Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


AZƏRBAYCANIN AVİASİYA SEKTORUNDA ERP(ENTERPRISE RESOURCE PLANNING-



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə123/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   119   120   121   122   123   124   125   126   ...   144

 

AZƏRBAYCANIN AVİASİYA SEKTORUNDA ERP(ENTERPRISE RESOURCE PLANNING-

MÜƏSSİSƏNİN RESURSLARININ PLANLAŞDIRILMASI) SİSTEMLƏRİN TƏTBİQİ 

 

L.N.ƏHMƏDOV,M.C. MƏLIKOVA  

Milli Aviasiya Akademiyası

 

mmalikova@azal.az,madina_458a@mail.ru 

         AZƏRBAYCAN 

 

90 ci illərin əvvəllərində analitik şirkət olan Gartner Group yeni anlayış daxil edərək MRPII (Manufacturing Resource 



Planning ) –İstehsalat Proseslərinin Planlaşdırılması  modulu ilə FRP (Finance Requirements Planning)  -Maliyyə Planlaş-

dırılması modulunu inteqrasiya  edərək yeni Müəssisədə Resurların Planlaşdırılması ERP (Enterprise Resource Planning)  

sistemini yaratdılar. 

ERP sistemlər - müəssisənin idarə edilməsinin vahid sistemi olub iqtisadi, kommersiya məsələlərinin, istehsalatın, 

loqistikanın, sifarişlərin emalı və digər kritik vacib biznes proseslərin avtomatlaşdırılmış idarəetmə sistemidir. 

ERP  Sistemlərin  tətbiqi anbar ehtiyatlarını minimallaşdırmağa, istehsalat dövriyyəsini optimallaşdırmağa, sifarişlərin 

emalını sürətləndirməyə və müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmağa icazə verir. 

Müəssisənin resurslarının planlaşdırılması  sistemi  aşağıdakılara əsaslanır: 

  Proqnozlaşdırma 



  Layihə və proqramların idarəsi 

  Məhsul və texnologiya haqqında informasiyanın toplanması, emalı, saxlanılması 



  Xərclərin idarə edilməsi, maliyyə,  kadrların idarəsi və s. 

ERP-sistemlər—planlaşdırmanın, nəzarətin və müəssisənin bütün əsas biznes-əməliyyatlarının analizinin 

avtomatlaşdırması üçün bir-birinə inteqrasiya olunmuş  informasiya sahəsini yaratmağa icazə verən inteqrasiya olunmuş 

proqramların  yığımıdır. 

ERP sistemlərinin  əsasını  məlumatların saxlanılmasının vahid bazasının yaradılması  prinsipi  durur.    Bu  məlumatlara 

aşağıdakı korporativ biznes informasiyası daxildir: 

  Maliyyə məlumatları; 



  İstehsalat məlumatları; 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

564 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

  Personal haqqında məlumatlar



Bu gün ERP sistemlərin  tətbiqi şirkətinn effektiv fəaliyyəti üçün lazım olan vacib şərtlərdən biridir. Bununla bərabər 

ERP sistemlərin tətbiqi təcrübəli və kvalifikasiyalı ekspertlərin  iştirakını tələb edir.   

Biznes proseslərin kompleks şəkildə avtomatlaşdırılması    sahəsində liderlik edən avtomatlaşdırılmış sistemlərə 

Microsoft Business Solutions (Microsoft  şirkətinin Microsoft Dynamics ) və  IBM Cognos misal göstərmək olar. 

Microsoft Business Solutions məhsullarına Microsoft Dynamics AX və Microsoft Dynamics NAV daxildirki bu gün 

idarəetmənin avtomatlaşdırılmasında ən məşhur platformalardandır. 

Microsoft Business Solutions ERP sistemin interfeysinin işləmə prinsipi  Microsoft Office paketinin istifadəçiləri üçün 

çox rahat və tanışdır. Buna görə də Microsoft Dynamics  platformasında biznes proseslərin avtomatlaşdırılması  personalın 

öyrədilməsində minimal xərclər tələb edir. 

Bu sistemdə aşağıdakılar realizə olunub:  

  maliyyə məsələlərinin idarə edilməsi; 



  biznes-analiz; 

  tədarük əməliyyatlarının  idarə edilməsi; 



  anbarın idarə edilməsi; 

  müştərilərlə münasibətlərin idarə edilməsi; 



  elektron kommersiya; 

  istehsalat məsələləri. 



Microsoft Dynamics NAV  sisteminin üstünlükləri sırasında aşağıdakıları qeyd etmək olar:  

  Anbar üzrə  logistikasının və bütün anbar  proseslərinin optimallaşdırması; 



  İstehsalın dəstəklənməsi: təqvim üzrə planlaşdırma və istehsalın proqnozlaşdırması, istehsal siyasətinin çevik 

təyini; 

  Effektiv biznes-proseslərin və istehsal prosesinin müxtəlif parametrlərinin modelləşdirilməsi. 



  Xərclərin ixtisar edilməsi hesabına gəlirin artırılması  və  tərəfdaşlarla effektiv əməkdaşlıq, həmçinin  İnternet 

vasitəsi ilə əməkdaşlığın mümkünlüyü. 

Distribusiya sahəsində ixtisaslaşdırılan istənilən  şirkətin qarşısında duran əsas məqsəd   – effektivliyin maksimal 

səviyyəsinə nail olmaqdır.  Azərbaycanın Mülki Aviasiyasının da durmadan inkişafını  nəzərə alsaq bu sahədə  ERP 

sistemlərin tətbiqi böyük səmərə verir.  

2006-cı ildə  təsis edilmiş “Silk Way Holding” hal hazırda aviasiya sektorunda və  əlaqədar xidmətlərdə  fəaliyyət 

göstərən, təqdim olunan xidmətlərin və texniki imkanların daimi olaraq təkmilləşdirilməsini, habelə müasir texnologiyaların 

mənimsənilməsini qarşısına məqsəd qoymuş 23 şirkətdən ibarətdir. Bu şirkətlər arasında  Baku Cargo Terminal, Silk Way 

Helicopter Services,  Duty Free mağazalar  şəbəkəsi, Silk  Way Technics ERP sistemin tətbiqi sahəsində xüsusilə 

fərqlənirlər:   

  Baku Cargo Terminalda bütün anbar məsələləri, maliyyə hesabatları, ticarət və marketinq işləri Microsoft 



Dynamics Navision sistemi ilə həyata keçirilir.  

  Duty Free mağazalar  şəbəkəsində  sərnişinlərə göstərilən xidmət müqabilində  təqdim olunan çeklər və kassa 



aparatları  Navision sistemi ilə idarə edilir, anbarların bazası MS SQL Serverdə yerləşir.  

  Silk Way Helicopter Services anbar məsələləri və hesabatlar Navision sistemində yerinə yetirir. 



  Holdinqin  bütün Kadrlar şöbəsinin yerinə yetirdiyi əməliyyatlar sistemin “Personal və Əmək haqqları” modulunun 

köməyi ilə idarə edilir.  

Sistemin texniki dəstəyi və  işlənməsi, istifadəçilərin öyrədilməsi Məlumat Texnologiyaları  İdarəsinin Navision 

şövbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.  

Hal-hazırda sistemdə yeni işlər həyata keçirilməkdədir. Sistem vahid mərkəzdən idarə olunan və bütün şirkətlərin 

sifarişlərinin bir direktor tərəfindən təsdiqlənərək istifadəçilərə cavab nəticəni bildirməkdən  ibarət yeni idarə sistemi 

yaradılması üzrə işlər aparılır. Belə ki  şirkətlərin tələblərini ödəmək üçün lazımı avadanlıqlar, dəftərxana ləvazimatları və s. 

tələb olunan vasitələr üçün əvvəlcədən sistemdə sifarişlər hazırlanır və təsdiq olunmaq üçün avtomatik surətdə  direktorun 

elektron poçtuna göndərilir. Direktor sifarişə baxıb onu təstiq və ya ləğv edə bilir və nəticə elektron poçt vasitəsilə sifarişi 

göndərən şirkətin və ya şəxsin  elektron ünvanına avtomatik şəkildə qaytarılır. Navision sistemi vasitəsilə həyata keçirilən 

bu mərkəzdən idarəetmə ümümilikdə  lazim olan malların siyahıya alınması, itgilərin minimuma endirilməsi, qeydlərin 

dəqiq aparılması və yekun hesabatların düzgün  hazırlanması üçün çox əlverişlidir.  

 

 



 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

565 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

SIMSIZ ŞƏBƏKƏLƏRIN ƏHƏMIYYƏTI VƏ GƏLƏCƏK PERSPEKTIVLƏRI 

 

Əliağa MUSAYEV 

 

Qafqaz Universiteti 



aliaghamusayev@gmail.com 

 AZƏRBAYCAN  

 

Simsiz şəbəkələrin əhəmiyyəti 

Bu məqalədə son dövrdə simsiz şəbəkələrin inkişafının bir çox sahələrdə sürətli inkişafa və dinamikaya səbəb 

olmasından, həmçinin bu texnologiyalarda məhsuldarlığın qiymətləndirilməsindən və mümkün qədər artırılmasından bəhs 

edəcəyik. Simsiz şəbəkələrin əhəmiyyəti bugünkü dövrümüzdə demək olarki hamıya məlumdur. Simsiz rabitənin nə qədər 

önəmli olmasını mobil rabitənin bugünkü əhəmiyyətini göstərməklə isbat etmək olar. Bundan əlavə hazırki dövrdə 

istifədəçilərə simsiz ötürücü qurğular vasitəsilə tam rahat şəkildə,  əlavə kabeldən istifadə etmədən şəbəkə resurslarına və 

internetə çıxış  əldə etmək üçün imkan yaradılır. Bu vasitələrlə insanlar öz resurslarını, tətbiqlərini paylaşa bilər və lazım 

olan informasiyaları internet üzərindən yükləyə bilərlər. Həmçinin müəyyən hallarda və müəyyən  şəraitdə internetə  və 

şəbəkəyə kabellə qoşulmaq mümkün olmadığı hallarda wi-fi qoşulma ilə rahat internetə  və  şəbəkəyə qoşulmaq mümkün 

olur. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi mobil rabitə vasitələrinin və bu vasitələr üzərindən aparılan müxtəlif növ 

vacib  əməliyyatların nəzərə çarpacaq dərəcədə artması  və insanlar üçün əhəmiyyət kəsb etməsi simsiz rabitənin 

əhəmiyyətindən və zəruri olmasından xəbər verir. Bir anlıq təsəvvür edək ki, simsiz rabitə mövcud deyil. Bu zaman hər bir 

istifadəçi şəbəkə resurslarına və internetə çıxışı yalnız və yalnız şəbəkə kabelləri mövcud olan yerdə əldə edə bilər. Bu isə 

işdə mobilliyin və çevikliyin azalması deməkdir. Bu zaman gərək bütün istifadəçilər yalnız və yalnız müəyyən olunmuş 

yerlərdə internetə çıxış əldə edə bilərdilər. Həmçinin hazırki dövrdə hamımızın çox istifadə etdiyimiz mobil rabitə mövcud 

olmazdı. Bu texnologiyalar əlavə kabelləşdirmə  xərclərinin azaldılmasında və kabelləşdirmək mümkün olmayan yerlərdə 

şəbəkəyə  çıxış  əldə edilməsində çox böyük əhəmiyyətə malikdir. Bu texnologiyalar iqtisadi cəhətdən də  təşkilatlar üçün 

sərfəlidir. Sadəcə bir simsiz şəbəkə ötürücü qurğusu vasitəsilə bir neçə kompüteri və ya mobil qurğunu şəbəkəyə qoşmaq 

mümkün olur(əlavə kabel və paylayıcı qurğulara(switch, hub) ehtiyac qalmır). Bu texnologiyalar həmdə istənilən yerdə  

şirkətə müvəqqəti gəlmiş qonaq istifadəçilərin də internetə  çıxışını  təmin etməyə imkan verir. Məsələn otellərdə, 

aeroportlarda və sairə bu kimi ictimai yerlərdə müştəri məmuniyyəti qazanmağa da şərait yaradır. 

Bəs simsiz texnologiya nə zaman və harada tətbiq olunur? 

-Kabelləşdirmə ilə şəbəkələrin qurulmasında əngəl olan yerlərdə 

-Mobillik, rahatlıq tələb olunursa 

-Əgər şəbəkə resurslarının daşınması zərurəti yaranarsa 

-Bəzi hallarda sadəcə müvəqqəti olaraq şəbəkəyə qoşulmaları  təmin etmək üçün (məsələn oteldə, aeroportda 

istifadəçilərin müəyyən müddətlik internetə çıxışını təmin etmək üçün) 

-Əgər şirkətin iki qonşu binası arasında əlavə kabelləşdirmə xərcləri çəkilmədən şəbəkənin qurulması tapşırığı verilərsə 



Simsiz rabitənin gələcək perspektivləri 

Yuxarıda qeyd etdiyimiz kimi günümüzdə simsiz şəbəkələrin və bu şəbəkələr üzərindən müəyyən xidmətlər göstərən 

texnologiyaların inkişafı ictimai həyatın  bütün sahələrində dinamikaya və inkişafa səbəb olmuşdur. Gələcək illərdə də bu 

texnologiyaların inkişafı müxtəlif sahələrdə naliyyətlərin əldə olunmasında böyük əhəmiyyət kəsb edəcək. Müşahidə edirik 

ki, hər il simsiz rabitə üzərindən internet və  şəbəkə xidmətləri təqdim edən qurğuların sayı, çeşidi artır(smartfonlar, 

tabletlər, netbook və notebooklar). Həmçinin bu texnologiyaların məlumat ötürmə  və  qəbul etmə sürətləri də çox inkişaf 

etmişdir. Simsiz şəbəkələrin bu templə inkişafı yaxın gələcəkdə daha böyük əhəmiyyətə malik işlərin görüləcəyindən xəbər 

verir. Simsiz şəbəkələrin perspektivlərini və əhəmiyətini göstərmək üçün aşağıdakı bəzi məsələlərin həllinə baxaq. 

   Simsiz  şəbəkə texnologiyalarından istifadə etməklə yaradılan uzaqdan idarəetmə sistemləri vasitəsilə bir sıra 

əhəmiyyətli layihələr həyata keçirilir. Məsələn, bir uzaqdan idarəetmə sistemi yaradaraq yol hərəkəti qaydalarını pozan və 

dayan əmrinə tabe olmayan sürücülərin qəza törətmədən aradan çıxmaq cəhdlərinin qarşısını almaq olar. Bunun üçün hər bir 

avtomobilin mühərrik hissəsinə bir qəbuledici qoyulur. Bütün polis əməkdaşlarında da sürücülərin qeydiyyat-nömrə 

nişanına əsasən onların avtomobillərinin mühərriklərini uzaqdan idarəetmə sistemi vasitəsilə söndürülməsini mümkün edən 

baza proqram təminatı olur. Lazım olduğu anda polis əməkdaşı qaydanı pozan və dayan əmrinə tabe olmayaraq qaçmaq 

istəyən avtomobilin sürücüsünün iradəsindən asılı olmayaraq həmin maşının nömrəsini bazada axtarışa verərək “mühərriki 

söndür” əmrini verər və avtomobilin mühərrikini uzaqdan söndürərək bloklaya bilər. Bununla da bir çox təhlükələrin qarşısı 

alınar. Bununla yanaşı hal-hazırda simsiz rabitə vasitələri ilə çox böyük layihələr həyata keçirilir. Bütün bu layihələr də 

ictimai həyatın bir çox sahələrində insanların işini asanlaşdırır. 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

566 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

КОМПЛЕКСНАЯ СИСТЕМА ПОСАДКИ ВС С ИСПОЛЬЗОВАНИЕМ ПОЛЕТНОЙ           

И СПУТНИКОВОЙ НАВИГАЦИОННОЙ ИНФОРМАЦИИ 

 

Айгюн ГУЛИЕВА  

Национальная Академия Авиации Азербайджана 



aygun.quliyeva@bk.ru

 

AZƏRBAYCAN 

 

В настоящее время наряду с традиционной системой посадки ILS (InstrumentLandingSystem), которая входит в 



состав  наземного  оборудования  точных  систем  посадки,  широко  используются  системы  дифференциальной 

спутниковой навигации точных заходов на посадку по второй и третьей категориям метеоминимума.  

Известно,  что  дифференциальная GPS система  посадки  показывает,  что  система  обеспечивает  достаточной 

информацией  пилота  для  выполнения  санкционированных  действий  по  управлению  самолетом  при  заходе  на 

посадку. Пилот обеспечивается дополнительной информацией, необходимой для захода на посадку, используя для 

этого модифицированные устройства GPSNavigator, объединенные с TrimbleDGPS. И в том и в другом случае,  при 

посадки ВС используется наземное оборудование.  

В чрезвычайных ситуациях (землетрясение, наводнение и т.п.) из-за потери работоспособности и надежности 

наземного  оборудования,  вероятность  безопасной  посадки  ВС  уменьшается.  Поэтому  в  указанных,  а  также  при 

обычных  условиях полета   для безопасной посадки ВС, уменьшения психофизиологиической нагрузки на экипаж 

на  указанном  этапе,  целесообразным  представляется  комплексная  система  посадки  с  использованием  как 

существующих точных систем посадки  ILS, так и дифференциальных спутниковых навигационных систем.  

Структурная схема предлагаемой системы состоит из 2 частей (рис.1):  

  наземной станции (базовая станция TNL-2800GGPS);  

  бортового оборудования.  

 

Рис1.Структурная схема комплексной системы посадки ВС 



 

Расположенный  в  борто-вом  оборудовании 6-ти  канальный  приемник  GPS для  полного  отражения  рабо-ты 

навигационной  системы  сопряжен  с  блоками:  индика-тора  дальности,  индикатора  дифференциального  GPS 

режима,  системы  речевого  оповещения,  индикатора  с  движущейся  картой,  системы  воздушных  сигналов  (СВС), 

пульта  записи  навигационных  данных  и  подключен  к  линиям  отклоняющихся  пластин CDI 

(theINDEXofthecourseDEVIATION – указатель  отклонения  от  курса)  и CSI (Theindicatorofasublevelofconvergence – 

индикатор  уровня  конвергенции)  пилотажно-навигационного  прибора  (ПНП),  применяемого  в  системе  посадки 

ILS.  


Для  комплексирования  возможностей  выше-указанных  систем  и  повышения  наглядности  отображения 

информации,  в  пилотажно-навигационной  прибор  (ПНП),  соединенный  с  бортовым  приемником DGPS,  

дополнительно встроены датчики: 

  указатель скорости УС-4 (ASI), определяющий приборную скорость ВС (1); 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

567 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

  барометрического электромагнитного высотомера (ВБЭ-2А)   (2); 

  радиовысотомера (РВ-5 или ADI), который определяет более точное значение истинной высоты (особенно 

в диапазоне (0

10 м) (3);  

  переключатель двух режимов (ILS и GPS) (4); 

  блок обработки сигнала, поступающего из спутниковой системы и передачи его в ПНП (5). 

Известно,  что  погрешности  существующих  в  данный  момент  радаров,  с  помощью  которых  диспетчера 

определяют местоположение ВС, составляют порядка 3 000 – 3 500 м, и именно по этой причине расстояние между 

воздушными  коридорами    составляет 5 000 м  и  более.  Однако  двух-  или  трёхкратное  увеличение  числа  ВС  в 

воздухе, вполне реальная перспектива. Существующая система эшелонирования уже противоречит этому моменту, 

что ведет к поиску новых подходов к решению этой проблемы. 

Одним из таких подходов является система ADS-B - радиовещательное автоматическое зависимое наблюдение.  

Система  предоставляет  пилотам  средства  и  данные  для  принятия  многих  решений,  которые  сегодня  принимает 

диспетчер.  

Низкая  стоимость,  высокая  точность  и  большая  скорость  обновления  данных - вот  основные  показатели 

системы ADS-B. Она состоит из сети относительно простых радиостанций, которые дешевы, просты в установке и 

использованию  по  сравнению  с  радарами,  которые  требуют  обслуживания  как  механики  так  и  оборудования 

обработки  сигналов.ADS-B  также  точнее  определяет  координаты  самолета  и  его  идентификатор. ADS-B система 

выдает информацию от самолета примерно каждую секунду. В отличие от радарной системы, где время обновления 

информации составляет 12 сек, что определяется скоростью поворота антенны радара. 

Полное покрытие территории еще одно преимущество системы. ADS-B оборудование можно устанавливать в 

районах, где использование радарного оборудования не представляется возможным.  

ADS-B позволяет отображать в кабине пилотов на экране монитора другие самолеты, оборудованные ADS-B. 

Если  самолет  оборудован  по  полной  программе,  это  позволит  пилоту  получать  информацию  о  самолетах  не 

оборудованных  системой ADS-B через TIS-B ( TrafficInformationServicesBroadcasts) от  наземных  станций, 

оборудованных радарами. Также имеется возможность получать графическую информацию о погодных условиях в 

зоне пролета через FlightInformationService - Broadcast (FIS-B). Отображение окружающей полетной обстановки в 

кабине пилотов дает им возможность минимизировать временные интервалы, уменьшать нагрузку на терминалы, 

более эффективно планировать операции по загрузке и заправке самолета. 

ADS-B базируется на системе GPS для определения точных координат воздушного судна в пространстве. Эта 

информация о положении ВС комбинируется с другой информацией, такой как тип ВС, скорость, номер ВС, рейс, 

курс, вертикальная скорость и затем широковещательно передается примерно каждую секунду. 

Другие  ВС  и  наземные  станции,  оборудованные ADS-B, в  радиусе  пример 150 миль  принимают  эту 

информацию.  Наземные  станции  комбинируют  полученную  с  разных  точек  информацию  с   дополнительной 

информацией, полученной от наземных радаров для не ADS-B устройств и ретранслируют данные для всех ВС в 

радиусе обслуживания. 

Таким образом, в схеме, приведенной на рис.1, предлагается навигационные параметры ВС получать не с антенны 

GPS, а от бортовой системы ADS-B, получив при этом сочетание основных свойств  и преимуществ ADS-B. 

 

 



 

İNSAN-KOMPÜTER DİALOQ SİSTEMİNDƏ MƏTN FORMATINDA DAXİL EDİLƏN 

MÜRACİƏTLƏRİN ANLANMASINA GİZLİ MARKOV MODELLƏRİNİN TƏTBİQİ 

 

Ülfət BAXIŞOV 

Azərbaycan Texniki Universiteti

 

ulfet_bakhishoff@hotmail.com 

AZƏRBAYCAN 

 

Xülasə 

Nitqin anlanmasında  ən böyük problemlərdən biri eyni sözün müxtəlif səslənmələrinin olmasıdır. Həmçinin danışıq 

nitqi yazıdan kəskin fərqlənir. Belə ki, danışıqda yarımçıq və ya təkrar ifadələr, uzun fasilələr və s. olur ki, bunlar yazıda 

daxil edilmir. Əksinə yazıda  əsasən formalaşdırılmış cümlələrdən istifadə olunur. Bu baxımdan danışılan sistem yazılı 

müraciətlər üçün layihələndirilir və məqalədə nitq dedikdə yazılı formada daxil edilmiş müraciət başa düşülür. 

 

Giriş 

Nitqin anlanmasında istifadəçi müraciətinin məqsədinin təyin edilməsi ən vacib şərtlərdəndir [1][4]. Bu həm daha sonra 

müraciətin mənasının anlanmasını, həm də müraciətə uyğun cavabın generasiya olunmasını asanlaşdırır.  



 Qafqaz Uni

Məqaləd


sistem tərəfin

cavabı forma

Məqaləd

mənasının tə



informasiya-

Markov Mod

Əvvəlcə

əlamətlərə  g



ehtimalları  v

məqsədi öyrə

Test mə

məsələsi götü



2) mühasibat

Aparılm


Cümlələrin  s

təkrar daxil e

baş vermə eh

Sistemin


sistemin öyrə

Hazırda 


üzrə anlama 

 



Səh

Hazırda 


aparılır. 

Əvvəlki 


əlamətlərinə 

seçilmə ehtim

buradakı söz

İndi isə 

müşahidə sır

göstərir. Bur

2-ci səviyyəd

həmin vəziyy

hesablanır. 

 

 



Cümlə is

Belə hes


dəqiq hesabla

 

1.  Rüs



Texniki Mək

2.  K.R


Modelinin Tə

II INTER

versity           

də müraciətin 

ndən anlaşılan

alaşdırır. 

də nitqli insa

əyini edilməsi

məlumat mər

delləri (GMM)

ə müraciətin m

görə qruplara 

və obyektlərin

ədilmiş model

əsələ olaraq “T

ürülmüşdür. D

tlıq; 3) sınaq i

mış  təcrübələrd

sayının çoxluğ

edilməsi uyğu

htimalı azalır. 

n  dəqiq öyrəd

ədilməsi cüml

250 söz baza

səviyyəsi Cəd

üzgün təyin ed

hv təyin edilm

daxil olunan

tədqiqatlarda

görə qruplaş

malı 

lər cari andak



sözlər söz kö

rası 


ada söz köklə

də yaradılmış

yətdən seçilm

 

sə 2-ci səviyy



sablama ifadə

amağa, və son

stəmov S.S., B

ktəblərinin Xəb

R. Ayda-zadə,

ətbiqi. Azərba

RNATIONA

              

mənasının an

n formasıdır. 

an-kompüter 

inin və cavab

rkəzinin funks

) [5] tətbiq ed

məqsədinin an

ayrılır. Bu q

n  vəziyyətlərd

llər üzrə Viter

Tədris mərkə

Daxil olan zən

imtahanları; 4)

dən məlum  o

ğu hətta mənf

un müşahidəni

dilməsi üçün m

lələrin sayında

asına malik 4

dvəl 1-də göst

M

dilmə 



9

mə 


5

C

n müraciətin  m



a obyektlər  ç

şdırılırdı. Bu 

kı obyekti göst

ökü və şəkilçi

əri və şəkilçilə

 ifadələr vəziy

ə ehtimalını if

 

yədə ifadələrdə



ələri mənaların

nda cümlənin 

Baxışov Ü.Ç. 

bərləri. Bakı, 

, S.S. Rüstəm

aycan Milli El



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin