verə biləcəyi müsbət və mənfi cəhətlərinin araşdırılması, mövcud bulud elektron dövlətlərinin incələnməsi haqqındadır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
603
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Buna görə birinci sırada elektron dövlət və bulud hesablamaları ayrı ayrılıqda araşdırılıb onların yarada biləcəyi imkanları
və problemləri araşdırmaq lazımdır.
Elektron dövlət və Bulud hesablamaları: E-dövlət milli və yerli dövlət məlumat və xidmətlərinin İnternet və ya digər
rəqəmsal vasitələrlə vətəndaşlara, müəssisə və digər dövlət agentliklərinə çatdırılmasına əsaslanır. E-dövlət milli, dövlət və
federal dövlət və ya hakimiyyət orqanlarından alınan İnternet –texnologiyalarına əsaslanan xidmətlər üçün ümumi bir
məvhumdur. E-dövlətdə hakimiyyət idarəetmə əməliyyatlarına dəstək vermək, vətandaşlarını məşğul etmək və dövlət
(hakimiyyət) xidmətlərini asanlaşdırmaq üçün informasiya texnologiyalarından, xüsusilə İnternetdən istifadə edir. E-dövlət
istifadəçilərin qrafik interfeysi (İQİ), ani xəbərlər mübadiləsi (instant messaginq-İM), audio-video təqdimat, və saytda
təqdim edilən ünvana sadə elektron poçt məktubu göndərməkdən daha mürəkkəb olan üsullardan, o cümlədən
qulluqçulara, biznes tərəfdaşlarına, vətəndaşlara fayda verən dövlət xidmətlərinin çatdırılması və bu xidmətlərdən istifadəyə
daxil olma imkanının yüksəldilməsi üşün tələb olunan texnologiyalardan istifadə etməklə İnternet vasitəsi ilə veb-sayta
girən hər bir insana şəbəkə və ya veb-saytda yerləşən digər istifadəçilərlə qarşılıqlı əlaqə və kommunikasiya yaratmaq
üçün hüquq və imkan verməlidir.[1] Dünya ərazisinin bir çox ölkələrində İnternet xidmətlərinin çatdırılmasında inkişaf
davam edir.2012-ci il Birləşmiş Millətlər Təşkilatının E-Dövlət Tədqiqatı hesab edir ki, ölkələrdən çoxu dövlət sektorunun
səmərəliliyini yüksəltmək, idarəetmə sistemini optimallaşdırmaq və dayanıqlı inkişafa dəstək vermək üçün e-dövlət
yaratmaq və informasiya kommunikasiya texnologiyalarını genişləndirmək təşəbbüsünü irəli sürmüşdür. Lider E-dövlət
ölkələri arasında innovasiya texnologiyalarının həlli geridə qalmış iqtisadiyyat və sosial sahələri aktivləşdirmək vasitəsi
kimi tanınmışdır.
Paralel hesablamalar, paylayıcı hesablamalar, şəbəkə hesablamalarının inkişafı ilə yeni hesablama metodu meydana
gəldi. Bulud hesablamalarının əsas prinsipi hesablamaların hər hansı local kompyuterə və ya ayrıca götürülmüş serverə
deyil, cox miqdarda paylanmış kompyuterlərə aid edilməsidir.[2] O məlumatların təhlükəsiz və inamlı saxlanılması
mərkəzini təmin edir ki, artıq istifadəçi verilənlərin qorunması, virusun öldürülməsi kimi çətin tapşırıqları həll etmir, bu
işlərlə yüksək ixtisaslı mütəxəssislər məşğul olur. Bulud hesablamaları vasitəsilə hər kəs veb-serverlərdən, satış
bölümlərindən və avtomatlaşmış offis proqramlarından, hətta bloq-saytlardan yararlana bilir. İş adamları daha yaxşı işləmə
imkanları ilə təmin edilir və onlar verilənlərin itməsi, kompyuter virusları, sistem yüklənməsi və s. kimi sonrakı texnoloji
fəlakətlərdən yaxa qurtarırlar.
Bulud hesablamaları istifadəçilərə texnoloji məsələləri cəld və sürətlə etməkdə kömək edir və bununla da biznes
riskləri azalmış olur. Aparıcı kompaniyalar adətən müxtəlif fəaliyyət imkanlarına malik olduğundan texnoloji məsələlərin
cəlbedici formada həlli üçün bulud hesablamaları onlara əsrarəngsiz imkanlar verir.
Bulud hesablamaları üzrə əlavə kritik müvəffəqiyyət faktorları (KMF) aşağıdakıları birləşdirir:
Alicı və satıcılar üçüncü tərəf bulud xidmətlərindən istifadə etdikdə, kompaniyalar investisiya xərclərini azalda
bilir və tətbiqləri genişləndirir, bu səbəbdən öz xüsusi vəsaitləri hesabına investisiya qoyuluşu ehtiyacından yan keçirlər.
Özünəxidmət vasitəsilə qoşulma xərcləri azalır: Özünəxidmət və açıq alternativ xidmət kanalları, məsələn veb
saytlar və mobil şəbəkə və fonlar üzrə portallar daha geniş girişə və İT fəaliyyətlər üçün İT xidmətləri seçiminə imkan
yaradır.
Maneələr xidmətinə giriş səviyyəsi azalır. Online tələbli giriş imkanları vasitəsilə satınalma sürəti artır ki, bu da
daxili provayderlərdən xarici provayderlərə qədər cavabdehlik riskini dəyişdirir.
Vasitəçiləri aradan götürür (və ya yeni vasitəçilər/aqreqatorlar /brokerlər yaradır):Biznes düz xətt boyunca
irəliləyir ki, rahat, yeni xidmətlər yaratsın.
İnnovasiyalara giriş maneələrini azaldır: İT xidmətləri sürətlə və daha müntəzəm təzələnə bilər.
Artım potensialını artırır: Bulud girişləri və xidmətlərindən istifadə edən biznesmenlər üçün yeni yüksək potensial
təmin edən həm yeni, həm də mövcud bazarlar vasitəsi ilə gəlir qazanmağın əlavə mənbələri əldə edilə və istismar oluna
bilir.
Bulud hesabatlarının e-dövlətdə bu yaxınlarda istifadə edilməsinə başlanıldığından burada bəzi təhlükələr və
problemlər vardır. Bulud Təhlükəsizliyi İttifaqının verdiyi məlumata əsasən onlar bulud hesabatlarının ən əsas problemləri
haqqında məlumat vermişdilər. Bu problemlərə aiddir: məlumat itkisi, məlumatlarda baş verən pozuntular, təhlükəsizlik
riskləri, interfeysin etibarsızlığı və s. kimi promlemlər.[3]
Bulud sistemlərinin bütün müsbət və mənfi cəhətlərini nəzərə aldıqdan sonra onun e-dövlətdə istifadə edərkən nə
kimi problemlərin ortaya çıxacağını araşdırmaq və bu problərin həlli yollarını tapmaq lazımdır. Buna görə də bulud
sistemlərini e-dövlətdə istifadə edən ölkələrdən nümunə götürmək olar. Bu ölkələrə misal olaraq Sinqapuru, Birləşmiş Ərəb
Əmirliklərini və bir neçə Avropa ölkələrini göstərə bilərik. Aşağıdakı cədvəl 1-də Avropanın 8 ölkəsində bulud
hesablamalarının elektron dövlətdə istifadəsinin müqayisəli təhlili verilmişdir[4]: