yönləndirmə(routing) adlanır.
Yönləndirmə prosesi 2 mühüm tapşırığın öhdəsindən gəlir. Bunlardan biri datanın göndərilməsi üçün lazım olan
marşurutun seçilməsi və digəri isə paketlərin bu seçilmiş marşurutla göndərilməsidir. Yönləndirmə prosesi OSİ modelinin
şəbəkə təbəqəsində və ya TCP/İP modelinin İnternet təbəqəsində fəaliyyət göstərən prosesdir. Yönləndirmə prosesi
yönləndirici(router) adlanan avadanlıq vasitəsilə həyata keçirilir. Bu avadanlıq daxilində fəaliyyət göstərən yönləndirmə
alqoritmi vasitəsilə avadanlıq tərəfindən qəbul olunan paketlərin başqa istiqamətə ötürülməsi təmin edilir. Yönləndirmə
alqoritmi yönləndirmə protokoluna əsaslanan alqoritmdir. Bu yönləndirmə protokolu data paketlərinin öz ünvanına
göndərilməsi üçün optimal marşurut seçir. Bu optimal marşurut yönləndirmə protokolu tərəfindən istifadə edilən metrik
dəyərə əsasən təyin edilir. Metrik dəyər yönləndirmə protokolu tərəfindən optimal marşurutun seçilməsində istifadə olunan
dəyərdir. Belə ki,məlumatın göndərilməsi üçün bir neçə müxtəlif marşurutlar ola bilər. Bu marşurutlardan adətən metrik
dəyəri ən kiçik olan marşurut seçilir. Yönləndirmə protokolu tərəfindən metrik dəyərin hesablanması üçün bir neçə
parametrdən istifadə olunur. Bu,
Dostları ilə paylaş: |