QEYRI-SƏLIS ƏDƏDLƏR ÜZƏRINDƏ HESAB ƏMƏLLƏRINI YERINƏ YETIRƏN
KOMPÜTER SISTEMININ YARADILMASI
Yaqub SƏRDAROV, Gülxan HƏSƏNOV, Elman HƏMIDLI
Qafqaz Universiteti
elman.hemidli@gmail.com
AZƏRBAYCAN
Açar sözlər: Qeyri-səlis ədəd, Qeyri-səlis çoxluq, Qeyri-səlis ədədlər üzərində hesab əməlləri, Delphi –də vizual
proqramlaşdırma sistemi
Giriş. Kompüter texnaloqiyalarının inkişafı XX əsrin 60-cı illərində Süni intellekt və Ekspert sistemləri kimi elm
sahələrinin yaranmasına səbəb oldu. Bu cür sistemlər linqvistik sözləri, insan mühakimələrini, düşünmə prosesini
modelləşdirməyi, yəni riyazi dildə ifadə etməyi tələb edirdi. Belə bir problemi qismən həll etməyə imkan verən əslən
azərbaycanlı Amerkada yaşayan Lütfi Zadə qeyri-səlis çoxluq anlayışını riyaziyyata daxil etdi. Qeyri-səlis çoxluğun xüsusi
sinfi qeyri-səlis ədəd adlanır[1,2]. L. Zadə qeyri-səlis ədlər üzərində hesab əməllərinin yerinə yetirilmə qaydasını-
alqoritmini də verib. Bu alqoritm istənilən iki qeyri-səlis ədəd üzərində hesab əməllərini yerinə yetirməyə imkan versə də, o
çox mühüm bir çatışmazlığa da malikdir. Bu çatışmazlıq ondan ibarətdir ki, nəticə analitik şəkilə deyil, ədədi massiv
şəklində alınır. Bu ədədi massivi çox vaxt qrafik şəklində təsvir edirlər. Yəni, L. Zadənin alqoritmi nəticəsində cavab
analitik şəkildə deyil, qrafik şəklində alınır. L. Zadənin özü tədqiqatçıları bu çatışmazlığı aradan qaldırmağı məsləhət
görmüşdür. Qeyd edilən çatışmazlığı aradan qaldırmaq üçün qeyri-səlis hesab əməlləri üçün analitik alqortimlər işlənilib
hazırlanılmışdır.
Məqalə həm L. Zadənin ədədi alqoritmini, həm də analitik alqoritm əsasında hesab əməllərini yerinə yetirməyə imkan
verən kompüter proqramının – kompüter sisteminin yaradılmasına həsr edilmişdir.
Qeyri-səlis ədlər üzərində hesab əməllərinin yerinə yetirilməsi üçün L.Zadənin ədədi alqoritmi
)}
(
),
(
min{
max
)
(
2
1
y
x
z
y
x
z
əsasında aparılır.
Tutaq ki,
)
,
(
~
)
,
(
~
2
2
1
1
m
s
y
m
s
x
;
iki qeyri-səlis ədəddir (şəkil 1-də
y
x ~
,
~
qeyri-səlis ədədlərinin və onlar
üzərində əməlin qrafik təsviri verilmişdir).
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
556
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Burada və sonra:
s
1
, s
2
, s- uyğun olaraq,
y
x ~
,
~
-in və əməliyyatın nəticəsinin qiymətləri;
m
1
, m
2
, m - uyğun olaraq,
y
x ~
,
~
-in və əməliyyatın nəticəsinin intervalları;
L- sol, R- sağ genişlənmə intervalları kimi işarə edilir.
Bu iki
y
x ~
,
~
qeyri-səlis ədəd üzərində hesab əməllərinin yerinə yetirilməsi üçün analitik alqoritmlər aşağıdakı
kimidir[3,4,6]:
1. Toplama
)
,
(
~
)
,
(
)
,
(
~
~
2
2
1
1
m
s
z
m
s
m
s
y
x
2
1
s
s
s
;
2
1
m
m
m
2. Çıxma
)
,
(
~
)
,
(
)
,
(
~
~
2
2
1
1
m
s
z
m
s
m
s
y
x
2
1
s
s
s
;
2
1
m
m
m
3. Vurma
Mənsubiyyət funksiyası üçbucaq olan hal
]}
1
,
0
[
)
(
{
}
)
(
{
~
~
~
Z
z
z
y
x
z
)]
(
),
(
[
=
)
(
1
R
L
)
(
AL
L
AL
L
L
,
,
)
(
)
(
)
(
2
1
;
AL
R
AL
R
R
,
,
)
(
)
(
)
(
2
1
I
AL
AL
AL
AL
}
,
max{
2
1
. (2.44)
İ=1 halında alırıq:
2
2
2
1
1
1
1
1
m
s
AL
m
s
AL
,
.
Şəkil 1. Qeyri-səlis ədədlərin hesab əməllərinin( 3.-qaydasının) həndəsi interpretasiyası
2
1
)
1
(
)
1
(
)
(
A
B
C
z
L
2
1
)
1
(
)
1
(
)
(
A
B
C
z
R
2
2
)
1
(
)
1
(
)
(
AAL
BBL
C
z
L
2
2
)
1
(
)
1
(
)
(
AAR
BBR
C
z
R
2
1
s
s
C
;
1
2
2
1
s
m
s
m
B
;
2
1
m
m
s
A
Sign
2
1
2
2
1
)
(
s
s
m
s
m
BBL
Sign
;
2
1
m
m
AAL
2
1
2
2
1
)
(
s
s
m
s
m
BBR
Sign
;
2
1
m
m
AAR
4. Bölmə
)
1
(
)
1
(
)
(
2
2
1
1
1
mL
s
mL
s
z
L
;
)
1
(
)
1
(
)
(
2
2
1
1
1
mR
s
mR
s
z
R
)
1
(
)
1
(
)
(
4
2
3
1
2
mL
s
mL
s
z
L
;
)
1
(
)
1
(
)
(
4
2
3
1
2
mR
s
mR
s
z
R
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
557
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
2
1
1
S
m
mL
Sign
;
2
1
1
S
m
mR
Sign
1
2
2
S
m
mL
Sign
;
1
2
2
S
m
mR
Sign
2
1
3
S
m
mL
Sign
;
2
1
3
S
m
mR
Sign
2
2
4
S
m
mL
Sign
;
2
2
4
S
m
mR
Sign
Qeyri-üçbucaq halında isə yuxarıdakı düsturlarda müvafiq əvəzləmələr aparılır[1,5,6].
Sistem Delphi mühitində reallaşmışdır.
Verilmiş qeyri-səlis ədədlərin mənsubiyyət funksiyaları, həm də hesab əməlinin nəticəsində alınmış qeyri-səlis ədədin
mənsubiyyət funksiyası qrafik şəklində təsvir olunur.
Nəticədə sanki qeyri-səlis hesab əməlləri üçün kalkulyator hazırlanır(şəkil 2).
Şəkil 2. Qeyri-səlis ədədlər üzərində hesab əməllərini yerinə yetirən “kalkulyator”
Bu da praktiki məsələlərdə qeyri-səlis ədədlərdən istifadəni asanlaşdırmalıdır.
“Kalkulyator”la işləmək üçün müvafiq əməlin adı qeyd edilir, xanalarda s1, s2, m1, m2 –nin qiymətləri yazılır və M_F
–dən mənsubiyyət funksiyasının növü(məsələn, üçbucaq) seçilir. Bundan sonra Analitik, Grafik(yəni, qrafik), Çap rejimləri
seçilməklə müvafik işləmlərin nəticələri alınır.
Məsələn:
Ədəbiyyat
1
1
.
.
Заде Л.А. Понятие лингвистической переменной и его применение к принятию приближенных решений. М.:
Мир, 1976.-165с.
2
2
.
.
Нечеткие множества в моделях управления и искусственного интеллекта /Под ред. Д.А.Поспелова-
М.:Наука, 1986.-312с.
3
3
.
.
Обработка нечеткой информации в системах принятия решений/А.Н.Борисов, А.В.Алексеев,
Г.В.Меркурьева и др.-М.:Радио и связь, 1989г.-304с.
4
4
.
.
Нечеткие множества и теория возможностей (последние достижения)./Под ред. Рональда Р.Ягера-М.: Радио
и связь, 1986г.-406с.
5
5
.
.
Həsənov Gülxan. Fuzzy riyaziyyatidarəetməmodellərində. Bakı:Elm, 2000.
6
6
.
.
Кюльхан Гасанов. Арифметические операции нечетких чисел и случаных величин. Баку-2008.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
558
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN DILINDƏ YAZILMIŞ MƏTNLƏRDƏ ORFOQRAFIK SƏHVLƏRIN AŞKAR
EDILMƏSI VƏ KORREKSIYASI ÜÇÜN PROQRAM TƏMINATININ IŞLƏNILMƏSI
Firuzə TƏHMƏZLI
Qafqaz Universiteti
ftahmazli@gmail.com
AZƏRBAYCAN
Mətn yoxlayıcısı tətbiqi proqramlarının əsas məqsədi mətndəki sözlərin orfoqrafik düzgün yazılışını yoxlamaq, yanlış
yazılmış sözlərə uyğun doğru təkliflərlə istifadəçini təmin etməkdən ibarətdir. Mətni giriş olaraq proqrama verdikdə o
düzgün yazılmamış sözləri təyin edilmiş qaydalara görə yoxlayaraq tapır. Orfoqrafik düzgün yazılış təbii dilin emalı
sahəsinə aiddir. Təbii dilin emalı sahəsindəki araşdırmaların əsas məqsədi aşağıdakılardır:
Təbii dilin strukturunun daha yaxşı təyin edilməsi;
Təbii dildən istifadə etməklə kompyuter-insan arasındakı ünsiyyətin asanlaşdırılması;
Kompyuter ilə dil tərcüməsi, orfoqrafik düzəliş, səsləndirmə və s. linqvistik əməliyyatların reallaşdırılması;
Təbii dilin strukturunu anlamaq üçün onu ətraflı şəkildə araşdırmaq və riyazi-statistik göstəricilərini tapmaq lazımdır.
Orfoqrafik səhvlərin tipləri. Orfoqrafik səhvlərin tədqiqatı zamanı onun iki tipi müəyyən edilmişdir. Bu tiplər
aşağıdakılardır:
Qeyri-sözlər (non-words). Bu elə səhvlərdir ki, həmin sözlər dilin lüğət tərkibində mövcud deyil. Məsələn: Kitab stoun
üstündədir. Burada “stoun” sözü azərbaycan dili lüğətində yoxdur. Məntiqli şəkildə ehtimal olunur ki, bu söz “stolun”
sözüdür.
Həqiqi sözlər (real-words). Bu elə səhvlərdir ki, həmin söz dilin lüğət tərkibinə daxildir. Lakin dildə bir hərf ilə
fərqlənən sözlər vardır ki, həmin hərfin hesabına bu tip səhvlər baş verir. Məsələn : Göldə örpək balaları üzür. Burada
“örpək” sözü səhvən yazılıbdır. Bu sözün yerinə “ördək” olmalıdır. “Örpək” və “ördək” sözləri yazılışda bir hərf ilə
fərqlənməsinə baxmayaraq, məna etibarı ilə çox fərqlənirlər.
Orfoqrafik səhvlərin növləri. Bütün dillərdə orfoqrafik səhvlərin müəyyən standart növləri vardır. Bu səhvlər bir
qayda olaraq sürətli yazı zamanı meydana çıxır. Bunlara misal olaraq göstərmək olar.
hərfin silinməsi səbəbi ilə olan səhvlər - kiab (kitab)
əlavə hərfin yazılması ilə olan səhvlər - kittab (kitab)
bir hərfin yerinə digər hərfin yazılması – jitab (kitab)
Bunlardan başqa sözü yazarkən klavyaturadan hərflərin yerinin səhv düşməsi səbəbi ilə orfoqrafik səhv baş verir.
Məsələn, salam əvəzinə aslam yazılması.
Hər bir dildə olduğu kimi azərbaycan dilinin də öz xüsusiyyətləri vardır. Dilimizdə olan ə, ı, ü, ö, ğ, ç, ş hərfləri
QWERTY yazı tipli klavyaturasında ayrıca yer almadığına görə həmin hərflər başqa oxşar hərflərlə əvəz edilir. Məsələn:
men-mən, ustun-üstün, sheh-şeh və s.Bunlardan əlavə səhvlər individual xarakter daşıya bilər. Yəni şəxsdən asılı olaraq
onun edə biləcəyi səhvlər vardır. Əgər mətni yazan şəxs dilin düzgün yazılış qaydalarını bilmirsə bu zaman orfoqrafik
səhvlərə rast gəlmək mümkündür.
Orfoqrafik səhvlərin aşkarlanması üsulları. Orfoqrafik səhvlərin aşkarlanması üçün bir çox metodlar vardır.
A. Lüğətlə axtarış texnikası. Bu metodla mətndəki sözlər əvvəlcədən müəyyən qaydaya əsasən hazırlanmış lüğətdə
axtarılır və əgər hər hansı söz lüğətdə yoxdursa həmin söz səhv olaraq proqram tərəfindən istifadəçiyə bildirilir. Bu
metodun çatışmayan cəhəti hər hansı söz baza lüğətdə olmazsa bu zaman proqram onu səhv söz kimi çıxardacaq.
B. N-gram analiz. Sözlərin n-gram tezliyi dedikdə dildə sözün hansı tezliklə işlənilməsi başa düşülür. N-nin
qiymətindən asılı olaraq birtərtibli, ikitərtibli, üçtərtibli, dördtərtibli ola bilər. Ümumiyyətlə sözlərin n-qram tezliyi metodu
əvvəlcədən n-qram üçün statistik hazırlanmış cədvəldə axtarış etməklə işləyir.
Orfoqrafik səhvlərin redaktə üsulları. Orfoqrafik səhvləri korreksiyası üçün bir çox metodlar vardır.
A. Ən kiçik redaktə məsafəsi (Minimum Edit Distance).- bir sətri başqa sətrə çevirmək üçün lazım olan minimum
əməliyyatların sayıdır.Verilmiş söz lüğətdəki hər bir söz ilə qarşılaşdırılır və ən kiçik redaktə məsafəsi tapılır. Müqayisədən
sonra düzgün alternativ kimi minimum məsafəli olan söz seçilir. Bu metod üçün alqoritmlər var:Levenşteyn
alqoritmi,Hamminq alqoritmi,ən uzun alt sətrin tapılması alqoritmi və s.
B. Qaydalara əsasən aparılan metodlar (Rule based technique). Bu metod tez-tez yol verilən səhvlər əsasında
hazırlanan şablonlara istinad eləyərək qurulan alqoritmlərə əsaslanır.
C. Ehtimal metodları. (Probabilistic Techniques) Bumetodlar sözdəki hərflərin bir-birini izləməsi tezliyinə əsaslanır.
Metod statistik tezliyi böyük olan hərflər və ya sözlərə əsaslanır.
D. Neyron şəbəkə metodu. Neyron şəbəkələrin öyrədilməsində Xətaların Geriyə Yayılması üsulu böyük rol oynayır.
Orfoqrafik səhvlərin düzəldilməsi üçün bu metoddan da istifadə edilir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
559
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Təqdim olunan işdə azərbaycan dili üçün orfoqrafik səhvləri tədqiq etmək məqsədilə facebook sosial şəbəkəsindən
3000 şərh toplanıb. Bu şərhlərin 2200-ü kişilərə 800-ü isə qadınlara aiddir. Həmin şərhlər proqram vasitəsilə sözlərə
ayrılmışdır. Təkrarlanmaları nəzərə almaqla 13785 söz qeydə alınmışdır. Həmin sözlərdəki səhvlərin tipini nəzərə alaraq
Levenşteyn alqoritmindən və sözlərin n-qram tezliyindən istifadə edərək azərbaycan dili üçün orfoqrafik səhvləri
aşkarlayan, redaktə edən proqram təminatı hazırlanmışdır.
Ədəbiyyat
[1] Ritika Mishra1, Navjot Kaur2 “A Survey of Spelling Error Detection and Correction Techniques” Department of
Computer Science and Engineering, Sri Guru Granth Sahib World University,
Fatehgarh Sahib, Punjab, India , International Journal of Computer Trends and Technology- volume4Issue3- 2013
[2] Müh. Aynur Delibaş “Doğal dil işleme ile türkçe yazım hatalarının denetlenmesi” 2008
[3] Rishin Haldar and Debajyoti Mukhopadhyay “Levenshtein Distance Technique in Dictionary Lookup Methods: An
Improved Approach”
İNFORMASIYANIN DÜNƏNI, BUGÜNÜ VƏ SABAHI
Zaur MEHDİYEV
Qafqaz Universiteti
Lord_oser@box.az
AZƏRBAYCAN
İnformasiya hər hansı fakt, hadisə, təzahür, obyekt və s. haqqında məlumat demək olsa da, əslində, həyatımızın bütün
sahələrini əhatə etməklə daha geniş aspektə malikdir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının
Qanununda xüsusi qeyd olunur ki, yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən
fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar
informasiya hesab oluna bilər. İctimai informasiya dedikdə isə, qanunlarla və ya digər normativ hüquqi aktlarla
müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər
nəzərdə tutulur. Göründüyü kimi, informasiyanın əhatə dairəsi çox genişdir. Araşdırmalar göstərir ki, istənilən fəaliyyətin
uğurlu alınması çox vaxt operativ informasiyanın əldə edilməsi ilə bağlı olur. Həyatda bütün hökmlər, o cümlədən dövlət
səviyyəsində və ya xırda bir ailə mühitində qəbul edilən qərarlar o vaxt düzgün və effektiv olur ki, onların kökündə vaxtında
əldə olunmuş və hərtərəfli analiz edilmiş informasiya dursun.Təbiətdə ilk informasiya, çox güman ki, təkamül prosesləri
nəticəsində cansız sistemlərin canlı sistemə keçidi ilə əmələ gəlmiş və bu informasiya genetik formada olmuşdur. Genetik
informasiya nəsildən-nəslə ötürülərək orqanizmlərin strukturlarının və davranışlarının formalaşmasında mühüm rol
oynamışdır. Somatik təkamül, yəni bədənin tədrici inkişafı adlanan bu proseslərdə orqanizmlərdə maddələr və enerji
mübadiləsi ilə yanaşı xarici mühitdən gələn siqnalları qəbul etmək və onlara cavab vermək qabiliyyəti də formalaşmağa
başlamışdır. Ali canlılar təkamül etdikcə onların xarici siqnallara reaksiyaları da mürəkkəbləşmiş və bu prosesləri
tənzimləyən xüsusi sinir sistemi meydana çıxmışdır. Sinir sisteminin ən yüksək təkamülü insanda baş beyinin güclü inkişaf
etməsi, şüur və yaddaşın əmələ gəlməsi ilə baş vermişdir. Baş beyinin analitik və sintez fəaliyyəti insanlara öz duyğu
üzvləri ilə xarici mühitdən aldıqları saysız-hesabsız qıcıq və siqnalları fərqləndirmək, onların məzmununu analiz etmək,
eyni mənbədən gələn siqnalları bir, müxtəlif mənbələrdən daxil olanları isə ayrı-ayrı qruplara ayırmaq imkanı verdi. Bu
prosesi artıq siqnalların informasiyaya çevrilməsi kimi izah etmək olar. Belə informasiyalar əcdadlarımıza gerçək aləmdəki
predmetləri və baş verən prosesləri müəyyən səviyyədə dərk etdirirdi. Nəticədə, qədim insanlar digər canlılardan öz
üstünlüklərini başa düşür və bu üstünlükdən istifadə edərək təbiəti fəth etməyə, artıq onun qulu yox, ağası olmağa can
atırdılar. Məhz bu arzu əcdadlarımızı əməklə məşğul olmağa məcbur etmiş, əmək də öz növbəsində, kollektiv fəaliyyətin və
birgə yaşayış formaları olan tayfaların, icmaların, qəbilələrin, millətlərin və nəhayət xalqların yaranmasında mühüm rol
oynamışdır. Birgə yaşayış və fəaliyyət həm də insan hüquqlarının qorunması, mədəniyyət, adət-ənənə, əxlaq, qarşılıqlı
hörmət kimi yüksək dəyərlərin meydana çıxmasında əsas rol oynamışdır.
Birgə əmək və yaşayışda onun üzvləri arasında informasiya mübadiləsinin olması mütləq şərt olduğu üçün, bu məsələ
ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitələrindən istifadə etməklə həll olunurdu. İnformasiyanın belə
ötürülməsində bənzətmə, oxşatma, yamsılama elementləri üstünlük təşkil etmişdir. Şifahi nitq əmələ gəldikdən sonra
informasiya dil vasitəsilə ötürülməyə başlandı. Müxtəlif səslərin (incə, qalın, kar, cingiltili) kombinasiyasından əmələ gələn
sözlər vasitəsilə insanlar öz fikirlərini, hisslərini, biliklərini, gördüklərini və s. informasiyaları daha qısa şəkildə çatdırırdılar.
Şifahi nitqin yaranması ilə nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. kimi qədim folklor və xalq ədəbiyyatı
nümunələri də meydana çıxmışdır. İnformasiyanın miqdarı artdıqca onun dil vasitəsilə ötürülməsi getdikcə çətinləşirdi.
Çünki informasiya daşıyıcısı rolunu oynayan insan yaddaşı günü-gündən artan informasiyanı saxlamaq və ötürmək üçün
kifayət etmirdi, həm də az-az işlədilən məlumatlar tədricən yaddan çıxır, ya da qorxu, emosional və həyəcanlı anlarda təhrif
|