Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə126/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   122   123   124   125   126   127   128   129   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

577 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Faylda  yol seqmentlərinin(ROAD_SEGMENT  : RS ) məlumatları ardıcıl olaraq saxlanılır. 

RS1 RS2 RS3 RS4 RS5 --- --- --- RSn_1 RSn 

 

Hər bir yol seqmenti  (RS) özündə atributlar saxlayır. 



  Seqmentinin identifikatorunu (rs_id) 

  Seqmentin başlanğıc təpəsinin identifikatoru (src_id) 

  Seqmentin son təpəsinin identifikatoru  (dst_id) 

  Seqmentin uzunluğu (geo_length) 

  Seqmentin istiqamət göstəricisi(one_way) 

  Seqmentdə olan təpələrin sayı (count_vertex) 

  Seqmentdə olan  təpələrin koordinantları (x,y) 

s_id rc_id st_id geo_length one_way count_vertex 

coords 

x y 


... 

x y 


int  int  nt 

int 


char 

Int 


double double ... double double 

 

 



AZƏRBAYCAN BANKLARINDA ORACLE İSTİFADƏÇİ TƏHLÜKƏSİZLİYİNİN 

MÜASSİR VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ 

 

Gültəkin HƏSƏNOVA  

Qafqaz Universiteti 



gultekin398@mail.ru 

AZƏRBAYCAN 



 

Oracle verilənlər bazası böyük həcmdə məlumatın çox istifadəçili mühitdə toplanmasını və bazaya etibarlı bir şəkildə 

girişi təmin edir. Bu səbəbdən Azərbaycanda bank sektorunun çox hissəsində Oracle verilənlər bazası ilə işləməyə üstünlük 

verilir. Bank daxildən və xaricdən səlahiyyətsiz istifadəçilərin – hackerlərin, bədniyyətli şəxslərin bazaya girişinin qarşısını 

almalıdır. Xaricdən Oracle VB-nın istifadəçitəhlükəsizliyini təmin etmək üçün firеwall-lardan istifadə edilir və firewall-lar 

vasitəsilə xarici qüvvələrin bankın məxfi məlumatlarını ələ keçirilməsinin qarşısı alınır. 

Araşdırılan banklara nəzər yetirdikdə, görürük ki, əksəriyyət  bankda Oracle VB-nın istifadəçi təhlükəsizliyinin 

xaricdən müdafiəsinə daha çox diqqət yetirilir, daxildən müdafiə üçün isə zəif və standart üsullardan istifadə edilir və bugün 

bankda çalışan bədniyyətli bir işçinin edə biləcəkləri düşünülmür. 

Banklarda daxili səviyyədə  istifadəçi təhlükəsizliyini təmin etmək üçün şifrəli qorunmadan və istifadəçi profile-ından 

istifadə olunur. 

VB təhlükəsizlik sistemləri müdafiəsi üçün istifadə edilən  şifrələrin tez sınan olduğunu nəzərə alaraq Oracle VB-sı 

Şifrənin  İdarə edilməsi siyasətindən istifadə edir. VB adminstratorları  və  təhlükəsizlik işçiləri VB -nin istifadəçi 

səviyyəsində təhlükəsizliyini təmin etmək üçün istifadəçinin şifrələrini istifadəçi profile ilə nəzarət altında saxlayırlar. 

VB-nın resurslardan istifadənin limitini təyin edən parametrlər toplusu profile adlanır.Profile CREATE PROFILE əmri 

ilə yaradılır. Yaradılmış profile istifadəçiyə CREATE USER, yaxud ALTER USER əmri ilə verilir. Əgər limit parametrləri 

təyin olunubsa, istifadəçi limiti keçməməlidir. 

Əgər istifadəçi limiti keçərsə, onda istifadəçinin hesabı bloka düşür və hesabın blokdan 



PASSWORD_LOCK_TIME 

parametrində göstərilən vaxtdan tez çıxarılmasını adminstrator 



ALTER USER USERNAME ACCOUNT UNLOCK 

əmri ilə yerinə yetirir. 

PROFILE-ın parametrlərinin bəziləri aşağıda qeyd etdiyimiz kimidir: 

FAILED_LOGIN_ATTEMPTS-Oracle istifadəçisinin hesabının bloklanmasına səbəb olan uğursuz giriş  cəhdinin 

maksimum sayını göstərir. 

PASSWORD_LIFE_TIME- Bir şifrənin davamlılıq müddətini, yəni bir şifrənin maksimum istifadə ediləcəyi müddəti 

göstərir. 

PASSWORD_GRACE_TIME- bu parametri ilə göstərilən müddət başa çatdıqdan sonra istifadəçiyə şifrəni dəyişmək 

üçün verilən əlavə gün sayını göstərir. 

PASSWORD_LOCK_TIME- Uğursuz cəhddən sonra hesabın neçə müddət  blokda qalacağını göstərir. Default olaraq 

UNLIMITED olaraq təyin olunur. 

PASSWORD_REUSE_MAX - Bir şifrənin yenidən istifadə edilməsi üçün lazım olan minimum fərqli parol sayını 

göstərir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

578 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

PASSWORD_REUSE_TIME - Bir şifrənin təkrar istifadə edilməsi üçün keçməsi lazım olan minimum müddəti 

göstərir. 

"Bank Avrasiya" bankının Oracle VB-sinin Progress profile-ındə bu parametrlərin qiyməti aşağıdakı kimidir: 

 

FAILED_LOGIN_ATTEMPTS 7 



cəhd 

PASSWORD_LIFE_TIME

45 gün

PASSWORD_GRACE_TIME Unlimited 



PASSWORD_LOCK_TIME

0.0006 gün

PASSWORD_REUSE_MAX 10 

PASSWORD_REUSE_TIME

Unlimited

 

Bu üsullardan da göründüyü kimi bankda məlumatlar VB adminstratorlarından və ya administrator səlahiyyətli 



şəxslərdən, təhlükəsizlik işçilərindən müdafiə olunmur. 

Azərbaycan banklarında  əsas problemlərdən biri məlumat bazasının yüksək səlahiyyətli  şəxslərə açıq olması  və 

məhdudiyyət inqoyulmamasıdır. Dünyanın bir sıra böyük şirkətlərində, banklarında işçinin qurumun məxfi məlumatlarını 

əldə etməsi nəticəsində çalışdığı müəssisəyə maddi və mənəvi zərər dəymişdir. Belə bir hadisə Şotlandiya dövlət bankında 

olmuşdur. Burada VBA vəzifəsində çalışan işçi müştərilərin email ünvanlarını reklam agentliyinə satmışdır. 

Bu gün bir çox banklarımızda bu kimi oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün təhlükəsizlik sistemi 

mövcud deyil. 

Banklarda VBA vəzifəsində  işləyən işçiyə etibar edilərək bazada saxlanılan məxfi məlumatların onlar tərəfindən 

görünməsinə icazə verilir. Bəzən, VBA öz səlahiyyətlərindən sui-istifadə edə bilər. Bunun qarışısını almaq üçün Oracle 

verilənlər bazası öz VBA-sını izləyən və ona nəzarət edən, lazım gəldikdə VBA-nın səlahiyyətlərini azalda bilən tək 

verilənlər bazasıdır. Bu prosedur Oracle database vault üsulu vasitəsilə yerinə yetirilir. Oracle database vault  bir istifadəçi 

təhlükəsizliyi üsuludur. 

Verilənlər bazasına giriş səlahiyyəti olan istifadəçilərin məxfi məlumatları əldə etməsini nəzarət altında saxlayır. Başqa 

sözlə, Verilənlər bazasında saxlanılan məxfi məlumatlara kimin, nə vaxt,  haradan və necə çata biləcəyinə dair siyasətləri 

inkişaf etdirən bir təhlükəsizlik üsuludur. 

Oracle database vault-un komponentləri- realms, command rules, factors, rule sets, secure application rules- məxfi 

məlumatları vaxta, İP adresə, kimlik yoxlama üsullarına görə icazəsiz girişdən təhlükəsiz şəkildə müdafiə edir və vəzifələrin 

ayrılmasını tələb edir. 

Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanda Oracle database vault istifadəçi təhlükəsizliyi üsulundan 

yalnız iki bankda-Kapital bank və Yapı Kredi Bankda istifadə olunur.Kapital bankda bu üsul artıq çoxdan tətbiq edilir.Yapı 

Kredi Bankda isə bu üsul test rejimindədir və Tətbiqi səviyyədə testlər aparılır. Digər banklarda isə bu üsul hələlik tətbiq 

olunmur. 

Tətbiq olunmamasının əsas səbəbi kimi Oracle database vault-dan istifadənin çox işçi tələb etməsi və maddi xərclərin 

artıq olması göstərilə bilər. 

Hal-hazırda  əksər banklarda Oracle-ın bütün istiqamətləri üzrə  təhlükəsizlik işlərinə  ən çoxu üç nəfər nəzarət edir. 

Kiçik banklarda isə təhlükəsizlik diqqətdən kənar vəziyyətdədir. 

 

 

KİTABXANA İŞİNİN İNNOVATİV İNKİŞAFINDA İKT-nin ROLU 



 

Nərminə ABDULLAYEVA 

AMEA Mərkəzi Elmi Kitabxana 



abdullaevanarmina@gmail.com 

AZƏRBAYCAN 



 

Elmin müxtəlif sahələrinin informasiyalaşdırilması, kompüter, telekommunikasiya texnologiyalarının və müasir 

informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və 

istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin 

inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısını isə yalnız  ən yeni İKT-dan istifadə etməklə, kitab-informasiya 

fondlarını elektronlaşdırmaqla almaq olar. Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdırılması, elektron nəşrlər, bir çox 

elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, 

distant tədris texnologiyaları yaradılır və istifadə edilir.  Hazırkı dövrdə bir sıra akademik elmi tədqiqat institutlarının 

kitabxanaları, muzey və arxivlərində kompüterləşdirilmə işləri səylə davam etdirilir və demək olar ki, elmin inkişaf mərkəzi 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

579 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olan AMEA sisteminin bütün institut və  təşkilatları  İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də 

həyata keçirməlidir: 

  Kitabxana-informasiya resuslarının tam elektronlaşdırılması; 

  Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanının yaradılması; 

  Rəqəmsal kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi; 

  ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi; 

  Beynəlxalq Elmi verilənlər bazasına girişin təmin olunması; 

  Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi

  İnformasiya mərkəzləri və kitabxana fondları arasında səmərəli əlaqənin qurulması; 

  Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması; 

  Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s. 

Son illər dünyada informasiya cəmiyyətinin formalaşması prosesi baş verir ki, bu cəmiyyətdə informasiya və biliklərin 

istehsalı, əldə edilməsi, yayılması və təcrübədə tətbiqi sosial-iqtisadi inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilmişdir. 

Kitabxanalarda, muzey, arxiv və s. digər elm və  mədəniyyət müəssisələrində toplanan informasiya kütlələri bu prosesdə 

başlıca rol oynayır. Bir çox beynəlxalq proqram və layihələrdə ( məs., YUNESCO-nun “Informasiya hami üçün” və s.) 

mədəniyyət sahəsinin informasiyalaşdırılmasına, mədəni müəssisələrdə  İKT  əsasında yeni xidmət növlərinin inkişaf 

etdirilməsi, mədəni və elmi irsin rəqəmsallaşdırılması  və onlara açıq çıxışın təmin olunması, elektron kitabxanaların 

yaradılmasına böyük diqqət yetirilmişdir. Bildiyimiz kimi İnformasiya texnologiyaları anlayışı geniş  mənada 

informasiyanın yaradılması, ötürülməsi, saxlanılması, qəbulu və s.-nin bütün sahələrini əhatə edir və bu yalnızca kompüter 

texnologiyalarına aid deyil. Ancaq çox zaman İT kompüter texnologiyaları ilə assosiasiya olunur və bu da  təsadüfi deyildir. 

Çünki kompüter texnologiyalarının yaranması    İT-nı yeni bir mərhələyə qaldırdı. Informasiyanın  əsas toplandığı yer isə 

məlum olduğu kimi kitabxanalardır. Bu günün kitabxanalarını yeni informasiya texnologiyarından ayrı düşünmək qeyri-

mümkündür. Müasir dövrdə kitabxanalarda İKT-nın bir sıra növlərindən istifadə edilir: şəbəkə texnologiyası, elektron poçt, 

axtarış sistemləri və s. Dünyada çap və audiovizual irsin rəqəmli formaya keçirilməsi prosesi aktiv şəkildə gedir. Məhz 

informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsinin məhsulu olan elektron kitabxanalar alim və 

mütəxəssislərə bir sıra yeni mühüm imkanlar yaradır. Belə ki, onlar özlərində görünüşünə, növünə görə müxtəlif, 

mətnşəkilli, həm də istənilən digər informasiya növlərini, məs., şəkil, xəritə, audio, video və hətta virtual laboratoriyaları da 

əks etdirə bilir. Əlbəttə ki, bütün bu texnologiyaların özünün çatışmayan çəhətləri vardır və bizim də məqsədimiz bütün bu 

üstünlükləri və çatışmazlıqları araşdırıb öyrənməkdir.  

Fəaliyyəti tədqiq edilən AMEA Mərkəzi Elmi Kitabxanası geniş istifadəçi kontingentinə xidmət edir. Kitabxananın 

üzərinə daha geniş perspektivli xidmət üsullarının həyata keçirilməsi kimi məsuliyyətli iş düşür. Son illərdə kitabxana İKT 

sahəsində bir sıra maraqlı layihələr üzərində işləməkdədir. Kitabxana qəbul edilmiş Dövlət Proqramı və onun respublikada 

həyata keçirilməsi istiqamətində kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqun yaradılması 

və istifadəçilərə fasiləsiz on–line xidmətləri göstərilməsi, informasiya mərkəzinin yaradılması  və digər həlli vacib 

məsələləri yerinə yetirmişdir. Azərbaycanda kitabxana işinin inkişafı  və dünya standartları  səviyyəsinə çatdırılması 

mərhələsinin formalaşdırılmasında kitabxanamız öz layiqli töhfələrini vermişdir. Kitabxanada Rusiyanın EBNİT 

Assosiasiyasının İRBİS–64 Avtomatlaşdırılmış Kitabxana–İnformasiya sistemi proqram təminatı tətbiq edilərək kitabxana–

biblioqrafiya proseslərinin tam avtomatlaşdırılması  həyata keçirilmişdir. Kitabxana prosesləri tam avtomatlaşdırılmaqla, 

kitabxanada kitabların kataloq kartoçkaları, formulyarlar, kitabxana statistikası, oxucu qeydiyyatı, kitab verilişi

komplektləşdirmə, nüfuzlu ad faylları, sənədin elektron çatdırılması, tam mətnli xidmət və ümumilikdə bütün kitabxana 

xidmətlərinin kompleks avtomatlaşdırilması kimi bütün proseslər günün tələbləri səviyyəsində çatdırılmışdır. Kitab, ardı 

davam edən nəşrlər, DVD, CD və dövri mətbuat materiallarının maşınla oxuna bilən kataloqları və sistemdən çıxan kağız 

kataloqları da hazırlanmışdır. Oxucu artıq kitabxanamıza daxil olduğu andan qısa bir müddətdə sorğusuna konkret cavab ala 

bilir . Respublikanın kitabxana işi tarixində ilk təcürbə olan bu Toplu kataloqdan istifadə, Azərbaycan Respublikası 

Prezidentinin 2013–cü ilin Azərbaycan Respublikasında “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilməsi 

haqqında 2013–cü il 16 yanvar sərəncamının yerinə yetirilməsi sahəsində ilk yenilik kimi Azərbaycan kitabxanaşünaslıq 

tarixində öz sözünü deyəcəkdir. Odur ki, Toplu kataloq region kitabxanalarından tutmuş, kütləvi şəhər kitabxanalarına kimi 

bütün kitabxanaların kitab təsvirlərinin təsnifatın ən son əlavə və dəyişikliklərinə uyğun təsvir edilməsinə imkan verir.Toplu 

kataloqun yaradılması  və ondan istifadə istər  ənənəvi kitabxanaçılıqda, istərsə  də müasir kitabxanaçılıqda kitabxanaçı 

əməyinin asanlaşdırılması istiqamətində böyük müsbət üstünlüklər verir. Toplu kataloqda axtarış  nəşrin tipi, növü, geniş, 

sadə, lüğət, rubrikator, KBT, açar söz, müəllif, nəşr ili, sərlövhə irbis axtarış növlərinin daxilində isə bölünmüş axtarış 

ünsürləri 42-dən artıqdır ki, bunu da axtarışda  əyani göstərmək yolu ilə daha aydın görmək olar. Artıq respublikanın 

kitabxanalarının çoxu avtomatlaşdırılmışdır. Bununla belə, avtomatlaşdırılmış kitabxana informasiya sistemlərində  bəzi 

çatışmayan xüsusiyyətlər vardır ki, bunların da araşdırılıb aradan qaldırılması mütəxəssislərin üzərinə düşür. Sonda onu 

qeyd etmək lazımdır ki, müasir informasiya-kommunikasiya texnologiyaları olmadan kitabxana işində heç bir inkişafdan, 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

580 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

innovativ yeniliklərdən danışmaq olmaz. Çünki informasiya axının həddən artıq yüksək olduğu bir dövrdə oxucuların, alim 

və tədqiqatçıların tələbatını effektiv ödəmək üçün kitabxana xidmətinin ən səmərəli üsulları, beynəlxalq elmi bazalara daxil 

olmaq ancaq və ancaq yüksək keyfiyyətli İNTERNET baglantısı və son texnologiyaların tətbiqi ilə mümkündür. 

 

 

LEGO MINDSTORMS NXT 2.0 ROBOT KİTİNDƏN HAZIRLANMIŞ                                      



“SMART CAR” –AĞILLI MAŞIN PROTOTİPİ 

 

Fikrət BAYRAMLI, Ümit İLHAN 

Qafqaz Universiteti 

f.bayramli@ictsrcqu.org , uilhan@qu.edu.az 

AZƏRBAYCAN

 

 

Abstrakt—Bu məqalədə qarşıya qoyulmuş əsas problemlər: NXT 2.0 robot kitindən ağıllı maşın prototipi hazırlamaq,  



istifadə olunan 2 ədəd “NXT 2.0 Brick” arasında “Bluetooth”la məlumat mübadiləsi üçün yeni alqoritmin qurulması  və 

kodun yazılması üsulları göstərilmişdir. 



Açar sözlər—smart car, ağıllı maşın, bluetooth, robot, ultrasonic sensor, light sensor 

Lego Mindstorms NXT 2.0 robot kiti oyuncaq şirkəti olan Lego şirkətinin istehsalıdır. Bu kitləri Lego oyuncaqlarından 

fərqli edən isə onların proqramlaşdırıla bilinməsi xüsusuiyyətidir. Bu kitlərin 3 müxtəlif firmware (əməliyyat sistemi) və 3 

müxtəlif proqramlaşdırma dili dəstəkləyir: a) Mindstorms firmware, b) leJos firmware [1], c) RobotC firmware 

Bu kitin əsas tərkib hissəsi bunlardır: 1 ədəd NXT brick, 3 ədəd motor, 4 ədəd sensor, təkərlər və digər birləşdirici hissələr. 

  NXT brick—Bir ədəd “brick”də 3 ədəd motor giriş/çıxış portu, 4 ədəd sensor giriş/çıxış portu və 1 ədəd 

proqramlaşdırma giriş/çıxış portu, 1 ədəd LCD ekran və 4 ədəd də düymə vardır. Qidalanması isə 6 ədəd standart 1.5V-luq 

və ya 1 ədəd yenidən doldurula bilən 11V-luq batareya vasitəsilədir. 

  Sensorlar—Hər bir kitin üzərində standart olaraq 4 ədəd sensor olur: Ultrasonic sensor, Sound sensor, Touch 

sensor, Light sensor. Amma bundan əlavə Color sensor, Gyroscope Sensor, Accelerometer sensor, Temperature sensor, 

Angle sensor, Infrared sensor, GPS sensor və s. kimi müxtəlif cür sensorlar mövcuddur. 

  Motorlar—Motorlar servo motorlardır. Normal motorlardan fərqləri odur ki, mexanizm işləyərkən yaranan xətaları 

avtomatik olaraq aradan qaldırır. Yəni dayandığı vəziyyətdən kənara çıxmamağa çalışır. 

Lego NXT Mindstorms 2.0 robotunun əsas hissələri bunlardır: a) NXT brick, b) Motor, c) Touch Sensor, d) Sound 

Sensor, e) Light Sensor, f) Ultrasonic Sensor 

Bu kitin çox şey dəstəkləməsi onun istifadəsini daha da artırır. Çünki hissələrin sayının çox olması ondan qurulacaq 

robotların sayını artırır, hər kəs öz xəyalında olan robot prototipini bu kitlə hazırlaya bilər. Bir çox sənaye və  hərbi 

robotların da prototipləri bu robotlardan hazırlanır. Eyni zamanda bu robotlarla elmi işlər də aparılır.  

Hazırda dünyada “self driving car”, “autonomous car” və buna bənzər layihələr üzərində avtomobil şirkətləri, 

universitetlər və digər araşdırma qrupları işləyir.  

Avtomobil şirkətlərindən və araşdırma laboratotiyalarından bu layihə üzərində  işləyən ən qabaqcıl şirkətlər bunlardır 

[2] [3] [4] [5] [6]:MERCEDES, VOLVO, TOYOTA, NISSAN, AUDI, VOLKSWAGEN, OXFORD UNIVERSITY, 

UNIVERSITY OF MICHIGAN, GOOGLE, STANFORD’S DYNAMIC DESIGN LAB, VOLKSWAGEN’S 

ELECTRONICS RESEARCH LAB. 

Bu layihənin digərlərindən  əsas fərqi sürücüyə  nəzarət etmək, onun xətalarını aradan qaldırmaq və ötmə  əməliyyatı 

zamanı vəziyyəti dəyərləndirmək və ona uyğun hərəkət etməkdir. 

Lego Mindstorms robot kitindən hazırlanmış robotlarda əsasən aşağıdakı problemlər mövcuddur: 

  Robotun dizaynı və qurulması—robotun ölçüsü necə seçilməlidir? Nələrdən istifadə olunmalıdır? 

  Sensorların seçilməsi və onların robot üzərində yerləşdirilməsi—Robotun yolu, hərəkətdə olan cisimləri və 

maneələri tanıması üçün hansı sensorlardan istifadə etmək lazımdır? Və onları doğru şəkildə təyin etmək üçün bu sensorlar 

hansı vəziyyətdə yerləşdirilməlidir? 

  Əlaqələrin qurulması—Hansı motor? Hansı sensor hansı brick-ə qoşulmalıdır? Brick-lər arasında əlaqə necə təmin 

edilməlidir? 

  Alqoritmin qurulması  

  İstifadə ediləcək firmware və proqramlaşdırma dilinin seçilməsi və kodun yazılması 

  Robotun test edilməsi üçün lazımi şəraitin yaradılması və test edilməsi 

2  ədəd brick, 2 ədəd motor, 3 ədəd ultrasonic sensor, 4 ədəd light sensor və digər birləşdirici hissələrdən istifadə 

etməklə robotun qurulması və sensorların seçilib yerləşdirilməsi problemi həll olundu. Sensorların yerləşməsinə və portların 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

581 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

yerləşmə istiqamətinə görə doğru kabellərin seçilməsi ilə motorlar-brick, sensorlar- brick arasındakı  əlaqə, Bluetooth 

vasitəsi ilə  də brick-lər arasındakı    əlaqə problemi həll olundu. Robotun quruluşuna və hazırlanan test şəraitinə görə 

alqoritm qurulması, alqoritmə uyğun kod yazılması üçün müvafiq firmware və proqramlaşdırma dili seçilməsi ilə  də 

alqoritmin qurulması, proqramlaşdırma dilinin seçilməsi və testlərin keçirilməsi problemləri həll olundu. 

Önümüzdəki müddətdə robotun ön hissəsinə 1 ədəd ultrasonic sensor da əlavə olunacaq. Yanaşı duran ultrasonic 

sensorların obyektləri qarışdırma problemi yaranacaq. Bu problem də “Üçbucaq” adı verdiyimiz alqoritmlə aradan 

qaldıracaq. Obyekt tanıma üçün proqramlana bilən kameralardan istifadə olunacaq. 

Robot hazırlanan alqoritmə  və koda görə doğru  şəkildə  işləyir. Testlərdən uğurla keçib. Testlərin cox az hissəsində 

yanılmalar olur. Bu layihə hələ ki, test mərhələsindədir. Layihə tamamlananda səhvlər tamamilə aradan qaldırılacaq. 

[1]  http://www.lejos.org/ 

[2]  http://www.carscoops.com/2013/09/mercedes-benz-presents-self-driving-new.html 

[3]  http://www.techradar.com/news/car-tech/volvo-aims-for-zero-deaths-with-autonomous-car-tech-1166533 

[4]  http://inhabitat.com/stanford-universitys-self-driving-audi-tts-hits-120-mph-on-the-racetrack/ 

[5]  http://www.audiusanews.com/newsrelease.do;jsessionid=3D287086875E30BC8A441A7ACBE3264B?&id=2079

&allImage=1&teaser=autonomous-audi-tts-pikes-peak-achieves-year%E2%80%99s-goal&mid=   

http://news.stanford.edu/news/2012/august/shelley-autonomous-car-081312.html 

 

 



SİMSİZ ŞƏBƏKƏLƏR ÜÇÜN HAZIRLANMIŞ MÖVCUD                                                   

TCP PROTOKOLLARININ ANALİZİ 

 

Əhəd MƏMMƏDOV, Babək ABBASOV 

Qafqaz Universiteti 



ahadm@qu.edu.az, babbasov@qu.edu.az 

AZƏRBAYCAN 



 

TCP protokolu əsasən etibarlı sayılan naqilli şəbəkələr üçün hazırlanmışdır. Etibarlı sayılmasının səbəbi isə naqilli 

şəbəkələrdə kəsintinin çox nadir hallarda baş verməsidir. Əlaqə kəsildikdə, problemin əsasən tıxanma nəticəsində yarandığı 

güman edilir. Bu səbəbdən Simsiz Şəbəkələrdə hər yaranan kəsinti zamanı, TCP protokolu səbəbi tıxanmada görür. Nəticə 

etibarilə daima tıxanma nəzarəti tədbirləri (congestion control measures) cəlb edilir. Əslində isə simsiz şəbəkələrdə kəsinti 

əsasən link xətalarından, müxtəlif maneələrdən və mobil hostun hərəkətlilik səbəbindən yaranır. Məhz bu səbəbdən bu cür 

mühitlər üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində bir çox təkliflər hazırlanmışdır. Bu təkliflərdə simsiz 

şəbəkələrdəki itkinin bərpası TCP-dən kənarda həll edilməsi nəzərdə tutulmuşdur. Bunun üçün itən məlumatın təkrar 

göndərilməsi lokal olaraq baza stansiyalarında (wireless access point-larda) həyata keçirilir. 

Bilindiyi kimi simsiz şəbəkələrdə yaranan xətaların sayı naqilli şəbəkə mühitlərindəki saydan qat-qat çoxdur. Naqilli 

şəbəkələrdə ümumiyyətlə  xətalar kabelin fiziki zədələnməsindən və ya xətdəki tıxanıqlıqdan yaranırsa da, simsiz 

şəbəkələrdə bu səbəblər aşağıdakılardan biri ola bilər: 

  simsiz şəbəkənin toqquşma  nəticəsində yaranan kanal xətaları 



  simsiz ötürmələrin potensial israfı 

  hand-off səbəbilə yaranan kəsintili gecikmələr 



  əlaqənin kəsilməsi 

  yüksək BER (Bit Error Rate / Bit Xəta Nisbəti) 



  hostun hərəkətliliyi 

  topologiya fərqliliyi 



və s. 

Simsiz  şəbəkələr üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində hazırlanmış  təkliflər  əsasən iki 

kateqoriyaya bölünür: transport səviyyəsində  işləyən (mis. Mobile TCP (MTCP), Indirect TCP və s.), digəri link 

səviyyəsində çalışan (mis. Snoop Protocol, Wireless TCP (WTCP) və s.) alqoritmlər. Fərqli səviyyələrdə aparılan 

eksperimentlər nəticəsində müxtəlif hallar üçün çeşidli protokollar hazırlanmışdır. Bəzi parametlər üzərində  dəyişikliklər 

edilərək mühitə uyğun protokol seçilə bilər. 

Simsiz  şəbəkələrdə  məlumat itkisi əsasən Səyyar Host (MH - Mobile Host) ilə Baza Stansiyası (BS - Base Station) 

arasında yaranır. Belə olduqda itkinin bərpası əsasən baza stansiyalarında həyata keçirilir. Bunun üçün baza stansiyasından 

səyyar hosta göndətilən hər məlumatın nüsxəsi buffer-də saxlanılır. Səyyar hostdan ACK alınmadığı  təqdirdə göndərən 

tərəfə bu barədə  məlumat verilmir, birbaşa buffer-dən yenidən göndərilir. Bu yolla həm itkilər daha qısa zaman ərzində 

bərpa edilmiş olur, həm də göndərən tərəf gərəksiz yerə məşğul edilməmiş olur. 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin