Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə125/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   121   122   123   124   125   126   127   128   ...   144

Misal: [0;1,5] parçasında y

/

=y-x tənliyinin  y( x



)=y(0)=1,5  şərtini ödəyən həllinin Eyler üsulu ilə tapmalı. (h=0,25 

addımı ilə ) 

Həlli:   f(x,y)=y-x       y

/

=f(x,y)    a= x



0

=0       b=1,5        h=0,25     



n

x

b

h

0



 

,  hn= b- x



0

 

6



25

,

0



5

,

1





h



ih

ih

x

x

i



0

x



1

=0,25   x

2

 =0,5  x


=0,75   x

=1  x


=1,25  x


=1,5 




h



y

x

f

y

y

k

k

k

k

,

1





       k=0...n 



h

y

x

f

y

y

0

0



0

1

,



= y



0

+h(y


0

- x


0

)=1,5+0,25(1,5-0)=1,8750 



h



y

x

f

y

y

1

1



1

2

,



= y



1

+h(y


1

- x


1

)=1,8750+0,25(1,8750-0,25)=2,2812 



h



y

x

f

y

y

2

2



2

3

,



= y



2

+h(y


2

- x


2

)=2,2812+0,25(2,2812-0,5)=2,7265 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

573 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 



h

y

x

f

y

y

3

3



3

4

,



= y



3

+h(y


3

- x


3

)=2,7265+0,25(2,765-0,75)=3,2206 



h



y

x

f

y

y

4

4



4

5

,



= y



4

+h(y


4

- x


4

)=3,2206+0,25(3,2206-1)=3,7718 



h



y

x

f

y

y

5

5



5

6

,



= y



5

+h(y


5

- x


5

)=3,7718+0,25(3,7718-1,25)=4,4072 

     Eyler üsulun tətbiqi ilə alınmış həll üçün cədvəl tərtib edilmiş x

0

 üçün y



0

=0,3750 qiyməti tapılmışdır. 



     Misal:  y

/

=y-x  differensial tənliyinin  y(0)=1,5başlanğıc  şərtini ödəyən həllini Runqe-Kutta üsulu ilə tapmalı. 



Tənliyin həllini x=1,5 qiymətindəki ε=0.01 dəqiqliklə tapmalı. 

    Həlli:  h başlanğıc addımını  h

4

  0,01 bərabərsizliyindən tapmaq olar . Onda h 0,3 və h=0,25 götürmək olar . Bütün   



[0;1,5] inteqrallama intervalı 6 bərabər hissəyə bölünür:  

    a= x


0

=0       b=1,5        h=0,25     



n

x

b

h

0



 ,   hn= b- x

0

 

6



25

,

0



5

,

1





h



ih

ih

x

x

i



0

x



0

=0  ,x


1

=0,25 ,  x

2

 =0,5,  x



=0,75 ,  x

=1 , x


=1,25  x


=1,5 


h

y

y

k

k

6

2



2

4

3



2

1

1









 



0

0



1

y



x

f



=(y

0

-x



0

)h=1,5*0,25=0,3750, 









1

0



0

2

2



,

2





h

y

h

x

f



3106



,

0

25



,

0

125



,

0

1875



,

0

5



,

1

2



2

0

1



0























h

h

x

y

 









2

0



0

3

2



,

2





h

y

h

x

f



3926



,

0

25



,

0

125



,

0

1953



,

0

5



,

1

2



2

0

2



0























h

h

x

y

 









3

0



0

4

2



,

2





h

y

h

x

f



4106



,

0

25



,

0

125



,

0

3926



,

0

5



,

1

2



2

0

3



0























h

h

x

y

 



3920



,

0

4106



,

0

3926



,

0

*



2

3906


,

0

*



2

3750


,

0

6



1

6

2



2

4

3



2

1

0











h

y



 



y

1

=1,5+0,3920=1,8920 



Analoji olaraq qalan həllər üçün cədvəl tərtib edilmiş və y

0

=0,3920 , y(1,5)=4,74 tapılmışdır. 



Göründüyü kimi Eyler üsulu ilə etdikdə  y

0

=0,3750 , Runqe-Kutta üsulu ilə etdikdə isə    y



0

=0,3920 alınmışdır . Bu 

üsullar vasitəsilə alınmış qiymətlər arasındakı fərq 0,0170 qədərdir. 

Bizim məqsədimiz  diferensial tənliklərin ədədi və təqribi üsullarının tətbiqi ilə həll edib  alınan  nəticələri müqayisə etməkdir. 

 

 

AZƏRBAYCAN DİLİNDƏ MƏTNLƏRİN TANINMASI ÜÇÜN İNFORMATİV 



ƏLAMƏTLƏRİN  SEÇİLMƏSİ VƏ ANALİZİ 

 

Sevinc İMAMVERDİYEVA 

Azərbaycan Dövlət Neft Akademiyası 



imamverdiyeva.sevinc@mail.ru 

           AZƏRBAYCAN 

 

İndiki dövrdə demək olar ki, bütün dillərin  əlifbaları üçün əlyazmaların, çap əlyazma mətnlərinin tanınması üçün 



kompüter sistemləri işlənmişdir. Işlənmiş proqramları  əlifbanın müxtəlif hərflərinin  əlamətlərinin tanınması üçün istifadə 

edirlər. Tanınmanın keyfiyyəti sistemdə istifadə olunan  əlamət yığımının düzgün seçimindən əhəmiyyətli dərəcədə asılıdır.  

Tanınan mətnin müəyyən dilinə,  əlifbasına tətbiq olunan əlamətlər yığımı sistemin müxtəlif yaradıcıları  tərəfindən 

təklif və təhlil olunmuşdur. Bütün sistem üçün eyni dərəcədə effektiv olan əlamətlərin universal yığımı yoxdur və ola da 

bilməz. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

574 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Yazını tanıma yazının növünə görə 3 əsas qrupa ayrılır: çap hərfləri ilə yazılmış yazını tanıma,  əllə yazılmış çap 

hərflərini tanıma, əlyazmanı tanıma. 

Əlyazmanın emalı 2 hissədən ibarətdir: normallaşdırma və  təsvir. Emalın normallaşdırma hissəsində sözlərlə, 

simvollarla heç bir əlaqəsi olmayan məlumatın, küylərin, xətaların silinməsi və ya düzəliş edilməsi aparılır. Qırılmaların 

axtarılması nöqsanların və küylərin aradan qaldırılması prosesində çox vacib rol oynayır.  Əlyazmanı tanıma sistemində 

seqmentləmə zamanı ilk olaraq, yazılmış mətn sətirlərə ayrılmalıdır. İki sətir arasında sərhədi tapmaq üçün ilk olaraq üfüqi 

ox üzrə piksellərin sıxlıq histoqramı alınır. Histoqram hamarlandıqdan sonra təqribi olaraq hər sətir üçün əsas xətt tapılır. 

Yazıdakı sətirlər tapıldıqdan sonra, hər sətrin daxilində sözlər axtarılır. Sözlərin axtarılması çox sadədir: sətir üzrə soldan 

sağa boşluqlar axtarılır və bu boşluqlar arasında olan təsvir söz kimi ehtimal edilir. Burada ayrılan hissələr tam olaraq sözü 

deyil, onun hansısa hissəsini təşkil edə bilər. Bunu  aradan qaldırmaq üçün, sətirlərdən sözləri aradakı boşluqlara  əsasən 

ayırdıqdan sonra, bütün sətirdəki sözlər arasındakı boşluqların orta qiyməti hesablanır və  əvvəl tapdığımız boşluqlar bu 

qiymətdən kiçikdirsə, onlar birləşdirilir. 

Emalın təsvir hissəsində  əlyazmadakı  məlumatlardan tanıma sistemi üçün lazımı  məlumatın alınması baş verir. 

Hərflərdə çıxıntının olması informativ məlumat kimi istifadə oluna bilər. Çıxıntıdan istifadə etməklə tanıma zamanı sözün 

axtarış süzgəci daha çox daralmış olur. Çıxıntılardan əlavə hərfin üzərində olan diakritik işarələrdən də informativ məlumat 

kimi istifadə etmək olar. Bu əlamətin istifadə edilməsi axtarılan sözün daha tez tapılmasına gətirilir.  

Əlyazmanı tanıma sistemində, Azərbaycan dilində latın qrafikası ilə yazılmış hər hərf çıxıntılara görə 4 sinfə bölünür: 

heç bir çıxıntısı olmayan ( N sinfi), yalnız yuxarı çıxıntısı olan ( A sinfi), həm yuxarı, həm aşağı çıxıntısı olan ( B sinfi) və 

nəhayət, yalnız aşağı çıxıntısı olan ( D sinfi). 

Müasir Süni Neyron Şəbəkələr (bundan sonra SNŞ) özlərində insan beyni üçün xarakterik olan aşağıdakı xüsusiyyətləri 

cəmləşdirir: 

-Öyrənmə. Hər hansı NŞ modeli əsasında şəbəkə yaradıb və öyrənmə alqoritmini yerinə yetirərək, şəbəkəni hər hansı 

məsələni həll etmək üçün öyrətmək mümkündür. 

-Ümumiləşdirmə. Öyrənmədən sonra şəbəkənin nəzərə çarpmayan dərəcədə dəyişmiş giriş siqnalları ayırmamasına rast 

gəlinir. Bu xüsusiyyət tanıma sistemlərində çox vacib rol oynayaraq, tanınan obyektlərin küylü və  təhrif olunmasına 

baxmayaraq, düzgün tanınmasına şərait yaradır. 

-Abstraktlama. SNŞ-lərdə giriş siqnallarının xarakterizə etdiyi obyektin xassəsini götürmək xüsusiyyəti var. Misal 

olaraq,  şəbəkə  hər hansı bir hərfin müxtəlif nümunələrə  əsasən öyrədilməsinə baxmayaraq, SNŞ tanıma zamanı  həmin 

hərfin digər variantlarda olan təsvirlərini də düzgün tanıyır.



 

Azərbaycan dilində əlyazma mətnlərinin tanınması üçün bizim tərəfdən yaradılan sistem çərçivəsində əlifba hərflərinin 

analizi üçün daha effektiv, informativ işlər aparılır. Tanınma sistemində istifadə edilə bilən üç qrup əlamət müəyyən 

olunmuşdur. Struktur və qeyri- struktur əlamətlərini istifadə edən üsullar özlərini daha effektiv və keyfiyyətli göstərir. 

Beləliklə, bir neçə əlamətdən istifadə edən  üsula  iki əlamət qrupunun kombinasiyası kimi baxıla bilər.  

 

 



PLC (PROGRAMMABLE LOGIC CONTROLLER)                                               

SİSTEMLƏRİNİN İSTİFADƏ SAHƏLƏRİ 

 

İlkin YOLÇUYEV 

Qafqaz Universiteti 



ilkin_qax90@mail.ru 

AZƏRBAYCAN 

 

Bu yazımızda avtomatlaşdırma sistemlərinin  ən  əhəmiyyətli sahələrindən biri olan PLC (Programmable Logic 



Controller)-nin tərifi, xüsusiyyətləri və istifadə sahələrindən bəhs edəcəyik. Həmçinin istifadə sahələrində releli sistemlər və 

kompyuterli nəzarət sistemləri kimi məsələlərin həllinə nisbətdə daha yaxşı nəticə göstərməsi məqalədə təsvir edilmişdir. 

PLC  1970-ci illərin əvvəlindən etibarən sənayedə çox məşhur olaraq istifadə edilir. PLC istehsalçıları müxtəlif funksiyalara 

malik , fərqli yaddaş tutumları olan , bir neçə giriş-çıxışdan minlərlə giriş- çıxışa qədər çoxlu sayda giriş-çıxışı olan , fərqli 

böyüklüklərdə bir çox PLC çıxarıb istifadəyə  təqdim edir. PLC dizaynı  və istehsalı prosesləri , bu ana qədər PLC 

istehsalçılarının bir sirri olaraq qalmışdır.  



PLC Tərifi və Xüsusiyyətləri 

PLC (Programmable Logic Controller) sensorlardan aldığı  məlumatı özünə verilən proqrama görə  işləyən və verilən 

qrafikə uyğun fəaliyyət göstərən mikroprosessor əsaslı bir cihazdır . 

PLC-li yoxlamada ədədi olaraq çalışan bir elektron sistem, sənaye ətraf şərtlərində təmin edilmişdir. Bu elektron sistem 

ədədi və ya analoq giriş/çıxış modulları sayəsində maşın və ya əməliyyatların bir çox tipinə  nəzarət edir. Bu məqsədlə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

575 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

məntiqi, sıralama, sayma, müqayisə  və arifmetik əməliyyatlar kimi funksiyaları proqramlaşdırma dəstəyiylə girişləri 

qiymətləndirib çıxışları təyin edir. PLC yaddaş, giriş/çıxış, CPU və proqramlaşdırıcı hissələrindən ibarət olan inteqrasiya bir 

cihazdır. 

Bu cihazlarda zamanlama, sayma, sıralama və hər cür kombinasiyalı və ardıcıl məntiq əməliyyatları proqramla həyata 

keçirilir. Bu səbəblə kompleks avtomatlaşdırma problemlərini sürətli və etibarlı bir şəkildə həll etmək mümkündür. 



Ümumiyyətlə PLC xüsusiyyətləri: 

► Daha asan və etibarlıdır.  

► Daha az yer tutur və daha az qəza edirlər.  

► Daha az kabel istəyirlər.  

► Hazır funksiyaları istifadə etmə imkanı vardır.  

► Giriş və çıxışların vəziyyətləri izlənilə bilir. 



PLC-nin istifadə məqsədi 

PLC-lər sənaye sahəsində istifadə edilmək üzrə hazırlanmış,  ədədi prinsiplərə görə yazılan funksiyanı gerçəkləşdirir. 

Bir sistemi ya da sistem qruplarını giriş-çıxış kartları ilə  nəzarət edir. İçində saxladığı zamanlama, sayma, saxlama və 

arifmetik  əməliyyat funksiyaları ilə ümumi nəzarət etməyə imkan verən elektron bir cihazdır. Arifmetik əməliyyat 

qabiliyyətləri PLC-lərə daha sonradan əlavə olunmuşdur. Bu cihazların, geriyə  hərəkət nəzarət sistemlərində  də istifadə 

edilməsi təmin edilmişdir .  



İstifadə Sahələri 

Kimya sektorundan qida sektoruna, marketlərdən zavodlara qədər çox geniş istifadə olunan PLC-lər, bu gün nəzarət 

mühəndisliyində özlərinə layiq bir yer əldə etmişlər. Elektron sektorundakı sürətli inkişaflara paralel olaraq inkişaf edən 

PLC texnologiyası, gün keçdikcə irəliləməkdə olan avtomatlaşdırma sahəsində mühəndislərə yeni üfüqlər çıxarmaqdadır. 

İstehsalat, sənaye, kənd təsərrüfatı, enerji istehsalı, kimya sənayesi və s. sənayenin bütün sahələrində istifadə olunan PLC-

lərin ümumi tətbiq sahələri bunlardır: 



1) Sıralamaya Nəzarət: 

PLC-lərin ən böyük və ən çox istifadə edilən və "sıralı iş" xüsusiyyətiylə releli sistemlərə ən yaxın olan təzahürüdür. 

Tətbiq baxımından, müstəqil maşınlarda və ya maşın xəttlərində, konveyer və qablaşdırma maşınlarında və hətta müasir lift 

yoxlama sistemlərində istifadə edilməkdədir. 



2) Hərəkətə Nəzarət: 

Hərəkətə  nəzarət  xətti və  fırlanma hərəkətlərində yoxlama sistemlərinin PLC-də bütünləşməsidir. Bunlara nümunə 

olaraq robotlar, kauçuk və toxunmamış parça tekstil sistemləri kimi əlaqədar nümunələr verilə bilər. 

3) Prosesə Nəzarət: 

Bu tətbiq PLC-nin bir neçə fiziki parametrini (temperatur, təzyiq, sürət, ağırlıq və s kimi) nəzarət etmə qabiliyyətiylə 

əlaqədardır. Bu da bir qapalı çevirmə-nəzarət sistemi yaratmaq üçün, analoq I / O (giriş / çıxış) tələb edir. PID proqramının 

istifadəsiylə PLC, tək başına çalışan çevirmə-nəzarət funksiyasını öz üzərinə götürmüşdür. Digər bir variant da hər ikisinin 

ən yaxşı xüsusiyyətlərini istifadə edərək PLC ilə kontrolerlərin bütünləşdirilməsidir. Buna tipik nümunə olaraq plastik boru 

hazırlayan maşınları və istilik sobaları verilə bilər. 



4) Məlumata Nəzarət: 

PLC ilə  məlumat toplama, araşdırma və emal son illərdə inkişaf etmişdir. PLC-lər nəzarət etdiyi proses haqqında 

məlumat toplayıcı olaraq istifadə edilə bilər. Sonra bu məlumat, nəzarət edicinin yaddaşındakı istinad məlumat ilə müqayisə 

edilər və hesabat almaq üçün başqa bir cihaza köçürülə bilər. Bu tətbiq də böyük vəsait emal sistemlərində və kağız, metal 

və yemək emalı kimi bir çox prosesdə istifadə edilir. 

PLC  ilə releli sistemlərin müqayisəsi 

a) PLC  ilə daha yüksək səviyyədə avtomatlaşdırılma mümkündür. 

b) PLC-li sistem daha uzun müddət texniki dəstəksiz işləyir və ortalama texniki dəstək müddəti daha azdır. 

c) Texniki tələblər dəyişib artdıqca, plc-li sistem az bir dəyişikliklə ya da heç bir dəyişiklik edilmədən yeniliyə 

adaptasiya edilə bilir, amma releli sistemlərdə bu olduqca çətindir.  

d) PLC-lər daha az bir yer tutur və enerji xərcləyirlər. 



PLC-lər ilə kompyuterli nəzarət sistemlərinin müqayisəsi 

a) PLC-li sistem sənaye sahələrindəki yüksək səviyyədəki elektrik səs-küy, mexaniki titrəmələr, yüksək temperatur 

kimi mənfi şərtlər altında işləyir. 

b) PLC-lərin proqram və  təchizatları  nəzərdə tutulmuş cihazın elementlərinə  tətbiq edilmək üçün hazırlanır və 

translyator proqramlarıyla səhvlər asanca tapılır.  

c) Kompyuterlər birdən çox proqramı müxtəlif ardıcıllıqla reallaşdırarkən, plc-lər  proqramı sıralı şəkildə başdan axıra 

kimi həyata keçirir. 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

576 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

OPTIMAL MARŞRUTLARIN TAPILMASI ÜÇÜN OPTIMAL BAZA                    

STRUKTURUNUN TƏŞKILI, REAL VERILƏNLƏR BAZASIYLA                                        

IŞLƏYƏN QISA YOL SERVISLƏRININ HAZIRLANMASI 

 

Sərxan NAĞIYEV 

Azərbaycan Dövlət Neft Akademiyası 



serxan@nagiyev.net 

AZƏRBAYCAN 

 

Məlumdur ki,şəhərdə küçələrin,zolaqların sayı daim dəyişir,inkişaf edir.Əlavə yolların salınması,mövcud yollarda 



bərpa işləri nəticəsində küçə zolaqlarının sayının dəyişməsi və s. kimi misallar nümunə göstərmək olar.Bütün sadalanan bu 

kimi misallar şəhərin xəritəsini elə mürəkkəbləşdirir ki,artıq insan  bu yolları analiz etməkdə  çətinlik çəkir.Seçimişəxsi 

nəqliyyat vasitəsilə  qısa müddətə etmək lazım olarsa məsələ daha da çətinləşə bilər.Əgər nəqliyyat vasitəsini idarə edən 

sürücü  ciddi bir hərəkət səhvi edərsə, şəhərdə xoşagəlməz tıxaclar yarana bilər və ya sürücü  öz hərəkət istiqamətini itirə 

bilər.Buna misal olaraq, şəhərə tam bələd olmayan sürücüləri,turistləri göstərmək olar ki, bu da tez-tez rastlaşdığımız 

hallardandır. 

Bütün bu kimi problemlər  şəhər küçələri haqqında lazımı informasiyaları saxlayan və bu informasiyalardan istifadə 

edərək istifadəçilərin işini rahatlaşdıran proqram təminatının yaranmasını  zəruriləşdirir.Belə proqram təminatının 

yaradılması üçün qraflar nəzəriyyəsindən istifadə etmək daha məqsədə uyğundur. 

Qraflar nəzəriyyəsində olan qısa yol alqoritmləri hərtərəfli analiz edilməli,onların işləmə prinsipləri araşdırılmalı    və  

onlar  arasından daha optimal olan üsul seçilməlidir.Lazım gələrsə, hər hansı hissəsində daha da optimallaşma aparılmalı və 

yekunda mükəmməl alqoritm qurulmalıdır.Və  ən nəhayət,  seçilmiş alqoritmə uyğun proqram təminatı hazırlanmalıdır.Onu 

da nəzərə alaq ki, hazırlanan proqram təminatı ən son proqramlaşma dillərindən biri olan Javada Web servis texnalogiyası 

ilə hazırlanmışdır ki,bu da bütün platformalarda işləməyə imkan verir.Ən  əsası isə yazılan proqram təminatını mobil 

qurğularda da istifadə etmək olar.Qarşıya qoyulmuş optimal yol problemləri mühüm əhəmiyyət kəsb etdiyindən buraxılış 

işinin mövzusu olduqca aktualdır. 

İşin məqsədi qraflar nəzəriyyəsində olan alqoritmlərin analizindən,optimal üsulun seçilməsindın və üsula uyğun 

proqram təminatının yaradılmasından ibarətdir.Burada əlavə olaraq, məsələnin bir meyara görə deyil bir neçə meyara görə  

aparılmasıda nəzərə alınmışdır ki,bunun nəticəsində  dəistifadəçiyə müxtəlif parametrlərə görə    tapılmış optimal marşrut 

variantları verilir və sonda  uyğun variantın seçilməsində istifadəçi özü qərar verir. 

Məqalədə şəhərdə optimal marşrutların təyin edilməsi üçün optimal üsul və çoxmeyarlı proqram təminatının işlənməsi 

üçün araşdırmalar aparılmışdır. 

İşin gedişatında qraflar nəzəriyyəsində olan qısa yol alqoritmləri ətraflı öyrənilmiş və realizasiya edilmişdir. Proqram-

ların işləmə müddətləri və yaddaş sərfiyyatları müqayisə edilmişdir.  

Aparılan araşdırmalar nəticəsində bu alqoritmlərdən  ən optimalı  və bizim işimizə uyğun olanı seçilmişdir. Proqram 

təminatı üçün lazım olacaq üsul kimi  Deykstra alqoritmi seçilmiş  və bu üsulun iş keyfiyyətinin artırılması üçün bəzi 

modifikasiyalar  aparılmışdır. 

Sonda məsələnin tələblərini ödəyən proqram təminatı paketi hazırlanmışdır.Bu paketə aşağıdakı vasitələr daxildir: 

- Şəhər nəqliyyat şəbəkəsində olan məlumatları özündə saxlayan visual xəritə modeli qurulmuşdur. 

- Qurulmuş xəritə üzərində  işləməyə imkan verən rahat mühit yaradılmışdır. 

- Seçilmiş nöqtələr arasında optimal marşrutu tapan modullar yaradılmışdır.Bu modul elə bir Java Web servisidir ki, 

xəritəyə daxil olan istənilən iki koordinant cütü arasındakı  ən qısa yolun təpələrinin koordinatlarını qaytarır. Bu yol isə 

qrafdakı yol hissələrinin arasından Deykstra alqoritmi vasitəsilə tapılır. 

- Məsələ bir neçə meyara görə həll edilmişdir.Belə ki,proqram istifadəçinin istəyindən asılı olaraq həm məsafəyə görə, 

həm də zamana görə optimal marşrut tapa bilər. 

- Paketdə həm də şəhər nəqliyyat şəbəkəsində olan dəyişiklikləri daxil etmək üçün rahat interfeys də yaradılmışdır. 

Optimal baza strukturun təşkili: Hazırlanan proqram təminatı real verilənlər bazası ilə realizasiya edilmiş, və kifayət 

qədər effektiv sürət alınmışdır.Belə ki, kifayət qədər böyük bir ərazinin yollarını saxlayan baza üzərində ,həddindən artıq 

böyük sürətli nəticə əldə edilmişdir.Konret rəqəmlərlə desək, təxmini 50000 yol hissəsi olan qrafda ,  ən azı 300000 təpə 

nöqtəsi olan qrafdan ən ucqar nöqtələr arasındakı optimal yol 80 millisaniyə nəticəsi ilə əldə edilmişdir.Bu isə göründüyü 

kimi kifayət qədər effektiv nəticədir. Bu nəticənin  əldə edilməsinə  səbəb  optimal baza strukturunun təşkili və Deykstra 

alqoritminə edilmiş  bəzi modifikasiyalardır.Əvvəlcə bazadan qraf üçün lazım olan əsas vacib olan məlumatlar ikilik bir 

fayla strukturlu şəkildə atılır.Bildiyimiz kimi Deykstra alqoritmində əgər qrafda n təpə varsa  n ölçülü  kvadrat matrisdən 

istifadə edilməlidir.Bu isə real verilənlər bazasıyla işləmək üçün əlverişli deyil .Təklif edilən modeldə isə , matrisin 

sütünlarının sayı 3 ,sətirlərinin sayı isə  maksimal halda n*n  olan ədəddir.Buna görə də yaddaşa kifayət qədər qənaət etmiş 

oluruq və bu isə həm də sürətə qənaət etmək deməkdir. 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin