırılması;
Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanının yaradılması;
Rəqəmsal kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
Beynəlxalq Elmi verilənlər bazasına girişin təmin olunması;
Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
İnformasiya mərkəzləri və kitabxana fondları arasında səmərəli əlaqənin qurulması;
Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.
Son illər dünyada informasiya cəmiyyətinin formalaşması prosesi baş verir ki, bu cəmiyyətdə informasiya və biliklərin
istehsalı, əldə edilməsi, yayılması və təcrübədə tətbiqi sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilmişdir.
Kitabxanalarda, muzey, arxiv və s. digər elm və mədəniyyət müəssisələrində toplanan informasiya kütlələri bu prosesdə
başlıca rol oynayır. Bir çox beynəlxalq proqram və layihələrdə ( məs., YUNESCO-nun “Informasiya hami üçün” və s.)
mədəniyyət sahəsinin informasiyalaşdırılmasına, mədəni müəssisələrdə İKT əsasında yeni xidmət növlərinin inkişaf
etdirilməsi, mədəni və elmi irsin rəqəmsallaşdırılması və onlara açıq çıxışın təmin olunması, elektron kitabxanaların
yaradılmasına böyük diqqət yetirilmişdir. Bildiyimiz kimi İnformasiya texnologiyaları anlayışı geniş mənada
informasiyanın yaradılması, ötürülməsi, saxlanılması, qəbulu və s.-nin bütün sahələrini əhatə edir və bu yalnızca kompüter
texnologiyalarına aid deyil. Ancaq çox zaman İT kompüter texnologiyaları ilə assosiasiya olunur və bu da təsadüfi deyildir.
Çünki kompüter texnologiyalarının yaranması İT-nı yeni bir mərhələyə qaldırdı. Informasiyanın əsas toplandığı yer isə
məlum olduğu kimi kitabxanalardır. Bu günün kitabxanalarını yeni informasiya texnologiyarından ayrı düşünmək qeyri-
mümkündür. Müasir dövrdə kitabxanalarda İKT-nın bir sıra növlərindən istifadə edilir: şəbəkə texnologiyası, elektron poçt,
axtarış sistemləri və s. Dünyada çap və audiovizual irsin rəqəmli formaya keçirilməsi prosesi aktiv şəkildə gedir. Məhz
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsinin məhsulu olan elektron kitabxanalar alim və
mütəxəssislərə bir sıra yeni mühüm imkanlar yaradır. Belə ki, onlar özlərində görünüşünə, növünə görə müxtəlif,
mətnşəkilli, həm də istənilən digər informasiya növlərini, məs., şəkil, xəritə, audio, video və hətta virtual laboratoriyaları da
əks etdirə bilir. Əlbəttə ki, bütün bu texnologiyaların özünün çatışmayan çəhətləri vardır və bizim də məqsədimiz bütün bu
üstünlükləri və çatışmazlıqları araşdırıb öyrənməkdir.
Fəaliyyəti tədqiq edilən AMEA Mərkəzi Elmi Kitabxanası geniş istifadəçi kontingentinə xidmət edir. Kitabxananın
üzərinə daha geniş perspektivli xidmət üsullarının həyata keçirilməsi kimi məsuliyyətli iş düşür. Son illərdə kitabxana İKT
sahəsində bir sıra maraqlı layihələr üzərində işləməkdədir. Kitabxana qəbul edilmiş Dövlət Proqramı və onun respublikada
həyata keçirilməsi istiqamətində kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqun yaradılması
və istifadəçilərə fasiləsiz on–line xidmətləri göstərilməsi, informasiya mərkəzinin yaradılması və digər həlli vacib
məsələləri yerinə yetirmişdir. Azərbaycanda kitabxana işinin inkişafı və dünya standartları səviyyəsinə çatdırılması
mərhələsinin formalaşdırılmasında kitabxanamız öz layiqli töhfələrini vermişdir. Kitabxanada Rusiyanın EBNİT
Assosiasiyasının İRBİS–64 Avtomatlaşdırılmış Kitabxana–İnformasiya sistemi proqram təminatı tətbiq edilərək kitabxana–
biblioqrafiya proseslərinin tam avtomatlaşdırılması həyata keçirilmişdir. Kitabxana prosesləri tam avtomatlaşdırılmaqla,
kitabxanada kitabların kataloq kartoçkaları, formulyarlar, kitabxana statistikası, oxucu qeydiyyatı, kitab verilişi,
komplektləşdirmə, nüfuzlu ad faylları, sənədin elektron çatdırılması, tam mətnli xidmət və ümumilikdə bütün kitabxana
xidmətlərinin kompleks avtomatlaşdırilması kimi bütün proseslər günün tələbləri səviyyəsində çatdırılmışdır. Kitab, ardı
davam edən nəşrlər, DVD, CD və dövri mətbuat materiallarının maşınla oxuna bilən kataloqları və sistemdən çıxan kağız
kataloqları da hazırlanmışdır. Oxucu artıq kitabxanamıza daxil olduğu andan qısa bir müddətdə sorğusuna konkret cavab ala
bilir . Respublikanın kitabxana işi tarixində ilk təcürbə olan bu Toplu kataloqdan istifadə, Azərbaycan Respublikası
Prezidentinin 2013–cü ilin Azərbaycan Respublikasında “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilməsi
haqqında 2013–cü il 16 yanvar sərəncamının yerinə yetirilməsi sahəsində ilk yenilik kimi Azərbaycan kitabxanaşünaslıq
tarixində öz sözünü deyəcəkdir. Odur ki, Toplu kataloq region kitabxanalarından tutmuş, kütləvi şəhər kitabxanalarına kimi
bütün kitabxanaların kitab təsvirlərinin təsnifatın ən son əlavə və dəyişikliklərinə uyğun təsvir edilməsinə imkan verir.Toplu
kataloqun yaradılması və ondan istifadə istər ənənəvi kitabxanaçılıqda, istərsə də müasir kitabxanaçılıqda kitabxanaçı
əməyinin asanlaşdırılması istiqamətində böyük müsbət üstünlüklər verir. Toplu kataloqda axtarış nəşrin tipi, növü, geniş,
sadə, lüğət, rubrikator, KBT, açar söz, müəllif, nəşr ili, sərlövhə irbis axtarış növlərinin daxilində isə bölünmüş axtarış
ünsürləri 42-dən artıqdır ki, bunu da axtarışda əyani göstərmək yolu ilə daha aydın görmək olar. Artıq respublikanın
kitabxanalarının çoxu avtomatlaşdırılmışdır. Bununla belə, avtomatlaşdırılmış kitabxana informasiya sistemlərində bəzi
çatışmayan xüsusiyyətlər vardır ki, bunların da araşdırılıb aradan qaldırılması mütəxəssislərin üzərinə düşür. Sonda onu
qeyd etmək lazımdır ki, müasir informasiya-kommunikasiya texnologiyaları olmadan kitabxana işində heç bir inkişafdan,
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
580
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
innovativ yeniliklərdən danışmaq olmaz. Çünki informasiya axının həddən artıq yüksək olduğu bir dövrdə oxucuların, alim
və tədqiqatçıların tələbatını effektiv ödəmək üçün kitabxana xidmətinin ən səmərəli üsulları, beynəlxalq elmi bazalara daxil
olmaq ancaq və ancaq yüksək keyfiyyətli İNTERNET baglantısı və son texnologiyaların tətbiqi ilə mümkündür.
LEGO MINDSTORMS NXT 2.0 ROBOT KİTİNDƏN HAZIRLANMIŞ
“SMART CAR” –AĞILLI MAŞIN PROTOTİPİ
Fikrət BAYRAMLI, Ümit İLHAN
Qafqaz Universiteti
f.bayramli@ictsrcqu.org , uilhan@qu.edu.az
AZƏRBAYCAN
Abstrakt—Bu məqalədə qarşıya qoyulmuş əsas problemlər: NXT 2.0 robot kitindən ağıllı maşın prototipi hazırlamaq,
istifadə olunan 2 ədəd “NXT 2.0 Brick” arasında “Bluetooth”la məlumat mübadiləsi üçün yeni alqoritmin qurulması və
kodun yazılması üsulları göstərilmişdir.
Açar sözlər—smart car, ağıllı maşın, bluetooth, robot, ultrasonic sensor, light sensor
Lego Mindstorms NXT 2.0 robot kiti oyuncaq şirkəti olan Lego şirkətinin istehsalıdır. Bu kitləri Lego oyuncaqlarından
fərqli edən isə onların proqramlaşdırıla bilinməsi xüsusuiyyətidir. Bu kitlərin 3 müxtəlif firmware (əməliyyat sistemi) və 3
müxtəlif proqramlaşdırma dili dəstəkləyir: a) Mindstorms firmware, b) leJos firmware [1], c) RobotC firmware
Bu kitin əsas tərkib hissəsi bunlardır: 1 ədəd NXT brick, 3 ədəd motor, 4 ədəd sensor, təkərlər və digər birləşdirici hissələr.
NXT brick—Bir ədəd “brick”də 3 ədəd motor giriş/çıxış portu, 4 ədəd sensor giriş/çıxış portu və 1 ədəd
proqramlaşdırma giriş/çıxış portu, 1 ədəd LCD ekran və 4 ədəd də düymə vardır. Qidalanması isə 6 ədəd standart 1.5V-luq
və ya 1 ədəd yenidən doldurula bilən 11V-luq batareya vasitəsilədir.
Sensorlar—Hər bir kitin üzərində standart olaraq 4 ədəd sensor olur: Ultrasonic sensor, Sound sensor, Touch
sensor, Light sensor. Amma bundan əlavə Color sensor, Gyroscope Sensor, Accelerometer sensor, Temperature sensor,
Angle sensor, Infrared sensor, GPS sensor və s. kimi müxtəlif cür sensorlar mövcuddur.
Motorlar—Motorlar servo motorlardır. Normal motorlardan fərqləri odur ki, mexanizm işləyərkən yaranan xətaları
avtomatik olaraq aradan qaldırır. Yəni dayandığı vəziyyətdən kənara çıxmamağa çalışır.
Lego NXT Mindstorms 2.0 robotunun əsas hissələri bunlardır: a) NXT brick, b) Motor, c) Touch Sensor, d) Sound
Sensor, e) Light Sensor, f) Ultrasonic Sensor
Bu kitin çox şey dəstəkləməsi onun istifadəsini daha da artırır. Çünki hissələrin sayının çox olması ondan qurulacaq
robotların sayını artırır, hər kəs öz xəyalında olan robot prototipini bu kitlə hazırlaya bilər. Bir çox sənaye və hərbi
robotların da prototipləri bu robotlardan hazırlanır. Eyni zamanda bu robotlarla elmi işlər də aparılır.
Hazırda dünyada “self driving car”, “autonomous car” və buna bənzər layihələr üzərində avtomobil şirkətləri,
universitetlər və digər araşdırma qrupları işləyir.
Avtomobil şirkətlərindən və araşdırma laboratotiyalarından bu layihə üzərində işləyən ən qabaqcıl şirkətlər bunlardır
[2] [3] [4] [5] [6]:MERCEDES, VOLVO, TOYOTA, NISSAN, AUDI, VOLKSWAGEN, OXFORD UNIVERSITY,
UNIVERSITY OF MICHIGAN, GOOGLE, STANFORD’S DYNAMIC DESIGN LAB, VOLKSWAGEN’S
ELECTRONICS RESEARCH LAB.
Bu layihənin digərlərindən əsas fərqi sürücüyə nəzarət etmək, onun xətalarını aradan qaldırmaq və ötmə əməliyyatı
zamanı vəziyyəti dəyərləndirmək və ona uyğun hərəkət etməkdir.
Lego Mindstorms robot kitindən hazırlanmış robotlarda əsasən aşağıdakı problemlər mövcuddur:
Robotun dizaynı və qurulması—robotun ölçüsü necə seçilməlidir? Nələrdən istifadə olunmalıdır?
Sensorların seçilməsi və onların robot üzərində yerləşdirilməsi—Robotun yolu, hərəkətdə olan cisimləri və
maneələri tanıması üçün hansı sensorlardan istifadə etmək lazımdır? Və onları doğru şəkildə təyin etmək üçün bu sensorlar
hansı vəziyyətdə yerləşdirilməlidir?
Əlaqələrin qurulması—Hansı motor? Hansı sensor hansı brick-ə qoşulmalıdır? Brick-lər arasında əlaqə necə təmin
edilməlidir?
Alqoritmin qurulması
İstifadə ediləcək firmware və proqramlaşdırma dilinin seçilməsi və kodun yazılması
Robotun test edilməsi üçün lazımi şəraitin yaradılması və test edilməsi
2 ədəd brick, 2 ədəd motor, 3 ədəd ultrasonic sensor, 4 ədəd light sensor və digər birləşdirici hissələrdən istifadə
etməklə robotun qurulması və sensorların seçilib yerləşdirilməsi problemi həll olundu. Sensorların yerləşməsinə və portların
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
581
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yerləşmə istiqamətinə görə doğru kabellərin seçilməsi ilə motorlar-brick, sensorlar- brick arasındakı əlaqə, Bluetooth
vasitəsi ilə də brick-lər arasındakı əlaqə problemi həll olundu. Robotun quruluşuna və hazırlanan test şəraitinə görə
alqoritm qurulması, alqoritmə uyğun kod yazılması üçün müvafiq firmware və proqramlaşdırma dili seçilməsi ilə də
alqoritmin qurulması, proqramlaşdırma dilinin seçilməsi və testlərin keçirilməsi problemləri həll olundu.
Önümüzdəki müddətdə robotun ön hissəsinə 1 ədəd ultrasonic sensor da əlavə olunacaq. Yanaşı duran ultrasonic
sensorların obyektləri qarışdırma problemi yaranacaq. Bu problem də “Üçbucaq” adı verdiyimiz alqoritmlə aradan
qaldıracaq. Obyekt tanıma üçün proqramlana bilən kameralardan istifadə olunacaq.
Robot hazırlanan alqoritmə və koda görə doğru şəkildə işləyir. Testlərdən uğurla keçib. Testlərin cox az hissəsində
yanılmalar olur. Bu layihə hələ ki, test mərhələsindədir. Layihə tamamlananda səhvlər tamamilə aradan qaldırılacaq.
[1] http://www.lejos.org/
[2] http://www.carscoops.com/2013/09/mercedes-benz-presents-self-driving-new.html
[3] http://www.techradar.com/news/car-tech/volvo-aims-for-zero-deaths-with-autonomous-car-tech-1166533
[4] http://inhabitat.com/stanford-universitys-self-driving-audi-tts-hits-120-mph-on-the-racetrack/
[5] http://www.audiusanews.com/newsrelease.do;jsessionid=3D287086875E30BC8A441A7ACBE3264B?&id=2079
&allImage=1&teaser=autonomous-audi-tts-pikes-peak-achieves-year%E2%80%99s-goal&mid=
http://news.stanford.edu/news/2012/august/shelley-autonomous-car-081312.html
SİMSİZ ŞƏBƏKƏLƏR ÜÇÜN HAZIRLANMIŞ MÖVCUD
TCP PROTOKOLLARININ ANALİZİ
Əhəd MƏMMƏDOV, Babək ABBASOV
Qafqaz Universiteti
ahadm@qu.edu.az, babbasov@qu.edu.az
AZƏRBAYCAN
TCP protokolu əsasən etibarlı sayılan naqilli şəbəkələr üçün hazırlanmışdır. Etibarlı sayılmasının səbəbi isə naqilli
şəbəkələrdə kəsintinin çox nadir hallarda baş verməsidir. Əlaqə kəsildikdə, problemin əsasən tıxanma nəticəsində yarandığı
güman edilir. Bu səbəbdən Simsiz Şəbəkələrdə hər yaranan kəsinti zamanı, TCP protokolu səbəbi tıxanmada görür. Nəticə
etibarilə daima tıxanma nəzarəti tədbirləri (congestion control measures) cəlb edilir. Əslində isə simsiz şəbəkələrdə kəsinti
əsasən link xətalarından, müxtəlif maneələrdən və mobil hostun hərəkətlilik səbəbindən yaranır. Məhz bu səbəbdən bu cür
mühitlər üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində bir çox təkliflər hazırlanmışdır. Bu təkliflərdə simsiz
şəbəkələrdəki itkinin bərpası TCP-dən kənarda həll edilməsi nəzərdə tutulmuşdur. Bunun üçün itən məlumatın təkrar
göndərilməsi lokal olaraq baza stansiyalarında (wireless access point-larda) həyata keçirilir.
Bilindiyi kimi simsiz şəbəkələrdə yaranan xətaların sayı naqilli şəbəkə mühitlərindəki saydan qat-qat çoxdur. Naqilli
şəbəkələrdə ümumiyyətlə xətalar kabelin fiziki zədələnməsindən və ya xətdəki tıxanıqlıqdan yaranırsa da, simsiz
şəbəkələrdə bu səbəblər aşağıdakılardan biri ola bilər:
simsiz şəbəkənin toqquşma nəticəsində yaranan kanal xətaları
simsiz ötürmələrin potensial israfı
hand-off səbəbilə yaranan kəsintili gecikmələr
əlaqənin kəsilməsi
yüksək BER (Bit Error Rate / Bit Xəta Nisbəti)
hostun hərəkətliliyi
topologiya fərqliliyi
və s.
Simsiz şəbəkələr üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində hazırlanmış təkliflər əsasən iki
kateqoriyaya bölünür: transport səviyyəsində işləyən (mis. Mobile TCP (MTCP), Indirect TCP və s.), digəri link
səviyyəsində çalışan (mis. Snoop Protocol, Wireless TCP (WTCP) və s.) alqoritmlər. Fərqli səviyyələrdə aparılan
eksperimentlər nəticəsində müxtəlif hallar üçün çeşidli protokollar hazırlanmışdır. Bəzi parametlər üzərində dəyişikliklər
edilərək mühitə uyğun protokol seçilə bilər.
Simsiz şəbəkələrdə məlumat itkisi əsasən Səyyar Host (MH - Mobile Host) ilə Baza Stansiyası (BS - Base Station)
arasında yaranır. Belə olduqda itkinin bərpası əsasən baza stansiyalarında həyata keçirilir. Bunun üçün baza stansiyasından
səyyar hosta göndətilən hər məlumatın nüsxəsi buffer-də saxlanılır. Səyyar hostdan ACK alınmadığı təqdirdə göndərən
tərəfə bu barədə məlumat verilmir, birbaşa buffer-dən yenidən göndərilir. Bu yolla həm itkilər daha qısa zaman ərzində
bərpa edilmiş olur, həm də göndərən tərəf gərəksiz yerə məşğul edilməmiş olur.
|